Məhkəmə qərarları › İş №1(102)-576/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-576/2020

24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-576/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1964-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində anestezioloq-reanimatoloq vəzifəsində işləmiş, ünvan qeydiyyatda olan və ünvan 1 yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 124.1-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Fətəliyev Mazan Məsim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxx 2019-cuil tarixli hökmü ilə (sədrlik edən hakim Elbrus Məmmədov) X9 Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsinə əsa sən 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə təyin edilmiş cəzanın 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: E.Ş.Hüseynov (sədrlik edən), A.A.Mahmudov və V.İ.Məlikov) verilmiş apellyasiya şikayəti təmin edilmiş və Zaqatala Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü X4 CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilmiş, X7 CM-nin 124.1-ci maddəsi i lə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, o, Zaqatala RMX-nın reanimasiya şöbəsində anestezioloq-reanimatoloq vəzifəsində işlədiyi dövrdə, xx.xx.2018-ci il tarixdə Zaqatala RMX-nın reanimasiya şöbəsində həkim anestezioloq-reanimatoloq kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə Zərərçəkmiş şəxs xəstəxananın reanimasiya şöbəsində müayinə və müalicəsini apararkən sonuncuda olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmalı olduğu halda, Azərbaycan Respublikası Səhiyyə Na zirliyinin xx xxxxxxxx 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş “Həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”nın 6-cı bəndində nəzərdə tutulan həkim anestezioloq-reanimatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir, Təlimatın 7-ci bəndində nəzərdə tutulanmüvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, 8-ci bəndində nəzərdə tutulan-mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilakti k prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır kimi öhdəlikləri yerinə yetirməməklə, həmçinin, həmin Təlimatın 24.1-ci bəndində nəzərdə tutulan-ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə görə məsuliyyət daşıyır kimi müddəaların icrasına lazımı qaydada əməl etməyərək, xəstəyə düzgün diaqnoz qoymamış, düzgün diaqnozun qoyulmaması ilə də müvafiq olaraq düzgün əlavə müalicə tədbirləri görməmiş, xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan sol tərəfli boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanı vaxtında müəyyən etməmiş, xəstəyə vaxtında operativ müalicə taktikasının seçilməsinə və yerinə yetirilməsinə əsas olmalı olan və zəruri sayılan müayinələri (USM, KT, rentgen, dinamik laborator və sairə), həmçinin aidiyyəti mütəxəssislər in konsultativ baxışlarını tam həcmdə aparmamış, xəstənin vəziyyətinin ağırlığı və hemodinamik göstəricilərinin qeyri stabil olması, yəni xəstədə mövcud olan sol tərəfli pozulmuş boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanın dayandırılması üçün təxirəsalınmaz operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu halda, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək lazımi tədbirlər görməmiş, qanaxmanın mənbəyini aşkar etməmiş və cərrahiyyə əməliyyatının aparılmasını təmin etməməklə, cinayətkarcasına etinasızlıq göstərmiş və bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs davam edən qanaxmanın qarşısını almamaqla ehtiyatsızlıqdan öldürmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünü n ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi hesab edir ki, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan digər sənədlərlə tam təsdiq olunur ki, X9 CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya məhkəməsi isə öz hökmündə birinci instansiya məhkəməsinin Xnı CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilərkən kifayət qədər mötəbər sübutlara əsaslanmaması, prosessual qanunvericiliyin tələblərini pozması kimi düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə-tibb ekspertlərinin rəylərində Xnın növbətçi həkim anestezioloq-reanimatoloq kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməməsi, düzgün diaqnoz qoymaması Zərərç əkmiş şəxs ölümünə səbəb olan hallar kimi göstərilsə də, apellyasiya instansiyası məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd edir ki, məhkəmə araşdırmaları zamanı Xnın növbətçi həkim anestezioloq-reanimatoloq kimi üzərinə düşən vəzifəni maksimum yerinə yetirməyə səy göstərdiyi müəyyən edilmişdir. Dövlət ittihamçısının fikrincə, apellyasiya instansiyası məhkəməsi Xnın növbətçi həkim anestezioloq-reanimatoloq kimi üzərinə düşən vəzifəni maksimum yerinə yetirməyə səy göstərdiyi nəticəsinə gələrkən yalnız təqsirləndirilən şəxsin ifadəsinə istinad etmişdir ki, bu da işin hallarına uyğun deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alv erdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosess ual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Kassasiya protestinin məzmunundan göründüyü kimi, orada ibtidai araşdırma orqanı tərəfindən CM-nin 124.1-ci maddəsi ilətəqsirləndirilən şəxs X7 bəraət verilməsi mübahisə edilir. Hesab olunur ki, V.Vahabovanın əməlin də CM-in 124.1-ci maddəsinin tərkibi olsa da, apellyasiya instansiya məhkəməsi əsassız olaraq təqsirliliyi sübut olunmadığı nəticəsinə gələrək ona bəraət vermişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən mübahisələndirilən dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün cinayət qanunu normalarının tələblərinə və mənasına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarınavə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyyələrinə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-nin 5-ci fəslində təqsirin formaları müəyyən edilmişdir. CM-nin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-nin 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-nin 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-nin 26.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. CM-nin 124-cü maddəsində ehtiyatsızlıqdan adam öldürməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 124-cü maddəsində nəzərdə tutulan ehtiyatsızlıqdan adam öldürmə cinayətində cinayətin obyekti başqa şəxsin həyatı olsa da, bu halda başqa şəxsin həyatdan məhrum edilməsi, təqsirləndirilən şəxs tərəfindən zəruri təhlükəsizlik qaydalarının kobud surətdə pozulması, onun diqqətsizliyi, laqeydliyi, etinasızlığı, məsuliyyətsizliyi nəticəsində baş verir. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onu n təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və mə zmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki h allarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, Xnı xx.xx.2018-ci il tarixdə Zaqatala RMX-nın reanimasiya şöbəsində həkim anestezioloq-reanimatoloq kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə Zərərçəkmiş şəxs xəstəxananın reanimasiya şöbəsində müayinə və müalicəsini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxxx 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş “Həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”nın tələblərinə uyğun aparmaması və nəticədə sonuncunun ölməsinə görə CM-nin 124.1-ci maddəsi ilə ibtidai araşdırma orqanı ittiham edərkən və birinci instansiya məhkəməsi məhkum edərkən məhəkəmə-tibb ekspertizasının rəylərinə əsaslanmışlar. Belə ki: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10Təcrübi və X6 Ekspertizalar Şöbəsindən verilmiş xx xxx 2018-ci il tarixli 126/KEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki,... Əgər xəstəyə zəruri olan müayinələr (USM, KT, rentgen, dinamik laborator və s.) və aidiyyatı mütəxəssislərin konsultativ baxışları tam həcmdə aparılmış olsaydı, vaxtında operativ müalicə taktikasının seçilməsinə və yerinə yetirilməsinə əsas olardı. Zərərçəkmiş şəxs vəziyyətinin ağırlığı və hemodinamik göstəricilərin qeyri stabil olması ilə əlaqədar ona tibbi yardımlar göstərilsə də, bu tibbi tədbirlər xəstədə mövcud olan patologiyanın qarşısının alınması üçün kifayət olmamışdır. Belə ki, xəstədə mövcud olan sol tərəfli pozulmuş boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanın dayandırılması üçün təxirəsalınmaz operativ müdaxilənin keçirilməsinə ehtiyac var idi. Xəstənin vəziyyətinin Zaqatala MRX-da düzgün qiymətləndirilməməsi və lazımi tədbirlərin görülməməsi, qanaxmanın mənbəyinin aşkar edilməməsi, cərrahiyyə əməliyyatın aparılmaması ilə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Zərərçəkmiş şəxs səhv həyata keçirilmiş qeyri-adekvat tibbi yardımların icrası zamanı yeridilən dərman preparatlarının dozaları optimal olmuşdur. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb uşaqlıqdan kənar hamiləliklə əlaqədar uşaqlığın sol borusunda cırılma nəticəsində qarın boşluğuna daxili qanaxmanın və kəskin qanitirmənin olduğu müəyyən edilmişdir. Ölümə səbəb olan bu patologiya Zaqatala MRX-nın həkimləri tərəfindən vaxtında və düzgün müəyyənləşdirilmədiyi üçün, zəruri operativ müdaxilənin keçirilməməsi ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Bu da Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 nömrəli əmrin – həkim-ümumi cərrahın, həkim anestezioloq-reanimatoloq və həkim radioloqun vəzifə öhdəliklərində 6-cı, 7-ci, 8-ci və 24.1-ci bəndlərinin pozulması kimi qiymətləndirilir..... Belə ki, kritik ağır vəziyyətdə olan xəstə haqqında şöbənin və xəstəxananın rəhbərliyinə məlumat verilməmiş, ultrasəs və qanın dinamik müayinəsi aparılmamış, konsilium təşkil olunmamış və son olaraq da diaqnoz düzgün təyin edilməmişdir. Zərərçəkmiş şəxs Zaqatala MRX-da göstərilən yararsız tibbi xidmətin qeyri-adekvat xarakterli olması və ona lazımı tibbi xidmətin göstərilməməsi sonuncunun ölümünə gətirib ç ıxarmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10Təcrübi və X6 Ekspertizalar Şöbəsindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 293/KEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki,...Zərərçəkmiş şəxs Zaqatala MRX-da aparılmış müayinə və müalicələr düzgün istiqamətdə təşkil olunmamışdır. Belə ki, xəstənin, xx.xx.2018-ci il tarixdə, səhər saat 10 radələrində xəstəxanaya müraciəti zamanı qəbul şöbəsində növbədə olan uşaq poliklinikasının həkimpediatrı Kainat Qazıyeva xəstəni müayinə edərək heç bir tibbi sənəd tərtib etmədən, eləcə də laborator, instrumental müayinələr aparmadan, yalnız anamnestik, kliniki olaraq xəstəyə yalnış “Kəskin respirator xəstəlik” diaqnozu təyin etmiş və təyinat verərək evə buraxmışdır. Zərərçəkmiş şəxs meyi tinin məhkəmə-tibbi müayinəsi zamanı onda müəyyən edilən ağır patoloji vəziyyət, yəni sol tərəfli pozulmuş boru hamiləliyi vaxtında tam həcmdə müayinələr aparılmaqla müəyyən edilməli, təcili şəkildə cərrahi əməliyyat olunaraq hospitalizasiya olunmalı halda edilməmişdir.... Növbətçi həkim anestezioloq-reanimatoloq X tərəfindən xəstədə mövcud olan vəziyyətin ağırlığının hansı səbəbdən baş verdiyi müəyyənləşdirilməmiş və xəstəyə düzgün diaqnoz təyin edilməmişdir. Belə ki, qeyd edilən bu patoloji proses pozulmuş sol tərəfli boru hamiləliyi ilə əlaqədar olduğu halda xəstəyə zəruri olan instrumental müayinələrin aparılması təmin edilməmiş və “Qida zəhərlənməsi. Ağır intoksikasiya. Toksiki şok” kimi diaqnoz yalnış qoyulmuşdur. Bütün bunlar barədə isə xəstəxanın rəhbərliyinə belə məlumat verilməm işdir. Eyni zamanda xəstəxanada növbədə olan həkim ümumi cərrah Məhəmmədhacı Əlixanov tərəfindən xəstəyə baxış keçirilməsinə baxmayaraq xəstənin anamnezi səthi toplanılmış və dinamik müşahidələr (USM, KT, laborator müayinələr və s) aparılmamış, sol tərəfli pozulmuş boru hamiləliyi müəyyən edilməli olduğu halda müəyyən edilməmişdir.Tərtib edilmiş tibbi sənədlərə əsasən, ultrasəs müayinəsinin aparılmasına tibbi göstərişin olması qeyd edilsə də, xx.xx.2018-ci il saat 06:00-da telefonla USM həkiminə məlumat verilsə də həkim mütəxəssis gəlməmiş və bu barədə xəstəlik tarixində heç bir qeydiyyat aparılmamışdır, gəlməsinin səbəbi xəstəlik tarixində öz əksini tapmamışdır. Zərərçəkmiş şəxs Zaqatala MRX-nda göstərilən tibbi xidmət zamanı hər bir həkimin ayrı-ayrılıqda müayinə və müalicələrin təşkilin də buraxdığı kobud nöqsanlar xəstədə mövcud olan vəziyyətin daha da dərinləşməsinə gətirib çıxartmışdır. Bununla da həkimlərin xəstəyə qeyri-adekvat yanaşması ilə ölümün baş verməsi arasında bir başa səbəbli əlaqə vardır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10Təcrübi və X6 Ekspertizalar Şöbəsindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 19/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki,...Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə saat 13:00-da meyitin müayinəsindən təxminən 9-10 saat əvvəl ölümünün baş verdiyi qənaətinə gəlinmişdir. Mərhumə Zərərçəkmiş şəxs meyitinin tibbi müayinəsi zamanı aşkar edilmiş morfoloji dəyişiklikləri-xroniki salpindid fonunda tamlığı pozulmuş uşaqlıqdan kənar boru hamiləliyi, üzv və toxumalarda kəskin az qanlılıq, qarın boşluğunda 2.5 litrə qədər sərbəst duru və laxta qanın olmasının əvvəlcədən qarşısının alınması üçün sağlığında klinik, laborator, biokimyəvi və instrumental müayinələrin aparılması zəruri idi. Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə, saat 23:40-da Zaqatala RMX-na daxil olduqdan sonra həkim anestezioliqreanimotoloq X9 tərəfindən xəstənin kliniki əlamətlərini nəzərə alaraq müvafiq qaydalar əsasında təcili təxirəsalınmaz tibbi tədbirlər görməklə yanaşı, dərhal həkim radioloqu (USM) çağırmalı, qanda hemoqlobin, hemotokrit, qanın xüsusi kütləsi, eritrosit yoxlanılmalı, hətta dinamikada 2 saatdan bir USM və qanın laborator müayinələrinin aparılması təkrarlanmalı idi. Həkim radioloqun zəruri vaxtda gəlməməsi səbəbindən düzgün diaqnoz qoyulmamasına, o cümlədən dinamiki müşahidə aparılmamasına gətirib çıxarmışdır. Belə ki, gec və düzgün göstərilməyən tibbi yardım ölüm ilə nəticələnmişdir. Xəstənin müayinəsi ilə bağlı konsilium keçirilməsi üçün müalicə müəssisəsinin rəhbərliyinin, anesteziologiya-reanimatologiya şöbəsinin müdirinin, növbətçi məsul həkimlər– ana-ginekoloqun, cərrahın, anestezioloqreanimatoloqun, radioloqun (USM) kollegial surətdə iştirakı vacib hesab edilir. Zərərçəkmiş şəxs düzgün diaqnoz qoyulması üçün həm anamnestik məlumatlar, həm hemodinamiki (qan təzyiqi, nəbz və digər həyati göstəricilər) göstəricilər, həm də dinamikada qanda hemoqlobin, hemotokrit, qanın xüsusi kütləsi, eritrosit yoxlanılması təmin olunmalı, instrumental müayinələrin aparılması müvafiq tibbi göstərişlərdir. Qeyd olunan tibbi həyati göstərişlərin vaxtında təmin olunması və də rhal müvafiq cərrahiyyə əməliyyatının aparılması N.H.Məmmədovanın sağ qalmasına təminat verə bilərdi. Qeyd olunan ekspert rəylərində təqsirləndirilən Xnın növbətçi həkim anestiziolaqreanimatolaq kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməməsi, düzgün diaqnoz qoymaması xəstənin ölümünə səbəb olan hallar kimi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq bununla razılaşmayaraq qeyd edir ki, məhkəmə araşdırmaları zamanı Xnın növbətçi həkim anestiziolaq-reanimatoloq kimi üzərinə düşən vəzifəni maksimum yerinə yetirməyə səy göstərdiyi müəyyən edilmişdir. “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2018-cı il tarixli protokoldan da xəstəxananın reanimasiya şöbəsində yerləşən USM (ultrasəs müayinəsi) aparatının mütəxəssis və digərlərinin işt irakı ilə işlək olub olmaması yoxlanılarkən, aparatın monitorunun çalışmadığı müşahidə olunmuşdur. Bu zaman mütəxəssis qismində təyin edilmiş X5 bildirmişdir ki, aparat köhnə olduğundan işlək vəziyyətdə deyil və yararsızdır. Çünki aparat işə salındıqdan sonra blokla monitor arasında əlaqə yaranmır. Bu səbəbdən də, sözü gedən aparat vasitəsilə hər hansı xəstənin müayinəsi mümkün deyildir. Zaqatala Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi Şəxsin xx.xx.2019-cu il tarixli, 1879 nömrəli məktubunda göstərilmişdir ki, qan və qan komponentləri qruplar üzrə tədarük olunur və saxlama müddətləri müxtəlifdir. Nəzərə alınsa ki, qanın və qan komponentlərinin istifadəsi planlı deyil, tələbata əsasəndir, o zaman qan və qan komponentlərinin saxlanılmasında israfçılığa yol verilir. X13 Şəki filialı ilə Zaqat ala RMX PHŞ-nin arasında olan məsafənin qısa olması nəzərə alınaraq xəstə daxil olduqda xəstəyə qan əvəz ediciləri ilə müalicə təyin olunur və qısa müddətdə tələbnamə əsasında X13 Şəki filialından lazım olan qan və qan komponentləri təmin olunur. Həm təqsirləndirilən Xnın, həm iş üzrə dindirilmiş şahid ifadələrindən, həm də iş üzrə rəy vermiş ekspertlərin ifadələrindən göründüyü kimi X anestezioloq-reanimatoloq kimi üzərinə düşən vəzifələri yerinə yetirib qəbul şöbəsinin növbətçi həkim cərrahı Məhəmmədhacı Əlixanovu çağırmış, xəstəyə əlavə müayinə planı tərtib etmiş və laborant həkimi, həkim kardioloqu, növbətçi həkim infeksionisti çağırmış, reanimasiya şöbəsinin müdirini, eyni zamanda USM həkimini şöbəyə çağırmaq üçün tibb bacılarına tapşırıq vermiş, bununla yanaşı baş həkimin müalicə işl əri üzrə müavinə məlumat verilməsi üçün qəbul şöbəsinə tapşırmış, (lakin ondan asılı olmayan səbəblər üzündən növbətçi USM həkimi, şöbə müdiri, baş həkimin müavini ilə operativ telefon əlaqələri yaratmaq mümkün olmamışdır) xəstəyə ilkin lazımi yardımları etmiş, qanın, sidiyin müayinəsi üçün nümunələr götürülmüş, sаdəcə оlаrаq xəstəxаnаdаkı lаbоrаtоr şəraitlazımi səviyyədə olmamışdır. Ekspert rəylərində, eləcə də ekspert ifadərində göstərilmişdir ki, X ilkin olaraq anestezioloq-reanimatoloq kimi xəstədə ultrаsəs dinаmikаnı nəzərdə sаxlаmаlı və xəstənin qаn göstəricilərini tez-tez yоxlаmаlı idi və xəstəyə qan köçürülməsi təmin edilməli idi. Lakin yuxarıda da qeyd edildiyi və iş materiallarından da göründüyü kimi, xəstəxanada xəstənin qan göstəricilərinin tez-tez yoxlanılması üçün lazımi şəra it olmamış, həmin vaxtı xəstəxanada, ümumiyyətlə, qruplara müvafiq qan, qan kompenentləri və plazma olmamışdır ki, xəstəyə köçürülməsi mümkün olsun. (Zaqatala RMX PHŞ-nin xx.xx.2019-cu il tarixli, 1879 nömrəli məktubu) USM həkiminin vaxtında gəlməməsi səbəbindən isə ultrаsəs dinаmikаnı nəzərdə sаxlаmаq mümkün olmamışdır. Digər tərəfdən, ekspertlər vermiş olduğu ifadələrində həmçinin göstərmişlər ki, qаn itirən xəstəyə qаn köçürmənin effekti о vаxt оlа bilər ki, xəstəyə köçürülən qаn оnun itirdiyi qаnа nisbətdə аrtıq оlsun. Yəni xəstəyə köçürülən qаn оnun itirdiyi qаndаn çоx оlduğu təqdirdə xəstəyə yаrdım etmək оlаr. Xəstə 3 litr qаn itirdikdən sоnrа оnun оrqаnizmində geridönməyən prоseslər bаş verir və həmin xəstənin həyаtını xilаs etmək mümkün оlmur. Hаzırkı vəziyyətdə xəstənin qаrın bоşl uğundа 2,5 litr qаn оlduğu üçün və оndа аrtıq geridönməyən prоseslər bаşlаndığı üçün xəstəyə qаn köçürmənin effekti оlmаyа dа bilərdi. Bu baxımdan məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri sayır ki, anestezioloqreanimatoloq kimi Xnın xəstəyə göstərdiyi tibbi yardımlar mövcud şərаitə аdekvаt оlmuş, o, üzərinə düşən vəzifələri yerinə yetirib, sаdəcə оlаrаq xəstəxаnаdаkı lаbоrаtоr şərаitin lаzımi səviyyədə olmaması nəticəsində xəstəni xilas etmək mümkün olmamışdır. Belə olan halda, xəstə Zərərçəkmiş şəxs olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmasının baş tutmaması təqsirləndirilən Xnın iradəsindən asılı olmayan səbəblərdən baş vermiş, bununla da X tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxxx 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş “Həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”nın 6-cı, 8-ci, və 24.1-ci bəndlərinin tələblərinə riayət etməsi onun imkanları xaricində olmuşdur. Göstərmiş olduğu bütün tibbi yardımlara baxmayaraq xəstənin ölümü Xnın iradəsindən asılı olmayan səbəblər üzündən baş vermişdir. İş üzrə toplanmış sübutların məcmusu onu deməyə əsas verir ki, mövcud şəraitdə Xnı sözü gedən Təlimatın tələblərinin tam yerinə yetirilməməsində təqsiri yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar X4 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı iş ində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfin dən verilmiş kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən V.Vahabovanın təqsirləndirilməsinə dair cinayət işi üzrə gəlinən nəticə doğrudur və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya protestində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin normalarına tam uyğundur. Qeyd olunanlara əsasən Azərb aycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X9 barəsində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar