Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-573/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli 1(103)-1076/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Rauf Daşdəmirov) 05 mart 2024cü il tarixli 1(004)-27/2024 nömrəli hökmü ilə xx xxxxxx 1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 1(103)-1353/2023 nömrəli qərarı ilə ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin olunan cəzaya qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2022-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonunc unun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşdirmə işlərinin düzəlməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan torpaq sahəsinə aid sənədləşdirmə işlərinin görməsinə köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus həmin pulu ələ keçirmək niyyəti ilə 2021-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, İzmir küçəsi, 9 saylı binanın qarşısında 5500 ABŞ dolları, 2021-ci ilin fevral ayının ortalarında müxtəlif vaxtlarda olmaqla Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İzmir" parkında ümumilikdə 11000 (on bir min) manat, 2021-ci ilin fevral ayının son larında müxtəlif vaxtlarda olmaqla Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İzmir” parkında ümumilikdə 26000 (iyirmi altı min) manat olmaqla ümumilikdə 46350 (qırx altı min üç yüz əlli) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Emin Əliyev və Fərid Əyyubov) 08 avqust 2024-cü il tarixli 1(103)-1076/2024 nömrəli qərarı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 1(004)-27/2024 nömrəli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum 46350 (qırx altı min üç yüz əlli) manat məbləğində maddi ziyan, 100 0 (min) manat məbləğində mənəvi ziyan, vəkilə hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat və 158,50 (yüz əlli səkkiz manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunu məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli, 1(103)-1076/2024 nömrəli qərarının dəyişdirilməsini və Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yuxarı həddə cəzanın təyin edilməsi və mülki iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini x ahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olmayan həddə cəza təyin edildiyindən və sanksiyada nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmadığından, mülki iddia tam həcmdə təyin edilmədiyindən dolayı dəyişdirilməlidir. Belə ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Zərərçəkmiş şəxs dələduzluq cinayəti nəticəsində ümumilikdə 46350 manat məbləğində vurulmuş maddi ziyandan heç bir pul məbləği ödənilməmişdir ki, belə olan halda törədilmiş əməlin ictimai təhlükəliliyi də aradan qalxmamış və yekunda məhkəmə Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin ağırlığına və ictma i təhlükəliliyinə uyğun olmayan həddə cəza təyin etməklə ədalətli qərar çıxarmamışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxsə 46350 manat maddi ziyan vurulmasına (halbuki vurulmuş ziyan daha artıqdır), təqsirləndirilən şəxs barəsində heç bir yüngülləşdirici hal olmamasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxsə həddindən artıq humanizm göstərmiş və ona çox aşağı həddə cəza təyin edilmişdir. Bundan əlavə, həm qəsdin formasına, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın miqdarına, yəni cinayətin ictimai təhlükəlilik dərəcəsinin əsas meyarına, cəmiyyət üçün təhlükə yaratmasına görə Məhkum əməli ictimai təhlükəliliyinə görə seçilir və qanunla daha sərt qaydada cəzalandırılması tələb edilir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid1 öz ifadəsində b ildirmişdir ki, o, Zaurun qardaşı Samirə 5500 dollar məbləğində pulu verdikdən bir neçə həftə sonra yenidən atası Zərərçəkmiş şəxs tapşırığı ilə Müdafiəçi1 Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən ofisinə gedərək ikinci dəfə onun şəxsən özünə 3000 dollar məbləğində pul vermişdir. Onun heç bir zaman nə Zaur, nə də onun qardaşı Samirlə telefon əlaqəsi olmamışdır. O, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən Zaurun ofisinə atasının ofisin ünvanı barədə yönləndirmələri vasitəsilə getmiş və Zaura 3000 dollar məbləğində pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Zaurun ofisini də olduğu kimi təsvir etmişdir. Təqsirləndirilən şəxs Məhkum isə ifadəsində bildirmişdir ki, guya Şahid1 tanımır və onu heç vaxt görməmişdir. Göründüyü kimi, təqsir ləndirilən şəxs Məhkum daha ağır ittiham verilməsi üçün cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməli idi. Lakin birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmdən hansı sübutların təkzib edilməsi ilə bağlı hansı dəlilləri ilə bağlı razılaşması, hansılarını rədd etməsi görünmürdü. Eyni zamanda, məhkəmə iş üzrə yekun nəticəyə gəlinməsi üçün ittihamın əsaslandırılmış bütün sübutlarına qiymət verməmiş, ittiham sübutlarının qəbul və ya rədd edilməsinin motivlərini kifayət qədər əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsi də qərarında qeyd edilən hallara münasibət bildirməmişdir. Məh kəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları süb uta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.4 -cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməl yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Zərərçəkmiş şəxs kassasiya şikayətinin başlıca dəlili Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə daha ağır cəza təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhku mun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəz anın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilin ən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayəti əməli ilə bağlı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədən ona təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası (dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığı n məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın daha da yuxarı həddində cəza təyin edilməsi üçün əsaslar yoxdur. Hökm və qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tər əfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs kassasiya şikayətinin digər dəlili isə apellyasiya instansiyası tərəfindən mülki iddiasının tam təmin olunması ilə əlaqədardır. Şikayətin dəlilinə gəlincə kollegiya qeyd edir ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə məhkuma qarşı mülki iddia verərək maddi ziyana görə 46.350 manat məbləğinin, borcun gecikdirildiyi günə görə faiz qismində 14.084,61 manat məbləğinin, mənəvi ziyana görə 15.000 manat məbləğinin, vəkilə hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğinin və d övlət rüsumu kimi ödənilmiş 317 manat məbləğinin zərərçəkmiş şəxsə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, habelə ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası CPM-in 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərərçəkmiş şəxsi n müalicəsi və ona qulluq göstərilməsi, habelə zərərçəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. İş materiallarından görünür ki, bilavasitə cinayət nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 46350 (qırx altı min üç yüz əlli) manat miqdarında maddi ziyan vurulmuşdur. Məhz bu məbləğlə əlaqədar Müdafiəçi1 ittiham irəli sürülmüş və həmin məbləğdə dələduzluq əməli törədilməsində o təqsirli bilinmişdir. Məhkum tərəfindən cinayət əməlinin törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-in 181.3-cü maddəsinə nəzərdə tutulmuş hallarla bağlı zərərçəkmiş şəxsə ziyanın vurulması müəyyən edilməmişdir. Buna görə də apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Müdafiəçi1 qarşı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş maddi ziyanla əlaqədar mülki iddia məhkuma qarşı irəli sürülmüş və məhkəmədə təsdiqini tapmış ittihamın həcminə uyğun - 46.350 manat məbləğində, mənəvi ziyan isə 1000 manat məbləğində, vəkilə hüquqi yardıma görə və dövlət rüsumu kimi ödənilmiş müvafiq olaraq 200 və 317 manat məbləqlərində təmin edilməlidir. Apellyasiya instansiya məhkəməsi mülki iddiaçı tərəfindən borcun gecikdirildiyi günə faizlə bağlı heç bir sübutlar təqdim etmədiyindən Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən 14.084,61 manat məbləğində iddia tələbini təmin etməmişdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi zərərçəkmiş şəxsin mülki iddiasını qanun normalarının tələblərinə uyğun həll etmişdir. Ona görə də məhkəmə kollegiyası mülki iddianın tam təmin edilməməsi ilə əlaqədar zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsaslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli 1(103)1076/2024 nömrəli Müdafiəçi1 Elburus oğlu haqqındakı qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli 1(103)-1076/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-573/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-573/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver