Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-575/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü i l tarixli, 1(103)-952/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 27 fevral 2024-cü il tarixli, 1(101)469/2024 nömrəli hökmü ilə xx xxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, Maştağa qəsəbəsi N.Nərimanov küçəsi ev 18-də qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə aza dlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 3035 qram qurudulmuş marixuananı əldə edib daşıyaraq bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz evdə saxlamış, 24 fevral 2023-cü il tarixdə saat 16:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narko tiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz evin yaxınlığında saxlanılıb Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinə gətirilərək idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qısaqol gödəkcəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 25 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də əməliyyat tədbirinin davamı olaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz evə keçirilmiş baxış zamanı evin aynabəndində olan soyuducunun içərisində 1 ədəd göy rəngli sellofan torbanın içərisindən 4 ədəd ağ rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 400 qram, 990 qram, 800 qram, 820 qram olmaqla, ümumi təmiz çəkisi 3010 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd üzərində narkotik vasitə qurudulmuş marixuananın izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi hakim), Habil Məmmədov və Elbəy Allahverdiyev) 23 aprel 2024-cü il tarixli, 1(103)-952/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 1(101)-469/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 23 aprel 2024-cü il tarixli 1(103)-952/2024 nömrəli qərarının dəyişdirilərək, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və işə yeni apellyasiya baxışının təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyasında istintaqın həqiqi hallara uyğun olmaması, ittiham aktında onun törətmədiyi əməlin törədilmiş kimi göstərilməsi işin materialları, eləcə də tərəfindən məhkəməyə təqdim edilmiş video görüntü və digər faktlarla aşkar olunur. Belə ki, istər ibtidai istintaq dövrü, istərsə də məhkəmə istintaqı zamanı onun barəsində çıxarılmış hökmə əsas verən sübutlar həqiqi hallara uyğ un sayıla bilməz və onun məhkəməyə təqdim etdiyi video görüntülərdə (hansı ki, hökmdə bu barədə hər hansı qeyd belə keçmir) onun 24 fevral 2023-cü il tarixdə saat 16:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz evdə saxlandığı barədə deyilənlər təkzib olunur və onun üzərində olan 1 ədəd bükümdə təmiz çəkisi 25 qram narkotik vasitə olan qurudulmuş marixuanadan savayı evində aşkar olunduğu bildirilən ümumi təmiz çəkisi 3010 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın olması, eləcə də 1 ədəd üzərində narkotik vasitə qurudulmuş marixuananın izləri olan elektron tərəzinin aşkar edilərək götürülməsi tamamilə uydurma, böhtandır. Həqiqət is ə belədir ki, o, işlədiyi sahəyə, yəni qəbirsanlıqda məzarların üstünün hazırlanması (sinə daşının, baş daşının qoyulması və sair) işi ilə armatur satılan əraziyə idarə etdiyi VAZ markalı maşınla gəlmiş və oraya gələn bir neçə polis əməkdaşı onu orada yaxalayıb ki, məhz yuxarıda qeyd etdiyi görüntülərdən də bunu aydın görmək olur. Üzərində də bildirdiyi kimi, özünün şəxsi istifadəsi üçün olan az miqdarda nəşə olub (qurudulmuş marixuana). Bütün bunlardan kənarda deyilənlər tamamilə yalandır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi m əsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin hallarını tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişlər. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, həmin maddə ilə cinayət məsuliyyəti, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq külli miqdarda satılması, eləcə də satış məqsədi ilə əldə edilməsi, saxlanması, hazır lanması, daşınması və göndərilməsi hallarında nəzərdə tutulur. Beləliklə, "satış", "satış məqsədi" və "külli miqdar" həmin maddə ilə nəzərdə tutulan cinayət tərkibinin zəruri əlamətləri kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum özünün qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, məhkəmə ekspertizasının rəyini, maddi sübutları və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkum məhkəmə iclasında verdiyi ifadədə göstərmişdir ki, onun üzərində narkotik vasitə olmamış, yaşadığı evdə isə cəmi 400 qram qurudulmuş marixuana olmuşdur. Lakin polis əməkdaşları onun evində olan narkotik vasitə marixuananın miqdarı 3010 qrama qədər artırmışlar. Həmin narkotik vasitənin ona məxsu s olması barədə ifadəni polis əməkdaşlarının təzyiqi altında vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkumun bu ifadəsi cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə təkzib olunduğuna görə həqiqətə uyğun deyil və daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmişdir. Kassasiya instansiya kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutların məcmusu ilə Məhkum qanunsuz olaraq külli miqdarda 3035 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlaması təsdiq olunur. Məhkum tərəfindən onun üzərində az bir miqdarda narkotik vasitənin olması, yaşadığı evdə isə narkotik vasitənin olmaması barədə kassasiya şikayətində irəli sürülmüş dəlil, yuxarıda qeyd edilən sübutlarla təkzib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun üzərində 25 qram, onun yaşadığı evdə isə 3010 qram miqdarında qurudulmuş marixuananın aşkar edilməsini təsdiq edən sübutların həm mötəbərliyinə, həm də mümkünlüyünə şübhə doğuran heç bir hal müəyyən olunmamışdır. Həmin sübutlar təhqiqat və istintaq orqanları tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik va sitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşə baxan məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərək tədqiq edilmiş sübutların məcmusu əsasında müəyyən edilmiş işin hallarını, yəni onun üzərində və yaşadığı evdə aşkar olunmuş marixuananın miqdarının 3 kiloqramdan çox olmasını və yaşadığı evdə elektron tərəzinin aşkar edilməsi məhkumun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini və saxladığını təsdiq edən hal kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən işin hallarına verilmiş bu qiymətləndirmə düzgün olmuşdur. Buna əsasən, məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Həmçinin, "xxxx" MMC-dən təqdim olunmuş məlumatlara əsasən, Məhkum istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və həmin nömrədən göndərilən mesajların mətnləri onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əsaslı şübhələr yaradır və məhkəmələrin məhkum əməlinin tövsifinə dair gəldiyi nəticəni təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara düzgün qiymət verib Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan marixuananı məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkün lüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum əməlinin tövsifinə dair gəldiyi nəticə sübutların məcmusuna və iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum ci nayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir, məhkəmələrin məhkumun əməllərinin tövsifinə dar gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Birinci instansiya məhkəməsi məhkumun himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmələrin Məhkum təyin etdiyi cə zanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli 1(103)-952/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli 1(103)-952/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-575/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-575/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver