Məhkəmə qərarları › İş №1(102)-573/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-573/2019

07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-573/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi Nümayəndə, X6 və Müdafiəçi iştirakları ilə, Sumqayıt şəhər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 124.1 və 320.1-ci maddə ləri ilə bəraət verilmiş X6 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X15) X12 – 14.12.1968-ci il tarixdə Yardımlı rayonu, ******** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı ailəli, ali təhsilli, “X60” MMC-də həkim anestezioloq-reanimatoloq işləyən, əvvələr məhkum olunmamış, Sumqayıt şəhəri, ******************* qeydiyyatda olmaqla, Sumqayıt şəhəri,************************* yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 320.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X8 Azərbaycan Respublikası CM-nin 124.1, 320.1-ci maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, peşə vəzifələrini lazımi qaydada yerinə yetirməyib Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19.09.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”-nın 6, 8, 9-cu bəndlərinin tələblərini pozaraq 30.06.2016-cı il tarixdə saat 10 radələrində “Adenoid 3 dərəcə, xroniki dekompense olunmuş tonzillit” dioqnozu ilə işlədiyi xəstəxanaya müraciət edən 23.04.2013cü il təvəllüdlü X23 üzərində icra ediləcək “adenotonzillektomiyya”(burun-boğaz nahiyyəsində artıq ət hissəsi nin götürülməsi) əməliyyatından öncə elektrokardioqrafiya (EKQ) müayinəsi zamanı onda “sinoatrial blokadanın” olduğu müəyyənləşdirilib kardioloqun konsultasiyası tövsiyyə olunmasına baxmayaraq, əməliyyatın aparılmasını təxirə salmamış və xəstəni müayinələrdən tam keçirmədən, kəllədaxili təzyiqi qiymətləndirilmədən, mədə zondlanmadan, saat 12:10-da əməliyyata götürüb, fiziki göstəricilərini (3 yaş, 16 kq), əməliyyatın müddətini (25 dəq) nəzərə almadan əməliyyatdan öncə ona anestetik vasitə olan “Kalipsol” dərman preparatını 1-2 mq vurmaq əvəzinə, normadan xeyli artıq, yəni 150 mq dozada vena daxilinə yeritməsi anestezioloji ağırlaşmaya səbəb olmuş, əməliyyatdan sonra da qusmanın erkən və sonrakı profilaktikasını aparmamış, xəstəyə dinamik nəzarəti həyata keçirməmiş, sonuncuda müşahidə edilə n qusmanın qeyd edilən dərman preparatının əks təsirindən yaranıb qusuntu kütləsinin tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölə biləcəyini lazımi diqqət və ehtiyatlılıq göstərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə X38 tənəffüs yollarının qusuntu kütləsi ilə tutulmasından asfiksiya olaraq saat 21:20-də xəstəxanada onun ehtiyatsızlığından ölmüşdür. Bundan başqa, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19.09.2012-ci il tarixli 70 nömrəli Əmri ilə təsdiq edilmiş “həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”-nın 15, 24.4-cü bəndlərinin və 14.07.2005-ci il tarixli 74 nömrəli əmri ilə təsdiq edilmiş “stasionar xəstənin tibb kartası haqqında Təlimat”-in tələblərini pozaraq 30.06.2016-cı il tarixdə saat 21:20-də X23 onun ehtiyatsızl ığından öldüyünü görüb məsuliyyətdən yayınmaq və baş vermış ölümün anestezioloji ağırlaşma ilə əlaqədar olmadığını göstərmək məqsədilə xəstəni əməliyyatdan sonra saat 13:50-də ekstubasiya edib palataya köçürdüyü halda, həmin vaxt saat 13:00-a kimi, palataya gətirdiyi andan saat 18 radələrinədək xəstəyə baxışı həyata keçirib müayinə etmədiyi halda, huşunun aydın olması, boğazındakı ağrılardan şikayət etməsi, xəstədə qusma halının baş verməməsi, süd və maye qəbul etməsi, həmçinin sonuncuya anestetik vasitə olan “Kalipsol” dərman preparatını 150 mq olması barədə A8 açılmış 482 nömrəli stasionar xəstənin tibb kartasına bilə-bilə yalan məlumatlar daxil etməklə hüquq verən və vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətlərinəəsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X34 (sədrlik edən və məruzəçi), X35 və X19 ibarət tərkibdə) 13 noyabr 2018-ci il tarixli qərarı ilə apelyasiya protesti və apelyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X10 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini x ahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə baxışlarında təqsirləndirilən şəxs qismində dindirilmiş 6 ifadəsində özünü müdafiə etmək məqsədi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli və ziddiyyətli xüsusatlar göstərmişdir. Belə ki, İ6 məhkəmələrdə əməliyyata onun qərar verməməsi, əməliyyatdan sonra A8 ayılması və ona saat 18:00-dək iki dəfə, daha sonra dörd dəfə baxış keçirməsi, xəstəyə əminliklə süd, yoqurt verilməsini göstərsə də, o, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilərkən A8 saat 15 radələrində müayinə etdiyini, saat 18 radələrində isə onun qusub hərarətinin yüksəldiyini bilib tibb bacısı T8 uşağı böyrüstə çevirməyi tapşırmasını, ona başqa təyinat ve rməyə ehtiyac bilməməsini və saat 18-dək palataya gedib baş çəkmədiyini göstərmişdir. A8n əməliyyatı zamanı İ7 yol verdiyi tibbi pozuntulara görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə gah uşağın yemək yeməsini, müxtəlif vaxtlarda uşağa mütəmadi baş çəkməsini tez-tez vurğulasa da, bu hal zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8nın və şahid İ6 ibtidai istintaq və məhkəmə baxışlarında verdikləri ifadələri ilə təkzib olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X8nın və şahidlər S6 və İ6 məhkəmədə verdiyi ifadələrindən məlum olur ki, X8 əməliyyatdan sonra daima qızı A8n yanında olmuş, X8 və ya digər şəxslər tərəfindən A8ya heç bir maye, qida və süd verilməmiş, İ7 əməliyyatdan sonra saat 14.00dan saat 18.00-dək uşağa baş çəkməmiş və uşağın əməliyyata götürülməsinə q ərar da məhz İ7 tərəfindən verilmişdir. A9 hal-hazıra kimi “Real” X39 tabeliyində işləyir və bu səbəbdən də ibtidai istintaqa verdiyi ifadəsindən fərqli olaraq məhkəmə baxışında İ7 xeyrinə ifadə vermişdir. Lakin məhkəmələr onun məhkəmə baxışında verdiyi bu ifadəsini daha mötəbər hesab edilməsinin motivlərini bəraət hökmündə və qərarda göstərməmişlər. Cinayət işinin materiallarında təqsirləndirilən şəxs İ7a CM-nin 124.1 və 320.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə onun təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübutların, yəni iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X8nın, şahid S6nın, 30.06.2016-cı il tarixdə “Real” Tibb Mərkəzində həkim işləmiş İ6, Mehri Həşimovanın, A9, E10, Aytən Əkbərovanın, həmin mərkəzdə tibb bacıları işləmiş və ibtidai istintaq zamanı şahid qismində d indirilmiş R8, Ş8 Məmmədovanın, T8nın, Röya Əliyevanın, Ləzifə Xəlilovanın, Bənövşə Yadigarovanın ifadələrinin, eləcədə X37 ölümü ilə İ7 hərəkətləri arasında səbəbli əlaqənin olmasını təsdiq edən 04.11.2016-cı il tarixli, 334/KEŞ saylı, 09.02.2017-cı il tarixli,T-13/2017 saylı məhkəmə-tibb ekspertizalarının rəylərinin olmasına baxmayaraq, müdafiə tərəfinin vəsatətinə əsasən komissiyon məhkəmə tibb ekspertizasının 09.02.2017-cı il tarixli, T 13/2017 saylı rəyi məhkəmələr tərəfindən əsassız olaraq şübhə altına alınmış, 16.11.2017-ci il tarixli qərarla təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin ekspertlərinə tapşırılmaqla ekspertizanın keçirilməsi zamanı Səhiyyə Nazirliyinin baş an estizioloq-reanimotoloqu X28 da mütəxəssis həkim-anestezioloq kimi cəlb edilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı iş üzrə təyin edilmiş təkrar komissiyon məhkəmə-tibb ekspertizasının 30.01.2018-ci il tarixli, T 12/2018 saylı rəyi ilə müəyyən edilmişdir ki, A8ya normadan xeyli artıq, yəni 150 mq dozada kalipsolun vena daxilinə yeridilməsi anestoloji ağırlaşmaya səbəb olmuş, əməliyyatdan sonra da qusmanın erkən və sonrakı profilaktikası aparılmamış, xəstəyə dinamik nəzarət həyata keçirilməmiş, sonuncuda müşahidə edilən qusmanın qeyd edilən dərman preparatının əks təsirindən yaranıb qusuntu kütləsinin tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölməsinə səbəb olmuş və həmin tibbi pozuntularla A8n ölümü arasında birbaşa səbəbli əlaqə olmuşdur. Eyni zamanda müdafiə tərəfin təşəbbüs ü ilə rəyin verilməsində iştirakının təmin olunması xahiş olunan mütəxəssis-anestezoloq A10 ekspertiza idarəsinin rəhbərliyi tərəfindən bilə-bilə yalan rəy verməyə görə CM-nin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilməməsinə baxmayaraq, A10 tərəfindən X37 ölümünün anestezioloq İ7 hərəkətləri ilə heç bir bağlılığı və A8n ölümünə “Kalipsol”un səbəb olmaması ilə bağlı rəy verilmiş və məhkəməyə göndərilmişdir. Dövlət ittihamçısı tərəfindən A10 iş üzrə verdiyi hüquqi əsası olmayan rəyin sübut kimi qəbul edilməsinin və A10 məhkəmə iclasına şahid kimi dəvət olunaraq dindirilməsinin yol verilməzliyi məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə buna məhəl qoymamış və nəticədə qanunun tələblərinin pozulması ilə əldə edilmiş sübutlara istinad etməklə İ7 barəsində bəraət hökm ü çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində birinci instansiya məhkəməsinin həmin səhvini təkrarlamışdır. Birinci instansiya məhkəməsi konkret halda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun, CPM-nin 264-cü maddəsində nəzərdə tutulan ekspertizanın aparılmasının əsasları müəyyən edilməsi ilə bağlı normalarının tələblərindən çıxış etməyərək A10a ekspertiza idarəsinin rəhbərliyi tərəfindən ekspert qismində məhkəmənin qərarı ilə qoyulmuş suallara cavab verilməsi ilə əlaqədar tapşırıq verilmədiyi, ona hüquq və vəzifələri izah edilmədiyi, bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdar edilmədiyi, cinayət işinin materialları ilə tanış olmadığı halda, qanunsuz və əsassız rəy üzrə onun məhkəmə iclasına dəvət edilib şahid qismində dindirilməsini təmin etmişdir. Halbuki, Qanunda ekspertlər öz aralarında məsləhətləşmə aparır və ümumi rəyə gəldikdə rəyi imzalayırlar. Ekspertlər arasında fikir ayrılığı olduqda onlardan hər biri fikir ayrılığı doğurmuş bir və ya bir neçə suala dair ayrıca rəy verir. 30.01.2018-ci il tarixli T 12 /2018 saylı rəydən göründüyü kimi qanunun bu tələbinə əməl olunmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8, şahid qismində dindirilmiş S6, şahid qismində dindirilmiş “Real” Tibb Mərkəzinin sabiq həkimi İ6, şahid qismində dindirilmiş “Real” Tibb Mərkəzinin sabiq həkimi Mehri Həşimova istisna olmaqla, halhazırda “Real” Tibb Mərkəzində təqsirləndirilən şəxs İ7la birlikdə işləyən, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmiş şahidlərin hamısı məhkəmə baxışında ifadələrini müxtəlif bəhanələrlə danaraq, həmkarları İ7 xeyrinə ifadələr vermişlər. Məhkəmə baxışında ibtidai istintaq zamanı verdikldəri ifadələrdən fərqli ifadə vermələrini isə kimisi müstəntiq Əflatun Hüseynovun duruşunun ona təsir etməsini, kimisi müstəntiq tərəfindən ifadəsi dəyişdirilərək sonradan ona imza etdirməsi, kimisi Sumqayıt şəhər prokurorluğunda olan mühafizə polisinin ona təsir etməsini bəhanə gətirərək İ7 əleyhinə ifadə verdiklərini bildirmişlər. Müstəntiqin qeyd edilən şahidlərə hər hansı formada təsir etməsi, onları aldatması öz təsdiqini tapmamış, məhkəmələr müdafiə tərəfinin mövqeyindən çıxış edərək şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri qəbul etməmişlər. Bundan başqa, məhkəmələr belə qənaətə gəlmişlər ki, müstəntiq Əflatun Hüseynov DVR qurğularında video görüntüləri qəsdən silmiş, həmin video görüntülər istintaq zamanı X45 göstərilsə də, qurğular ekspertizaya göndərilərkən video görüntüləri müəyyən etmək olmamışdır. Məhkəmələr nəzərdən qaçırmışlar ki, cinayət işinin İ cild, 46-cı səhifəsində “Real” Tibb Mərkəzinin rəhbərliyi xəstəxanada işlək vəziyyətdə olan kameralardakı görüntüləri diskə köçürülüb müstəntiqə təqdim edilməsi barədə məktub yazmış, həmin məktubda bəzi qurğuların işlək olmamasını bildirmişlər. X45 təqdim edilən videogörüntülər xəstəxana tərəfindən təqdim edilən görüntülər olmuş və həmin disk cinayət işinin ibtidai istintaq cildinin üzlüyünə əlavə edilmişdir. Beləliklə də, məhkəmələrin müstəntiq barədə gəldiyi nəticə tamamilə yanlış olmuşdur. Bundan başqa, iş üzrə təkrar komissiyon məhkəmə-tibb ekspertizasının 30.01.2018-ci il tarixli,T12/2018 saylı rəyini vermiş üç ekspertlərdən ikisi məhkəmə baxışında şahid qismində dindirilərkən verdikləri rəyi tam təsdiq etmişlər. Lakin üçüncü X46 bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxışında şahid qismində dindirilərkən müxtəlif bəhanələr gətirərək verdiyi rəyi təsdiq etməmiş və məhkəmədə fərqli ifadə vermişdir. X46 ifadəsində ekspertizanın keçirilməsi zamanı cinayət işinin materiallarının ona təqdim olunmadığını, bu materialları ümumiyyətlə görmədiyini və işi oxumadığını göstərmişdir. Maraqlıdır, görəsən insan taleyini həll edən rəyə X46 cinayət işinin materialları ilə tanış olmadan, verdiyi r əyi oxumadan necə imza etmişdir. Məhkəmələr isə bu hala qiymət verməmiş, bu isə məhkəmələr tərəfindən iş üzrə qeyri-obyektiv araşdırma aparılmasına dəlalət edən haldır. Bundan başqa, “Real” Tibb X1 adına tərtib edilmiş 30.06.2016-cı il tarixli, ******* saylı stasionar xəstənin tibbi kartından görünür ki, həmin tarixdə saat 14.40-dan saat 15.15-dək, X20 adına tərtib edilmiş 30.06.2016-cı il tarixli, ******* saylı stasionar xəstənin tibbi kartından görünür ki, həmin tarixdə saat 16.15-dən saat 17.10-dək korbağırsağın kəskin iltihabı diaqnozu ilə əməliyyat olunmuşlar və İ7 həmin əməliyyatda həkim anestezioloq-reanimatoloq kimi iştirak etmişdir. Göründüyü kimi, A8n adına olan xəstəlik tarixində əməliyyatdan sonra onun vəziyyəti ilə bağlı aparılmış qeydlər A8n ölümündən sonra aparılmış qeydlərd ir və bu hal şahid İ6 ibtidai istintaq və məhkəmə baxışlarında verdiyi, A9 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində birbaşa təsdiq olunur. İ7 əməliyyatdan sonra A8ya palatada baş çəkməməsi isə zərərçəkmiş şəxsin hüquqi varisi X8nın ibtidai istintaq və məhkəmə baxışında verdiyi, eləcədə R8, Ş8 Məmmədovanın, T8nın, Röya Əliyevanın ibtidai istintaq zamanı verdiyi ifadələri ilə tam təsdiq olunur. X49 Qurbanlını əməliyyat otağından palataya keçirdikdən sonra ona nəzarət edib müayinə aparmadığından xəstənin vəziyyətini xarakterizə edən bütün zəruri məlumları onun tibbi kartında qeyd etməmiş, ağır və daim nəzarət tələb edən A8n tibbi kartı işin sonunda növbətçi həkimə təhvil verməmiş, bu səbəbdən növbəyə gələn həkim A9u müalicənin düzgün təşkil edib ona nəzarət etmək imkanından məhrum etmiş, azyaşlı öldükdən sonra xəstəlik tarixində A8n huşunun aydın olmaqla boğaz ağrılarından şikayət edib süd və maye qəbul etdiyini qeyd etməklə xəstəlik tarixinə bilə-bilə yalan məlumatlar daxil edib sonuncunun narkozdan sonra tam ayıldığını, onun tərəfindən A8ya lazimi dinamik nəzarətin tam və düzgün təşkil edildiyi görüntüsünü yaradaraq azyaşlının onun etinasızlığı, laqeydliyi səhlənkarlığı nəticəsində öldüyünü gizlətməyə çalışmışdır. Beləliklə, qəbul edilmiş tibbi təlimata əsasən A8n əməliyyatı ümumi narkoz altında keçirildiyindən İ7 ekstubasiyadan dərhal sonra azyaşlını reanimasyon palataya, narkozun təsirindən çıxdıqda ümumi palataya köçürməklə oksigen aparatına qoşub monitor nəzarətində saxlamalı olduğu halda, əməliyyatdan sonra onu ümumi palataya köçürüb onu oksigen aparatına qoşub mo nitor nəzarətində saxlamamış, A8 qusub hərarəti yüksələrək vəziyyəti pisləşib reanimasyon palataya köçürülüb oksigen və monitor aparatına qoşulduqda sonuncunun vəziyyətinin pisləşməsi ilə əlaqədar tibbi yardım göstərmək üçün palataya gələrkən onun oksigen aparatına qoşulub artıq hərarətinin enməyə doğru getdiyini əsas gətirib onu həmin aparatlardan ayrılmasına göstəriş vermiş, A8 oksigen aparatından ayrıldıqdan az sonra yenidən vəziyyəti pisləşməyə doğru gedib qusmuş, nəticədə qusuntu kütləsi onun tənəffüs yollarına düşərək aspirasiya ilə nəticələnmişdir. İ7 azyaşlı A8ya kalipsol dərman preparatını norma daxilində yeritmiş olsaydı belə əməliyyatdan sonrakı dövrdə həyati vacib funksiyaların fəaliyyəti tam bərpa edilənədək, o cümlədən gecikmiş anestezioloji ağırlaşmadan qorumaq üçün onu dina mik nəzarətdə saxlayıb əməliyyatdan əvvəl, əməliyyatdan sonra isə birinci dəfə hələ saat 18 radələrində qusarkən xəstənin mədəsinə zond qoyub qusmanın qarşısının alınması üçün zəruri profilaktiki tibbi tədbirlər görsəydi, onun vəziyyəti ilə bağlı müraciətlərə dərhal reaksiya verib üzərinə düşən peşə vəzifələrini lazimi qaydada yerinə yetirib müayinə aparmaqla tibbi yardım göstərsəydi gecikmiş anestezioloji ağırlaşma nəticəsində istər birinci, istərsədə ikinci qusma baş verməz, bu da aspirasiya ilə nəticələnməzdi. Qeyd olunanlar isə bir daha onu göstərir ki, İ7 xəstəyə laqeyd, etinasız yanaşması, peşəsini lazımı və tələb edilən qaydada yerinə yetirməməsi, hərəkətsizlik göstərməsi xəstənin ölümü arasında birbaşa səbəbli əlaqə yaradır. Göründüyü kimi, İ7 X37 ölüm faktının araşdırılacağını bil diyindən gələcəkdə məsuliyyətdən yayınmaq və hüquqi vəziyyətini (statusunu) dəyişmək məqsədilə sonuncunun adına açılmış stasionar xəstənin tibbi kartasına 13.50-də ekstubasiya edib palataya köçürdüyü halda, həmin vaxtı saat 13.00 kimi, palataya gətirildiyi andan saat 18 radələrinədək xəstəyə baxış keçirib müayinə etmədiyi halda, huşunun aydın olması, boğazındakı ağrılardan şikayət etməsi, xəstədə qusma halının baş verməməsi, süd və maye qəbul etməsi, həmçinin, sonuncuya anestetik vasitə olan kalipsol” dərman preparatını 150 mq dozada venadaxili yeritməsinə baxmayaraq həmin dozanın 50 mq olması barədə göstərilən yalan məlumatları daxil etməklə stasionar xəstənin tibbi kartasmı biləbilə saxtalaşdırmışdır. Konkret olaraq İ7 barəsində olan cinayət işi üzrə məhkəmələr tərəfkeşlik və qərəzlili k nümayiş etdirərək İ7u ifşa edən ittihamedici sübutları deyil, təhrif olunmuş sübutlar əsasında bəraət hökmü və qərar çıxarmışlar. Hazırkı iş üzrə ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsə, eləcədə ittiham tərəfin şahidlərinə qarşı hər hansı psixi və fiziki zor tətbiq edilmədiyi halda məhkəmələr onların ibtidai istintaq zamanı verdikləri və işin halları ilə uzlaşan ifadələrinin deyil, məhkəmə istintaqı zamanı verdikləri yalan ifadələrinə hüquqi qiymət vermədən əsas götürməsi, İ7 özünü müdafiə xarakterli ifadəsinə tənqidi yanaşmadan əsas götürülməsi məhkəmənin bəraət hökmünün əsassızlığına dəlalət edir. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsi xahiş edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayəti kassasiya protesti i lə eyni məzmunlu dəlillərlə əsaslandırılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasi ya protestinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməlidir. Kassasiya protestinin dəlilləri X8 əsassız olaraq bəraət verildiyindən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədədir. Cinayət işinə baxmış məhkəmələr sübutların toplanması, tədqiqi və qiymətləndirilməsi üzrə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin göstərişlərinə əməl etməmişlər. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirlən dirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. CPM-nin 329.1-ci maddəsinə əsasən 329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsi nə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Göstərilən prosessual maddələrin mənasına görə birinci instansiya məhkəməsi məhkəmə iclasında həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında toplanmış sübutları tədqiq etməlidir. Yəni, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadə də sübut növüdür və məhkəmə iclasındakı ifadəsi ilə müqayisəli tədqiq edilməlidir. Əgər təqsirləndirilən şəxsin və şahidin məhkəmə iclasında və ibtidai iatintaqda verdiyi ifadələr arasında fərq və ya ziddiyyət olarsa o zaman onların hər ikisi tədqiq edilməklə bu ziddi yyət və ya fərq aradan qaldırlmalı (CPM-nin 327,329-u maddələri), bunu aradan qaldırmaq mümkün omadıqda isə həmin ifadələrdən daha mötəbəri cinayət işi üzrə sübut kimi qəbul edilməlidir. Araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxs və şahidlər məhkəmə iclasında ifadələrində təqsirləndirilən şəxsin xeyrinə əhəmiyyətli dəyişikliklər etsələr də, məhkəmə onların əvvəlki ifadələrini (sərbəst ifadə və üzləşmə zamanı ifadələrini) elan edib tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, məhkəmə iclasındakı ifadələri əsas götürmüşdür. Şahidlər ibtidai istintaqdakı ifadələrinin müstəntiq tərəfindən dəyişdirildiyini, buna görə şahidlər müxtəlif bəhanələrlə prokurorluğa təkrar çağırıldıqlarını, mestəntiq ifadələrində hərf səhvu olduğunu səbəb kimi göstərərk ifadələrini dəyişdirib, onlara oxumağa im kan vermədən imzalatdırdığını, onlara hədə-qorxu və təzyiq etdiyini göstərmişlər. Məhkəmələr belə halların mövcud olub-olmamasını ətraflı yoxlamadan, açıqdan-açığa təqsirləndirilən şəxsin təqsirsizliyinə əsas verən istiqamətində dəyişdirilmiş həmin ifadələri əsaslı hesab edib məhkəmə iclasındakı ifadələrə üstünlük vermişlər. Cinayət işinin 1-ci cild 109-112-ci vərəqində olan şahid –“ReaL” tibb klinikasının post şöbəsinin baş tibb bacısı X21 ibtidai istintaqdakı 18 iyul 2016-cı il tarixli ifadəsində göstərmişdir ki, 30.06.2016-cı il tarixdə İsmayıl həkim ona ağ kağızda 150 mq ölçüdə “Kalipsol” və 0,5 mq “Sibazon” dərman preparatlarını A8 vurumasını yazaraq tapşırmış, o da həmin kağızda qeyd olunanaları 2 ədəd şpirisə dolduraraq A8ya venadaxili yeritmişdir. Müstəntiqin təkrar sualına cavab o laraq da eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 2-ci cildinin 6-7-ci vərəqlərində olan X21 ilə X12 arasında 30.11.2016-cı il tarixli üzləşmə protokolundan müəyyən edilir ki, Ş8 İ9 üzünə qarşı göstərmişdir ki, 30.06.2016-cı il tarixdə saat 12 radələrində “adenoid xroniki tonzillit” diaqnozu ilə əməliyyat olunacaq azyaşlı A8ya həkim anestezioloq –reanimatoloq İ7 göstərişinə əsasən venadaxili 150 mq Kalipsol, 0,5 ml isə Sibazon yeritmişəm. Ş.Məmmədovanın bu ifadəsinə qarşı üzləşmədə iştirak edən X12 göstərmişdir ki, X11 üzümə qarşı verdiyi ifadəni dinlədim, mənə aydındır. Onu qeyd etmək istəyirəm ki, tibb bacısının icazəsiz xəstəyə hər hansı dərman verib, iynə vurmağa səlahiyyəti yoxdur. O, cümlədən əməliyyatdan öncə həkimin göstərişi olmadan manipulyasiya etməyə ixtiyarı yoxdur. Onunl a təsdiq edirəm ki, A8ya əməliyyat öncəsi anestetik dərman pereparatının vurulmasına mən göstəriş vermişəm. Dozasını da mən təyin etmişəm, o mənim təyin etdiyim dozadan artıq və ya əskik dərman preparatı vura bilməzdi. Protokolun sonunda hər iki üzləşənlər əlyazmaları ilə “ifadəmi oxudum, sözlərimlə düzgün yazılıb....” qeyd etməklə imzalamışlar. Cinayət işinin 1-ci cild 113-117-ci vərəqlərində olan anestezist tibb bacısı X7 22.07.2016 tarixli şahid ifadəsindən görünür ki, 123 saylı palataya daxil olarkən tib bacısı Ş8 əlində iki ədəd birində 0,5 mq “Sibazon”, digərində isə 150 md “kalipsol” dərmanı olan şpiris var idi, o həmin pereparatların hamısını A8 venasına yeritdi və uşaq dərhal yuxuya getdi. Müstəntiqin suallarına cavab verərkən göstərmişdir ki, Anestezoloji vəsait jurnalı ona təqdi m olunmuş, həmin jurnalda əməliyyatdan öncə və ya əməliyyat zamanı xəstəyə vurulan narkoz dərmanlarının adı və miqdarı qeyd olunur. Jurnalın 72-ci vərəqindəki 493-cü qrafasında 30.06.2016 tarixdə X29 əməliyyat zamanı vurulmuş sedativ dərmanların adı və miqdarı mənim tərəfimdən yazılmış, mən oraya “Kalipsol”150 mq yazmışdım, bu da A8 əməliyyatdan öncə Ş8 tərəfindən venadaxili 150 mq miqdarında kalipsol preparatının vurulmasını göstərir. Həmin jurnalda düzəlişi mən İsmayıl həkimin göstərişindən sonra etmişəm. Mənə deyib sil, mən də silmişəm, həkimin göstərişini yerinə yetrimək mənim borcumdur. Xəstəlik tarixi mənim əlimdə olmadığından orada kalipsolun hansı miqdarda göstərildiyini bilməmişəm, bu səbəbdən jurnalda düzəlişin edilməsi tapşırılanda bunun hansı məqsədlə edilməsini dərk etməyib ağardıcı maye ilə onu silərək 50-yə düzəliş etmişəm. Cinayət işinin 2-ci cildinin 8-9-cu vərəqlərində olan X13 ilə X12 arasında 30.11.2016-cı il tarixli üzləşmə protokolundan müəyyən edilir ki, R8 İ9 üzünə qarşı göstərmişdir ki, Anestezioloji vəsait jurnalında əməliyyatdan öncə və ya əməliyyat zamanı xəstəyə vurulan bütün narkoz dərmanlarının adı və miqdarı qeyd olunur. Jurnalın 72-ci vərəqindəki 493-cü qrafasında 30.06.2016-cı il tarixdə X29 əməliyyat zamanı vurulmuş sedativ dərmanların adı və miqdarı mənim tərəfimdən yazılmış, mən oraya Kalipsol 150 mq yazmışdım, bu da A8 əməliyyatdan öncə Ş8 tərəfindən venadaxili 150 mq miqdarda Kalipsol dərman preparatının vurulmasını göstərir. Həmin jurnalda düzəlişi mən İsmayıl həkimin göstərişindən sonra etmişəm, mənə deyib sil, mən də silmişəm, hək imin göstərişini yerinə yetirmək mənim borcumdur. Xəstəlik tarixi mənim əlimdə olmadığından orada Kalipsolun hansı miqdarda göstərildiyini bilməmişəm, bu səbəbdən jurnalda düzəlişin edilməsi tapşırılanda hansı məqsədlə bunun edilməsini dərk etməyib ağardıcı maye ilə onu silərək 50-yə düzəliş etmişəm. R6 bu ifadəsinə qarşı üzləşmədə iştirak edən X12 göstərmişdir ki, X7 üzümə qarşı verdiyi ifadəni dinlədim, mənə aydındır. Onu qeyd etmək istəyirəm ki, mənim göstərişimə əsasən Rəhimə bunu icra etmişdir. Protokolun sonunda hər iki üzləşmədə iştirak edənlər əlyazmaları ilə “ifadəmi oxudum, sözlərimlə düzgün yazılıb....” qeyd etməklə imzalamışlar. Üzləşmə protokollarını həmin şahidlərin məhkəmə iclasında göstərdikləri kimi müstəntiqin dəyişib sonradan onlara imza etdirməsi mümkünsüzdür. Çünki həm in protokolu həm də belə dəyişikliklər mənafeyinə zidd olan və təqsirsizliyini sübut etməyə çalışan İ7 da imzalamışdır. Üzləşmədə iştirak edənlər protokolda yazılanların onların sozləri ilə düzgün yazıldığını əlyazmaları ilə yazıb təsdiq etmişlər. Üzləşmə protokolları məhkəmə iclasında elan edilib tədqiq edilməmişdir. Kalipsol preparatının həddindən çox vurulması mərhum A8da anestezioloji ağırlaşmaya səbəb olması məhkəmə-tibb ekspertizalarının rəylərində təsbit edilmişdir. Cinayət işinin 1-ci cildinin 138-145-ci vərəqlərində olan şahid- “Real” tibb klinikasının həkimanestezioloq-reanimatoloq həkimi X14 25.07.2016 tarixli ifadəsində müstəntiqin A8n tibbi kartasında İ7 tərəfindən saat 13:00, 15:00, 17:15 və 17:50-də xəstəni müayinə etməsinə dair qeyd etməklə saat 17:15-də analgin və dimidrol iynəsi vurulmasına dair təyinat etməsi qeyd edilmişdir, bu barəd nə göstərə bilərsiniz sualına cavab olaraq göstərmişdir ki, xəstənin əməliyyatdan sonra 8 saatlıq dövründə həkim-anestezioloq-reanimatoloqun ona nəzarət etməli olmasını nəzərə alıb, onun qeydiyyatı mənim üçün əhəmiyyətli olduğundan xəstəlik tarixində onun qeydlərinə baxdım. Həmin qeydiyyatlar da onun tərəfindan aparılmamışdır. Yenə qeyd edirəm ki, növbəni qəbul edəndə tibbi kartada göstərilən saatlara dair İlham həkimin qeydləri olsa da, İsmayıl həkimin müayinə qeydləri olmamışdır. A8 vəziyyəti ağırlaşanda başıım ona qarışdı, öləndən sonra onu ekspertizaya göndərilməsi üçün tədbirlər gördüm, həmin vaxt həkimlər otağında idi. Növbənin sonunda diqqət edərkən İsmayıl həkimin qeydlərini gördüm. Olsun ki, İ6 həkim həmin müddətdə həmin qeydləri aparmışdır. A9 ibtidai istintaqa verdiyi ifadəsindən fərqli olaraq məhkəmə baxışında İ7 xeyrinə ifadələrini dəyişmişdir. Lakin məhkəmələr onun ibtidai istintaqda verdiyi ifadəni tədqiq edib nəzərə almamış, məhkəmə baxışında verdiyi ifadəsini daha mötəbər hesab edilməsinin motivlərini bəraət hökmündə və qərarda göstərməmişlər. Kassasiya protestində göstəridiyi kimi A9 hal-hazıra kimi “Real” X39 Qənbərovun tabeliyində işləyir. Məhkəmələr bu halı da tam, hərtərəfli və obyektiv araşdırmadan A9 məhkəmə iclasındakı ifadəsinə üstünlük vermiş, onun istintaqdakı ifadəsi digər şahidlərin ifadələri ilə təsdiq edildiyi və işin obyektiv vəziyyətinə daha uyğun olduğu halda həmin ifadədə göstərilən halların həqiqiliyini araşdırmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8nın ibtidai istint aq müddətində və məhkəmə iclasında verdiyi ifadələrindən məlum olur ki, X8 əməliyyatdan sonra daim qızı A8n yanında olmuş, X8 və ya digər şəxslər tərəfindən A8ya heç bir maye, qida və süd verilməmiş, İ7 əməliyyatdan sonra saat 14.00-dan saat 18.00-dək uşağa baş çəkməmiş və uşağın əməliyyata götürülməsinə qərar da məhz İ7 tərəfindən verilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X43 ifadəsində göstərmişdir ki, A8 tibb mərkəzində EKQ edilərək kardioqrammaya rəy verən həkim kardioloq X50 sinus ritmi, aritmik, periodik olaraq PQRST komplekslərinin itməsi, sinoatrial blokada diaqnozu qoyaraq, ona uşaq kardioloqun konsultasiyasını tövsiyə etmişdir. Qoyulan diaqnozu əməliyyatda iştirak edəcək tibb mərkəzinin həkim anestezioloq-reanimatoloqu İ7a gö stərmiş, sonuncu diaqnoza baxıb A8 yatdığı palataya gedərək, anası X8 xanımdan qızı A8 barəsində anamnez toplamış, bundan sonra uşaqda ciddi şey olmadığını, əslində dəfələrlə bundan ağır xəstələrin əməliyyatını apardığını demişdir. Uşaq kardioloqu E10 yaxşı olar təkrar müayinə aparılıb həkim konsultasiyası keçirilsin. İsmayıl həkim əməliyyatın başqa tarixə keçirilməsinə ehtiyac bilmədiyini deyib əməliyyata hazırlaşmağı tapşırdı. A8 saat 14 radələrində palataya gətiriləndən bir neçə dəqiqə sonra ona baş çəkərkən anası qızının hərəkətsiz olub ətrafa reaksiya görsətmədiyindən şikayətləndi. İsmayıl həkimi görüb bu barədə ona məlumat verməklə uşağa başçəkməyi xahiş etmişdir. Bundan sonra saat 17:30 radələrinədək bir neçə dəfə A8nu müayinə edib ona baş çəkmiş, hər dəfə uşağın anası X8 yanında olub, azyaşlı bu müddətdə eyni vəziyyətdə, sağçiyin üzərində uzanıqlı hərəkətsiz olub, onu adı ilə çağırsa da, qanaxmanın olmadığına əmin olmaq üçün boğazına baxarkən belə uşaqda ətrafa reaksiyanın olmadığını görüb xəstəlik tarixində qeydiyyat aparmaqla İ6 həkimə xəstənin bu vəziyyəti barədə bir neçə dəfə məlumat verib azyaşlını müayinə etməsini xahiş etmişdir. O, da hər dəfə, boğaz əməliyyatının xeyli sadə olduğunu, narkozdan sonra belə halların baş verə biləcəyini, bilik və təcrübəsinə görə uşaqda ciddi bir şey görmədiyini, hər an uşağı vəziyyətdən çıxara biləcəyini deyib narahat olmamağını və uşağı müayinə edəcəyini vəd etmişdir. Xəyalə saat 17 radələrində yenə də A8 narkozdan ayılmadığından şikayət etdikdə ona demişdir ki, uşağın narkozdan ayılmasına İsmayıl həkim cavabdehdir. X8 bildi rmişdir ki, hər dəfə deyirsiz amma İsmayıl həkim gəlib baxmır. İş saatı bitib evə getməzdən əvvəl İ6 həkimə yenə uşağın vəziyyəti və ananın narahatçılığı barədə məlumat vermiş, uşağa baxmasını xahiş edib bildirmişdir ki, evə gedir, uşağa baxsın ki, evə rahat getsin. İsmayıl həkim isə uşağın vəziyyətindən xəbəri olduğunu, əməliyyatdan sonra xəstələrdə belə halların baş verdiyini söyləmişdir. X43 həmçinin qeyd etdi ki, xəstə exokordioqramma olunmamışdır. O, əməliyyatn bir gün sonraya təxirə salınmasını istəmiş, İsmayıl həkim isə həmin gün olunmasına qərar vermişdir Məhkəmə iclasında tədqiq edilmiş “Real” Tibb X1 adına tərtib edilmiş 30.06.2016-cı il tarixli, ******* saylı stasionar xəstənin tibbi kartından görünür ki, həmin tarixdə saat 14.40-dan saat 15.15dək, X20 adına tərtib edilmiş 30.06.2016-cı il tarixli, stasionar xəstənin tibbi kartından görünür ki, həmin tarixdə saat 16.15-dən saat 17.10-dək korbağırsağın kəskin iltihabı diaqnozu ilə əməliyyat olunmuşlar və İ7 həmin əməliyyatda həkim anestezioloq-reanimatoloq kimi iştirak etmişdir. X41 adına olan xəstəlik tarixində əməliyyatdan sonra onun vəziyyəti ilə bağlı İ7 tərəfindən aparılmış qeydlərin A8n ölümündən sonra aparılması yuxarıda göstərilən sübutlarla yanaşı şahidlər R8, Ş8, T8nın, R8 ibtidai istintaq zamanı verdiyi ifadələrlə təsdiq edilsə də, bu ifadələr məhkəmə iclasında tədqiq edilməmişdir. Cinayət işinə baxmış birinci və apellyasiya instansiya məhkəmələri göstərilən dindirmə və üzləşdirmə protokollarını məhkəmə iclasında elan edib ətraflı tədqiq etməmişlər. Göstərilən şahidlərin ifadələrində və üzləşmə protokol larında mərhum A8ya əməliyyatdan öncə X6 göstərişi ilə 150 mq Kalipsol vurulması, bu barədə Anestezoloji vəsait jurnalında qeyd edilməsi, sonradan həmin jurnalda İ9 göstərişinə əsasən 150 rəqəminin 50-ə düzəliş edilməsi, əməliyyatdan sonra İ9 xəstəyə baş çəkməməsi, onu müayinə etməməsi, xəstəni anestezioloji ağırlaşmadan çıxarılması üçün heç bir tədbir görməməsi barədə mötəbər məlumatlar vardır. Həmin ifadələrin dəyişdirilməsi məqsədi ilə təkrar ifadələr alınması və ya üzləşdirmə protokollarının dəyişdirilməsi mümkünsüzdür. Bu sənədlərin müstəntiq tərəfindən saxtalaşdırılması və ya şahidlərin yalan ifadə verməyə məcbur edilməsi (CM-nin 294.2-ci və 299-cu maddələri) barədə şahidlərin məhkəmə iclasında göstərdiyi hallar qanuni qüvvəli hökmlə sübut edilməyincə işin həqiqi halı kimi qiymətlənd irilə bilməz. Ona görə də şahidlərin göstərilən arqumentlərlə, istintaqdakı ifadələrini təkzib etmələrinə düzgün hüquqi qiymət verilməmişdir. Yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşımaları barədə xəbərdar edilmiş şahidlər ibtidai istintaqda və ya məhkəmə iclasında yalan ifadə vermişlərsə onların qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə ciddi yanaşılmalı və məhkəmə tərəfindən mütləq hüquqi qiymət verilməlidir. İbtidai istintaqdakı ifadələrində obyektiv səbəblər olmadan dəyişiklik etmiş şəxslərin hərəkətlərinə, onları buna təhrik edən şəxslər varsa onların hərəkətlərinə adekvat hüquqi qiymət verilməmişdir. Cinayət işinin materiallarından (1-ci cild i.v-103-18) görünür ki, “Real” tibb klinikasından DVR qurğuları 15 iyul 2016-cı il tarixdə götürülmüş, 18.07.2016-cı il tarixdə həmin qurğular barəsində məhkəmə-kompüter texniki ekspertizası təyin edilmiş, eyni tarixli məktubla ekspertiza təyin edilmsi barədə qərar və 2 ədəd DVR qurğuları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilmiş və məktubun üzərindəki qeyddən görünür ki, 22.07.2016-cə il tarixdə ekspertiza mərkəzi tərəfindən qəbul edilmişdir. X25 isə 25.07.2016 tarixdə şahid qismində dindirilmişdir. X4 dindirilərkən DVR qurğuları bundan 3 gün əvvəl ekspertizaya təqdim edildiyindən həmin qurğularda olan görüntülər müstəntiq tərəfindən ona göstərilə bilməzdi. Birinci instansiya məhkəməsinin hökmündə göstərilir ki, 30.06.2016-cı il tarixə aid görüntüləri əks etdirən videofayllar maqnit informasiya daşıyıcılarından müstəntiq tərəfindən qəsdən silinib məhv edilərək eksper tizaya təqdim edilməmişdir. Belə ki, işin ibtidai istintaqını aparan müstəntiq Əflatun Hüseynov 25.07.2016-cı il tarixdə saat 11.15-dən saat 12.50-yə kimi olan vaxt ərzində Sumqayıt şəhər prokurorluğunda X16 şahid qismində dindirərkən ona əməliyyat otağında A8 üzərində keçirilən əməliyyat zamanı video görüntüləri təqdim etmiş və ondan bu barədə nə deyə biləcəyini soruşmuşdur. X51 cavab olaraq bildirmişdir ki, videogörüntü ona təqdim olundu, uşağa heç olmasa ringer məhlulu sistem şəklində qoşulmalı idi. Bundan başqa, uşağın narkozdan sonra ayılmamasını görür, uşaq ət kimidir, uşaq tam ayılana qədər həkim nəzarətində olmalı idi. Əgər sərbəst tənəffüs varsa ekstubasiya olunur, sərbəst tənəffüs yoxdursa xəstə trubka ilə palataya köçürülməlidir. Gec ekstubasiya olunmasının səbəbi relaksant də rmanların (kalipsol, sibazon) miqdarının yüksək olmasını göstərir cavabını vermişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, həkimi X17 “Real” tibb klinikasından götürülmüş DVR qurğularının görüntüləri deyil cinayət işinin materiallarına əlavə edilmiş DVD formalı diskdə olan videogörüntülər təqdim edilmişdir. A8n əməliyyatını əks etdirən videogörüntülər həmin DVD formalı diskdə əks olunmuşdur. Cinayət işinin 1-ci cildinin 46-cı vərəqində olan məktubdan görünür ki, həmin DVD formalı disk müstətntiqə təqdim edilmiş və cinayət işinin 86-87ci vərəqlərində olan 06.07.2016-cı il tarixli protokoldan görünür ki, həmin diskə baxış keçirilmişdir. Göstərilənlər cinayət işinə baxmış birinci instansiya məhkəməsinin hakiminin diqqətindən kənarda qaldığından bu məsələ ilə əlaqədar, o cümlədən cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq barəsində yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 140.0-cı maddəsinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər: 140.0.1. ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri — tibb sahəsində ekspertin rəyi; Göstərilən qanunun mənasına görə cinayət prosesi gedişində ölümün səbəbi yalnız tibb sahəsində ekspertin rəyi sübutunun əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmündə göstərilmişdir ki, məhkəmə hesab edir ki, X37 ölümünün təqsirləndirilən şəxs İ7 hərəkətləri ilə heç bir bağlılığı yoxdur. Məhkəmə həmçinin razılaşır ki, A8n ölümü «Kalipsolla» bağlı olmamış, hətta ona 150 mq «Kalipsol» vurulmuş olsaydı belə, heç bir halda bu xəstənin ölümünə səbəb ola bilməzdi. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə istintaqı zamanı azyaşlı A8ya 150 mq «Kalipsolun» vurulması və bununla bağlı İ7 tibb bacılarından kiməsə göstəriş verməsi öz təsdiqini tapmamışdır. Məhkəmə belə nəticələrə gələrkən qanunda nəzərdə tutulmuş məhkəmə-tibb ekspertizaların rəylərinə deyil, subyektiv mülahizə xarakterli ifadələrə və əldə edilməsi qanuna uyğun olmayan sübuta istinad etmişdir. İş üzrə verilmiş məhkəmə-tibbi ekspertizalarının rəylərini qiymətləndirərkən, məhkəmə Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinin tələblərini rəhbər tutduğunu göstərmişdir. Həmin tələblərə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmə həmin rəyləri məhkəmə istintaqı zamanı əldə edilmiş digər sübutlarla, o cümlədən iş üzrə son təkrar komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsinə mütəxəssis-anestezioloq kimi cəlb edilmiş 1 Daxili Xəstəliklər və Reanimotologiya kafedrasının asistenti X18 və iş üzrə müstəqil rəy tərtib etmiş Azərbaycan Respublikası Ə.Əliyev adına X2 anesteziologiya və reanimatologiya kafedrasının dosenti X28 məhkəmə istintaqı zamanı əlavə şahid qismində vermiş olduqları ifadələrində göstərdikləri dəlillərlə müqayisə edərək hesab etmişdir ki, məhkəmə-tibb ekspertiza rəyləri açıq-aşkar qeyri-obyektiv xarakter daşıdığından iş üzrə sübut kimi qəbul edilə bilməz. Lakin məhkəmə bu raylərin açıq-aşkar qeyri-obyektivliyinin nədə ifadə olunmasını əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi azyaşlı A8ya 150 mq «Kalipsolun» vurulmasının və bununla bağlı İ7 tibb bacılarından kiməsə göstəriş verməsinin öz təsdiqini tapmaması barədə nəticəyə gələrkən şahidlər Şərqiyə Məmmədova və R8 yuxarıda şərh edilən sərbəst və İsmayıl Qurbanovla üzləşmə zamanı verdikləri ifadələrini, həmin ifadələrin həqiqiliyinin İsmayıl Qurbanov tərəfindən təsdiq edilməsini nəzərə almamışdır. Zərərçəkmişin ölümünün səbəbi barədə ekspertiza rəylərinin iki şahidin ifadəsi ifadəsinə istinad etməklə məhkəmə tərəfindən təkzib edilməsi Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsin tələbinə ziddir. Həmin qanuna əsasən ölümün səbəbi yalnız tibb sahəsində ekspertin rəyi sübutunun əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Digər tərəfdən həmin şahidlərdən biri X30 30.01.2018-ci il tarixli T12/2018 saylı məhkəmə-tibb ekspertizasının rəyinin verilməsində ekspert komissiyasının üzvü kimi iştirak etmiş, yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilmişdir. Məhkəmə ekspertin şahid ifadəsini, onun özünün və digər iki ekspertin imzladığı rəydən üstün tuturdusa onda həmin rəyi imzalamış ekspertlərin yalan rəy verməsi barədə məsələni müzakirə etməli olduğu halda müzakirə etməmişdir. İşə baxmış məhkəmə nəzərə almamışdır ki, bir insanın həyatdan məhrum olması ilə nəticələnmiş hadisə barədə sübutlara qiy mət verərkən subyektiv mülahizə xarakterli dəlillərə deyil, yalnız qanunun tələblərinə uyğun sübutlara üstünlük verilməlidir. Bu cinayət işində ölümün səbəbini müəyyən etməli olan əsas sübut növü, yalnız məhkəmə-tibb ekspertizasının rəyidir (CPM-nin 140-cı maddəsi). Məhkəmə məhkəmə-tibb ekspertizasının rəyini natamam və ya əsassız hesab edirdisə əlavə və ya təkrar ekspertiza təyin edə bilərdi. Ekspertiza rəyini yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilərək imzalamış ekspert komissiyasının üzvünün, sonradan həmin rəyin yalan rəy olması barədə ifadələrinə düzgün hüquqi qiymət verilməli olduğu halda belə hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 267.1 və 267.2-ci maddələrinə əsasən qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşıl madıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinin müəyyən etdiyi qayda CPM-nin 140.0.1-ci maddəsinin müəyyən etdiyi qayda ilə ziddiyyət təşkil etmir. Müstəntiq, prokuror və ya məhkəmə CPM-nin 127.3-cü maddəsinə uyğun konkret ekspertiza rəyini yoxlayıb mötəbər sübut növü kimi qəbul etmədikdə bu zaman CPM-nin 140-cı maddəsi ilə nəzərdə tutulmuş mötəbər sübut kimi ekspertiza rəyini əldə etmək üçün yeni əlavə və ya təkrar məhkəmə-tibb ekspertizası təyin etməlidir. X37 ölümü ilə İ7 hərəkətləri arasında səbəbli əlaqənin olmasını təsdiq edən 04.11.2016-cı il tarixli, 334/KEŞ saylı, 09.02.2017-cı il tarixli,T-13/2017 saylı məhkəmə-tibbi ekspertizaaların rəylərinin olmasına baxmayaraq, müdafiə tərəfinin vəsatətinə əsasən komissiyon məhkəmə t ibb ekspertizasının 09.02.2017-cı il tarixli, T 13/2017 saylı rəyi məhkəmə tərəfindən əsassız olaraq şübhə altına alınmış, 16.11.2017-ci il tarixli qərarla təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə təyin edilmiş təkrar komissiyon məhkəmə-tibb ekspertizasının 30.01.2018-ci il tarixli, T 12/2018 saylı rəyi ilə müəyyən edilmişdir ki, A8ya normadan xeyli artıq, yəni 150 mq dozada kalipsolun vena daxilinə yeridilməsi anestoloji ağırlaşmaya səbəb olmuş, əməliyyatdan sonra da qusmanın erkən və sonrakı profilaktikası aparılmamış, xəstəyə dinamik nəzarət həyata keçirilməmiş, sonuncuda müşahidə edilən qusmanın qeyd edilən dərman preparatının əks təsirindən yaranıb qusuntu kütləsinin tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölməsinə səbəb olmuş və həmin tibbi pozuntularla A8n ölümü arasında birbaşa səbəbli əlaqə olmuşdur. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi ilə ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Lakin birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, 04.11.2016-cı il tarixli, 334/KEŞ saylı, 09.02.2017-cı il tarixli,T-13/2017 saylı məhkəmə-tibbi ekspertizaaların rəyləri,komissiyon məhkəmə tibb ekspertizasının 09.02.2017-cı il tarixli, T 13/2017 saylı rəyi məhkəmə iclasında elan edilib tədqiq edilməmiş, nəyə görə komissiyon məhkəmə tibb ekspertizasının 09.02.2017-cı il tarixli T 13/2017 saylı rəyi ilə razılaşdırılmadığı barədə əsaslandırılmış qərar qəbul edilməmişdir. Müdafiəçinin təkrar komission məhkəmə-tibb ekspertizası təyin edilməsi haqqında vəsatətində və vəsatətin təmin edilərək təkrar komission ekspertiza təyin edilməsi barədə qərarda nəyə görə komissiyon məhkəmə tibb ekspertizasının 09.02.2017-cı il tarixli, T 13/2017 saylı rəyi ilə razılaşmaması göstərilməmişdir. Vəsatətdə və məhkəmənin qərarında komissiyon məhkəmə tibb ekspertizasının 09.02.2017-cı il tarixli, T 13/2017 saylı rəyinin obyektivliyi və qərəzsizliyi baxımından əsaslı şübhələr doğurduğu ümumi formada gəstərilsə də, bu şübhələrin konkret nədə ifadə olunması göstərilməmişdir. Bununla da Azərbaycan Respublikası CPM-nin 146.3.1-ci maddəsi ilə müəyyən edilmiş qayda, sübutların məcmusunun toplanması sübut materiallarının lüzumsuz artıq toplanmasına gətirib çıxarmamalıdır prezumpsiyası pozulmuşdur. Bundan başqa cinayət işi üzrə alınmış məhkəmə-tibb ekspertizaları h ərtərəfli, tam və obyektiv tədqiq edilmədən, təyin edilmiş təkrar komission məhkəmə-tibb ekspertizasının rəyinə də düzgün hüquqi qiymət verilməmişdir. Ümumiyyətlə cinayət işi üzrə sənədlərin məhkəmə iclasında elan edilib tədqiq edilməsi müəyyən edilməmişdir. Cinayət işinin 5-ci cildinin 111-ci vərəqində protokolda göstərilir ki, sədrlik edən Azərbaycan Respublikası CPM-nin 334-cü maddəsinə əsasən ittihamın məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli olan iş materiallarını elan edir. Daha sonra göstərilir ki, əlavələr daxil olmadı. Lakin protokolda konkret hansı sənədlərin elan edildiyi göstərilməmişdir. Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti Haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıd akı hüquqları vardır: rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq; məhkəmə ekspertizasının təyin olunması haqqında qərarda (qərardadda) göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək. Məhkəmə ekspertizası idarəsinin rəhbərinə aşağıdakıları etmək qadağandır: məhkəmə ekspertizasını təyin etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək Həmin qanunun 10-cu maddəsinə əsasən məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı vəzifələri vardır: məhkəmə ekspertizasının təyin olunması barədə qərarı (qərardadı) aldıqdan sonra həmin idarənin ekspertləri sırasından zəruri biliyə malik olan və qoyulmuş suallara cavab verən bilən konkret ekspertə və ya ekspertlərə ekspertizanın aparılması haqqında tapşırıq vermək; ekspertə (ekspertlərə) onların hüquq və vəzifələrini izah etmək; eksperti bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdar etmək və bu barədə ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertin imzası ilə təsdiq edilən müvafiq qeyd aparmaq; Göstərilən qanunun mənasına görə məhkəmə ekspertizası idarəsi rəhbərinin həmin idarənin ekspertləri sırasından zəruri biliyə malik olan və qoyulmuş suallara cavab verə bilən konkret ekspertə və ya ekspertlərə ekspertizanın aparılması haqqında tapşırıq vermək vəzifəsi müəyyən edilmişdir. Eyni zamanda rə y verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq hüququ da ekspertiza idarəsinin rəhbərinə aid edilmişdir. Ekspertizanın aparılması tapşırılmış ekspertiza idarəsinin rəhbərinin belə bir vəsatət verməsi cinayət işinin materiallarından müəyyən edilmir. Birinci instansiya məhkəməsi əlavə və təkrar məhkəmə-tibb ekspertizası təyin edilməsi barədə 16.11.2017-ci il tarixli qərarında Azərbaycan Respublikası CPM-nin 265.3-cü maddəsinə istinad edərək ekspertizanın aparılmasını Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT birliyinin ekspertlərinə tapşırmış və ekspertizanın keçirilməsi zamanı Azərbaycan Respublikası Ə.Əliyev adına X2 anesteziologiya və reanimatologiya kafedrasının dosenti X28 mütəxəssis həkim-anestezioloq kimi cəlb edilməsi və ekspertizanın keçirilməsində iştirakının təmin edilməsini qərara almışdır. Məhkəmənin göstərilən qərarı Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti Haqqında Azərbaycan Respublikası Qanunun 9-cu və 10-cu maddələrinin yuxarıda istinad edilən tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası CPM-nin 265.3-cü maddəsinə əsasən tərəflərin xahişi ilə ekspert komissiyasının tərkibinə onların göstərdiyi ekspertlər daxil edilə bilər. Lakin hər bir halda ekspert komissiyasının tərkibinin müəyyən edilməsi vəzifəsi ekspertiza idarəsinin rəhbərinə aiddir. X28 ekspert olmasını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT birliyinin ekspertlərindən biri olmasını və ümumi yyətlə ekspert olmasını təsdiq edən mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 118.1-ci maddəsinə əsasən ekspert aşağıdakı hallarda cinayət prosesində iştirak edə bilməz: 118.1.2. qanuna və ya məhkəmənin hökmünə əsasən onun ekspert olmaq hüququ olmadıqda; Cinayət işinin materiallarından görünür ki, X44 ekspertiza komissiyasının tərkibinə daxil edilməsə də, cinayət işinin materialları ilə tanış olmadan, bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmədən müstəqil rəy tərtib edib məhkəməyə təqdim etmişdir. Bundan başqa 14 fevral 2018-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, birinci instansiya məhkəməsinin hakimi X28 məhkəməyə təqdim etdiyi rəyi sübut növü kimi tanımış və cinayət işinin materiallarına ə lavə etmişdir. Lakin, məhkəmə A10 tərtib etdiyi rəyi Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsində sadalanan hansı sübut növünə aid etdiyini göstərməmişdir. Hər halda həmin rəy qanunda nəzərdə tutulmuş məhkəmə-tibb ekspertizası rəyinə bərabər tutula bilməzdi. Lakin apellyasiya instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmündə göstərilmişdir ki, məhkəmə cinayət işi üzrə məhkəmə-tibb ekspertizalarının rəylərini məhkəmə istintaqı zamanı əldə edilmiş digər sübutlarla, o cümlədən iş üzrə son təkrari komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsinə mütəxəssis-anestezioloq kimi cəlb edilmiş X18 və iş üzrə əlavə rəy tərtib etmiş X28 məhkəmə istintaqı zamanı əlavə şahid qismində vermiş olduqları, yuxarıda şərh olunmuş ifadələri ilə müq ayisə edərək hesab edir ki, həmin rəylər açıq-aşkar qeyri-obyektiv xarakter daşıdığından iş üzrə sübut kimi qəbul edilə bilməz. Məhkəmələr belə nəticələrə gələrkən cinayət işi üzrə toplanmış, qanunun tələbinə uyğun olan mötəbər sübutlara deyil, qanunun tələbinə uyğun olmayan subyektiv mülahizə xarakterli dəlillərə əsaslanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı toplanmış şahid ifadələri və üzləşdirmə protokolları məhkəmə iclasında tədqiq edilməmiş, qanuna müvafiq əldə edulmiş məhkəmə-tibb ekspertizaları rəylərinə düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.0.1-ci və 416.0.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların t ədqiqindən əsassız imtina etdikdə və məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilməli və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan R espublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilsin. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 320.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar