Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-573/2024 12.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Zərərçəkmiş şəxs1 oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Həsənova Gülnar İbrahim qız ının iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 221.1-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və X4 CM-nin 221.2.1 və 221.2.2ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi Həsənova Gülnar İbrahim qızı tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tari xli hökmü ilə (sədrlik edən hakim Pənahov Babək Əkbər oğlu) Məhkum, xx xxxx 1984-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən onun 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq o, cəzasını çəkmiş hesab edilmiş, X4 isə, 27 mart 1993-cü il tarixdə Yevlax rayonunun Yəldili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsil li, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Yəldili kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və o, təqsirsiz heçab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış 07 aprel 2023-cü il tarixli hökmünün təsviri-əsaslandırıcı (“Müəyyən etdi”) hissəsində göstərilmişdir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihama görə, Məhkum 06 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda qaynatası Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq özünün "xxxx" MMC-yə olan borcunu onun əvəzinə ödəyib-ödəməy əcəyini soruşduqda “yox” cavabı aldığı üçün telefonda Zərərçəkmiş şəxs1la mübahisə etmiş və telefon danışığını bitirdikdən sonra o, həmin günü saat 22:30 radələrində tanışı X4 qaynatası Zərərçəkmiş şəxs1 bir qədər əvvəl telefon danışığı zamanı onun bacısının ünvanına nalayiq ifadə işlətdiyinə görə onu vurmağa getdiyini deyərək X4lə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvandakı çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 121 saylı mənzilin qarşısına gələrək əsəbi halda mənzilin giriş qapısını bərkdən döymüş, Zərərçəkmiş şəxs1 qapını açdığı zaman Məhkum mənzilin giriş qapısının qarşısında bina sakinlərinin ümumi istifadəsində olan ictimai yer hesab edilən dəhlizdə əsaslı səbəb olmadan X4lə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ünvanına uca səslə nalayiq ifadələr işlət məklə qəsdən münaqişəli vəziyyət yaradıb ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını və qonşuluqda yaşayan sakinlərin rahatlığını pozmaqla etinasızlıq göstərərək bina sakinlərinə qarşı laqeydlik və eqoizmini nümayiş etdirməklə öz şəxsiyyətini digər şəxslərdən üstün tutmaqla onunla telefon danışığı zamanı mübahisəsini cüzi bəhanə edərək heç bir əsaslı səbəb olmadan təpik və yumruqla qəsdən Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxlu sayda zərbələr vurmuş və təpiklə mənzilin dəmir materialdan olan giriş qapısının sol yan tininə zərbə endirmiş, X4 isə Zərərçəkmiş şəxs1 əllərindən tutaraq qəsdən yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmuş, həmin vaxt mübahisə səsinə mənzildən dəhlizə çıxaraq hadisə yerinə gələn Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 ərinin Məhkum və X4 tərəfindən döyüldüyünü görüb onları ayırmaq istədikdə Məhkum tanışı X4ün Zərərçəkmiş şəxs1 qollarından tutub saxlamasından istifadə edərək onların ictimai qaydanı kobud surətdə pozmalarının qarşısını alan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə istintaqa məlum olmayan silah qismində istifadə olunan beşbarmağa oxşar - dəmir materialdan hazırlanmış alətlə qəsdən bir neçə zərbə vurmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 sağ dirsək oynağı nahiyəsinin, həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sağ saidin qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığına yüngül zərərvurmaya aid xə sarətlər və Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön səthinin, qarın nahiyəsinin sıyrıqları və sağ bazu nahiyəsinin qançırı kimi sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus mənzilin dəmir materialdan olan giriş qapısının kilidinin və iki ədəd qapı rəzəsinin yararsız vəziyyətə düşməsi, bir ədəd qapı rəzəsinin sınması, qapının deformasiyaya uğraması və zədələnməsi ilə zərər çəkmiş şəxsə 180 manat məbləğində maddi ziyan vurmuş, nəticədə Məhkum tanışı X4lə bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə m üşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Bununla da X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələrində, Məhkum isə həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Abbasova Natavan Gülhüseyn qızı tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi G.İ.Həsənova tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 22 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasyia şikayəti təmin olunmamış, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 kassasiya protesti, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi G.İ.Həsənova isə birgə kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər: Dövlət ittihamçısı3 – qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını; zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi G.İ.Həsənova qərarın ləğv edilməsini və Məhkum CM-nin 221.3-cü maddəsi ilə, R.X4un isə CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinməsi və onlara azadlıqdan məhrum etməklə bağlı cəzanın təyin edi lməsi ilə bağlı yeni hökmün çıxarılmasını. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırımış sübutlara, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Dövlət ittihamçısı3 kassasiya protestini belə əsaslandırmışdır ki, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla R.X4un Məhkumlə birlikdə xuliqanlıq əməllərini törətməsi, onun da zərər çəkmiş şəxsləri döyərək onlara xəsarətlər yetirməsi, habelə Məhkuma öz əməllərini törətməkdə köməklik göstərməsi, Məhkumun isə istintaqla müəyyən edilməm iş silah qismində istifadə etdiyi predmetlə Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi tam təsdiq edilmiş, lakin buna baxmayaraq birinci instansiya məhkəməsi araşdırılmış sübutlara düzgün qiymət verməyərək X4un barəsində bəraət hökmü çıxarmış, Məhkumun əməlini isə düzgün olmayaraq CM-nin 221.3-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi də həm bu nöqsanları təkrarlayaraq, həm də iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina edərək həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qanunsuz qərar qəbul etmişdir. Halbuki, iş üzrə araşdırılmış sübutlardan görünür ki, Məhkum sonrakı xuliqanlıq əməllərini birlikdə törətmək məqsədilə X4u “əlavə qüvvə” kimi cəlb etmiş, onların həmin hərəkətləri qrup şəklində törətmələ ri bu sübutlarla təsdiq olunmuşdur. Belə ki, məhkəmələr tərəfindən tətqiq olunmuş videogörüntülərdən birində Məhkum və X4un hadisə günü liftin kabinasında Zərərçəkmiş şəxs1 yaşadığı mərtəbəyə qalxmaları əks olunur. Bu zaman Məhkum sağ qolundan qolbağı çıxararaq əynində olan gödəkcənin cibinə qoyur, sonra isə gödəkçəni çıxararaq saxlaması üçün X4a verir, sonuncu da onu alaraq öz qolu üzərinə atır, liftdən düşənə yaxın isə Məhkum liftin çıxışına doğru dönərək sağ əlinin barmaqları ilə hədələmə hərəkətləri edir. Bununla da, Məhkumun Zərərçəkmiş şəxs1 yanına getməsi yalnız dava etmək məqsədini daşıması açıq-aşkar görünür. Dövlət ittihamçısının mövqeyinə görə, bu halın X4 üçün də bəlli olmasına baxmayaraq sonuncu tərəfindən Məhkumin sakitləşdirilməsi üçün hər hansı bir hərəkət edilməmiş, əksinə, yalnız dava-dalaş salmaq üçün Məhkum sərbəst hərəkət etməsini təmin etmək məqsədi ilə onun gödəkçəsini saxlamaqdan ötrü təhvil alır. Bununla da X4un məhz dava-dalaşda kömək etmək məqsədi itə gəlməsi, onun da xuliqanlıq hərəkətlərinin törədilməsində iştirak etməsi zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət təqibinin bütün mərhələlərində, habelə Şahid2 ibtidai araşdırma zamanı verdikləri ifadələri ilə təsdiq olunmuşdur. Lakin, hökmdə Şahid2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələri təhrif olunduğundan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Şahid2 məhkəmə iclasında dindirilməsini əks etdirən videogörüntülərə baxış keçirilməsi barədə vəsatət qaldırsa da, apelyasiya instansiyası məhkəməsi həmin vəsatəti təmin etməmiş, bununla da əhəmiyyətli sübu tun tədqiqindən əsassız olaraq imtina etmişdir. Halbuki həmin şahid ibtidai araşdırma zamanı göstərmişdir ki, o, mənzilinin gözlüyündən baxarkən X4un zərərçəkmiş şəxslərlə aktiv dalaşdığını, sonuncunun Məhkumlə birlikdə Zərərçəkmiş şəxs1 vurduğunu görmüşdür. Göründüyü kimi, cinayət işinin materiallarında və apellyasiya protestində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuniliyini və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin qiymətləndirilməsindən yan keçərək düzgün təhlil aparmamış, ibtidai istintaq zamanı toplanmış sübutları qeyri-obyektiv qiymətləndirməklə, cinayət prosesi tərəfləri arasında tarazlığı qorumalı və işə obyektiv baxılmasını təmin etməli olduğu müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlük verməklə çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxmışdır. Qeyd olunan dəlillərə əsaslanaraq Dövlət ittihamçısı3 onun kassasiya protestində irəli sürdüyü tələbin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi G.İ.Həsənova “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, CM-nin 221-ci maddəsinə və CPM-nin bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının bəzi Qərarlarına, iş üzrə toplanmış və araşdırılmış sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edib xuliqanlıq cinayətinin əlamətlərinə dair təfsir verərək həmin şikayəti b elə əsaslandırmışlar ki, əvvəla birinci instansiya məhkəməsi Məhkum əməlinin CM-nin 221.3-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilməsi, X4a isə CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə bəraət verilməsi barədə düzgün nəticəyə gəlməmiş, apellyasiya instansiyası məhkəməsi də toplanmış və araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verməyərək əsassız olaraq bu nəticə ilə razılaşmışdır. Belə ki, zərər çəkmiş şəxslərin ifadələrindən görünür ki, Məhkum və X4 hadisə yerinə birlikdə gəlmiş və birlikdə də xuliqanlıq əməlini törədərək onları döymüş, bu vaxt həmçinin X4 zərərçəkmiş Zərərçəkmiş şəxs1 qollarından tutub onun müqavimət göstərmək və özünü müdafiə etmək məqsədilə hər hansı hərəkət etməsinin qarşısını alaraq Məhkum öz əməllərini törətməsinə şərait yaratmışdır. Hətta ha disə zamanı Məhkum bu əməlləri törətməkdə istifadə etdiyi, beşbarmağa oxşar əşya yerə düşdükdə R.X4 onu yerdən götürüb cibinə qoymuşdur. Lakin Məhkum və X4 bütün bu hallar barədə həqiqətə uyğun ifadələr verməmiş və məhkəmələr də yekun məhkəmə aktları qəbul edərkən onların müdafiə xarakterli ifadələrinə üstünlük vermiş, toplanmış və araşdırılmış sübutları isə nəzərə almamışlar. Birinci instansiya məhkəməsinin hökmündə əsas Şahid2 ifadələri təhrif olunmuş, halbuki ibtidai araşdırma zamanı o, hadisə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iki nəfər tərəfindən döyülməsini gördüyünü bildirmişdir. Bununla əlaqədar apellyasiya icraatı zamanı onlar tərəfindən həmin şahidin birinci instansiya məhkəməsində ifadə verməsini özündə əks etdirən videogörüntülərə baxılması barədə vəsatət qaldırıls a da, məhkəmə əsassız olaraq həmin vəsatəti təmin etməmişdir, yəni mühüm əhəmiyyət kəsb edən sübutun tədqiqində imtina etmişdir. Eyni zamanda kassasiya şikayətinin müəllifləri digər sübutlara da istinad edərək hesab edirlər ki, apellyasiya protestinə və apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi yekun olaraq birinci instansiya məhkəməsinin hökmünü ləğv etməli və Məhkum və X4un onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinmələri və cəzalandırılmalı barədə yeni hökm çıxarmalı idi. Bütün şərh olunan dəlillərə əsaslanaraq zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi G.İ.Həsənova da onların kassasiya şikayətinin təmin edilməsini xahiş edirlər. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və ye ri haqqında bütün proses iştirakçıları, o cümlədən Məhkum, bəraət almış X4 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq, adları çəkilən şəxslər naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə Məhkum, bəraət almış şəxs X4un və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kim lərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı3 kassasiya protestinin, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi G.İ.Həsənovanın isə kassasiya şikayətinin məzmunundan göründüyü kimi, bu kassasiya müraciətlərinin müəllifləri həmin müraciətlərində işə baxmış məhkəmələr tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina olunmasını, iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilmədiyini, Məhkum törətdiyi cinayət əməlinin düzgün tövsif edilməməsini, X4a isə ona qarşı irəli sürülmüş ittiham üzrə təq sirliliyi sübuta yetiriməməsinə görə əsassız bəraət verilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması barədə tələblərini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrind nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq ola raq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası Dövlət ittihamçısı3 kassasiya protestini və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi G.İ.Həsənovanın kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə Məhkum olunmasına, X4a isə bəraət verilməsinə dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş ha llara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam ve rilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həm in əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, c inayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunaraq araşdırılması, onların qanuna müvafiq qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Qanunvericiliyin təsvir edilən normalarına əsaslanaraq zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi G.İ.Həsənovanın kassasiya tələbinə cavab olaraq, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, bu normalara əsasən hər hansı cinayəti törətməkdə ittiham olunmuş şəxs haqqında ona qarşı irəli sürülmüş ittiahmdan fərqli olaraq daha yüngül ittiham üzrə hökm çıxarıldıqda və ya ona bu ittiham üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla bəraət verildikdə, ittiham tərəfi isə (dövlət ittihamçısı və ya zərər çəkmiş şəxs) bununla razılaşmayaraq bu barədə qəbul edilmiş yekun məhkəmə aktını kassasiya qaydasında mübahisələndirdikdə, kassasiya instansiyası məhkəməsi hətta bu mübahisələndirmə üzrə dəlillərlə razılaşdıqda belə apellyasiya instansiyası məhkəməsinin çıxardığı hökmü və ya qəbul etdiyi yekun qə rarı ləğv edərək bəraət almış, yaxud da məhkum olunmuş şəxsin barəsində ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni onun vəziyyətinin ağırlaşdırılması barədə yeni hökm çıxarmaq və ya qərar qəbul etmək səlahiyyətində deyil və bu kimi hallarda kassasiya kollegiyası aşağı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun qərarı (hökmü) ləğv edərək işin yeni apellyasiya baxışına təyin olunması qərar qəbul etmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş tələbin təmin olunmasını mümkün bilmir və öz səlahiyyətləri çərçivəsində iş matreriallarını təhlil edərək aşağıdakı qənaətə gəlir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna ə saslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, bu və ya digər cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə bar ələrində bu və ya digər cinayət- hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütü n sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zə ruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada s übuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayə t hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsir ə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azad lıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. h əqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habel ə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsin də aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu i lə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəb ər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə fa ktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndir ilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğ un gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliy inə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-c i maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələ blərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyi nin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsi r edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və töbvsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-ni n 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokol unda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Milli qanunvericiliyin və beynəlxalq müqavailələrin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi, habelə CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına düzgün əmə l edilib-edilməməsinin yoxlanılması üçün məhkəmə kollegiyası Məhkum və X4un barələrindəki cinayət işinin materiallarına, o cümlədən həmin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilmiş hallara müraciət edərək onları təhlil etməyi zəruri bilir. İlk növbədə bu müraciətlərlə bağlı cinayət işinin materiallarının, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, X4a qarşı CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə irəli sürülmüş ittiham əsasən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 cinayət təqibinin müxtəlif mərhələlzrində və Şahid2 ibtidai araşdırma zamanı verdikləri ifadələrinə əsaslanmış, həmin ifadədlərlə toplanmış digər sübutlar, o cümlədən Məhkum və X4un ifadələri arasında m övcud olan ziddiyyətlərin aradan qaldırılması üçün həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri lazımi araşdırma aparmış və son nəticədə, qanunvericiliyin tələb etdiyi kimi, aradan qalıdırması mümkün olmayan ziddiyyətləri X4un xeyrinə həll edərək ona təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsini mümkün bilmişlər. Eyni zamanda birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr gəldikləri bu qənaəti ehtimallar üzərində qurmamış və məhz araşdırılmış sübutlara istinad edərək kifayət qədər əsaslandırmışlar. Məhkəmə kollegiyası araşdırılmış sübutları təhlil edərək R.X4a qarşı irəli sürülmüş ittiham üzrə ona bəraətin verilməsini qanuni və əsaslı hesab edir, bu nəticəyə gələrkən isə aşağıda təsvir olunan sü butlardan çıxış edir. Belə ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında X4 ibtidai araşdırma zamanı verdiyi ifadələri bir daha təkrarlayaraq göstərmişdir ki, o, Məhkum hadisədən təxminən bir il əvvəl tanımış və həmin vaxtdan etibarən onlar yoldaşlıq etmişlər. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə 06 oktyabr 2021ci il tarixdə, saat 22 radələrində Məhkumla birlikdə onların yaşadığı evə getdiyi zaman tanımış və onları yalnız hadisə günü görmüşdür. Əvvəllər onları tanımasa da, Məhkumdan onlar haqqında eşitmiş, lakin zərərçəkmişə şəxslərlə Məhkum arasında olan münasibətlərinin son zamanlarda gərgin olduğunu bilməmişdir. 06 oktyabr 2021-ci il tarixdə axşam saat 08 radələrində o, Məhkumla görüşüb yemək yeməyi planlaşdırsa da, işi ilə əlaqədar həmin vax t onunla görüşə bilməmiş, sonra zəngləşib 9-cu mikrorayon tərəfdə yerləşən kafedə çay içməyi razılaşmışlar. Axşam saat 09 radələrində o, həmin yerə gələn zaman Məhkumun orada əsəbi şəkildə dayandığını görüb ondan nə baş verdiyini soruşduqda, sonuncu ona yaşadığı evə gedib uşaqları ilə görüşmək istədiyini, lakin onların orada olmadığını görüb qaynatasına zəng vurmuş, qaynatası Zərərçəkmiş şəxs1 da heç bir səbəb olmadan onu və bacısını söymüşdür. Buna görə, Məhkum qaynatasıgilə gedib məsələni aydınlaşdırmaq niyyətində olduğun demişdir. O, da Məhkumun sərxoş olduğunu görüb ona səhər gedib birlikdə qaynatası ilə danışmağı təklif etmiş, lakin Məhkum bu təkliflə razılaşmamış və öz niyyətini dərhal həyata keçirmək istədiyini bildirmiş, o, isə Məhkumu sakitləşdirə bilməmişdir. Bundan sonra Məhkum piyada qaynatasının yaşadığı ev istiqamətində getməyə başlamış, o, isə hər hansı dava-dalaşın baş verməsinə imkan verməmək üçün məcbur olub onunla birlikdə getmişdir. Bir qədər vaxtdan sonra onlar Zərərçəkmiş şəxs1 yaşadığı binaya çatmış, blokun qapısını başqa sakin açandan sonra onlar liftə daxil olub 7-ci mərtəbəyə qalxmışlar. Liftə daxil olarkən Məhkum isti olduğunu deyib qolundakı qolbağı gödəkçəsinin cibinə qoyaraq həmin gödəkçəni çıxarıb saxlamaq üçün ona vermişdir. 7-ci mərtəbədə Məhkum dəhlizdən sola getmiş, o isə liftin yanında onu gözləyəcəyini demişdir. Məhkum qapını açıb mənzilə daxil olaraq Zərərçəkmiş şəxs1 nəyə görə onun bacısını söydüyünü soruşmuş və beləliklə aralarında sözlə mübahisə yaranmış, sonra isə onlar əlbəyaxa olmuşlar. Zərərçəkmiş şəxs1 Məhkumu bayıra itələmiş, bu zaman Zərərçəkmiş şəxs2 onları aralamağa başlamış, o, yəni X4 da hadisənin öz məcarasından çıxdığını görüb tez onların yanına gedərək Məhkum qaynatasından ayırmış, Zərərçəkmiş şəxs1 isə içəri salıb Məhkumu lift tərəfə aparmışdır. Hadisə zamanı Məhkumun əlində və ya əynindəki paltarların cibində hansısa dəmirdən hazırlanmış əşya olmamış, özü də belə əşyanı yerdən götürüb cibinə qoymamış, hadisə zamanı mənzilin giriş qapısının deformasiyaya uğraması, kilid və rəzələrinin sınaraq yarasız vəziyyətə salınmasınn səbəbləri barədə də heç nə bilmir. O, özü hadisə vaxtı Zərərçəkmiş şəxs1 əllərindən tutub saxlamamış, onu və Zərərçəkmiş şəxs2 döyməmiş və bu barədə sonuncular tərəfindən verilmiş ifadələr həqiqətə uyğun deyil, əksinə, hadisə zamanı biri-biri ilə dalaşan Məhkum və Zərərçəkmiş şəxs1 a ralamağa çalışmış və buna nail olaraq Məhkumu liftə salıb özü ilə hadisə yerindən uzaqlaşdırmışdır. Zərərçəkmiş şəxs1 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında göstərmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində qızının əri Məhkum ona zəng vuraraq onun "xxxx" MMC-yə olan borcunu ödəyib-ödəməmsini soruşmuş, o, da sonuncuya onun borcunu ödəməyəcəyini bildirmişdir. Buna görə, onun Məhkumla telefonda sözlə mübahisələri olmuş və həmin mübahisə zamanı sonuncu onu təhqir edərək gəlib arvadı ilə birlikdə onları vuracağı barədə hədə-qorxu gəlmişdir. O, Məhkum sərxoş vəziyyətdə olmasını hiss edib onun sözlərinə əhəmiyyət verməyərək danışığı kəsmişdir. Bundan sonra Məhkum telefon vasitəsilə ona söyüş dolu “sms”lər yazmış, həmçinin səs yazıları göndərmişdir. Təxminən sa at 22:30 radələrində o, arvadı Zərərçəkmiş şəxs2 ilə yaşadığı ünvan 3-də olarkən qapının möhkəm döyüldüyünü eşidib onu açmış, bu zaman qapının qarşısında Məhkumu və yanında əvvəllər görmədiyi, tanımadığı bir nəfər şəxsin olduğunu görmüşdür. Məhkum onu mənzildən dəhlizə dartaraq əl və təpiyi ilə onun döş, qarın, baş, qol nahiyəsindən bir neçə dəfə zərbələr endirmiş, o da onu əlləri ilə itələyib qapını bağlamaq istəmişdir. Lakin bu zaman Məhkum və adını sonradan bildiyi X4 onun üzərinə gələrək bədəninin müxtəlif hissələrinə əl və ayaqları ilə zərbələr vurmuş, Məhkum, həmçinin, mənzilin giriş qapısını təpiklə vuraraq onu əzmiş, nəticədə qapı əzilərək deformasiyaya uğramış, qapının kilidi və rəzəsinin bir ədədi sınmış, digərləri isə əyilərək yarasız hala düşmüşlər. Arvadı Sevda onu onların əli ndən almağa çalışsa da, Məhkumun yanında olan və birlikdə onu döyən X4 hər iki əlləri ilə arxadan tutub saxlayaraq yumruqla vurmuş (burada Zərərçəkmiş şəxs1 X4un iki əlləri ilə tutub eyni zamanda həmin əlləri ilə onu vurması mümkünlüyünü aydınlaşdırılmamışdır), Məhkum isə əlində beşbarmağa bənzər dəmir alətlə arvadına zərbələr vuraraq ona da xəsarətlər yetirmişdir. Sonra Məhkumun əlindən bu alət yerə düşmüş, X4 də tez onu yerdən götürərək cibinə qoymuşdur. Həmin zaman səs-küyə qonşuları Şahid1 və Şahid2 dəhlizə çıxmış, onları Məhkum və X4in əlindən almağa çalışmışlar. Daha sonra isə Məhkum və X4 hadisə yerindən uzaqlaşmağa başlasalar da, Məhkum yenidən onların üzərinə gəlmək istəmiş, lakin X4 onu tutub güclə liftə mindirmişdir. O, yəni Zərərçəkmiş şəxs1 özü Məhkumi vurmamış və sonuncuda aş kar edilmiş xəsarətlər onun qapıya zərbə endirərkən yarana bilərdi. Eyni zamanda, Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, o, sonradan qızının və arvadının təklifi ilə Məhkum "xxxx" MMC-yə olan 3.147 manat məbləğində borcunu 07 oktyabr 2021-ci il tarixdə tam həcmdə ödəmişdir. Zərərçəkmiş şəxs2 cinayət təqibinin müxtəlif mərhələlrində verdiyi eynu məzmunlu ifadələrindən görünür ki, 06 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində kürəkəni Məhkum əri Zərərçəkmiş şəxs1 növbəti dəfə zəng vuraraq ondan "xxxx" MMC-yə olan borcunu ödəyib-ödəməyəcəyini soruşduqda “yox” cavabını aldığı üçün Zərərçəkmiş şəxs1i təhqir etməyə başlamış və onları vuracağını bildirmiş, Zərərçəkmiş şəxs1 də ona heç nə deməyərək telefonu söndürmüşdür. Təxminən yarım saatdan sonra o, əri ilə birlikdə mənzildə olarkən qapının mö hkəm döyüldüyünü eşitmiş, Zərərçəkmiş şəxs1 də qapını açdıqda Məhkumun və adını sonradan bildiyi X4in qapının qarşısında dayandıqlarını görmüşdür. Elə həmin an Məhkum qəflətən Zərərçəkmiş şəxs1ə bir neçə zərbə endirmiş, əri də onu geriyə tərəf əlləri ilə itələyərək qapını bağlamağa cəhd etmiş, lakin, Məhkum və X4 bayır tərəfdən zor işlədərək qapını açmış, o, da tez onlara yaxınlaşıb onları ayırmaq istəsə də, X4 Zərərçəkmiş şəxs1i hər iki əlləri ilə tutub saxlamış, Məhkum isə ərini vurub sonra onun üzərinə gələrək yumruq və təpiklə ona xəsarətlər yetirmişdir. Bundan sonra o, səs-küy salmağa başlamış, həmçinin, parıltılı rəngdə yerə düşən dəmir parçasını görmüşdür. Dava-dalaş zamanı o, həmin dəmir əşyanı görməsə də, güman etmişdir ki, bu əşya Məhkumun əlində olmuşdur. X4 həmin vaxt dəmir ə şyanı yerdən götürüb cibinə qoyaraq Məhkumu oradan aparmağa çalışmış, dəhlizə çıxan qonşular Şahid1 və Şahid2 də onları aralamış, daha sonra həmin şəxslər çıxıb getmişlər. Hadisədən sonra qızı və o, Məhkumun yenə də oxşar hərəkətlərə yol verməməsi üçün Zərərçəkmiş şəxs1dən onun "xxxx" MMC-yə olan borcunu ödəməsini xahiş etmiş, Zərərçəkmiş şəxs1 də məcbur olub şirkətə gedərək Məhkumun borcunu ödəmişdir. Şahid5 məhkəmə iclaslarında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qonşularıdır və eyni mərtəbədə yaşayırlar. 06 oktyabr 2021-ci il tarixdə axşam vaxtı o, öz mənzilində olarkən dəhlizdə qışqırıq səslərini eşitmiş və oraya çıxdıqda Zərərçəkmiş şəxs1 üzərinə onun kürəkəni kimi tanıdığı Məhkumun gələrək vurmaq istəməsini, adını sonradan bildiyi X4un isə Məhkumu tutub saxla masını və liftə tərəf aparmasını görmüşdür. Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs1i tutub saxlamış, o, isə sonuncunu sakitləşdirib içəri aparmağa cəhd etmişdir. Ümumiyyətlə, Zərərçəkmiş şəxs1la Məhkum arasındaki münaqişənin hansı səbəbdən baş verməsi və necə başlamasını o, bilməmiş, dəhlizdə olarkən isə Məhkumun əlində dəmir parçasının olmasını görməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun ünvan 3 binanın 7ci mərtəbəsində qonşularıdırlar, Məhkum isə o, Zərərçəkmiş şəxs1 kürəkəni kimi tanıyır, onu sonuncunun evinə gəlib-gedərkən görmüşdür. 06 oktyabr 2021-ci il tarixdə, saat 22-23 radələrində o, nəvələri ilə öz mənzilində yatmağa hazırlaşarkən dəhlizdən qışqırıq səslərini eşidib d ərhal qapıya yaxınlaşaraq göz dəliyindən baxarkən Məhkumla Zərərçəkmiş şəxs1 arasında dava-dalaş olmasını görmüş və əvvəl daxili ailə məsələsinə görə münaqişənin baş verməsini zənn edib dəhlizə çıxmaq istəməmiş, lakin sonra Zərərçəkmiş şəxs2 qışqırıq səsini eşidərək hadisə yerinə, qapısının qarşısına çıxmış və orada bir nəfər şəxsin Məhkumu Zərərçəkmiş şəxs1dən aralamağa çalışdığını və lift tərəfə apardığını görmüş, həmin vaxt Sevdanın vurulmasını müşahidə etməmişdir. Bu zaman onların digər qonşusu Şahid2 də öz mənzilindən çıxıb tərəfləri sakitləşdirməyə çalışmış, o, özü isə isə heç kimi aralamamış, sadəcə olaraq baş verənləri müşahidə etmişdir. Kiminsə əlində dəmir parçasını görməmiş, heç bu barədə sonradan da eşitməmişdir. Verilmiş suallara cavab olaraq Şahid2 qeyd etmişdir ki, ibtidai a raşdırma zamanı da o, eyni məzmunlu ifadələr vermiş, onun ifadələri laktın qarfikası ilə yazılsa da, o, həmin qrafika ilə yazıb-oxumağı bacarmadığından dindirmə protokolunu oxumamış və müstəntiq tərəfindən dediklərinin yazılmasını guman edərək protokolu imzalmamış və onun sonunda qeydlərini də kiril qrafikası ilə aparmışdır. Şahid məhkəmədə verdiyi ifadələrində bir daha vurğulamışdır ki, o, hadisə zamanı qapısının gözlüyündən baxarkən Zərərçəkmiş şəxs1 Məhkumla birlikdə həm də X4 tərəfindən döyülməsini görməmişdir. Apellyasiya protestinə və apellyasiya şikayətinə məhkəmə baxışı iclasında dindirilərkən isə Şahid2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrini təsdiq etdiyini, hadisənin bəzi təffərüatlarını xatırlamadığını bildirmiş, sonra verilmiş suallara cavab olar aq yenə də ifadələrini dəyişib gözlükdən baxarkən Zərərçəkmiş şəxs1 iki şəxs tərəfindən döyülməsinin gördüyünü göstərmiş, lakin qeyd olunan ifadələrində konkret olaraq X4un törətdiyi əməllər barədə ifadə verməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Şahid2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələr hökmdən verilmiş apellyasiya şikayətində və apellyasiya protestində eyni cür təsivr edilmiş, şahidin belə ifadələr verməməsi həmin müraciətlərdə təkzib olunmamış və hökm çıxarılarkən məhkəmənin həmin itfadələr deyil, sonuncunun ibtidai araşdırma zamanı verdiyi ifadələrinə əsaslanmalı olması iddia edilmişdir. O, ki qaldı Şahid2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında ifadə verməsini özündə əks etdirən videogörüntülərə baxış keçirilməsi barədə Zərər çəkmiş şəxs1 qaldırıdığı vəsatətin təmin edilməməsim, bununla da apellyasiya instansiyası məhkəməsinin əhəmiyyətli sübutun tədqiq edilməsindən imtina etməsi barədə kassasiya müraciətlərində əksini tapmış dəlilə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatına aid olan sənədlərdən, o cümlədən məhkəmə iclas protokolundan zərərçəkmişin belə vəsatət qaldırması, habelə məhkəmənin hər hansı əhəmiyyətli sübutun tədqiqindən imtina etməsi müəyyən edilməmiş, digər tərəfdən isə belə vəsatətəin qaldırımasına ehtiyac da olmamışdır ona görə, yuxarıda vurğulandığı kimi, həm apellyasiya protestində, həm də apellyasiya şikayətində adı çəkilən şahidin yuxarıda təsvir olunmuş məzmunda ifadələr verməsi inkar olunmamışdır (hətta kassasiya protestinin müəllifi dövlət ittihamçısı E.A.Mirzəyevdə çıxışın da Şahid2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında ibtidai araşdırma zamanı verdiyi ifadələrdən fərqli məzmunda ifadələr verməsini qeyd etmişdir). Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya protestində və zərərçəkmişlərin və onların nümayəndəsinin apellyasiya şikayətində irəli sürdükləri tələbi rədd edərkən, yəni Şahid2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrinə əsaslanıb onlara üstünlük verməkdə apellyasiya instansiyası məhkəməsi hər hansı qanun pozuntusuna yol verməmiş, bununla bağlı gəldiyi nəticəni isə qəbul etdiyi yekun qərarında kifayət qədər əsaslandırmışdır. Təsvir olunan sübutlardan göründüyü kimi, X4un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyini təsdiq edən sübutlardan yalnız zərərçəkmiş şəxslər Zərərçəkmiş şə xs1 və Zərərçəkmiş şəxs2 ifadələri olmuş, digər sübutlar (Məhkum, X4un, Şahid2, Şahid5 ifadələri və s.) isə onun həmin ittiham üzrə təqsirli bilinməsi üçün kifayət etməmiş və buna görə məhkəmələr təqsirsizlik prezumpsiyası prinsipinə uyğun olaraq bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll etməklə onun təqsirinin sübuta yetirilməməsi barədə düzgün qənaətə gəlmişlər. “Diskə baxış keçirilməsi haqqında” 07 iyul 2022-ci il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs1 təqdim etdiyi disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, müxtəlif məzmunda videogörüntülər yazılmış həmin diskin 1-ci faylında 2 nəfər kişi cinsli, hər ikisinin əynində qara rəngli gödəkcə olan, cavan yaşlarında olan şəxsin binanın giriş qapısına yaxınlaşması görünür. Onlardan biri (Məhkum) qapının “domafonu”nun dü ymələrini basmaq istəyir, lakin fikrindən daşınır. Bundan bir neçə saniyə sonra girişə yaxınlaşan şəxsin qapını açmasından sonra həmin şəxslər binaya daxil olurlar. 2-ci faylda olan görüntüdə qeyd olunan şəxslər (Məhkum və X4) binaya daxil olurlar və liftə doğru gedirlər. 3-cü faylda olan görüntüdə bu onlar liftə minərək yuxarı qalxırlar. Bu zaman onlardan biri (Məhkum) sağ qolundan qolbağı çıxararaq əynində olan qara rəngli gödəkcəsinin cibinə qoyur, sonra isə gödəkçəni çıxararaq saxlaması üçün digərinə (X4a) verir, sonuncu da onu alaraq öz qolu üzərinə atır. Liftdən düşənə yaxın isə Məhkum liftin çıxışına doğru dönərək sağ əlinin barmaqları ilə hədələmə hərəkətləri edir, liftin qapısı açıldıqdan sonra o, sağ tərəfə, X4 isə sol tərəfə gedib sonra geriyə dönür. 4-cü faylda olan görüntüdə X 4 Məhkum çəkə-çəkə liftə mindirir, Məhkum bu an kimisə nəsə deyir və onun üzərinə getməyə çalışır, X4 də sağ əli ilə həmin tərəfə işarə edir, sonra isə onlar liftə minib aşağı mərtəyə enirlər. Liftin içərisində X4un əvvəlki kimi, sakit halda olduğu və əlində Məhkumin gödəkçəsini tutduğu görünür. 5-ci faylda olan görütüdə polis əməkdaşlarının binanın giriş qapısından binaya daxil olduqları görünür. Bütün hadisə təxminən 3 dəqiqə davam edir. Məhkəmə kollegiyası təsvir edilmiş videogörüntülərə istinadən onu da vurğulayır ki, bu videogörüntülərdən Məhkum kimi X4un da münaqişədən sonra həyacanlı vəziyyətdə olması, onun kiminləsə əlbəyaxa olaraq dava-dalaşda iştirak etməsi, zərərçəkmişləri döyməsi, habelə digər xuliqanlıq hərəkətləri etməsi görünmür və, əksinə, sonuncunun, əvvəlki vəziyyətdə, yə ni sakit tərzdə Məhkum münaqişə yerindən uzaqlaşdıraraq lift tərəfə apardığı, əvvəlki kimi, Məhkumin gödəkçəsini əlində tutduğu müəyyən edilir. Bu hallar isə X4un Məhkumla birlikdə qrup şəklində xuliqanlıq cinayətini törtəməsinə şübhə yaradır və bu şübhələri aradan qaldıran mötəbər sübutları (zərər çəkmiş şəxslərin ifadələri istisna olmaqla) ittiham tərəfi məhkəmələrə təqdim etməmiş, məhkəmələr də belə sübutları araşdırmamışlar. Odur ki, məhkəmə kollegiyası X4un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə, yəni CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraətin verilməsini qanuni və əsaslı hesab edir və təhlil edilən məsələ ilə bağlı kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarının X4a aid hissədə ləğv edilərək cinayət işinin bu hissədə yeni apellyasiya baxışına təyin olunmasını mümkün bilmir. Məhkum ona istinad olunan xuliqanlıq əməllərini hər hansı silah və ya silah qismində istifadə olunan əşya (ittihamda göstərildiyi kimi, beşbarmaq) tətbiq etməklə törətməsinə dair kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası onu qeyd edir ki, bu haqda dəlillər də yalnız zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ziddiyyətli ifadələrinə əsaslanmış və bu halı da təsdiq edən digər mötəbər və təkzibedilməz sübutlar həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında əldə edilməmişdir. Belə ki, Məhkum cinay ət təqibinin bütün mərhələlərində münaqişə zamanı hər hansı əşyadan istifadə etməsini, ümumiyyətlə zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etməsini inkar etsə də, məhkəmələr onun bu ifadələrinin yalnız silah və ya silah qismində istifadə olunan əşyadan istifadə etməməsi hissəsində razılaşmış, lakin onun zərər çəkmiş şəxslər qarşı zor tətbiq etməklə və onlara məxsus əmlakı zədələməklə xuliqanlıq əməllərini törətməsi hissəsində həmin ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və nəticə etibarı ilə məhkumun həmin xuliqanlıq əməllərni törətməsi barədə qənaətə gəlib onun bu əməllərinin CM-nin 221.1-ci maddəsi ilə tövsif edilməli olması haqqında yekun məhkəmə aktları qəbul etmişlər. Zərərçəkmiş şəxs1 isə öz ifadələrində Məhkum hadisə zamanı Zərərçəkmiş şəxs1in başına beşbarma ğa oxşar əşya ilə zərbələr vuraraq ona xəsarətlər yetirməsini göstərsə də, zərərçəkmiş Zərərçəkmiş şəxs2 münaqişə zamanı dəmirdən hazırlanmış hansısa parıltılı predmetin yerə düşdüyünü, həmin predmetin Məhkumun əlində olmasını və onunla da zərbələr vurmasını ehtimal etdiyini bildirmişdir. Göründüyü kimi, Məhkum qarşı CM-nin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham da yalnız ehtimallara əsaslanmış və məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr haqlı olaraq bu ittiham üzrə ehtimal xarakterli yekun aktlar qəbul etməkdən imtina etmişlər. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum xuliqanlıq əməllərini törədərkən beşbarmağa oxşar predmetdən istifadə etməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmasa da, onun hadisə zamanı başqa əşyalardan, o cümlədən qolunda olmuş q olbaqdan istifadə edib-etməməsi, bu qolbağın hansı materialdan hazırlanması, qolbağını X4a verdikdən sonra münaqişə zamanı onu geri alıb-almaması və məhz ondan istifad etməklə xuliqanlıq əməlini törədib-törətməməsi həm ibtidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən aydınlaşdırılmamış və bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bu halların araşdırılması, əsaslar olarsa həmin hallarla bağlı müvafiq istintaq hərəkətlərinin də aparılması, o cümlədən, buna zərurət yarandıqda Zərərçəkmiş şəxs2 yetirilmiş xəsarətlər üzrə təkrar məhkəmə-tibbi eskpertizasının keçirilməsi Məhkum törətdiyi əməlin düzgün tövsif edilməsi üçün əhəmiyyət kəsb edir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasi ya instansiyası məhkəməsi Zərərçəkmiş şəxs2 Məhkum tərəfindən törədilən xuliqanlıq əməlinin qarşısını alan şəxs hesab etməməklə haqlı olmamış, bununla bağlı gəldikləri nəticəni isə inandırıcı şəkildə əsaslandırmamış və bu nəticəni aşağıdakı bir cümlə ilə ifadə etmişlər: “Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Məhkum tərəfindən ərinin döyülməsini, sonuncunun da onu mənzildən itələyib qapını bağlamağa çalışdığını, lakin buna imkan verilmədiyini görüb həmin yerə yaxınlaşan zaman Məhkum ona da yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs2 ailə üzvü kimi mübahisənin əvvəlindən orada idi və ona kənardan müdaxilə etməməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxs olmamışdır.” Təhlil edilən nəticənin düzgün olmaması ilə əlaqədar məhkəmə kollegi yası həm işin müəyyən olunmuş hallarına, həm cinayət qanunvericiliyinin təlbələrinə, həm də "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında əksini tapmış izahlara müraciət etməyi zəruri bilir. Əvvəla, araşdırılmış sübutlardan təkzib edilməz şəkildə görünən odur ki, Məhkum 06 oktyabr 2021-ci il tarixdə axşam saatlarında ilk növbədə telefonda Zərərçəkmiş şəxs1la mübahisə edib onu nalayiq ifadələrlə təhqir etdikdən sonra məhz onu cəzalandırmaq məqsədilə həmin gün saat 22 radələrində sonuncunun yaşadığı mənzilə gəlmiş, həmin mənzilin qarşısında xuliqanlıq əməlləri törədərək Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmiş, eyni zamanda ona məxsus əmlakı zədələmiş (bu halların sübuta yetirilməsi ilə məhkəmələr də razılamışlar) və həmin vaxt ərinin döyülməsini görən, lakin əvvəlcədən münaqişədə hər hansı şəkildə iştirak etməmiş Zərərçəkmiş şəxs2 Məhkum hərəkətlərinin qarşısını almaq məqsədilə onu ərindən ayırmağa çalışmış, Məhkum isə ona müqavimət göstərib adı çəkilən zərər çəkmiş şəxsə qarşı zor tətbiq edərək vurduğu zərbələrlə Zərərçəkmiş şəxs2 da xəsarətlər yetirmişdir (bu xəsarətlərin xarakteri, lokalizasiyası və dərəcəsi məhkəmə-tibbi eskpertizasının 19 oktyabr 2021-ci il tarixli 952 saylı və 02 dekabr 2021-ci il tarixli 18 saylı rəylərində əks olunmuşdur). Toplanmış və araşdırılmış sübutlarla həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ailə üzvü olsa da, o, əvvəlcədən baş vermiş mübahisəyə müdaxilə etməmiş, bu mübahisənin zəminində onunla Məhkum arasında heç bir münaqiş ə olmamış və sonuncu yalnız Zərərçəkmiş şəxs1 döyülməsini gördükdə bunun, yəni faktiki olaraq Məhkum xuliqanlıq əməlinin qarşısını almaq məqsədilə müvafiq hərəkətlər etmiş, lakin bu zaman özü də Məhkum tərəfindən zorakılığa məruz qalmışdır. Məhkəmələrin təsvir olunan hallarla bağlı sübutlara qanuna müvafiq qaydada qiymət verməmələri və Məhkum tərəfindən Zərərçəkmiş şəxs2 qarşı törədilmiş əməllərə maddi hüquq normasını düzgün tətbiq etməmələri barədə qənaəti ilə bağlı məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına istinadən qeyd edir ki, CM-nin 221.1-ci maddəsində xuliqanlığa, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilm əsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə, CM-nin 221.2.2-ci maddəsində isə belə əməllərin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanın qorunması üzrə vəzifəsiniyerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyətnümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əh atə olunduğundan CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır.Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyatakeçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər,qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması ha lları başa düşülməlidir. Cinayət qanunvericiliyinin təsvir edilən normasının mənasından və Ali Məhkəməninin Plenumunun izahlarından belə nəticə hasil olur ki, xuliqanlıq əməllərinin qarşısını alan şəxs həm ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya hakimiyyət nümayəndəsi, həm də istənilən digər şəxs, o cümlədən ilk olaraq barəsində xuliqanlıq hərəkətləri törədilən şəxsin ailə üzvü də ola bilər və xuliqanlığın törədilməsi zamanı təqsirkar tərəfindən belə şəxslərə qarşı da müqavimət göstərilməklə zor tətbiq edildikdə bu əməllər onun CM-nin 221.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə əsas yaradır. Məhkum qarşı irəli sürülmüş ittihamdan da görünür ki, ibtidai araşdırma orqanı tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhz ictimai qaydanın kobud surətdə pozu lmasının qarşısını alan şəxs hesab edilmiş, məhkəmələr isə bunun əksinə olan nəticəyə gələrkən qəbul etdikləri yekun məhkəmə aktlarında tutarlı və inandırıcı şəkildə heç bir əsaslandırma aparmamış, digər tərəfdən cinayət qanunvericiliyinin tələblərini və Ali Məhkəmənin Plenumunun izahlarını nəzərə almamış, nəticə etibarı ilə isə CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər. Yuxarıda təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası Məhkum cinayət əməlinin düzgün tövsif edilməməsi və bu zaman araşdırılmış sübutlara düzgün qiymət verilməməsi barədə kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, belə olan təqdirdə həmin müraciətlər qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarı Məhkum aid hissədə ləğv edilməklə cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin olunmalıdır. CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilib-edilməməsinin yoxlanılması nəticəsində məhkəmə kollegiyasının müəyyən etdiyi daha bir pozuntu ondan ibarətdir ki, Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmü prosessual qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib olunmamasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu nöqsana yol verilməsinə diqqət yetirilməmiş və həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Belə ki, 07 aprel 2023-cü il tarixli hökmün təsviri-əsaslandırıcı hissəsindən göründüyü kimi, birinci instansiya məhkəməsi hökmün həmin hissəsində araşdırılmış sübutlara əsasən özünün gəldiyi nəticəni deyil, ibtidai araşdırma orqanı tərəfindən Məhkum və X4a qarşı irəli sürülmüş ittihamlar üzrə müəyyən edilmiş halları əks etdirmiş, bundan sonra isə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış sübutları təsvir etməklə onlara qiymət verib Məhkum törətdiyi əməllərin CM-nin 221.1-ci maddəsi ilə tövsif edilməli, X4a isə CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməli olması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu şəkildə tərtib edilmiş hökm prosessual qanunvericiliyinin aşağıdakı tələblərinə və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə uyğun olmadığından həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarı da qüvvədə saxlanıla bilməz. Belə ki, CPM-nin 353.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: 353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri; 353.2.3. təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yü ngülləşdirən hallar; 353.2.4. ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları; 353.2.5. təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri; 353.2.6. qərarların qəbul edilməsində məhkəmənin istina etdiyi qanunların normaları; 353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; 353.2.8. əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri; 353.2.9. mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 29-cu öəndində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsasland ırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-nin maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir... Yuxarıda qeyd olunanlardan belə qənaət hasil olur ki, məhkəmə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində ilk növbədə özünün müəyyən edərək sübuta yetirilmiş hesab etdiyi cinayətin bütün hallarını təsivr etməli, sonra isə müvafiq sübutlara əsaslanmaqla və onlara mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymət verməklə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla və onun əməlinin düzgün tövsif edilibedilməməsi ilə razılaşıb-razılşmamasını, razılaşmadığı təqdirdə həmin əməlin CM-nin bir və ya bir neçə maddəsindən CM-nin digər maddəsinə və ya maddələrinə tövsif edilməli olması barədə nəticəni qanunvericiliyin tələblərinə uyğun olaraq inandırıcı şəkildə əsaslandırmalıdır. 07 aprel 2023-cü il tarixli hökmün təsviri-əsaslandırıcı hissəsindən isə birinci instansiya məhkəməsinin şərh edilən tələblərə və izahlara əməl olunması görünmür, apellyasiya instansiyası məhkəməsi tərəfindən də Nəsimi Rayon Məhkəməsinin yol verdiyi bu nöqsan aradan qaldırılmamışdır. Təsvir edilənlərdən çıxış edərək məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik və onun əməlinin hüquqi tövsif məsələlərini həll edərkən sübutetməyə və sübutların qiymətləndirilməsinə dair qanunvericiliyin tələblərinə əməl etməmiş, onun cinayət əməlinin tövsifində səhvə yol vermiş, bununla bağlı nəticəni isə kifayət qədər əsaslandırmamış, eyni zamanda hökmün qanuna müvafiq qaydada tərtib edilməməsini də nəzərindən qaçırmış, nəticə etibarı ilə isə, kassasiya protestində və kassasiya şikayətində iddia olunduğu kimi, CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Belə olan halda, məhkəmə kollegiyası bütün yuxarıda göstərilənləri bir daha təhlil edib kassasiya protestinin və kassasiya şikayətinin təmi n edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi G.İ.Həsənovanın çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilməklə hazırki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarı Məhkum CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməli və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıl dıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilsin. Hazırki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilsin və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun. Qərar X4 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-573/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-573/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver