Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-572/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Əliyev Ramil Məhəmmədəli oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 1441.2.5 və 144-3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(101)-1161/2022 nömrəli (hakimlər: Əkbərov Məhəmməd Hüseyn oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 23 mart 1985-ci il tarixdə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsil li, işləməyən, əvvəllər məhkum olunmamış, x rayonu, X kəndində qeydiyyatda olmaqla, faktiki xxx ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3.-cü maddəsinə uyğun olaraq təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 8 (səkkiz) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun CM-in 69.3-cü maddəsinə əsasən 28 aprel 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək həbsdə olduğu mü ddət - cəmi 6 (altı) ay 25 (iyirmi beş) gün təyin olunmuş əsas cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-in 79.1-ci maddəsinə əsasən Məhkum üzərində saxlanılmış qəti cəzanın çəkilməsinin onun uşağı X-in (Məhkum 28 oktyabr 2018-ci il tarixdə Lənkəran rayonunun x kəndində ev şəraitində doğulması faktı Lənkəran Rayon Məhkəməsinin 2(049)-xxxx/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuş) on dörd yaşına çatanadək təxirə salınması, həmin hissədə hökmün icrasına nəzarətin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəyə minənədə k barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməklə məhkəmə iclas zalında həbsdən azad edilməsi müəyyən edilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru tərəfindən verilmiş apellyasiya protestinə və məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli 1(103)-26/2024 nömrəli (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Bəhrəmzadə Sabit Xanlar oğlu və Məmmədov Murad Akif oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum barəsində CM-in 79.1-ci maddəsinin tətbiq olunmasına dair göstəriş və müddəalar hökmdən xaric edilmiş, Məhkum hökmlə ona CMin 66.3-cü maddəsinə əsasən təyin olunmuş 8 (səkkiz) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasından CM-in 69.3-cü maddəsinə əsasən 28 aprel 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək həbsdə olduğu cəmi 6 (altı) ay 25 (iyirmi beş) gün müddət çıxılmaqla üzərində qəti olaraq saxlanılan 7 (yeddi) il 11 (on bir) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 30 avqust 2024-cü il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissə də dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə bacısı X2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən 2015-ci ilin oktyabr ayının əvvəllərində X ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşad ığı evə gedərək Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərində olan yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını aldıqdan sonra bütün yol xərclərini ödəyərək onu 21 oktyabr 2015-ci il tarixdə saat 18:27-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərinə aparmış, Məhkum onları qarşılayıb həmin şəhərdə kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla X ilə birlikdə 25 oktyabr 2015-ci ildən 9 noyabr 2015-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin mü xtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa Məhkum tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə bacısı X2 və şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikası vətəndaşı x adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən X 2015-ci ilin ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ünvanı istintaqa məlum olmayan kafedə tanışı Zərərçəkmiş şəxs2 ilə danışaraq onu Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərində həkimə apararaq əməliyyat etd irmək adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 25 noyabr 2015-ci il tarixdə saat 18:43-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərinə aparmış, qrupun digər üzvü Məhkum onu qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra X və şəxsiyyəti istintaqla araşdırılan X adlı şəxslə birlikdə 1 dekabr 2015-ci il tarixdən 23 dekabr 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etm əklə tamah niyyəti ilə iki şəxs barəsində, təkrarən, insan alveri cinayətini törətmişdir. Bundan başqa Məhkum tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə bacısı Məhkum və şəxsiyyəti istintaqla araşdırılan x adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən X 2017-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Xıram çay evində Zərərçəkmiş şəxs4 ilə danışaraq onu Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərində şabalıd toplayaraq yüksək məvacibli işə düzəldəcəyi adı ilə ald adıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını aldıqdan sonra bütün yol xərclərini ödəyərək onu 18 sentyabr 2017-ci il tarixdə saat 09:24-də Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərinə aparmış, Məhkum və şəxsiyyəti istintaqla araşdırılan X adlı şəxslə birlikdə onu qarşılayıb həmin şəhərdə kirayə götürdükləri mənzilə yerləşdirdikdən sonra Məhkum insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus pasportu götürüb saxlamaqla X və şəxsiyyəti istintaqla araşdırılan X adlı şəxslə birlikdə 22 sentyabr 2017-cı ildən 29 sentyabr 2017-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxt əlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində, təkrarən, insan alveri cinayətini törətmişdir. Bundan başqa Məhkum tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vasitəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə bacısı X2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən 2020-ci ilin fevral ayının əvvəllərində onlar ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evə gedərək onun 25 oktyabr 20 15-ci il tarixdən 9 noyabr 2015-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasında nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcbur etmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 27 fevral 2020-ci il tarixdə saat 17:11-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərinə aparıb, həmin şəhərdə kirayə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlama qla Məhkum, X ilə birlikdə 1 mart 2020-ci il tarixdən 24 mart 2020-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə bacısı X2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən X 7 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının dö vlət sərhədini Bakı beynəlxalq hava limanından keçməklə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərində getmiş tanışı Zərərçəkmiş şəxs3 ilə 2020-ci ilin avqust ayının əvvəllərində “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Nazilli şəhərində yüksək məvacibli işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra Məhkum ilə birlikdə kirəyə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla Məhkum ilə birlikdə 6 avqust 2020-ci il tarixdən 8 avqust 2020-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərdə istintaqa məl um olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Məhkum tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vasitəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə bacısı X2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən 2020-ci ilin sentyabr ayının əvvəllərində onlar ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evə gedərək on un 1 mart 2020-ci il tarixdən 24 mart 2020-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasında nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcbur etmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 20 sentyabr 2020-ci il tarixdə saat 09:36-da Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq hava limanından keçirməklə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərinə aparıb, həmin şəhərdə kirayə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla Məhkum, X ilə birlikdə 21 sentyabr 2020-ci il tarixdən 15 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Məhkum qeyd edilən əməlləri törətdiyi mötəbər sübutlarla təsdiq edilməmişdir. Aşağı instansiya məhkəmələri Məhkum qeyd edilən maddələrlə təqsirli bilmək üçün yalnız ittiham tərəfinin və şahidlərin bir-biri ilə və iş materialları ilə zi ddiyyət təşkil edən absurd ifadələrinə əsaslanmışdır. Belə ki, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi izahatında bildirmişdir ki, guya o, televiziya verlişlərindən birində insan alveri qurbanları barədə maarifləndirici materiallara baxdıqdan sonra Məhkum barəsində şikayət vermək qərarına gəlmişdir. Lakin Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, oğlu 16 iyun 2022-ci il tarixində Məhkum televizorda görüb ona bildirdikdən sonra şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir. Halbuki, Məhkum haqqında material heç vaxt heç bir televiziya verilişində yayınlanmayıb və o, heç bir televiziya kanalı tərəfindən görüntülənməyib. Zərərçəkmiş şəxslərin Məhkum ilə təxminən eyni tarixlər çərçivəsində Azərbaycan Respublikasının ərazisini tərk etmələri, Məhkum tərəfindən həmin şəxslərə qarşı CM-in ittiham olunduğu maddələrdə göstərilən cinayət əməllərini törətdiyi nəticəsinə gəlinməsi üçün kifayət etmir və edə də bilməz. Halların tam, hərtərəfli və obyektiv araşdırılması, Məhkum verilmiş ittiham üzrə nəzərdə tutulan əməlləri törədib-törətmədiyinin müəyyənləşdirilməsi məqsədi ilə, apellyasiya instansiyası məhkəməsində tam məhkəmə istintaqının aparılması apellyasiya şikayətində xahiş edilsə də, işə baxan apellyasiya instansiyası məhkəməsi iclasları məhkəmə istintaqı ilə keçirməmiş, apellyasiya şikayətində göstərilən arqumentlərin və iş üzrə müəyyən edilmiş uyğunsuzluqların araşdırılması məqsədi ilə heç bir iş görməmişdir. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 1 oktyabr 2024 -cü il tarixli qərarının ləğv edilərək, Məhkum təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, zərərçəkmiş şəxslərin heç birini tanımadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Əliyev Ramil Məhəmmədəli oğlu çıxış edərək, ittihamın əsasının zərərçəkmiş şəxslərin ifadəsi əsasında qurulduğunu, apellyasiya instansiyasında heç bir əlavə araşdırmanın aparılmadığını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 eyni ifadəni verdiklərini, birinci instansiya məhkəməsinin məhkumun ifadəsinə tənqidi yanaşdığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azər baycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozuld uğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməld ə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımı nca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və müdafiəçinin isə şikayətin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respubl ikası CM-in 144-1.2.1, 1441.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsəl ələr həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etm əsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələri, “üzləşdirmə haqqında” 27 və 28 aprel 2022-ci il tarixli protokollar, “baxış keçirilməsi haqqında” 30 aprel 2022-ci il tarixli protokol, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan ərizə və ş ifahi ərizə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə və Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, 2015-2019-cu illərin müvafiq dövründə Məhkum tərəfindən Türkiyə Respublikasının Konya və Nazilli şəhərlərində cinsi istismara məruz qaldıqlarını bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. O cümlədən, cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs1 ilə Məhkum arasında üzləşdirmə keçirilm iş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Məhkum və X tərəfindən aldatma yolu ilə həmçinin hədə-qorxu məcbur etmə vasitələrindən istifadə edilməklə istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs2 ilə Məhkum arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Məhkum, X və X adlı şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifa dələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs3 ilə Məhkum arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Məhkum və X tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs4 ilə Məhkum arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Məhkum, X və Şağdaş adlı şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum “zə rərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs1 onunla birlikdə Türkiyəyə gedərək orada könüllü olaraq fahişəliklə məşğul olması, digər zərərçəkmiş şəxslərlə heç bir əlaqəsinin və ünsiyyətinin olmaması” barədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası bütü n sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutl arın məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya məhkəmə kollegiyası məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış edərək qeyd edir ki, kassasiya şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrinin dispozisi yasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində bir azyaşlı övladının olması və iş üzrə keçən zərərçəkmiş şəxslərlən Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməklə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 1443.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-c ı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 1441.2.5 və 144-3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-572/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-572/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver