Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-574/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 və Zərərçəkmiş şəxs iştirakları ilə. Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2018-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respub likası CM-nin 128-ci maddəsi ilə bəraət verilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhər Məhkəməsinin 19 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Fikrət Hüseyn oğlu) 05.05.1966-cı ildə Ermənistan, Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X6, Azərbaycan Respublikası CM-nin yetirilmədiyindən bəraət verilm işdir. 128-ci maddəsi ilə təqsirliliyi sübuta xx.xx.1990-cı ildə ünvan 1anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, Məhkum müdafiəçisi X7 və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Zeynallı Fərmayıl Gülmalı oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibd ə) 06 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti və apelyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını, Məhkum isə kassasiya şikayəti verərək barəsində olan cinayət işinin icraatına bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkumh oğlu 26 yanvar 2018-ci il tarixdə saat 15.50 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 3 ünvanında yerləşən f ərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülki mühakimə qaydasında iddia verməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı dəfələrlə yumruqla Zərərçəkmiş şəxs ağız, sinə və alın nahiyəsinə vuraraq ona sol almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi və sol gözaltı nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən və QKBT, baş beyin silkələnməsi xəsarətləri kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. X4 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, 26 yanvar 2018-ci il tarixdə saat 15.50 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında qardaşı X2 ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülki tələb irəli sürməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona sol yanağının selikli qişasının yarası xəsarətləri kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Mirəli Cümşüdova CM -nin 128-ci maddəsi ilə əsassız verilmiş bəraət hökm qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. İşin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmusu ilə inkar olunan Məhkum və Mirəli Cümşüdovun özünü müdafiə xarakterli verdikləri ifadələri birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq əsas sübut kimi qəbul edilmiş, ədalətsiz və qanunsuz bəraət hökmünün əsasını təşkil etmişdir. Hansı ki, iş materiallarında olan zərər çəkmiş və şahid ifadələri, eyni zamanda məhkəmə tibbi ekspert rəyləri əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum və X3 CM-nin 128-c i maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yarımçıq və birtərəfli aparılmış, təqsirləndirilən şəxslərin əməllərində daha ağır cinayətin tərkib əlamətlərinin mövcud olmasına baxmayaraq əsassız olaraq yüngül maddə ilə məsuliyyətə cəlb edilmiş, digər şəxslər isə məsuliyyətdən yayındırılmış, heç bir əsas olmadan mübahisənin şəxsi münasibətlər zəminində baş verməsinə dair əsası olmayan ittiham irəli sürülmüşdür. Cinayət işi yenidən obyektiv araşdırma aparılması üçün geri qaytarılmalı, göstərilən xüsusatlar aydınlaşdırılmalı, hadisənin baş verməsini görmüş şahidlərin hamısı dəvət edilərək hadisə barədə ətraflı dindirilməli, məsuliyyətə cəlb edilmiş şəxslərin əməlində CM-in 221.2.1, 221.3-cü, 29, 120.2.1-ci, 120.2.2-ci və 29, 120.2.3-cü maddələrinin tərkib əlamətlərinin olub-olmamasına düzgün hüquqi qiymət verilməlidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs, şahidlər 1 və 2un ifadələri ibtidai istintaq zamanı eyni cümlələrlə yazılıb, buna görə də onlar mötəbər hesab edilə bilməz. Ekspertiza rəyinə görə, zərərçəkmiş şəxsdə olan xəsarətlər onun bədəninin sol tərəfindədir. Zərərçəkmiş şəxs də ona xəsarətlərin sol tərəfinə vurulduğunu iddia edir. Əgər o avtomobildə sağ tərəfdə oturubsa və zərbələr sağ tərəfdən vurulursa, bu halda məntiqlə onun bədəninin, başının sağ hissəsində xəsarətlər yaranmalı idi. Üstəlik videogörüntülərdən görünür ki, zərərçəkmiş şəxsin oturduğu yerdə avtomobilin qapısı açılmayıb, əgər zərbələr şüşədən vurulubsa, sol hissədə xəsarətlər yarana bilməzdi. Buna görə də təqsirləndirilən şəxslərin onu döyməsi iddiaları cəfəngiyyatdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməsi, məhkumun kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya insta nsiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelly asiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Maddi sübut kimi tanınaraq işə əlavə edilmiş, hadisə yerinin video görüntülərini özündə əks etdirən «CD» diski nəzərdən keçirdikdən sonra da belə görünür ki, nümayiş zamanı X3 Zərərçəkmiş şəxs vurması ilə bağlı görüntünü müəyyən edilmədiyindən X3 zərərçəkmiş şəxsə qarşı xəsarət yetirməsini sübuta yetirilməmişdir. Məhkəmə işin hallarını, tərəflərin qarşılıqlı münasibətlərini, bir-biri ilə barışmaz mövqelərini, hadisənin tərəflər arasında olan növbəti məhkəmə iclasından sonra baş verməsini, baş vermə şəraitini, tərəflərin bir-birini cəzalandırmaq məqs ədlərini də nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Hadisənin video görüntülərində də Zərərçəkmiş şəxs1 vurması, məhz sifətinin sol yanağına vuraraq ona sol yanağının selikli qişasının yarası xəsarətləri kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirməsi ilə bağlı görüntü olmadığından və onu n təqsiri sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi ona aid hissədə düzgün olaraq bəraət vermişdir. Zərərçəkmiş şəxs1 çoxsaylı əl zərbələriylə vuran şəxsin isə Məhkumh oğlu olduğu müəyyən edilmişdir. İş üzrə mötəbər sübut olan hadisə yerinin təhlükəsizlik kamerasından görüntülərindən də aydın şəkildə görünür ki, Məhkum zərərçəkmiş şəxsə ardıcıl zərbələr vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlilləri məhkumların əməlində CM-in 221.2.1, 221.3-cü, 29, 120.2.1-ci, 120.2.2-ci və 29, 120.2.3-cü maddələrinin tərkib əlamətlərinin olub-olmamasına düzgün hüquqi qiymət verilməsi barədədir. Bu dəlillərin əsassızlığı və qanunun tələbinə uyğun olmaması aşağıdakılarla təsdiq edilir. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs cinayət işi üzrə ibtida i istintaqın qurtarmasının elan edilməsi və cinayət işi materialları ilə tanış edilməsi zamanı o, cinayət işi üzrə təqsirləndirilən şəxslərin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif edilmədiyini bildirməklə, cinayət işi üzrə təqsirləndirilən şəxslərin əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən, həmin məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilməsini xahiş etmişdir. Sumqayıt ŞPİ-nin müstəntiqi vəsatətin rədd edilməsi haqqında 16 may 2018-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qeyd etdiyi vəsatəti əsasız olduğundan təmin olunmamaqla tam şəkildə rədd edilmişdir. Bundan başqa, Sumqayıt şəhər Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünv anlanmış cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatət təmin edilməmişdir. CPM-nin 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu qanunun mənasına görə məhkəmə müstəqil olaraq təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifini CM-nin daha ağır maddəsinə dəyişə bilməz, lakin daha yüngül maddəyə dəyişə bilər və ya irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndl əri çıxara bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır. Bu halda məhkəmə müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. Bundan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqsirləndirilən şəxsə qarşı yeni ittiham irəli sürülərsə, məhkəmə baxışı məhkəmə iclasınd a həmin ittihamın elan olunması ilə təzələnir və məhkəmə baxışının davam etdirilməsi ümumi qaydada həyata keçirilir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göstərilən qanunun mənasına görə cinayət işinə birinci instansiyası məhkəməsində baxılan mərhələdə təqsirləndirilən şəxsin cinayət əməlinin CM-nin daha ağır maddəsinə tövsif edilməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə zərər çəkmiş şəxsin vəsatət qaldırmaq hüququ vardır. Cinayət işinə apellyasiya baxışı mərhələsində baxılarkən isə qanunla zərər çəkmiş şə xsə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı vəsatət vermək hüququ müəyyən edilməmişdir. Yəni, CPM-nin 391.8-1-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Bu qanunun məzmunundan müəyyən edilir ki, apellyasiya insta nsiyası məhkəməsində cinayət işinə baxılarkən təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifinin CM-nin daha ağır maddəsinə dəyişdirilməsi barədə zərər çəkmiş şəxsə vəsatət vermək hüququ müəyyən edilməmişdir. Beləliklə, Məhkum Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı dəfələrlə yumruqla Zərərçəkmiş şəxs xəsarət yetirməsi və onun sağlamlığa yüngül zərər vurması məhkəmə istintaqı zamanı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, iş materiallarında olan digər sübutlarla təsdiq edildiyindən birinci instansiya məhkəməsi onun əməlini Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün olaraq tövsif edərək onu Azərbaycan Respublikası CM-nin128cimaddəsi ilə cəzalandırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yu xarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi toplanmış sübutların mötəbərliyini qiymətləndirərəkən səhvə yol verməmişdir, apellyasiya instansiya məhkəməsi də hökmü dəyişdirilmdən saxlayarkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəl ləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti və kassasiya şikayətləri təmin edilməsin. X4 bəraət verilməsi və Məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-574/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-574/2019
02.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver