Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-576/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2 020-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin icraatına CMnin 73-cü maddəsinə əsasən xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Zeynalov Mirheydər Seyidəmir oğlu) Məhkum, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olu nmamış, heç yerdə işləməyən, Bakı şəhəri, ünvan 1-də, ünvan 2-də qeydiyyatda olan və yaşayan, CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin icraatına CM-nin 73-cü maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin qərarına əsasən, Məhkum xx xxxxxx 2020-ci il tarixdə saat 20.00 radələrində ünvan 3-də yerləşən fərdi evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə onun sifət nahiyyəsinə vuraraq, Zərərçəkmiş şəxs cərrahi müdaxiləyə ehtiyacı olan burun sümüyünün yerini dəyişən qapalı sınığı, hər iki gözyuvasıaltı nahiyyənin dərialtı hematoması, burun nahiyyəsinin qançırı kimi xəsarətlər yetirərək sağlamlığın uzu n müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər yetirməyə aid xəsarətlər yetirmişdir. Sabunçu Rayon Məhkəməsinin məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkumla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək bu barədə ərizələrlə, o cümlədən notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə Məhkum böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun həyat yoldaşı olan zərər çəkmiş şəxslə barışmasını və işin digər hallarını nəzərə alıb CM-nin 73-cü maddəsinə əsaslanaraq Məhkum barəsindəki cinayət işinin icraatına xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında yuxarıda göstərilən qərarı qəbul etmişdir. Sabunçu Rayon Məhkəməsinin qeyd edil ən xx xxxxxx 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum barəsində onun CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı A.Ə.Məmmədov kassasiya prote sti verərək həmin qərarın ləğv edilməsini və cinayət işini apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.14-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini iddia edərək CM-nin 73-cü maddəsinin tələblərinə istinad edən dövlət ittihamçısı kassasiya protestini belə əsaslandırmışdır ki, zərərçəkmiş Zərərçəkmiş şəxs işə birinci instansiya məhkəməsində baxılarkən təqsirləndirilən şəxs Məhkumla barışması barədə ərizə ilə məhkəməyə müraciət etsə də sonuncu onu evlərinə aparmaq və birgə yaşamaq haqqında vədini yerinə yetirmədiyinə görə, hökm qanuni qüvvəyə minənədək Zərərçəkmiş şəxs qarşı mövqeyini dəyişmiş və Məhkum məsuliyyətə cəlb edilməsi barədə apellyasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası isə bu halı və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməsi haqqında təklifini, habelə törədilmiş əməl nəticəsində zərərçəkmişə mənəvi zərərin də vurulmasını, lakin bu zərərin təqsirləndirilən şəxs tərəfindən ödənilməməsini nəzərə almayaraq işin icraatına xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Eyni zamanda kassasiya protestinin müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında dövlət ittihamçısının birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısının mövqeyindən fərqli mövqedən çıxış etməsini məhkəmə əsassız olaraq qanuna zidd hesab etmiş, lakin məhkəmənin belə nəticəyə gəlməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bundan başqa, kassasiya protesti vermiş dövlət ittihamçısı onu da vurğulamışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən həmin qərarın təsviri-əsaslandırıcı hissəsində CM-nin 73.1 və 73.2-ci maddələrinə istinad etsə də bu qərarın nəticəvi hissəsində cinayət işinin icraatına CM-nin 73.1-ci, yaxud da CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilməsini dəqiq göstərməmiş, apellyasiya instansiyası məhkəməsi də bu səhvi düzlətməmişdir. Şərh olunanlara əsaslanaraq dövlət ittihamçısı A.Ə.Məmmədov kassasiya protestinin təmin edilməsini və həmin protestdə irəli sürülmüş tələbə uyğun qərarın qəbul edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqı nda cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin barəsindəki cinayət işinin icraatına xitam verilərək cinayət məsuliyyətindən azad edilmiş Məhkum naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş və bu haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası bununla bağlı cinayət prosesi iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Dövlət ittihamçısı A.Ə.Məmmədovun kassasiya protestinin məzmunundan görünür ki, həmin protestin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qərarı ilə Məhkum barəsindəki cinayət işinin icraatına onun zərər çəkmiş şəxslə barışması əsası ilə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilsə də, zərərçəkmiş Zərərçəkmiş şəxs sonradan öz mövqeyini dəyişmiş və həmin qərardan apellyasiya şikayəti verərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, lakin apellyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin şikayəti təmin etməmişdir. Bununla da həmin dəlillərə əsaslanan kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.14-cü maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.14-cü maddəsinə əsasən isə məhkəmə cinayət işi üzrə icraata, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata bu iş üzrə məhkəmənin qüvvəyə minmiş yekun qərarı, cinayət təqibini istisna edən hallar ın və ya cəzanın tətbiqinın yeni cinayət qanunu, habelə amnistiya aktı ilə aradan qaldırması üçün əsaslar olmasına baxmayaraq səhvən xitam verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göründüyü kimi, dövlət ittihamçısı kassasiya protestində göstərdiyi dəlillərə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir ona görə ki, məhkəmə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən zərər çəkmiş şəxsin birinci instansiya məhkəməsində ifadə etdiyi mövqedən fərqli mövqe tutaraq təqsirləndirilən şəxslə barışmasının səhv olduğunu bildirm iş və bunu öz apellyasiya şikayətində qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsində iştirak edən dövlət ittihamçısı da zərərçəkmişin həmin mövqeyini müdafiə edərək məhkəmənin qəbul etdiyi qərarında gəldiyi nəticə ilə razılaşmamış və buna görə də, yəni onun apellyasiya şikayətinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və Məhkum barəsində ittiham hökmünün çıxarılması haqqında təklifi nəzərə alınmadığından həmin qərardan kassasiya protesti vermişdir. Əvvəla məhkəmə kollegiyası apellyasiya instansyası məhkəməsinin o, mövqeyi ilə razılaşmır ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya protesti verilmədiyi halda apellyasiya şikayətinə məhkəmə baxışı iclasında iştirak edən dövlət ittihamçısı həmin şikayətə uyğun (birinci instansiya məhkəməsinin i clasında iştirak edən dövlət ittihamçısının mövqeyindən fərqli olan) təkliflə çıxış edə bilməzdi və bu hüquqa yalnız Azərbaycan Respublikasının Baş Prokuroru və ya onun müavinləri malikdirlər. Dövlət ittihamçısının hüquqları təsbit edilmiş CPM-nin 84.6-cı maddəsinin təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, hər bir məhkəmə instansiyasında cinayət işinə baxılmasında iştirak edən dövlət ittihamçısı həmin işin nəticələrinə dair müstəqil fikir söyləmək hüquqna malikdir və onun mövqeyi eyni iş üzrə dövlət ittihamını müdafiə etmiş digər prokurorun mövqeyindən asılı deyil. Sübutların araşdırılmasından, yeni halların müəyyən edilməsindən və işə baxılarkən digər məsələlərin meydana gəlməsindən asılı olaraq apellyasiya və ya kassasiya instansyası məhkəmələrində dövlət ittih amını müdafiə edən prokuror aşağı instansiya məhkəmələrində iştirak edən dövlət ittihamçısının təkliflərindən fərqli olan təkliflərlə çıxış etmək və onun təkliflərinin nəzərə alınmadığı hissədən sonradan kassasiya protesti vermək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.Ə.Məmmədovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə, Məhkum CMnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işini və həmin iş üzrə məhkəmələr tərəfindən çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasi ya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın b aş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilmə si və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416 -cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Kassasiya protestinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı A.Ə.Məmmədov tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Cinayət-prosessual qanunvericiliyin yuxarıda şərh edilən tələblərindən çıxış edərək məhkəmə kollegiyası kassasiya protestində irəli sürülən tələbə cavab verilməsi üçün cinayət işinin materiallarına, qanunvericiliyin digər tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə müraciət etməyi zəruri sayır. Əvvəla, cinayət işinin materiallarına əsasən, Məhkum ibtidai araşdırma orqanı tərəfindən CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 20.00 radələrində ünvan 3-də yerləşən fərdi evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə onun sifət nahiyyəsinə vuraraq, Zərərçəkmiş şəxs cərrahi müdaxiləyə ehtiyacı olan burun sümüyünün yerini dəyişən qapalı sınığı, hər iki gözyuvasıaltı nahiyyənin dərialtı hematoması, burun nahiyyəsinin qançırı kimi xəsarətlər yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər yetirməyə aid xəsarətlər yetirmişdir. Məhkum barəsindəki cinayət işinə Sabunçu Rayon Məhkəm əsi tərəfindən baxılarkən zərərçəkmiş notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim edərək həmin ərizəsində Məhkum qarşı heç bir iddiasının, şikayətinin və tələbinin olmamasını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında həmin tarixli, özü tərəfindən bilavasitə tərtib edilərək imzalanmış ikinci ərizəsini məhkəməyə təqdim etmiş və bu ərizəsində də vurğulamışdır ki, o, təqsirləndirilən şəxs Məhkumla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu halların da məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə ünvanladığı eyni tarixli ərizəsində təqsirləndirilən şəxs Məhkum da zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Bu ərizələrl ə bağlı kassasiya protestinin müəllifi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində zərərçəkmişə mənəvi zərərin də vurlmasını, lakin bu zərərin Məhkum tərəfindən ödənilməməsini israrla iddia etsə də (sanki belə zərər zərər çəkmiş şəxsə deyil, dövlət ittihamçısının özünə vurulmuşdur), iş materiallarında bunu təsdiq edən heç bir sübut aşkar edilməmiş və A.Zərərçəkmiş şəxs ona mənəvi zərərin ödənilməsi tələbi ilə cinayət təqibinin heç bir mərhələsində (hətta onun apellyasiya şikayətinə baxılarkən də) mülki iddia ilə məhkəmələrə müraciət etməmiş və bununla bağlı vurulmuş zərərin təqsirləndirilən şəxsdən tutulub onun xeyrinə ödənilməsi barədə tələb irəli sürməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Zərərçəkmiş şəxs yuxarıda göstərilən ərizələrini Məh kumla razılaşdırılmış vədə əsasən, yaxud da hər hansı təsir və ya təzyiq altında yazmasını bildirməmiş və məhkəmə çıxışları zamanı həmin ərizələrə uyğun olaraq təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Eyni mövqedən həmçinin dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi çıxış edərək, hər birisi ayrı-ayrlıqda həm zərərçəkmişin qeyd edilən ərizələrinə, həm də CM-nin 73-cü maddəsinə əsaslanmaqla Məhkum barsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, məhkəmə həm zərərçəkmiş şəxsin ərizələrini və bu ərizələrlə bağlı onun sərbəst şəkildə ifadə etdiyi mövqeyini, həm də dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun m üdafiəçisinin təkliflərini nəzərə alaraq CM-nin 73-cü maddəsinə istinad etməklə Məhkum barəsindəki cinayət işinin icraatına xitam vermiş və sonuncu cinayət məsuliyyətindən azad edilmişdir. Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmənin əsasları və şərtləri təsbit edilmiş CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 73.2-ci maddəsinin tələbləinə görə isə, bu Məcəllənin 127.1 (Məhkum təqsirləndirildiyi), 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, CM-nin 73.1-ci maddəsi CM-nin 73.2-ci maddəsinə münasibətdə ümumi norma kimi çıxış edir, CM-nin 73.2-ci maddəsində isə konkret olaraq hansı cinayətləri törətmiş təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi göstərilməklə həmin norma bu maddədə göstərilən şərtlərin mövcudluğunda cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsini imperativ şəkildə tələb edir (CMnin 73.1-ci maddəsindən fərqli olaraq). Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Məhkum da barəsindəki cinayət işinin icraatına xitam verilərkən və o, cinayət məsuliyyətindən azad edilərkən (zərər çəkmiş şəxsin ərizələrinə müvafiq olaraq) məhkəmənin bu haqda qəbul etdiyi qərarında CM-nin 73-cü maddəsinə bütövlükdə deyil, CM-nin 73.2-ci maddəsinə istinad olunmalı idi. Buna görə məhkəmə kollegyiası bununla bağlı kassasiya protestində irəli sürülmüş dəlillə razılaşaraq, hesab edir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarında dəyişiklik edilməklə təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsi və onun məsuliyyətdən azad edilməsi CM-nin 73-cü madəsinin əvəzinə CM-nin 73.2-ci maddəsinə əsasən müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin öz qərarında əsaslandığı halların və gəldiyi nəticənin ümumi şəkildə qanuniliyinə və əsaslığına gəldikdə isə, məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iş materiallarında Məhkum fiziki zərərlə yanaşı zərərçəkmiş Zərərçəkmi ş şəxs pul vahidi ilə ölçülə bilən maddi və ya mənəvi zərər vurması iş materialları ilə müəyyən edilmir, bununla bağlı zərərçəkmiş özü də cinayət təqibinin hər hansı mərhələsində təqsirləndirilən şəxsə qarşı iddia irəli sürməmişdir. Əksinə, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizələrində Məhkum qarşı heç bir iddiası olmadığını bildirmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin CM-nin 73.2-ci maddəsində göstərilən ikinci şərtə əməl etməsinə - zərərçəkmişə vurulmuş zərərin ödənilməsinə əsaslar olmamış və bu maddənin tətbiqi üçün təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması kifayət etmişdir. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının və həmin qərarın dəyişdirilmədən saxlanılması haqqında Bakı Apellyasiya Ci nayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarının qanunsuz və əsassız olmaları barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur, çünki bu qərarlar maddi hüquq normalarının tələblərinə (birinci instansiya məhkəməsi tərəfindən isə həmçinin zərərçəkmiş də daxil olmaqla cinayət prosesi iştirakçılarının təkliflərinə) uyğun olaraq qəbul edilmişdir. Məhkəmə kollegiyasının fikrincə, apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri isə (CM-nin 73-cü maddəsinin tətbiqi ilə bağlı dəlil istisna olmaqla) o halda məhkəmələrin qəbul etdikləri qərarlarının qanunsuz və əsassız olması barədə hissədə nəzərdən keçirilə bilərdi ki, həmin qərarlar maddi hüquq normaları ilə yanaşı həm də prosessual normalarının pozulması ilə çıxarıl mış olardı. İş materialları ilə məhkəmələr tərəfindən belə pozuntulara da yol verilməsi müəyyən edilmir və burada məhkəmə kollegiyası hüquqi müəyyənlik prinsipi ilə bağlı özünün mövqeyinə və öz qərarlarında bu prinsipə şərh vermiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə müraciət etməyi zəruri bilir. Məhkəmə kollegiyası vurğulayır ki, hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hüquqi müəyyənlik prinsipinə dair öz mövqeyini aşağıdakı qaydada ifadə etmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququ ilə hüquqi müəyyənliyin ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prin sipinin əlaqəli şəkildə təhlil olunmasını zəruri hesab edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələrinə əsasən, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 125-ci maddəsinin İ hissəsində məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhk əmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” x xxxxxx 2011-ci il tarixli Qərarı).” Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xx xxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində bal anslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx xxxxxx 2007-ci il tarixli Qərarı). Eyni zamanda, qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kasasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur... Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab emişdir ki, Konstitusiyanın 60-cı ma ddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya hüququnun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xə ləl gətirir. Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə xx xxxxxxx 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə xx xxxx 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail ol maq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Avropa Məhkəməsinin bu hüquqi mövqeyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdiri lməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd etmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır. Belə ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç kəsin məhkəmə qərarının ədalətliliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi prinsipindən irəli gəlir. Məhkəmə səhvlərinin arada n qaldırılması məqsədilə konkret işlər üzrə (mülki, cinayət, inzibati) məhkəmə qərarlarına yenidən baxılmasının bu və ya digər formasını seçərkən qanunverici, ilk növbədə, pozulmuş hüquqların real və vaxtında bərpa edilməsi üçün hüquq və azadlıqların adekvat təmin edilməsi zərurətindən çıxış edir. Aydındır ki, səhv məhkəmə qərarı hüquqa uyğun hesab edilə bilməz.” Hazırki iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, Məhkum barəsindəki həmin aktların hüquq pozuntusu ilə çıxarılması barədə fikir yürütmək üçün heç bir əsas olmadığından hətta birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardan dövlət ittih amçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinin qəbul edilməsi və şübhə doğurmayan bu qərarların ləğv edilməsi həmin qərarların ədalətliyiliyini, stabilliyini və tarazlığını pozmuş olardı. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini müqayisəli şəkildə cinayət işinin materialları ilə birgə tədqiq etməklə, kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı G.R.İsgəndərovun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs çıxışlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti qismən təmin edilməklə Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarında dəyişiklik edilməli və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsi və onun məsuliyyətdən azad edilməsi CM-nin 73-cü maddəsinin əvəzinə CM-nin 73.2-ci maddəsinə əsasən müəyyən edilməli, qərar kassasiya protestinə münasibətdə qalan hisssədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Məhkum haqqıında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarında dəyişiklik edilərək təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsi və onun məsuliyyətdən azad edilməsi CM-nin 73-cü maddəsinin əvəzinə CM-nin 73.2-ci maddəsinə əsasən müəyyən edilsin. Qərar kassasiya protestinə münasibətdə qalan hissədə dəişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-576/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-576/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver