Məhkəmə qərarları › İş №1(102)-575/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-575/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-575/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il t arixli qərarından Məhkum müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı və Zərərçəkmiş şəxs5 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən), Cavid Hüseynov və Samir Əliyev) 27 yanvar 2021-ci il tarixli, 1(101)-84/2021 nömrəli hökmü ilə 15 avqust 1990-cı il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək CM-in 46.2-ci maddəsinə əsasən, 0 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum "xxxx" Birgə Müəssisəsi baş direktorunun xx.xx.2017-ci il tarixli 392/K saylı əmri ilə "xxxx" X9-099 layihəsində texniki ofis mühəndisi vəzifəsinə təyin edilməklə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanış ı Zərərçəkmiş şəxs5 bilə-bilə yalan məlumat verib öz qohumunun səhmdarı olduğu "xxxx" (Skaneks Məhdud Müəssisələri) xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə "xxxx" Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra ona 4% gəlir verəcəyini yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs5 özünə inam yaradıb əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin aprel ayında "xxxx" ASC-nin Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 273 ünvanında yerləşən filialının yaxınlığında sonuncudan 106.300 manat pul vəsaitini alaraq 45 gündən sonra qazanc adı ilə Zərərçəkmiş şə xs5 həmin məbləğin 4,5%-i məbləğində, yəni təxminən 4.800 manat pul verib özünə qəti inam yaratdıqdan sonra, yaranmış etibarlı münasibətdən istifadə edib öz cinayətkar niyyətini davam etdirməklə, yəni özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə 2018-ci ilin iyun ayının 27-də ünvan 4 ünvanında Zərərçəkmiş şəxs5 nağd qaydada 149.300 manat, özünün "xxxx" ASC-də olan 5292 5464 4691 2600 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs5 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müxtəlif vaxtlarda köçürülmüş cəmi 32.900 manat, xx.xx.2019-cu il tarixdə isə həmin plastik kart hesabına köçürülmüş 15.000 manat olmaqla, ümumilikdə 303.500 manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs5 alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını təkrar dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs9 bilə-bilə yalan məlumat verib öz qohumunun səhmdarı olduğu "xxxx" (Skaneks Məhdud Müəssisələri) xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə "xxxx" Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi döv lət ödənişləri və vergilər ödənildikdən sonra 7% gəlir verəcəyini yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs9 özünə inam yaradıb gələcəkdə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 2018- ci ilin may ayının 24-də Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Heydər Əliyev adına X14 yaxınlığında 18.000 manat pulu alıb 45 gündən sonra həmin pulun 7%-i məbləğində, yəni təxminən 1.260 manat qazanc adı ilə Zərərçəkmiş şəxs9 qaytarıb özünə qəti inam yaratdıqdan sonra, yaranmış etibarlı münasibətdən istifadə edib öz cinayətkar niyyətini davam etdirərək həmin ünvanda, 2018-ci ilin noyabr ayında 15.000 manat, həmin ilin dekabr ayında 5.000 manat, 2019-cu ilin iyun ayının 2-də 69.020 manat, həmin ilin iyun ayının 26-da Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Madonna" rest oranının yaxınlığında 17.750 manat, bir neçə gün sonra isə sonuncu ünvanda 750 manat olmaqla, ümumilikdə 125.520 manat pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs9 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrar öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını təkrar dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 bilə-bilə yalan məlumat verib guya çoxmərtəbəli bina tikintisi ilə məşğul olan müəyyən olunmamış tanışı vasitəsilə işlər gördüyünü, həmin işlərə yatırılmış vəsai tdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra ona 10% gəlir verəcəyini yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs3 özünə inam yaradıb əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 2018-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonunda yerləşən "Neftçilər" metrostansiyasının yaxınlığında 40.000 manat pul vəsaitini alaraq 45 gündən sonra qazanc adı ilə sonuncuya 4.000 manat pul verib onda qəti inam yaratdıqdan sonra yaranmış etibarlı münasibətdən istifadə edib öz cinayətkar niyyətini davam etdirərək həmin ünvanda 2018-ci ilin noyabr ayında 40.000 manat, 2019-cu ilin mart ayında 33.000 manat olmaqla, ümumilikdə 113.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmi ş şəxs3 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrar öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını təkrar dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs11 bilə-bilə yalan məlumat verib öz qohumunun səhmdarı olduğu "xxxx" (Skaneks Məhdud Müəssisələri) şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə "xxxx" Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra 10% gəlir əldə edəcəyini yalandan vəd edib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə aralarında yaranmış etibarlı münasibətdən istifadə edib 2018-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 53B saylı yaşayış binasının həyətində 29.000 manat, 2019-cu ilin mart ayı ərzində müxtəlif günlərdə həmin ünvanda hissə-hissə olmaqla bir neçə dəfəyə 70.000 manat, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında özünün idarə etdiyi **-VK-*** qeydiyyat nişanlı "Land Cruiser" markalı avtomobilin salonunda 80.000 manat, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 53B saylı yaşayış binasının həyətində, özünün idarə etdiyi həmin avtomobilin salonunda 120.000 manat olmaqla, ümumilikdə 299.000 manat pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs11 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrar öz qulluq mövqeyindən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs11 külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını təkrar dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 bilə-bilə yalan məlumat verib öz qohumunun səhmdarı olduğu "xxxx" (Skaneks Məhdud Müəssisələri) xarici şirkətinin Azərbaycan Re spublikasında fəaliyyət göstərən filialı vasitəsilə "xxxx" Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra 7% gəlir əldə edəcəyini yalandan vəd edib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə aralarında yaranmış etibarlı münasibətdən istifadə edib 2018-ci ilin sentyabr ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Neolit" şadlıq sarayının yaxınlığında cinayətdən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs11 vasitəsilə Zərərçəkmiş şəxs2 20.000 manat, özünün "xxxx" ASC-də olan 5292 5464 4691 2600 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs2 tərə findən 2018-ci ilin oktyabr ayında köçürülmüş 30.000 manat, 2019-cu ilin fevral ayının 27-də özünün işlədiyi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Heydər Əliyev adına X14 yaxınlığında Zərərçəkmiş şəxs2 40.000 manat, 2019-cu ilin mart ayında cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs11 vasitəsilə Zərərçəkmiş şəxs2 tərəfindən göndərilən 20.000 manat olmaqla, ümumilikdə 110.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs2 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrar öz qulluq mövqeyindən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və a ldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını təkrar dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs8 bilə-bilə yalan məlumat verib öz qohumunun səhmdarı olduğu "xxxx" (Skaneks Məhdud Müəssisələri) şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə "xxxx" Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra 7% gəlir əldə edəcəyini yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs8 özünə inam yaradıb gələcəkdə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 2018-ci ilin dekabr ayında sonuncunun cinayətdən xəbərsiz olan oğlu Zərərçəkmiş şəxs10 vas itəsilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, «28 May» metrostansiyasının yaxınlığında yerləşən "Berlin" restoranında 30.317 manat pulunu alıb 45 gündən sonra qazanc adı ilə 2.100 manat pul verərək özünə qəti inam yaratdıqdan sonra, aralarında yaranmış etibarlı münasibətdən istifadə edib öz cinayətkar niyyətini davam etdirərək 2019cu ilin yanvar ayında cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs8 vasitəsilə sonuncunun qohumları, yəni bacısının əri Zərərçəkmiş şəxs12 məxsus 21.500 manat, bacısı Zərərçəkmiş şəxs17 məxsus 2.500 manat, Zərərçəkmiş şəxs8 özünə məxsus 16.000 manat, cəmi 40.000 manat, eyni üsulla 2019-cu ilin fevral ayında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən Şəhidlər Xiyabanının qarşısında Zərərçəkmiş şəxs8 şəxsən 52.000 manat olmaqla, ümumilikdə 122.317 manat pul vəs aitini vahid niyyətlə Zərərçəkmiş şəxs8 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrar öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla Zərərçəkmiş şəxs17 2.500 manat, Zərərçəkmiş şəxs12 21.500 manat və Zərərçəkmiş şəxs8 98.317 manat əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını təkrar dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 bilə-bilə yalan məlumat verib öz qohumunun səhmdarı olduğu "xxxx" (Skaneks Məhdud Müəssisələri) xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə "xxxx" Birgə Müəssisəsi üçün i şlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra 7% gəlir əldə edəcəyini yalandan vəd edib aldadaraq özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə aralarında yaranmış etibarlı münasibətdən istifadə edib, 2019-cu ilin mart ayında Zərərçəkmiş şəxs4 sonuncunun yaşadığı ünvan 5 ünvanında yerləşən evində 15.000 manat, özünün "xxxx" ASC-də olan 5292 5464 4691 2600 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs4 tərəfindən 2019-cu ilin may ayının 21-də köçürülmüş 4.600 manat, 2019-cu ilin may ayının 22-də Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən "Embavood" mebel mağazasının yaxı nlığında şəxsən aldığı 1.400 manat olmaqla, ümumilikdə 21.000 manat pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs4 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrar öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını təkrar dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs7 bilə-bilə yalan məlumat verib öz qohumunun səhmdarı olduğu "xxxx" (Skaneks Məhdud Müəssisələri) xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə "xxxx" Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra 7% gəlir əldə edəcəyini yalandan vəd edib aldadaraq, əmlakını ələ keçirmək məqsədilə ilk əvvəl Zərərçəkmiş şəxs7 özünə etibar qazanmaq üçün 2017-ci il ərzində hər dəfə 3.000-3.500 manat olmaqla bir neçə dəfəyə cəmi 15.000 manat pulu Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Heydər Əliyev adına X14 yaxınlığında alıb 45 gündən sonra bir neçə dəfə 7% qazancı ilə birlikdə 15.000 manat pulu qaytarmaqla Zərərçəkmiş şəxs7 özünə qəti inam yaratmış, aralarında yaranmış etibarlı münasibətdən sui-istifadə edib öz cinayətkar niyyətini həyata keçirərək, yəni özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün 2019-cu ilin mart ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Heydər Əliyev adına X14 yaxınlığında əvvəlcə 148.000 manat, təxminən 3 gün sonra həmin ünvanda 188.700 manat, 2019-cu ilin may ayının sonlarında həmin ünvanda 42.000 manat olmaqla, ümumilikdə 378.700 manat pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs7 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrar öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs7 külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ayrı-ayrı şəxslərin əmlakını təkrar dələduzluq yolu ilə ələ k eçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 bilə-bilə yalan məlumat verib guya çoxmərtəbəli bina tikintisi ilə məşğul olan və şəxsiyyəti və gördüyü işin ünvanı müəyyən olunmamış tanışı vasitəsilə işlər gördüyünü, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra 10% gəlir əldə edəcəyini yalandan vəd edib aldadaraq əmlakını ələ keçirmək məqsədilə ilk əvvəl Zərərçəkmiş şəxs1 özünə etibar qazanmaq üçün 2018-ci ilin sentyabr ayında sonuncunun yaşadığı ünvan 6 ünvanında 40.000 manat pulu alıb 45 gündən sonra qazancı faizi ilə birlikdə 44.000 manat olmaqla qaytarmış, eyni məqsədlə 2018-ci ilin noyabr ayında həmin ünvanda yenidən Zərərçəkmiş şəxs1 40.000 manat pulu alıb 45 gündən sonra qazancı faizi ilə birlikdə 44.000 manat olmaqla qaytararaq sonuncuda özünə qəti inam yaratdıqdan sonra öz cinayətkar niyyətini həyata keçirərək, yəni özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq aldatma yolu ilə öz mülkiyyətinə keçirmək üçün xx.xx.2019-cu il tarixdə ünvan 6 ünvanında 40.000 manat pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs1 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrar öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını təkrar dələduzluq yolu ilə ələ keçirmək məqs ədilə tanışı Zərərçəkmiş şəxs6 bilə-bilə yalan məlumat verib öz qohumunun səhmdarı olduğu "xxxx" (Skaneks Məhdud Müəssisələri) xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə "xxxx" Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra 7% gəlir əldə edəcəyini yalandan vəd edib aldadaraq, əmlakını ələ keçirmək məqsədilə ilk əvvəl Zərərçəkmiş şəxs6 özünə etibar qazanmaq üçün 2017-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Baku Mall" ticarət mərkəzində sonuncudan 30.000 manat pul vəsaitini alıb söz verdiyi kimi 45 gündən sonra qazancı faizi i lə birlikdə 32.100 manat olmaqla qaytararaq, Zərərçəkmiş şəxs6 özünə qəti inam yaratdıqdan sonra öz cinayətkar niyyətini həyata keçirərək, yəni özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün 2019-cu ilin aprel ayının 22-dən həmin ilin may ayının 27dək olan müddət ərzində müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə hər həftə olmaqla cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs6 vasitəsilə sonuncunun tanışları X7 məxsus 1.000.000 manat, Zərərçəkmiş şəxs13 məxsus 350.000 manat və Zərərçəkmiş şəxs6 özünə məxsus 579.500 manat, cəmi 1.929.500 manat pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs6 sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən ofisində alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrar öz qulluq mövqeyindən istifadə edib etibardan sui- istifadə etmə və aldatma yolu ilə xüsusilə külli miqdarda ziyan vurmaqla Zərərçəkmiş şəxs13 350.000 manat, Rəşad İmanovun 1.000.000 manat və Zərərçəkmiş şəxs6 579.500 manat əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını təkrar dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs10 Əlikram oğluna bilə-bilə yalan məlumat verib öz qohumunun səhmdarı olduğu "xxxx" (Skaneks Məhdud Müəssisələri) xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə "xxxx" Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə e dildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra 8% gəlir əldə edəcəyini yalandan vəd edib aldadaraq, əmlakını ələ keçirmək məqsədilə ilk əvvəl Zərərçəkmiş şəxs10 özünə etibar qazanmaq üçün 2017-ci ilin dekabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən parkda 3.000 manat pul vəsaitini alıb söz verdiyi kimi 45 gündən sonra 8% qazancı ilə birlikdə 3.240 manat pulunu qaytararaq, özünə qəti inam yaratdıqdan sonra cinayətkar niyyətini həyata keçirərək, özgənin, yəni cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs10 vasitəsilə, sonuncunun tanışları Zərərçəkmiş şəxs15 məxsus 137.000 manat, Zərərçəkmiş şəxs16 məxsus 74.000 manat və Zərərçəkmiş şəxs10 Əlikram oğlunun özünə məxsus 361.100 manat, ü mumilikdə 572.100 manat pul vəsaitini əvəzsiz və qanunsuz olaraq hissə-hissə, yəni 2019-cu ilin aprel ayı ərzində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında 36.000 manat, xx.xx.2019-cu il tarixdə eyni ünvanda 132.400 manat, xx.xx.2019-cu il tarixdə həmin ünvanda 147.000 manat, xx.xx.2019-cu il tarixdə həmin ünvanda 163.000 manat, xx.xx.2019-cu il tarixdə həmin ünvanda 93.700 manat pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs10 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrar öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə xüsusilə külli miqdarda ziyan vurmaqla Zərərçəkmiş şəxs15 137.000 manat, Zərərçəkmiş şəxs16 74.000 manat və Zərərçəkmiş şəxs10 361.100 manat əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 13 oktyabr 2021-ci il tarixli 1(103)-827/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 1(101)-84/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14 nümayəndəsi Nümayəndə2 və Zərərçəkmiş şəxs5 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və təqsiri sübuta yetirilməməsi əsası ilə Məhkum bəraət veri lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə3 isə birgə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarını dəyişdirib mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Nüşabə Ağayeva kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkumun əməli sübuta yetmədiyindən ona bəraət verilməlidir. Belə ki, nə ibtidai araşdırma zamanı, nə birinci instansiya məhkəmə baxışında, nə də apellyasiya məhkəməsində hüquqları müdafiə etdiyi şəxsin alibilərinə hüquqi qiymət verilməmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Məhkum pasportundan çıxarışında onun xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək ümumiyyətlə Azərbaycan Respublikasının hüdudlarından kənarda - xaricdə olması, Bakı şəhərinə isə xx.xx.2019cu il tarixdə qayıtmasına həmin müddətdə verilmiş pulların ittihamdan xaric edilməsinə dair vəsatətlərinə heç bir hüquqi qiymət verilməmiş həmin halları təsdiq və təkzib edən hallar hökmdə əsaslandırılmamışdır. Həm birinci instansiya məhkəməsində həm də apellyasiya məhkəməsində dövlət ittihamçısı ittiham çıxışında hüquqlarını müdafiə etdiyim Məhkum əməlinə hüquqi qiymət verərkən onun əməlini təsdiq və təkzib edən sübutlara heç bir hüquqi qiymət verməmiş, zərərçəkənlərin və şahidlərin ibtidai araşdırma zamanı və məhkəmədə verdiyi yuxarıda şərh olunan ifadələrdəki ziddiyyətlərə heç bir hüquqi qiymət verməmiş üç dörd cümlə ilə vəzifəsini bitmiş hesab etmişdir. Onun məhkəmə istintaqında təqdim etdiyim alibiyə cinayətin digər iştirakçılarının da cinayət məsuliyyətinə cəlb edilməsi barədə verdiyi vəsatətlərə də məhkəmə hökmündə əsaslandırılmamış, ittihamçının çıxışında bu vəsatətə heç bir sübuta istinad etmədən bir cümlə ilə vəsatət təmin edilməsin deyərək öz fikrini bildirmişdi. Halbuki həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqında zərərçəkən kimi tanınmış və özlərini bu işdən bixəbər kimi təqdim edən Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, bu cinayət işinin əsas təşkilatçıları və iştirakçılarıdır. Bu hal həm ibtidai araşdırma zamanı, həm məhkəmədə, həm də apellyasiya məhkəməsində onların özlərinin və zərərçəkənlərin ifadələri ilə tam təsdiq və sübut edilməyinə baxmayaraq məhkəmə həmin sübutlara heç bir hüquqi qiymət verməmişdir. İbt idai araşdırma zamanı və məhkəmədə zərərçəkənlərdən Zərərçəkmiş şəxs2 pulun 40.000 manatını, Zərərçəkmiş şəxs5 106.300 manatım, Zərərçəkmiş şəxs16 74.000 manatını Məhkum deyil, məhz Zərərçəkmiş şəxs11 verdiklərini istintaqın ilk günlərindən bildirmişlər. Zərərçəkənlərdən Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs12, Sura Mirzəyeva, Furqan Salmanov, Zərərçəkmiş şəxs13 ümumiyyətlə Məhkum tanımamış, onunla heç bir əlaqələri olmamışdır. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs16 Zərərçəkmiş şəxs10 taksi sürücüsü kimi tanımışdır. 2019-cu ilin iyunun əvvəlində 74000 manatı deyil 51000 manatı Furqanın yanında Ramana, zərərçəkmiş X5 da 137.000 manatı Zərərçəkmiş şəxs10 verdiyini ibtidai istintaqın ilk mərhələsindən bildirmişdir. Nə zərərçəkən Zərərçəkmiş şəxs16, nə də X13 Qarayevi ümumiyyətlə tanımamışla r. Belə olan halda hüquqlarını müdafiə etdiyim Məhkum onların etibarından sui-istifadə edib əmlaklarını ələ keçirməsi də absurddur. Eyni zamanda zərərçəkənlərdən Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs10 atasıdır və Məhkum oğlunun vasitəsi ilə tanısada Məhkum ittiham verilmiş 30.317 manat və 40.000 manatı, yəni 70.317 manati Nicata deyil, oğlu Zərərçəkmiş şəxs10 vermişdir, bu halı Zərərçəkmiş şəxs8 özü də həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində də təsdiq etmişdir, onun ifadələrindən görünür ki, o, ancaq 52.000 manatı Məhkum şəxsən özü vermişdir. Bundan başqa zərərçəkənlərdən Zərərçəkmiş şəxs12 və X2 da, ümumiyyətlə Məhkum tanımamış, onunla heç bir əlaqələri olmamış, Məhkum onları aldadıb əmlaklarını ələ keçirməmişdir. Onları da aldadıb əmlakını ələ keç irən Suranın qardaşı Zərərçəkmiş şəxs8 olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs12 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı özünə məxsus 21.500 manatı iki dəfəyə qaynı Zərərçəkmiş şəxs8, zərəçəkən X2 da özünə məxsus 2500 manatı qardaşı Əlikram Hümbətova verdiyini Məhkum ümumiyyətlə tanımadıqlarını göstərmişdir. Onlar eyni zamanda apellyasiya şikayətlərində onların epizodu üzrə Məhkum bəraət verilməsini də xahiş etmişlər. Bundan başqa Sərxan Mirzəyevin ifadəsindən daha sonra görünür ki, hüquqlarını müdafiə etdiyi Məhkum və Zərərçəkmiş şəxs10 verdiyi pullar Rəşad İmanova, Zərərçəkmiş şəxs13 və onun özünə məxsusdur. Zərərçəkən Zərərçəkmiş şəxs14 Yaşar oğlunun bütün izahat və ifadələrindən görünür ki, hüquqlarını müdafiə etdiyi Məhkum Zərərçəkmiş şəxs14ı aldadıb, etibarından sui -istifadə edib əmlakını ələ keçirməmişdir. Zərərçəkmiş şəxs14ı da Məhkum Azərbaycan Respublikasının sərhədlərindən kənarda olarkən etibarindan sui-istifadə edib aldadan Sərxan Mirzəyev olmuşdur. O, cümlədən Zərərçəkmiş şəxs13 ifadələrindən də görünür ki, o, 2019-cu ilin aprel ayının 22-də Məhkum cəmi 50.000 manat verib, qalan 300.000 manatı isə Məhkum Azərbaycan Respublikası hüdudlarından kənarda olduğu vaxt Sərxan Mirzəyevə vermişdir. Sərxan Mirzəyevin isə həmin pulları Məhkum verməsini təsdiq edən heç bir sübut yoxdur və məhkəmələrdə belə sübut əldə edilmədi. Zərərçəkən Zərərçəkmiş şəxs11 bütün ifadələrindən görünür ki, o da Məhkum verdiyi pulları başqa-başqa şəxslərdən almışdır. Bu hal bir daha onu sübut edir ki, Məhkum həmin şəxsləri tanımamış onları aldadıb etibarından sui-istifadə et məmişdir. Müdafiəçi hesab edir ki, nə hüquqları müdafiə etdiyi Məhkum faktiki olaraq Zərərçəkmiş şəxs5 - Zərərçəkmiş şəxs11 106.300 (yüz altı min üç yüz) manat. Zərərçəkmiş şəxs10 ayrı-ayrı şəxslərdən 600.600 altı yüz min altı yüz manat, Zərərçəkmiş şəxs16 Zərərçəkmiş şəxs10 51000 (əlli bir min) manat, Furqan Salmanov 137.000 (yüz otuz yeddi min) manat Zərərçəkmiş şəxs10, Sərxan Mirzəyev 2018-ci ildə 500.000 (beş yüz min ) manat civarında pulu Zərərçəkmiş şəxs10 və Məhkum Zərərçəkmiş şəxs8 70.317 manatı, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12 21500 manatı, Mirzəyeva Sura 2500 manatı X8 Rəşad Yasəf oğlu 1.000.000 (bir milyon) manatı Zərərçəkmiş şəxs13 isə 350.000 manatı Sərxan Mirzəyeva vermişlər. Cinayət işinin materiallarında olan bu təkzib edilməz sübutlara nədənsə ibtidai araşdırma orqa nı nə də dövlət ittihamçıları çıxışlarında heç bir hüquqi qiymət verməyib. Dəfələrlə bütün instansiya məhkəmələrin də vəsatətlər verməyimə baxmayaraq nədənsə nə Ramin Nəsirovun, nə Zərərçəkmiş şəxs10, nə Zərərçəkmiş şəxs8, nə də Sərxan Mirzəyevin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmamış vəsatətləri əsassız olaraq təmin edilməmişdir. Həmçinin kassator qeyd edir ki, Məhkum ailəlidir, himayəsində 2 azyaşlı uşağı və işləməyən həyat yoldaşı var, yaşayış yerindən müsbət xarakterizə olunur, əməlini qismən etiraf edib və peşmandır. Zərərçəkənlərdən Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ondan heç bir şikayət və tələbləri yoxdur, ziyanları ödənilib və barışıq əldə etmələrinə dair ərizələri vardır. Bundan başqa apellyasiya məhkəməsinin qərarında istinad etdiyi V aqif Əliyev birinci instansiya məhkəməsində dindirilməmiş, dövlət ittihamçısı bir neçə dəfə çıxış etmiş, ittihamçı dəyişsə belə məhkəmə tərəflərin hüquqlarını pozaraq onların ittihamçıya etirazları olub olmamasını soruşmamış, müşavirəyə gedib qayıtdıqdan sonra prosesi təzələmədən yenidən zərərçəkənləri ikinci dəfə heç bir əsaslı səbəblər olmadan dindirmişdir. Bütün bunlar nəinki hüquqlarım müdafiə etdiyim şəxsin müdafiə hüququnun pozulması, həmçinin müdafiəçilərə qarşı da qanunun tələbinin pozulması deməkdir. Kassator hesab edir ki, Məhkum barəsində olan cinayət işinə məhkəmədə qanunsuz və ədalətsiz baxılmış, əsassız olaraq ona Azərbaycan Respublikasının CM-in 178.4-cü maddəsi ilə təqsirli bilib cəza təyin etmiş, bununla da təqsirləndirilən şəxsin hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Zərərçəkmiş şəxs5 nümayəndəsi Nümayəndə3 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs kimi tanınmış və məhkəmə iclasında mülki iddia verərək təqsirləndirilən şəxs Məhkum tərəfindən ona vurulmuş 303.500 manat maddi ziyanın təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, o və digər mülki iddiaçılar tərəfindən verilmiş mülki iddialar əsassız olaraq baxılmamış saxlanılmışdır. Hal hazırda həmin iş üzrə onun mülki iddiası 161.000 manat təşkil edir. Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli 2(076)-2716/2019 nömrəli qiyabi qətnaməsinə əsasən Zərərçəkmiş şəxs5 iddiası təmin edilmiş və 142.500 manat pulun Məhkum tutularaq Zərərçəkmiş şəxs5 ödənilməsi qət edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmış və təqsirləndirilən şəxsin təqsirli əməli nəticəsində ona külli miqdarda maddi ziyan dəymişdir və bu əsasla da məhkuma qarşı iddia ilə çıxış etmək hüququ yaranır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instans iyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Ağayeva Nüşabə Fərman qızının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum barəsində həm birinci instansiya məhkəməsinin hökmü, həm apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkum qarşı irəli sürülmüş Azərbaycan Respu blikası CM-in 178.4-cü maddəsi ilə ittihamın cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmamasına baxmayaraq, məhkəmələr cinayət işi üzrə ədalətli araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmiş, nəticədə əsassız və qanunsuz olaraq Məhkum barəsində ittiham hökmü və həmin hökmün dəyişdirilmədən saxlanması barədə qərar çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini iş materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respub likası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum birinci instansiya məhkəməsinin hökmünün təsviri hissəsində göstərilən hallarda zərərçəkmiş şəxslərə xüsusilə külli, külli və xeyli miqdarda ziya vurmaqla, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keç irməsi ilə əlaqədar əməlləri tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə təqsiri zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Rüfət Həsənovun, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs10, şahidlər Şahid6, Şahid5, Şahid2, Şahid3 ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam təsdiq edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında yuxarıda s adalanan sübutlar kifayət qədər ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası təkrar olaraq həmin sübutların təsvir edilməsinə zərurət görmür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında müdafiə tərəfinin apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum özünü t əqsirli bilməyərək heç kimə qarşı dələduzuq etmədiyini göstərmişdir. Lakin, iş materiallarından görünür ki, zərərçəkmiş şəxslər və şahidlər bunun əksini söyləyərək məhkəmə istintaqı zamanı hökmün təsviri hissəsində müəyyən edilmiş halları təsdiq etmişlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilmişdir. Kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 178.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və ə məlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründ üyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bun dan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Zərərçəkmiş şəxs5 kassasiya şikayətinin başlıca dəlili mülki iddiasının təmin edilməməsinin əsassız və qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbi qinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs5 13 dekabr 2019-cu il tarixdə məhkəməyə mülki iddia verərək cinayət nəticədə ona vurulmuş 303.500 manat maddi zərərə və 10.000 manat mənəvi zərərə görə pulun Məhkum tutularaq ona ödənilməsini xahiş etmişdir. 30 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ilə müraciət iddianın tələbinin həcminin azaldılmasını nəzərə alaraq 161.000 manat maddi zərərin və 10.000 manat mənəvi zərərin Məhkum tutularaq ona ödənilməsini xahiş etmişdir. Hazırkı iş üzrə Zərərçəkmiş şəxs5 mülki iş üzrə nümayəndəsi X6 məhkəməyə 06 iyul 2020-ci il tarixdə A-1800 nömrə altında daxil olmuş ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs5 cavabdeh Məhkum qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2(076)-2716/2019 nömrəli qərardadı ilə iddianın təmini tədbiri kimi Məhkum mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Şəmkir rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli 2(076)-2716/2019 nömrəli qiyabi qətnaməsinə əsasən, Zərərçəkmiş şəxs5 iddia tələbi təmin edilmiş və cavabdeh Məhkum 142.500 (yüz qırxiki min beş yüz) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumununtutularaq iddiaçı Zərərçəkmiş şəxs5 ödənilməsi qət edilmişdir. Qətnamə 14 oktyabr 2019-cu il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icraya yönəldilmişdir. 07 fevral 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ünvan 8 ünvanında yerləşən mənzil Zərərçəkmiş şəxs5 tərəfindən əldə edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsindən həmçinin görünür ki, Zərərçəkmiş şəxs5 məhkəmədə bildirmişdir ki, o, Məhkum ünvan 9 ünvanda mənzil alınması üçün 29 mart 2018-ci il tarixdə 105.000 manat məbləğində borc pul vermiş, Məhkum 29 may 2018-ci il tarixədək borcun qaytarılması barədə öhdəlik götürmüşdür. Zərərçəkmiş şəxs5 105.000 manat X1 ayda 1500 manat əlavə pul ödəmək şərti ilə borc almış və Məhkum tərəfindən vaxtında pul qaytarılmadığına görə o, M.Əlizadəyə 22.500 manat pul ödəmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 göstərmişdir ki, onun qızının pul kartından Məhkum əlavə olaraq 15.000 manat pul göndərilmişdir. Məhkəmənin qətnaməsi il ə Zərərçəkmiş şəxs5 iddia etdiyi 142.500 manat pulu Məhkum Zərərçəkmiş şəxs5 xeyrinə tutulmuşdur. Cinayət işinə əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qərardadından və digər sənədlərdən görünür ki, Məhkum məxsus ünvan 9 ünvanda olan mənzilə Zərərçəkmiş şəxs5 mülki iddianın təmin edilməsi üçün həbs qoyulmuş, Zərərçəkmiş şəxs5 həmin mənzili 07 fevral 2020-ci il tarixdə hərracdan almış və həmin daşınmaz əmlaka dair Zərərçəkmiş şəxs5 adına 16 dekabr 2020-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir. Mənzil 160.500 manata qiymətləndirilmişdir. Göründüyü kimi, Məhkum qarşı sürülmüş ittihamın Zərərçəkmiş şəxs5 aid olan epizodunda və zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə alınmış pulların miqdarı, məqsədləri və pul alma halları haqqında ziddiyyətlər və araşdırılmalı olan məqamlar mövcuddur. Həmin ziddiyyətlər araşdırılmadan zərərçəkmiş şəxsin cinayət işi üzrə mülki iddiası düzgün həll oluna bilməz. Ona görə də birinci və apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq Azərbaycan Respublikası CPM-in 354.1.3-cü maddəsinə əsasən nəticəyə gəlmişlər ki, Zərərçəkmiş şəxs5 mülki iddiası hazırki cinayət işi üzrə baxılmamış saxlanılmalıdır. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri də əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olun ması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar