Məhkəmə qərarları › İş №1(102)-574/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-574/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-574/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu, Məhkum, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Həsənov Fərid İzafət oğlunun iştirakları ilə, Bakı Şəhəri Səbail Ray on Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.R.Tağıyev) xx xxxx 1985-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ünvan1 ünvanda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 2 63.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmdən məhkum və müdafiəçisi F.İ.Həsənov tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim F.A.Qasımov, E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkibdə) 13 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkumun CM-nin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü Məhkum və onun müdafiəçisi Həsənov Fərid İzafət oğlunun bi rgə verdikləri apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardan Məhkumun müdafiəçisi Həsənov Fərid İzafət oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vermişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 30 may 2019-cu tarixdə saat 15 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Tofaş Şahin” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Bakı-Salyan şossesi ilə Bakı şəhəri, Lökbatan qəsəbəsi istiqamətində saatda 108 km/saat sürətlə hərəkətdə olarkən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Ramada" otelin yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50 -ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərini pozmuş, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin avtomobili hadisə baş verdiyi yerdə maksimum icazə verilən sürətdən yüksək sürətlə idarə edərək vaxtında tormozlama əməliyyatı aparmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda göstərilənlərə əməl etməyərək, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuş, ehtiyatsızlıqdan hərəkəti istiqamətində yolun sağ hissəsi ilə hərəkətdə olan, geriyə dönmə əməliyyatı aparan Zərərçəkmiş şəxs2 Tanrıverdi oğlunun idarə etdiyi Vaz-21061 markalı, ** BD ** * dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs1 ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almış, Vaz-21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 isə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə aid xəsarətlər alaraq 01.06.2019-cu il tarixdə saat 23 radələrində ölmüş, VAZ 2106 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 məxsus Vaz-21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək zədələnməsi nəticəsində sonuncuya 1950 manat məbləğində maddi ziyan dəymişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Həsənov Fərid İzafət kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi heç bir əlavə araşdırma aparmadan, apelyasiya şikayətində qeyd edilənlərə əhəmiyyət vermədən formal qərar qəbul etmiş, qərarda cinayət qanunvericiliyinin normalarını qeyd etməklə kifayətlənmiş və birinci instansiya məhkəməsinin qənaətinin düzgün olduğunu göstərmişdir. Yəni, apelyasiya şikayətində qeyd olunanlara münasibət bildirilmədən qərar qəbul edilərək şikayət rədd edilmiş, birinci instansiya məhkəməsinin hökmü verilən apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hadisənin baş verməsinin bilavasitə səbəbkarı VAZ 2106 markalı avtomobilin qəflətən sola doğru manevr edərək hərəkət üçün real təhlükə yaratması və məhz bu təhlükəyə görə hadisənin baş verməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkum maneəni, yəni toqquşduğu VAZ 2106 markalı 11BD873 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən zolağa daxil olma anında ondan hansı məsafədə olması düzgün müəyyən edilməmişdir. Ən azı iş materiallarında olan hadisənin videogörüntüsü bunları təsdiq edir. İş materiallarında olan hadisənin video-görüntüsündən açıq şəkildə görünür ki, hərəkətdə olan digər nəqliyyat vasitələri hadisə vaxtı dərhal sağa doğru hərəkət etmişdir, lakin buna diqqət yetirilməmiş, onlar nə ibtidai istintaqa, nə də məhkəmə baxışı zamanı dəvət edilib dindirilməmişdir. Belə ki, onların sağa dorğu hərəkətə başladıqları an sübut edir ki, hətta onlar belə qarşılarında gedən YAZ 2106 markalı avtomobilin qəflətən hansı hərəkəti edəcəyini (sola manevr edəcəyini) təxmin belə etməmişlər. Belə olan təqdirdə Məhkum həmin avtomobilin qəflətən sola manevr edəcəyini heç güman belə edə bilməzdi, onun manevr etdiyini görməsi isə hadisənin texniki cəhətdən qarşısım almağa imkan verməyəcəkdi. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə araşdırması zamanı qiymət verilən sübutlarla Məhkumun təqsirli olması sübuta yetmir. Kassasiya şikayətinə əlavədə qeyd olunmuşdur ki, hüquqlarını müdafiə etdiyi Məhkum “Vətən müharibəsi” olan, 2-ci Qarabağ müharibəsində qəhrəmancasına, fəal iştirak etmiş, mərdlik və şücaət göstərməklə döyüşlərdə xüsusilə fərqlənmiş, buna görə də, fəxri fərmanla təltif edilmişdir. Vətənin müdafiəsi və qələbənin təmin edilməsində Məhkumun böyük rolu olmuşdur. Buna görə də, artıq o nun şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxmış, şərait dəyişmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13.10.2020-ci il tarixli qərarını ləğv etməklə, CM-nin 74-cü maddəsini tətbiq etməklə, yəni şəraitin dəyişməsini, zərərçəkmiş şəxsin şikayətinin olmadığını, Məhkumun əməli törətmiş şəxs kimi ictimai təhlükəli olmadığını nəzərə almaqla, hazırki cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində çıxış edən Məhkum və müdafiəçisi F.İ.Həsənov kassasiya şikayətində qeyd olunan halları bir daha vurğulayaraq şikayətin təmin olunmasını xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarə sinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 74-cü maddəsinin tətbiq olunması üçün əsasların olmadığını, həmçinin apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin və şikayətə əlavənin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məs ələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçis i tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Məhkumun məhkəmələr tərəfindən qanunsuz və əsassız olaraq məhkum edildiyi, bununla da sübutetməyə dair maddi və prosessual qanunvericiliyin tələblərinin pozulduğu, həmçinin məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qərarının qanuniliyini və ə saslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qərarı isə dəyişdirilməlidir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayə t tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrin in dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkumun təqsirli bilindiyi cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifad ələri, ekspertiza rəyləri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarında göstərilmişdir. Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, Məhkumun ona istinad edilən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla bağlı cinayət əməlini törətməsi birinci inst ansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən yenidən təhlil edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ittihama münasibətdə məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli və cəzalandırılmal ı olması barədə nəticələr çıxarılmışdır. Odur ki, məhkəmə kollegiyası Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkumun əməlləri Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkumun hərəkətlərində Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində g östərilən şəraitin dəyişilməsi ilə əlaqədar məhkumun cinayət məsuliyyətindən azad olunmasına dair dəlillərə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, şəraitin dəyişməsi geniş miqyasda ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini – ictimai təhlükəliliyini itirmiş olsun. Azərbaycan Respublikası CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Lakin, son dövrlər yol nəqliyyat hadisələrinin artması nəinki, qeyd edilən əməllərin ictimai təhlükəliliyin azaltmış, əksinə hətta artırmışdır. Bu baxımd an məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayətində bu barədə göstərdiyi dəlillər əsassızdır. Bununla belə cəza məsələsini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması cəzanın islahedici funksiyası baxımından daha məqsədəmüvafiqdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulm uşdur: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; yeni cinayətlər törədilməsinin qarşısının alınması. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; cəmiyyət dö vlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Kassasiya şikayətindən və şikayətə əlavə olunmuş sənədlərdən görünür ki, Məhkum Azərbaycanın ərazi bütövlüyü uğrunda başlanılan “Vətən Müharibəsi”ndə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə qismən səfərbərliklə çağırılaraq N saylı hərbi hissənin tabeliyində olan bölmənin tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. Döyüş tapşırıqlarının icrası zamanı fəallıq göstərərək digər döyüşçü yoldaşlarına nümunə olmuş, üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələrək fədakarlıq göstərmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində qeyd olunur ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1. 1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası göstərilənləri, Məhkumun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkuma qarşı şikayət və tələbinin olmamasını, evli olmaqla 3 az yaşlı uşağının olmasını, gənc olmasını, həmçinin 2-ci Qarabağ Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi şücaəti, vətəndaşlıq borcunu, hərbi vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirməsini onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi qiymətləndirərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması qənaətinə g əlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, Məhkumun müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qərarı qeyd edilən maddi hüquq normalarının tələblərinə müvafiq dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən verilmiş kassasiy a şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilsin. Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 20 20-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar