Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-575/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, bəraət almış şəxsin hüquqi varis i X8 və onun müdafiəçisi Yusifov Ceyhun Salman oğlunun iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseyn Cavid Vaqif oğlu) X10, xx xxxx 1955-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvan ında qeydiyyatda olmuş, ünvan 2 yaşamış, CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetrilmədiyinə görə bəraət verilmişdir. İşin halları: İibtidai araşdırma orqanı tərəfiindən X14 CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, yol hərəkəti qaydalarını pozmuş və onun bu əməli zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, X10ə qarşı irəli sürülmüş ittihama görə, o, etibarnamə əsasında idarə etdiyi "Nissan Sunny” minik markalı, Az **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində, ünvan 3 ünvanında yerləşən avtoyuma məntəqəsinin qarşısında olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının q anununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğun olaraq avtomobili arxaya hərəkət etdirməzdən əvvəl arxada və yan tərəfdə hərəkət üçün heç bir maneənin olmamasına əmin olmalı, piyadanın olması şəraitində piyada avtomobilin arxaya hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra arxaya hərəkət etdirməli, təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunu etməmiş, sol tərəfdə piyada Zərərçəkmiş şəxs olmasına fikir vermədən avtomobili təxminən 23 km/saat sürətlə geri hərəkət etdirərkən, avtomobilin sol tərəfində dayanmış piyada Zərərçəkmiş şəxs sol ayağının üstündən avtomobilin qabaq sol təkəri ilə keçərək, nəticədə ehtiyatsızlıqdan ona hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol aşıq- baldır oynağı və ayaq səviyyəsində bağlarının cırılması, sol a şıq-baldır oynağının deltavari bağın hissəvi cırılmasından ibarət sağlamlığın uzun müddət pozulmasına, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsində cinayət işinə baxılarkən məhkəmə X10in ona ittiham olunmuş cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və bu əsasla ona CM-nin 263.1-ci maddəsi ilə bəraət verilmişdir. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qurbanov Ramin Afad oğlundan ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasi ya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: X10ə elan olunmuş ittihama və fikrincə, bu ittihamı təsdiq edən sübutlara, habelə Azərbaycan Respublikaı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir sıra normalarına istinad edən zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlatı, işin bütün hallarını tam və obyektiv araşdırmamış və nəticədə qa nunsuz hökm çıxarmış, apellyasiya instansiya məhkəməsi isə əsassız olaraq həmin hökmü qüvvəsində saxlamışdır. Zərər çəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində bildirir ki, məhkəməyə təqdim olunmuş, xx xxxxxxxx 2019-cu il tarixdə baş vermiş hadisəni əks etdirən CD diskə müdaxilə olunmuş, həmin görüntülər saxtalaşdırılmışdır. Məhkəmə baxışı zamanı hər iki CD-nin ekspertizaya göndərilməsi barədə vəsatət qaldırılsa da, həmin vəsatət məhkəmədə təmin olunmamış və məhkəmə özü mütəxəssis kimi rəy verərək təqsirləndirilən şəxsin müdafiəçisinin kifayət qədər aşkar şəkildə görünən kənar müdaxilə olunmuş və saxtalaşdırılmış CD-də əks olunanları əsas götürməklə ədalətsiz bir nəticəyə gəlmişdir. Bundan başqa məhkəmələr şahidlər X22 və X23in ifadələrinə şübhə ilə yanaşmış, lakin mərhumun həyat yolda şı X24 həmin hadisə vaxtı şahid yox, hadisənin aktiv iştirakçısı olduğu halda onun ifadələrini qəbul etmişlər. Məhkəmə qeyri-obyektiv nümayəiş etdirərək qərəzli şəkildə qərarda göstərmişdir ki, güya zərərçəkən qəsdən ayağını X10in idarə etdiyi maşının altına atmışdır. Lakin istintaq materialına əlavə edilmiş və hadisəni əks etdirən videio görüntüdə həmin xüsusat öz əksini tapmır, eləcə də məhkəmə tərəfindən bu xüsusata qiymət verilsə də məhkəmə yol nəqliyyat hadisələri üzrə təkrar ekspertiza təyin edib keçirməmişdir. Kassasiya şikayətinin müəllifi daha sonra qeyd edir ki, iş üzrə məhkəmə-trasoloji ekspertizasının rəyinə əsasən, X10 avtomobili ilə Zərərçəkmiş şəxs ayağının üstünə çıxdığı zaman sonuncu əli ilə maşının qabaq qanad hissəsinə vuraraq avtomaşına zədə yetirmişdir. X10 35-ci PB- nə şikayət ərizəsi yazan zaman və ilkin araşdırma zamanı verdiyi ifadələrində maşının zədələnməsi halını gizlətmişdir. Müdafiəçinin qənaətinə görə, zərər çəkmiş şəxs ayağını qəsdən avtomobilin təkərinin altına atmış olsaydı X10 öz ərizəsində və ifadələrində onun avtomaşının Zərərçəkmiş şəxs tərəfindən zədələnməsini gizlətməzdi. Beləliklə, iş üzrə çox saylı ziddiyyətlərin olmasını, sübutların tam araşdırmamasını nəzərə alaraq zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, X10 bəraət verilməli olması haqqında nəticəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən i mtina etmiş, araşdırılmış sübutlara düzgün qiymət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiq indən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası Nümayəndə kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə X10in barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya in stansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutl ar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hər əkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azə rbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qay dada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraat ının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar topla nır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutl ara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymət ləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim b u vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əs aslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən b iri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Hərh olunanlarla əlaqədar, məhkəmə kollegiyası əvvəla vurğulayır ki, ibtidai araşdırma orqanı tərəfindən X10in təqsirləndirildiyi CM-nin 263.1-ci maddəsində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini ida rə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunun bu normasının mənasına görə, şəxsə bu maddə ilə ittihamın irəli sürülməsi üçün toplanmış və araşdırılmış sübutlarla onun ilk növbədə nəqliyyat vasitəsini idarə və ya istismar etməsi, bu zaman onun “Yol hərəkət haqqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması və onun bu hərəkətlərinin ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurulması müəyyən edilməldir. Yol hərəkəti və ya nəqliyyat hadisələrəinin pozulması ilə bağlı cinayət işləri üzrə araşdırmanın xüsusiyyətləri isə ondan ibarətdir ki, i lk növbədə yol nəqliyyat hadisəsinin baş verdiyi yer dərhal ətraflı müayinə olunmalı (bu zaman mümkün qədər nəqliyyat vasitələrinin hadisə yerində qalması və hadisə iştirakçılarının (sürücünün, piyadanın) bu müayinədə iştirakları təmin edilməli), müayinəni obyektiv əks etdirən sxemlər tərtib olunmalı, bu mümkün olduqda müayinə foto və ya videoçəkiliş aparılmaqla keçirilməli, müayinə nəticəsində müəyyən olunmuş bütün hallar, düzgün məsafələr, hadisənin izləri, müayinədə iştirak etmiş şəxslərin izahatları və sair dolğun şəkildə tərtib olunmuş protokolda əks etdirilməlidir. Bundan başqa, belə işlər üzrə yol nəqliyyat ekspertizaları təyin edilməzdən istintaq eksperimentinin keçirilməsi, ifadələrin hadisə yerində yoxlanılması da zəruri istintaq hərəkətlərindəndir. Hadisə iştirakçılarının, onun şahidlərinin dindirilmələri ilə birlikdə yuxarıda göstərilən istintaq hərəkətlərinin aparılmasından sonra isə bütün obyektiv göstəriciləri (ölçüləri), hadisə yerində aşkar edilmiş izlər haqqında məlumatları ekspertlərə təqdim etməklə zəruri olan məhkəmə ekspertizaları (yol-nəqliyyat hadisələrinin, trasoloji, məhkəmə-tibbi, bioloji və sair) təyin edilib keçirilməli və bütün sübutlara həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymət verilməklə bu və ya digər şəxsin təqsirli və ya təqsirsiz olması müəyyən edilməlidir. Qeyd etmək lazımdır ki, bu sübutlar sırasında yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyi xüsusi əhəmiyyətə malikdir ona görə ki, həmin rəylə təqdim olunmuş ölçülərə və digər məlumatlara əsasən hadisə iştirakçısının (sürücünün) əvvəla “Yol hərəkəti haqqında” Qanunun hər hansı tələbləini pozub-pozmaması, digər tərəfdən isə onun hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması müəyyən edilir. Lakin nəzərə almaq lazımdır ki, qeyri-obyektiv, həqiqətə uyğun olmayan məlumatlara əsasən aparılmış tədqiqat nəticəsində verilən bu rəy sübut əhəmiyyətli rəy kimi qiymətləndirilə bilməz, bu baxımdan belə rəyin nəticələri ibtidai araşdırma orqanına və ya məhkəməyə iş üzrə müvafiq nəticəyə gəlmək üçün məcburi xarakter daşımır, digər tərəfdən ümumiyyətlə ekspertiza rəyləri ilə hüquqa aid olan məsələlər həl edilmir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı yuxarıda göstərilən istintaq hərəkətlərinin aparılmasının əhəmiyyətinə “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət i şləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında da diqqət yetirilmişdir. Həmin qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Hazırki işin materiallarından isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə araşdırma metodikasını n tələblərinə cavab verən, bu metodikaya uyğun olaraq yuxarıda göstərilən qaydada ilkin və hadisənin baş verdiyi gündən iki ay sonra ibtidai araşdırmaların aparılması görünmür. Belə ki, iş materiallarının öyrəiniməsi nəticəsində əvvəla müəyyən olunmuşdur ki, xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş hadisə yerinin müayinəsi natamam aparılmış (faktiki olaraq bu haqda tərtib olunmuş protokolda yol-nəqliyyat hadisəsinin baş verməsi, yəni X10in yol hərəkəti qaydalarını pozması ilə bağlı heç bir məlumat əks etdirilməmiş), bu müayinədə X10in, Zərərçəkmiş şəxs və hadisənin şahidləri olmuş digər şəxslərin iştirakları təmin edilməmiş, heç bir ölçü və hadisəyə aid ola bilən hər hansı iz, əşya və s. götürülməmişdir. Fakt üzrə CM-nin 263.1-ci maddəsi ilə cinayət işi isə hadisədən yalnız iki ay sonraxx xxxxxx 2019-cu il tarixdə başlanmış və xx xxxxxxxx 2019-cu il tarixdə X10lə Zərərçəkmiş şəxs arasında qarşılıqlı münaqişənin baş verməsinə, hər ikisinin bu münaqişə zamanı biri-birinə xəsarətlər yetirməsinə baxmayaraq, ibtidai araşdırma X10in yol-hərəkəti qaydalarını pozmasının sübuta yetirilməsi istiqamətində aparılmış, bunun üçün Zərərçəkmiş şəxs təqdim etdiyi sübutlar (onun özünün və təqdim etdiyi şahidlərin ifadələri, CD diskdə əksini tapmış videogörüntülər (bu videogörüntülər heç də X10in yol hərəkəti qaydalarını pozmasını təsdiq etmir) və bu kimi digər sübutlar əsas götürülərək X10ə qarşı CM-nin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Bu itihamın əsasına isə yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertizasının rəyi qoyulmuşdur ki, həmin rəy də obyektiv tədqiq edilmiş, mötəbər, q ərəzsiz və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar deyil, Zərərçəkmiş şəxs təqdim etdiyi sübutlar əsasında verilmişdir. Halbuki, bu sübutları Zərərçəkmiş şəxs verdiyi ifadələrlə birlikdə nəzərdən keçirdikdə, belə nəticəyə gəlmək olardı ki, X10 sonuncuya xəsarətləri yol hərəkəti qaydalarını pozması nəticəsində deyil, qəsdən yetirmiş, idarə etdiyi avtomaşından isə həmin əməli törətməsinin predmeti kimi istifadə etmişdir. Halbuki, ibtidai araşdırma orqanı Zərərçəkmiş şəxs ifadələrinin bu barədəki hissəsini sübut kimi qəbul etməkdən imtina etmiş və zərərçəkmişin sağlamlığına qəsdən az ağır zərər vurmaya görə məsuliyyət nəzərdə tutulan CM-nin 127.1-ci maddəsi ilə ittiham X10ə qarşı irəli sürülməmişdir. Bununla belə o, da qeyd edilməlidir ki, X10 cin ayət təqibinin bütün mərhələlərində (vəfat edənə qədər) göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə onunla Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı o, öz avtomaşınını hadisə yerindən uzaqlaşdırmaq istəyrəkən Zərərçəkmiş şəxs özü qəsdən ayağını avtomaşının təkərinin altına qoymuş və buna görə onun ayağı hərəkətdə olan avtomaşının təkərinin altında qalmışdır. Bunun, yəni Zərərçəkmiş şəxs özünün hərəkətləri nəticəsində aldığı xəsarətləri o, qəsdən yetirməmiş və yol hərəkətənin hər hansı qaydasını pozmamışdır. İbtidai araşdırma orqanı isə bu ifadələrin həqiqətə uyğun olub-olmamasının yoxlanılması istiqamətində zəruri olan heç bir istintaq hərəkəti aparmamış və qeyd edildiyi kimi, yalnız əks tərəfin təqdim etdiyi sübutlara üstünlük vermişdir. Eyni ilə bu sübutlara əsaslanmış kas sasiya şikayətinin müəllifi də həmin şikayətində qeyd etmişdir ki, X10in ittiham olunduğu cinayəti törətməkdə təqsirinin təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində çıxarılmış bəraət hökmünü qanunsuz və əsassız olaraq qüvvəsində saxlamışdır. Nümayəndənin irəli sürdüyü dəlillərə cavab olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, bu dəlillərin əksinə olaraq, X10in CM-nin 263.1-ci maddəsi ilə təqsirləndrilməsinə dair cinayət işinə baxan Nərimanov Rayon Məhkəməsi Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq həqiqətin müəyyən edilməsi istiqamətində iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq ibtidai araşdırma zamanı yol verilmiş çatışmazlıqları və natamamlığı aradan qaldırmış və məhkəmənin çıxardığı hökm həlledici şəkildə təkcə X10in cinayət təqibinin bütün mərhələlərində verdiyi eyni cür ifadələrinə deyil, həmçinin bu ifadələrlə üst-üstə düşən və onları tamamlayan digər sübutlara da əsaslanmışdır. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, onlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə qiymət verilmiş və məhkəmə hər hansı yolverilməz sübutlardan istifadə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də araşdırılmış sübutların təkrarən yenidən məhkəmə istintaqı aparılmaqla araşdırılmasına zərurət görməmiş və birinci instansiya məhkəməsinin hökmü ilə razılaşması barədə nəticəsini qəbul etdiyi qərarda həmin sübutlara istinad etməklə kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası həm hökmdə, həm də apell yasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edilmiş sübutların hər birisinin ayrı-ayrılıqda təkrarən təsvir edilməsinə ehtiyac görmür, lakin qeyd edir ki, həmin sübutlar əsasında işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, barəsində bəraət hökmü çıxarılmış X10 Zərərçəkmiş şəxsla pis münasibətdə olduğundan, aralarında mütəmadi olaraq mübahisələr olmuş, xx xxxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində X10 idarə etdiyi “Nissan Sunny” markalı, Az-**-HE-*** dövlət nömrə nişanlı avtomaşını ilə yaşadığı evin həyətinin içərisinə daxil olarkən qonşusu Zərərçəkmiş şəxs yenə də öz avtomaşınını onun qapısının qarşısında saxladığını görmüş və o, buna görə öz həyətinə girə bilməmişdir. Bu zaman o, qarşı tərəfdən dönmə əməliyyatı edib maşını üzü həyətə tərəf salmaq istədikdə Zə rərçəkmiş şəxs ona yaxınlaşaraq mübahisə etməyə başlamış, sonradan isə sonuncu X10in sinəsindən möhkəm vurmuş və ayağını qəsdən X10in avtomaşının qabaq təkərinin altına qoyaraq X10in avtomaşınla onun ayağının üstündən keçməsini gözləmiş, avtomaşının hərəkətdə olması nəticəsində isə onun ayağı təkərin altında qalmış və o, sağlamlığına az ağır zərər vurulmasına səbəb olan xəsarətlər almışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, təqsirləndirilən X10in qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sol ayağının üstündən avtomobilin qabaq sol təkəri ilə keçməsi, yol hərəkəti qaydalarını pozması araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. İş materiallarından görünür ki, belə nəticənin arxasında məhkəmə araşdırmaları zamanı hərtərəfli və obyektiv tədqiq edilmiş sübutların məcmusu, o cümlədən X10in ibtidai araşdırma zamanı verdiyi ifadələr, bu ifadələrlə üst-üstə düşən şahid X1 ifadələri və ən əsası, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi elektron daşıyıcıda (diskdə) olan xx xxxxxxxx 2019-cu il tarixdə baş vermiş münaqişənin təffərüatları əks olunmuş video görüntülər durur. Məhkəmə iclasında nümayiş etdirilmiş (tədqiq olunmuş) həmin videogürüntülərdə Zərərçəkmiş şəxs münaqişə zamanı bir ayağını X10in idarə etdiyi “Nissan Sunny” markalı avtomaşının təkərinin altına qəsdən qoyması açıq-aydın görünür. Bu hal isə araşdırılmış digər sübutlarla müəyyən edilmiş hallarla üst-üstə düşür və məhkəmələrin iş üzrə gəldikləri nəticələri bir daha təsdiq edir. Qeyd edilməlidir ki, həm məhkəmə iclasında, həm də ibtidai araşdırma zamanı tədqiq olunmuş videogörüntülərin müqayisəli təhlili göstərir ki, faktiki olaraq onların arasında heç bir əhəmiyyətli ziddiyyət yoxdur, lakin məhkəməyə təqdim olunmuş diskdə V.Zərərçəkmiş şəxs etdiyi hərəkətlər (onun qəsdən öz ayağını avtomaşının təkərinin altına qoyması) daha dəqiq müəyyən edilir. Buna görə, məhkəmə iclasında təqdim olunmuş diskdə əks etdirilmiş videovideogörüntülərin montaj edilməsi və sair bu şəkildə saxtalaşdırılması şübhəsi müəyyən edilmədiyindən məhkəmələr haqlı olaraq məhkəmə-texniki ekspertizasının keçirilməsinə zərurət görməmiş və qeyd edilən videogörüntülərin sübut növü kimi qəbul edilməsini məqsədə uyğun hesab etmişlər. Göründüyü kimi, iş üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış bütün sübutları qanuna müvafiq qaydada nəzərdən keçirən və yolverilməz sübutlardan istifadə etməyə n apellyasiya instansiyası məhkəməsi X10in CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin sübuta yetirilməməsi barədə nəticəyə gələrkən müvafiq hüquqi prosedurlar daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll etmiş, həmin sübutların hər birisini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instasiyası məhkəmələrinin qanunda nəzərdə tutulmuş bu hərəkətlərindən çıxış edərək, hesab edir ki, X10ə bəraət verilməsi haqqında hökm məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmuşdur. Qeyd olunanlar zərə r çəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.1416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya şikayətinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının isə ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə, yəni X10in ona elan olunmuş ittiham üzrə həm cinayət hadisəsi olmadığına, həm də onun təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi heç bir şübhə doğurmadığından və məhkəmənin müəyyən etdiyi faktiki halların məcmusu ilə təkzib edilmədiyindən, kassasiya şikayətinin dəlilləri əsa ssızdır və həmin şikayətin təmin edilməsi mümkünsüzdür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı C.R.İsgəndərovun, bəraət almış X10in hüquqi varisi X8in və onun müdafiəçisi C.S.Yusifovun çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməli və X10in barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA Kassasiya şikayəti tə min edilməsin. A L D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-575/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-575/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver