Məhkəmə qərarları › İş №1(102)-574/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-574/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-574/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Nümayəndələr – Babayev Bəhram Yusif oğlunun və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Maraqlı şəxs4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 179.4, 193-1.3.2, 308.2, 308-2.4 və 313-cü maddələri ilə, Məhkum4 CM-nin 179.4, 308.2 və 313-cü maddələri ilə, Məhkum2 CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə, Məhkum3 CM-nin 179.4, 308.2 və 313-cü maddələri ilə, Məhkum11 CM-nin 179.4, 308.2 və 313-cü maddələri ilə, Məhkum5 CM-nin 179.4, 308.2 və 313-cü maddələri ilə, Məhkum6 CM-nin 179.4, 308.2 və 313-cü maddələri ilə, Məhkum7 CM-nin 32.5,179.3.2-ci maddələri ilə, Məhkum8 CM-nin 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə, Məhkum9 CM-nin 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə, Məhkum10 CM-nin 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,19.2.4cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və baxılmamış saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarından "xxxx" MMC-nin nümayəndəsi – vəkil Maraqlı şəxs4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli (Paşayev Azər İslah oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) hökmü ilə mülki iddiaçı “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin mülki iddiası təmin edilmiş, mülki cavabdehlər X4 və Məhkum2 müştərək qaydada 1.214.504,12 (bir milyon iki yüz on dörd min beş yüz dörd manat on iki qəpik) manat, mülki cavabdehlər X11, Məhkum4, Məhkum3, Məhkum5, Məhkum6 və X2 müştərək qaydada 16.928.086,44 (on altı milyon doqquz yüz iyirmi səkkiz min səksən altı manat qırx dörd qəpik) manat, mülki cavabdehlər Məhkum10, X11 və Məhkum2 müştərək qaydada 12.382 (on iki min üç yüz səksən iki) manat, mülki cavabdehlər Məhkum8, X11 və Məhkum2 müştərək qaydada 24.310,74 (iyirmi dörd min üç yüz on manat yetmiş dörd qəpik) manat, mülki cavabdehlər Məhkum9, X11 və Məhkum2 müştərək qaydada 11.770,72 (on bir min yeddi yüz yetmiş manat yetmiş iki qəpik) manat, mülki cavabdehlər Məhkum7, X11 və Məhkum2 müştərək qaydada 55.980,78 (əlli beş min doqquz yüz səksən manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı “Azərbaycan Respublikasının Medianın İ nkişafı Agentliyi” publik hüquqi şəxsin xeyrinə ödənilsin. X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən 19,9 kv.m. qeyri-yaşayış sahəsi (101 saylı mağaza), ünvan 2 ünvanında yerləşən 0,03013 ha torpaq sahəsində 481,8 kv.m. fərdi yaşayış evi, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, «Rabitəçi» bağçılıq yoldaşlığında 0,100455 ha 176 saylı bağ sahəsi, ünvan 4 ünvanında yerləşən 49,11 kv.m. 97 nömrəli mənzil, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 ha torpaq sahəsində 190,8 kv.m. fərdi yaşayış evi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 ha torpaq sahəsi, “Mercedes Benz ML 350” markalı Az **-SV-*** dövlət qeydiyyat nişanlı minik avtomobil, “Volksvagen Touareg” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Toyota Land Cru iser” markalı Az **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil, Maraqlı şəxs2 Haxverdi qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 ha torpaq sahəsində 192,8 kv.m. 701 nömrəli bağ evi, Maraqlı şəxs1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,10055 ha torpaq sahəsində 291,4 kv.m. 701Q nömrəli bağ evi, “Kia Optima” markalı Az **-SV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili, Maraqlı şəxs3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 23 nömrəli evin 1-ci mərtəbəsində 39,9 kv.m. qeyri-yaşayış sahəsi (127 saylı mağaza), X5 "xxxx" ASC-də olan 300.000 (üç yüz min) manat məbləğdə əmanət və Maraqlı şəxs1 "xxxx" ASCdə olan 550.000 (beş yüz əlli min) manat məbləğdə əmanət və Azərbaycan Respublikası Baş Prokurorluğ unun depozit hesabına qoyulmuş 200.000 (iki yüz min) manat pul vəsaiti, Məhkum11 məxsus ünvan 5 ünvanında yerləşən 59 nömrəli mənzil, Məhkum4 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi, Məhkum5 məxsus olan Bakı şəhər, Yasamal rayonu, 525-ci məhəllə, Mətbuat prospekti, 23L ünvanında yerləşən ümumi sahəsi 12535,9 kv.m olan əmlak və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 1.000.000 (bir milyon) manat pul vəsaiti, Məhkum6 məxsus olan ünvan 8 ünvanında yerləşən 85 nömrəli mənzil və ünvan 9 ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evi, Məhkum8 Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 50.000 (əlli min) manat pul vəsaiti, hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində 676 kv.m. qeyri-yaşayış sahəsi və bir ədəd “TEREX 820” markalı Az 10 R 460 qeydiyyat nömrəli traktor, bir ədəd “TEREX CTT 181/B-8 TS21” markalı qülləli kran və onun teleskopu, bir ədəd “RDK-25-2” markalı tırtıllı kran, bir ədəd “Ford Transit” markalı 90JT489 qeydiyyat nömrəli avtomaşın, bir ədəd beton nasosu, bir ədəd məhlulqarışdırıcı sıva pompası, bir ədəd “Amkador 333B” markalı Az 90 E 610 qeydiyyat nömrəli frontal yükləyici, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi, 2 ədəd beton tökmək üçün taxtabənd məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müs adirə edilmişdir. Hökmdən Məhkum4 müdafiəçiləri Süleymanov Cavanşir İslam oğlu və Məmmədov Eyvaz Mehdi oğlu, məhkum X5 müdafiəçiləri Kərimov Siracəddin Allahverdi oğlu və Əliyev Hikmət Vilayət oğlu tərəfindən birgə verilmiş, Məhkum6 müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlu, Məhkum11 müdafiəçisi İbadov Zaur Fəzail oğlu, Məhkum8 müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu, Məhkum7, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 qızı və Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 29 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsin in 21 dekabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından "xxxx" MMC-nin nümayəndəsi və vəkili Maraqlı şəxs4 kassasiya şikayəti vermişdir və kassasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından "xxxx" MMC-nin nümayəndəsi və vəkili Maraqlı şəxs4 tərəfindən verilmiş kassasiya şikayəti şikayətin mümkünlüyü məsələsinin yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin nümayəndəsi və vəkili Maraqlı şəxs4 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 415.1-ci maddəsinin tələblərinə uyğun olmadan verildiyindən qeyri-mümkün hesab edilmiş və baxılmamış saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından "xxxx" MMC-nin nümayəndəsi Maraqlı şəxs4 tərəfindən kassasiya şikayəti verilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun v ə bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin normalarının tələblərinə uyğun olaraq "xxxx" MMC-nin nümayəndəsi - vəkil Maraqlı şəxs4 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, həmin kassasiya şikayəti Azərbaycan Respublikası ci nayət prosessual qanunvericiliyinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 412.1 və 412.5-ci maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz. CPM-nin 415.1-ci maddəsinə əsasən apellyasiya instansiyasıməhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini aşağıdakı hallarda baxılmamış saxlamaq hüququna malikdir: - 415.1.1. həmin şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda; Bundan əlavə məhkəmə kollegiya sı qeyd edir ki, CPM-nin 408.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4 -408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Təqdimata baxılması bu Məcəllənin 414, 416 - 420-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq həyata keçirilir. Beləliklə, cinayət işinin üzrə icraatın əvvəlki instansiyalarında "xxxx" MMC maraqlı şəxs qismində tanınmadığı üçün, prosessual qanunvericilik maraqlı tərəfin müvafiq apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından yalnız təqdima t verilməsi imkanını tanıyır. Odur ki, göstərilənləri yekunlaşdıraraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsi həmin məhkəmənin 29 mart 2022-ci il tarixli qərarından "xxxx" MMC-nin nümayəndəsi – vəkil Maraqlı şəxs4 tərəfindən verilmiş kassasiya şikayətini, CPM-nin 415.1-ci maddəsinin tələbləri baxımından yoxluyaraq haqlı olaraq qeyri-mümkün hesab etmiş və baxılmamış saxlamışdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr "xxxx" MMC-nin kassasiya şikayətinin mümkünlüyü məsələsi üzrə cinayət prosessual qanunvericilinin yuxarıda qeyd edilən normalarına müvafiq qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respub likası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: "xxxx" MMC-nin nümayəndəsi – vəkil Maraq lı şəxs4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və baxılmamış saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar