Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-574/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 aprel tarixli, 1(103)-957/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X5 (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Leyla Əsgərova-Məmədovadan ibarət tərkibdə) 1(101)-570/2024 saylı, 21 fevral 2024cü il tarixli hökmü ilə xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əmə linin törədilməsində təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 30 mart 2023-cü il tarixdən hesablanması, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Elbəy Allahverdiyevdən ibarət tərkibdə) 2024-cü il 18 aprel tarixli, 1(103)-957/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLAR İ: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə başqa mənbədən bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 21,761 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlayıb, daşımış və o, 30 mart 2023-cü il tarixdə saat 00:20 dəqiqədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3 Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin inzibati binasına gətirilərək orada onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir ədəd polietilen bükümdə qablaşdırılmış təmiz çəkisi 21,761 qram miqdarında üsulla hazır lanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ittiham hökmü cəza hissəssində ədalətsizdir. Məhkum ifadəsi hökmdə belə göstərilmişdir ki, guya Məhkum CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, təxminən bir ay olmuşdur ki, narkotik vasitənin "kakos” kimi tanıdığı heroin növündən istifadə etmişdir. O, narkotik vasitə aludəçisi deyildir. Mütəmadi olaraq narkotik vasitə əldə etmiş və əhval ruhiyyəsi yaxşı olsun deyə qəbul etmişdir. O, narkotik vasitə heroini doldurma yolu ilə istifadə etmişdir. Narkotik vasitəni isə tanımadığı şəxslərdən pulla almışdır. 29 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində olmuşdur. Hövsan qəsəbəsində üzdən tanıdığı və şifahi olaraq narkotik vasitə istifadə etməsini bildiyi şəxsi görmüşdür. Həmin şəxsə yaxınlaşıb narkotik vasitə lazım olmasını bildirib istəmişdir. Həmin şəxs ona nə qədər narkotik vasitə lazım olmasını soruşmuş, o da sonuncuya bildirmişdir ki, çox lazımdır ki, bir müddət istifadə edə bilsin. Həmin şəxs də narkotik vasitə heroin olmasını bildirib 600 manat pul istəmişdir. O, da razılaşmış və sonuncu ilə Hövsan qəsəbəsində kimsəsiz bir yerə getmişdir. Orada həmin şəxs ona bir ədəd şəffaf sellofan büküm vermiş və o, həmin şəxsə 600 manat pul vermişdir. Şəffaf sellofan bükümü açıb baxmış və içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Bundan sonra oradan uzaqlaşıb yaşadığı ev istiqamətində getmişdir. 30 mart 2023-cü il tarixdə saat təxminən 00:20 dəqiqə olmuşdur ki, Xətai rayonu, Neapol küçəsi 26 ünvanın qarşısından keçən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib şəxsiyyəti barədə onu-sorğu sual edib 35-ci PB-nə dəvət etmişlər. O da heç bir etiraz etməmiş və onu polis bölməsinə aparmışlar. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış apa rılmışdır. Ona üzərində qanunsuz əşya olub- olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, gizlətməyin mümkünsüz olmasını fikirləşib əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanı çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Ona həmin maddənin nə olması və haradan əldə etməyi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 600 manata almışdır. Aşkar edilmiş narkotik vasitə heroin elektron tərəzi ilə çəkilmiş və çəkisi 24,20 qram müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşka r edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. 30 mart 2023-cü il tarixdə təhqiqatçı üzərindən aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair ekspert rəyi ilə onu tanış etmiş, ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş heroinin miqdarı 21,761 qramdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış və kimlərəsə narkotik vasitə satmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Onun, narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Onun üzərində narkotik vasitə heroin olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. O, narkotik vasitəni aldığı şəxs haqqında heç bir məlumata sahib deyildir. Həmin şəxsi tanımamışdır. Həmin şəxsi yalnız üzdən tanımış və şifahi olaraq sonuncunun da narkotik vasitə istifadə etməsini bilmişdir. Amma əslində narkotik vasitənin ona məxsus olmadığını, onu öz evindən gələrək polis əməkdaşları tərəfindən aparıldığını və polis bölməsində həmin narkotik vasitənin ona məxsus olmasını bildirərək etiraf etməsini təklif etdiklərini, onun da fiziki təzyiqlərin olacağından qorxaraq narkotik vasitənin ona aid olmasını və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin işə baxan məhkəmə ittiham hökmündə təqsirləndirilən şəxsin həmin narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etdiyini bildirməsinə məsuliyyətini yüngülləşdirmək məqsədi güdməsini əsaslandırsa da bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Cinayət işi materiallarında və eyni zamanda məhkəmə istintaqı dövründə Məhkum narkotik vasitələrinin satışı ilə məşğul olmasını təsdiq edən heç bir sübut olmamışdır. Buna baxmayaraq məhkəmə onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir. Əslində onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunmalı idi. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 aprel tarixli, 1(103)-957/2024 nömrəli qərarının ləğv edilməsi və Mə hkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Ərəstun İsgəndərov kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hü quqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiy a instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbl əri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirər ək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və həmin ittiham məhkəmələr tərəfindən qəbul edilərək Məhkum həmin maddə ilə təqsirli bilinərək, məhkum edilmişdir. Lakin cinayət işinin materiallarında Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir mötəbər sübut mövcud deyil. İrəli sürülmüş ittihamı sübut etmək vəzifəsi CPM ilə ittiham tərəfinin üzərinə qoyulmasına baxmayaraq, ittiham tərəfi satış məqsədini təsdiq edən heç bir mötəbər sübuta malik deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməli və o həmin maddə ilə cəzalanmalıdır. Müdafiə tərəfi Məhkum bəraət verilməl i olduğunu iddia etməsinə baxmayaraq, Məhkum narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi və saxlaması iş üzrə toplanmış sübutların məcmuyu ilə sübuta yetirilir. Məhkəmə kollegiyası məhkuma təyin ediləcək cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 aprel tarixli, 1(103)-957/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-574/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-574/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver