Məhkəmə qərarları › İş №1(102)-573/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-573/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-573/2021 05.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X9 və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqub Bəşir qızının iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü X1 Azərbaycan Rerspublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayə t işi üzrə Bakı Apellyasiya Məhkləməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X8), xx.xx.1962-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan,ünvan 1 ünvanında qeydiyyada olmaqla həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmə haqqında” iltizam qətimkar tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2(iki) il müddətə azadlıqdan məhru m etmə cəzasına məhkum edilmiş, cəzası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilmişdir. İŞİN HALLARİ: Məhkum 31 avqust 2019-cu il tarixdə saat 21:00-da ictimai yer hesab olunan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanda yerləşən X11 Cəmiyyətinin inzibati binasının qarşısında yerləşən avtobus dayanacağında qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs2 güya Zərərçəkmiş şəxs1 ilə yaxın münasibətdə olmasını bəhanə edib münaqişə yaradaraq ucadan səs-küy salıb nalayıq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarına məhəl qoymayaraq həmin vaxt orada olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmu ş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs2 iki dəfə qəsdən vurub sonucuya hər iki kürək nahiyələrinin deşilmiş-kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirdikdən sonra qərəzli hərəkətlərini davam etdirərək həmin vaxt qeyd edilən yerdə dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz 300D” minik markalı, 10 SG106 dövlət qeydiyyat nişanlı avtomobilə əlində tutduğu həmin bıçaqla zərbələr vurub arxa sağ və sol faralarını, bi r ədəd külək qoruyucusunu qırmaqla, sağ və sol qanadlarını cızmaqla sonuncunun əmlakının 295,00 manat dəyərində zədələnməsı ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmənin hökmünün qanunsuz və əsassız olduğunu,belə ki, məhkəmə-tibbi ekspertizasının 709 nömrəli 14 sentyabr 2019-cu il tarixli rəyi ilə məhkumun bıçaqla iki xəsarət ona yetirməklə, sağlamlığının qısa müddətinə pozulmasına səbəb olan xəsarətlər yetirdiyini, iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 2082 saylı 21 fevral 2020-ci il tarixli rəyinə görə avtomobilinə dəymiş zərərə görə 295 manat, dəyişilmək üçün 250 manat və təmir işlərinə görə 45 manat ziyan vurulmuşdur. Məhkəmədə bütün bunların öz təsdiqini tapdığı halda, məhkəmə həmin pulu məhkumdan alaraq ona ver mədiyini və bu səbəbdən, həmin hökmün ləğv edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsi üçün qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X3, hakimlər X6 və X7) apelyasiya şikayəti təmin edilməmiş, Yasamal rayon məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkləməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs2 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərər çəkmiş şəxs Cavanşir Dadaşov kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Məhkum 31 avqust 2019-cu il tarixdə saat 21:00-da. ictimai yer hesab olunan Bakı şəhəri Yasamal rayonu Moskv a prospekti 67 ünvanında olan “Azərsu” Acıq Cəhimdar Cəmiyyətinin inzibati binasının qarşısındakı avtobus dayanacağında qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs2 guya Zərərçəkmiş şəxs1 ilə yaxın münasibətdə olmasını bəhanə etməklə münaqişə yaradaraq, ucadan səs-küy salıb nalayıq ifadələr işlətməklə, cəmiyyətdə bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarına məhəl qoymamış və həmin vaxt orada olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs2 iki dəfə qəsdən vuraraq ona hər iki kürək nahiyələrinin deşilmiş- kəsilmiş yaraları, ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətləri yetirdikdən sonra öz qərəzli hərəkətlərini davam etdirərək, həmin vaxt qeyd edilən yerdə dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi və Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz 300D” minik markalı **-SG-*** dövlət nömrə nişanlı avtomobilə əlindəki həmin bıçaqla zərbələr vurub arxa sağ və sol faraları, bir ədəd külək qoruyucusunu qırmaqla, sağ və sol qanadlarını cızmaqla sonuncunun əmlakının 295,00 manat dəyərində zədələnməsı ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmələr tərəfindən Məhkum il ə bağlı qərar qəbul edilərkən bu günə qədər mənə dəymiş olan maddi zərərin ödənilməməsi və onun mənə yetirmiş olduğu bıçaq zərbələri nəticəsində almış olduğum xəsarətlərlə bağlı sağlamlığımın tam bərpa olunmaması nəzərə alınmamışdır. Nəticədə qanunsuz olaraq onun cəzasız qalması ilə bağlı qərar qəbul olunmuş və əsassız olaraq barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunmuşdur. Butun bu halların qarşısının alınması və məhz Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, tətbiq olunmuşdur CM-nin 70-ci maddəsi hökmdən xaric edilməli, həmçinin Məhkummn törətdiyi cinayət əməli nəticəsində vurulmuş mad di zərərin tam olaraq ödənilməsi təmin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə, Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq kassasiya protestinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, protestin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Belə dəlillər apellyasiya protestində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağ ırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyinəzərindən qiymət verir. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-i n 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsinin t ələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində t əqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar tə şkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmu sunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüv vəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası pr insi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar Amid Abdullayevin CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin əsaslılığını bir daha təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insa n və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə isə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası işdə olan sübutları və işin hallarını yuxarıda göstərilən normaların tələbləri baxımından bir daha təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələrin iş üzrə mövqeləri iş materiallarına uyğun olmaqla qanunidir. Kassasiya protsetinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar