Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-572/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (b undan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmü ilə (hakim Mirheydər Zeynalov) Məhkum – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum 5 oktyabr 2022-ci il tarixdən 7 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət, CM-in 69.3-cü maddəsinə əsasən, 4 (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılması və Məhkum ü zərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzanın icra müddətinin təqsirləndirilən şəxs Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmü dəyişdirilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, həmin hökmlə təyin edilmiş 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına CM-in 66.5-ci maddəsinə əsasən, qismən toplanılmaqla, Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, onun tutulduğu və həbsdə olduğu 1 (bir) ay 18 (on səkkiz) gün və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli Məhkum Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın icrası ilə əla qədar Bakı şəhəri Probasiya idarəsində qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Hökmə əsasən müəyyən edilmişdir ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,208 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla özü ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Böyük Şor-Sabunçu Dəmir yolu mənzilinin 12-ci km, 3-cü piketində yerləşən Bakıxanov Dəmir Yolu dayanacağına daşımış, Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 05 oktyabr 2022-ci il tarixdə, saat 13:05 radələrində Bakıxanov Dəmir Yolu dayanacağında saxlanılaraq, saat 13: 20 radələrində ünvan 2 ünvanda yerləşən Sabunçu st.Xətt Polis Şöbəsinin inzibati binasına gəirilmiş və idarənin növbətçi hissəsində həmin günü saat 13:40 radələrində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən üzərində «Richmond» yazısı olan qara rəngli qutunun içərisindən ümumi təmiz çəkisi 0,208 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarının cinayət qanunvericiliyinin dəyişdirilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhk um barəsində CM-in 66.5-ci maddəsinə əsasən, cəza təyin edilərkən cinayət qanunvericiliyin norması düzgün tətbiq edilməmiş, CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddi 3 (üç) il nəzərdə tutulduğu halda, həmin qanunun tələblərini pozularaq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki halla rını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, yalnız məhkuma təyin edilmiş cəzanın toplanması zamanı cinayət qanununun normalarının düzgün tətbiq olunmaması mübahisə edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Kassasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul olunmuşdur. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 16-cı bəndində qeyd edilmişdir ki, Birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. İş materiallarından gö rünür ki, Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmçinin iş materiallarından görünür ki, Məhkum barəsində yekun (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü) hökm çıxarılmazdan əvvəl 5 oktyabr 2022-ci il tarixdə yenidən eyni xarakterli cinayət törətməkdə təqsirli bilinərək hazırkı cinayət işi üzrə barəsində hökm çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum barəsində cəza təyin edərkən və ona təyin edilmiş qəti cəzaları hökmlərin məcmusu üzrə toplayarkən CM-in 66.5-ci maddəsinin tələblərini pozmuş, məhkuma təyin olunan qəti cəza CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddindən çox olmuşdur. Yuxarda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş qəti cəza yüngülləşdirilməli, ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmü ilə təy in edilmiş 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına CM-in 66.5-ci maddəsinə əsasən, qismən toplanılmaqla, Məhkum qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən, onun tutulduğu və həbsdə olduğu 1 (bir) ay 18 (on səkkiz) gün və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasə n, məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığ ın məhdudlaşdırılması cəzasına CM-in 66.5-ci maddəsinə əsasən, qismən toplanılmaqla, Məhkum qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, CM-nin 69.3-cü maddəsinə əsasən, onun tutulduğu və həbsdə olduğu 1 (bir) ay 18 (on səkkiz) gün və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-572/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-572/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver