Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-574/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Zərərçəkmiş şəxs Məhkum müdafiəçisi, Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Məmmədov Zaur Məmmədağa oğlunun iştirakları ilə xx xxxxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunma mış, ünvan qeydiyyatda olan, ünvan 1 yaşamış və hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Məmmədov Zaur Məmmədağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: Ə.Məhkum (sədrlik edən), E.Ə.Mikayılov və M.M.Ağalarov) Məhkum – Azərbaycan Respublikası CM-nın 29, 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzas ını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: N.E.Məmmədov (sədrlik edən), Ə.N.Bayramov və Ə.İ.Qasimov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ona görə məhkum olunmuşdur ki, o, xx xxxxxx 2017-ci il tarixdə kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində tək olaraq 750 qram spirtli içki olan araq qəbul edərək orta dərəcəli alkoqol sərxoşl uğu vəziyyətində, kəbinlə ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs son dövrlər ona qarşı etinasız münasibətlərindən əsəbləşərək sonuncunu öldürmək niyyəti ilə həmin tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs işlədiyi, Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti, 14-18 ünvanında yerləşən 1 saylı Şəhər Poliklinikasının Travmotoloji Məntəqəsinə gələrək Zərərçəkmiş şəxs ilə həmin məntəqənin həyətində söhbət edərkən, sonuncunun onunla ər-arvad münasibətində yaşamaqdan imtina etməsini cüzi səbəb kimi bəhanə etməklə, heç bir əsaslı səbəb olmadan, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib Zərərçəkmiş şəxs yumruqla vurub yerə yıxdıqdan sonra, xuliqanlıq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gələrək özü ilə gəti rdiyi zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı, işlək hissəsi kustar üsulla itilənərək biz formasına salınmış vintaçanı cibindən çıxarmış, Zərərçəkmiş şəxs vintaçanı gördükdən sonra yerdən qalxaraq 1 saylı Şəhər Poliklinikasının inzibati binasının qarşısında, yolun hərəkət hissəsinə tərəf qaçsa da, o, sonuncunu təqib edərək yolun hərəkət hissəsində vintaçanla Zərərçəkmiş şəxs ardıcıl zərbələr vuraraq bir ədəd qarnın ön divarında solda, bir ədəd sol bazu və bir ədəd sol saidə dərəcəsi təyin edilməyən deşilmiş yaralar, döş qəfəsinin ön səthinin sol yarısının dörd ədəd daxilə nüfuz etmiş, kəskin daxili qanitirməyə (sol plevra boşluğunda 500 ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yaraları kimi hər biri ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurman ın əlamətlərinə malik xəsarətlər yetirmiş, lakin həmin vaxt hadisənin baş verdiyi yerdə olan X5 ictimai borcunu yerinə yetirərək onu Zərərçəkmiş şəxs üzərindən çəkərək kənarlaşdırması və həmin ərazidə xidmət aparan polis əməkdaşları X8 və X6 xidməti vəzifəsini yerinə yetirərək onun əlindən vintaçanı alaraq zərərsizləşdirməsi səbəbindən, habelə Zərərçəkmiş şəxs vaxtında tibbi müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım almaqla həyatı xilas olunduğundan, o, öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlinin CM-in 29, 120.2.2-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilməsi və hazırkı vaxtadək həbsdə saxlanıldığı müddətlə kifayətlənərək onun həbsdən azad edilməsi barədə qərar qəbul olunması xahiş olunur. Müdafiəçi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və cinayət qanunvericiliyinin normaları düzgün tətbiq olunmamaqla irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyət kəsb edə biləcək sübutlar qiymətləndirilməmişdir. Nəticədə törədilmiş cinayət əməlinin hüquqi tövsifində yanlışlıqlara yol verilməklə ədalətsiz hökm çıxarılmış, apellyasiya məhkəməsi də qanunsuz hökmü qüvvədə saxlamışdır. Müdafiəçi hesab edir ki, nə ibtidai istint aq, nə də məhkəmə istintaqı zamanı Məhkum əməlində CM-nin 29,120.2.2-ci maddəsinin tərkibinin olması hər hansı mötəbər sübutla təsdiq olunmur. Belə ki, həm təqsirləndirilən şəxs Məhkum, həm Zərərçəkmiş şəxs, həm də iş üzrə dindirilmiş şahidlərin ifadələrindən görünür ki, Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış və onun həyatdan məhrum olunmasını arzulamamışdır. Ona görə də Məhkum hadisə zamanı törətdiyi əməllər məhz xuliqanlıq cinayətinin tərkibini yaradır. Müdafiəçi həmçinin hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən himayəsində bir uşağının olması, zərərçəkənin ondan heç bir şikayətinin olmaması, onun əvvəllər məhkum olmaması kimi yüngülləşdirici hallar da nəzərə alınmayaraq sərt cəza təyin edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayə tinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Z.Məmmədovun, kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların ma hiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsi ilə məhkum edildiyi qeyd olunur. Hesab edilir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə tövsif edilməli idi. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini əsassız hesab edərək bildirir ki: Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli h ərəkətlər başa düşülür. CM-nin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə ins anlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığ ına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəx sin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses ol ub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzər də tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s., digər vətəndaşların gözü qarşısında törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, ç ox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Cinayət işinin materiallarından görünür ki, işin mübahisəsiz halı odur ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs ilə ər-arvad kimi yaşamış və onların arasında ailə-məşət münasibətləri zəminində narazılıq yaranmışdır. 23 avqust saat 21 radələrində M.Abbasov sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs işlədiyi, Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti, 14-18 ünvanında yerləşən 1 saylı Şəhər Poliklinikasının Travmotoloji Məntəqəsinə gələrək Zərərçəkmiş şəxs ilə həmin məntəqənin həyətində sonuncunun onunla ər-arvad münasibətində yaşamaqdan imtina etməsi ilə əlaqədar yenidən mübahisə etmiş və Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış təsə rrüfat-məişət təyinatlı, işlək hissəsi kustar üsulla itilənərək biz formasına salınmış vintaçanı cibindən çıxarmış, Zərərçəkmiş şəxs vintaçanı gördükdən sonra yerdən qalxaraq 1 saylı Şəhər Poliklinikasının inzibati binasının qarşısında, yolun hərəkət hissəsinə tərəf qaçsa da, o, sonuncunu təqib edərək yolun hərəkət hissəsində vintaçanla Zərərçəkmiş şəxs ardıcıl zərbələr vuraraq hər biri ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirmişdir. Şərh olunanlar təqsirləndirilən şəxs Məhkum, Zərərçəkmiş şəxs, şahidlər X5, X3, X6, X4 ifadələri və digər sübutlarla təsdiq olunur. Belə olan halda, Məhkum törətmiş olduğu cinayət əməli CM-nin 25-ci fəslində nəzərdə tutulan İctimai təhlükəsizlik əleyhinə olan cinayət kimi qiymətləndiri lərək xuliqanlıq, yəni CM-nin 221-ci maddəsi ilə tövsif edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum əməlinin hüquqi tövsifində də səhvə yol verilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq məhkumun əməlinin Azərbaycan Respublikası CMin 29, 120.2.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşmır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il qərarının 6-cı bəndində deyilir: “Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)...... Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən ba ş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olubolmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: -Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -Şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -Şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti insan ləyaqətinə hörmətsizliklə, ictimai maraqlara, davranış qaydalarına və qanunlara qarşı laqeydliklə bağlı ola n eqoizmdən əmələ gəlir. Xuliqanlıq motivi həm də özünü onda göstərir ki, bu zaman subyektə cinayətkar əməlin özü zövq verir və o, bu əməli törətməklə özünü göstərmək istəyir. Xuliqanlıq motivi ilə adam öldürmə cinayətində bəzən qisasın elementinə də rast gəlinir. Lakin burda qisas hər şeyi həll edən motiv kimi deyil, məhz ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq şəkildə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ən xırda bir məsələni şişirdərək xüsusilə ağır formada qisas almaqla xuliqanlıq niyyətinin yaranmasına səbəb olan bəhanə kimi çıxış edir. Yəni bu zaman şəxs qisas motivindən məhz bəhanə kimi istifadə etmiş olur. Cinayət işinin materiallarından görünür ki, Məhkum kəbinlə ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs son dövrlər ona qarşı etinasız münasibətlərindən əsəbiləşərək sonuncunu öldürmək niyyəti ilə Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 14-18 ünvanında yerləşən 1 saylı Şəhər Poliklinikasının Travmotoloji Məntəqəsinə gələrək Zərərçəkmiş şəxs ilə həmin məntəqənin həyətində söhbət edərkən, sonuncunun onunla ər-arvad münasibətində yaşamaqdan imtina etdiyi üçün, yəni aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İş materiallarında olan sübutlardan da açıq-aydın görünür ki, cinayət hadisəsi Məhkum ilə iş üzrə zərərçəkmiş şəxs - kəbinlə ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı baş vermişdir. Odur ki, Məhkum Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sü butların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsiləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddəsindən CM-in 29, 120.1-ci maddəsinə tövsif edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X9rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X13rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası CPM-in 416.0.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiya məhkəməsi həmin qərarı ləğv edə və ya dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-574/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-574/2020
24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver