Məhkəmə qərarları › İş №1(102)-576/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-576/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-576/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-242/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikay ətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1975-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbində bağban vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 30 oktyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.2.4 və 170.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 15 noyabr 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş itt iham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum arvadı X1 xəyanət etməsindən şübhələnib onu öldürmək qərarına gəlmiş, bu niyyətlə 29 may 2021-ci il tarixdə, saat 15 radələrində oğlu Şahid1la birlikdə Masallı rayonu Təzə Alvadı kəndinə, qayınanası Zərərçəkmiş şəxs yaşadığı evə gəlib niyyətini həyata keçirmək üçün yalandan Ruhiyyə Orucova ilə barışaraq öz evlərinə qayıtmasını bildirmiş, sonuncu onunla razlaşmadıqda aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı o, özü ilə gətirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun anası Zərərçəkmiş şəxs və övladları Şahid1 aşkar surətdə xüsusi əzab verərək iztirab çəkdirdiyini dərk ed ib, bunu arzulayaraq onların gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayiş etdirməklə, şiddətli ağrılar vermək məqsədilə Ruhiyyə Orucovanın bədəninin müxtəlif nahiyələrinə 7 (yeddi) zərbə vuraraq döş qəfəsinin sol arxa və sol yan hissəsinin döş boşluğuna nüfuz edən və sol ağ ciyəri zədələyən deşilmiş-kəsilmiş yarası (iki ədəd), qarnın ön divarının qarın boşluğuna nüfuz edən və böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası (bir ədəd) ilə müşayiət olunan, yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinin sağ yan hissəsinin döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (bir ədəd), üzün sol yarısının ağız boşluğuna keçən deşilmiş-kəsilmiş yarası (bir ə dəd), qasıq nahiyəsinin qarın boşluğuna keçməyən dəlib keçən deşilmiş-kəsilmiş yarası (bir ədəd), sağ bazu nahiyəsinin kəsilmiş yarası (bir ədəd) ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmin vaxt o, valideyn kimi övladını tərbiyə etmək vəzifəsini daşımasına baxmayaraq yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü oğlu Şahid1 hədə-qorxu gələrək cinayətkar fəaliyyətə cəlb edib qızının bıçaqlandığını görüb uca səslə qonşuları köməyə çağırmış Zərərçəkmiş şəxs susdurmaq üçün döyməsini bildirmiş, Şahid1 da atasının hədə-qorxusundan qorxaraq nənəsi Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla qəsdən zərbələr vuraraq sonuncuya sağ göz, sağ gicgah, sol said, sol baldır-diz oyn ağı nahiyəsinin, üzün sol yarısının və sağ əlin arxa hissəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı ilə müşayiət olunan, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bununla Məhkum arvadı X2 xüsusi amansızlıqla qəsdən öldürməklə həyatdan məhrum etməklə, yetkinlik yaşına çatmayan oğlu Şahid1 tərbiyə etmək vəzifəsi daşıdığı halda cinayətkar fəaliyyətə cəlb etmişdir.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-682/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4 və 170.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il və Azərb aycan Respublikası CM-nin 170.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətlərinə azadlıqdan məhrumetmə cəzalarının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-242/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən tə min edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-682/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli dəyişdirimiş, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təyin edilmiş 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 16 (on altı) il müddətə endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Azərbaycan Respublikası CM-nin 170.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikay ətinin dəlilləri, şikayətə qarşı etirazlar

9. Kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməklə, əməlin Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsindən eyni Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi, həmçinin ona Azərbaycan Respublikası CM-nin 170.2-ci maddəsi ilə bəraət verilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkə mə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib -edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməllərindən birinin səhv tövsif edildiyini, digərinin isə ümumiyyətlə baş vermədiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.15-cı maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud də yişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-242/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM- nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəf indən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

22. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələbləri və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4 və 170.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi onun öz ifadəsi, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid1, Şahid3, Şahid2 ifadələri, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 120.2.4 və 170.2-ci maddələrinin dispozisiyasından, eləcə də Azərbaycan Respublikası CM -nin Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nətic ələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.

25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nətic ədə, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir. Qeyd olunanlar Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.

26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(106)-242/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(106)-242/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar