Məhkəmə qərarları › İş №1(102)-576/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-576/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-576/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmi n edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarından Məhkum Məhiyəddin oğlunun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X18 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) 22 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum Məhiyəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 11 dekabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Abbasov Mirzəli Əbdüləli oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 17 sentyabr 2021-ci il tarixli qərarı ilə Məhkum Məhiyəddin oğlunun müdafiəçisi Müdafiəçi2 tərəfindən ver ilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Məhiyəddin oğlu barəsində 22 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Məhiyəddin oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, həmin cəza Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ona təyin olunmuş 6 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, ona təyin olunmuş cəzalar qismən toplanılmaqla, üzərində qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 5 sentyabr 2023-cü i ldə Məhkum cəza çəkdiyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən kassasiya şikayəti və kassasiya şikayəti üzrə ötürülmüş prosessual müddətinin bərpasına dair vəsatətlə müraciət edərək məhkəmənin 17 sentyabr 2021-ci il tarixli qərarından hüquqi savadsızlığı və latın qrafikası ilə yazıb-oxuya bilməməsi, COVİD-19 pandemiyası ilə bağlı qoyulan məhdudiyyət səbəbindən hüquqi cəhətdən savadlı tanışları ilə görüşüb köməyindən istifadə edə bilməməsi, ailə üzvlərinin ağır maddi sıxıntı içində olması səbəbindən hüquqlarını müdafiə edə biləcək vəkillə müqavilə bağlaya bilməməsi ilə bağlı kassasiya şikayəti vermə müddətini buraxdığını bildirərək, müddətinin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov İlqa r Mustafa oğlunun sədrliyi və məruzəsi, X17 oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 5 oktyabr 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarından Məhkum Məhiyəddin oğlunun kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti əsassız olduğuna görə təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində bildirmişdir ki, tibbi sənədlərə əsasən Məhkum Məhiyəddin oğlu “ağır açıq kəllə beyin travmasının qalıq əlamətləri rezekstontrebnostladan sonrakı vəziyyət kəllə daxili hipertenziya’’ diaqnozu ilə əsas kliniki xəstəliyindən, “ürəyin işemik xəstəliyi-gərginlik stenokardiyası, üçüncü faza pretenziya xəstəliyi mərhələsi, tez-tez baş verən krizlərlə” diaqnozu ilə yanakı xəstəliklərdən əz iyyət çəkir və ömürlük ikinci qrup əlildir. Bununla bağlı Məhkum Məhiyəddin oğlu məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, bir neçə il əvvəl o, yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət almış, yəni nəqliyyat vasitəsi onun baş nahiyəsinin üstündən keçmiş, buna görə də onun kəllə beyin nahiyyəsi üzərində cərrahiyyə əməliyyatı aparılmış, kəllə beyin hissəsi plastmastla əvəz edilmişdir. Həmin vaxtdan ona ömürlük ikinci qrup əlillik təyin edilmişdir. Daim həkim nəzarəti altında müalicə olunur, özünü tam idarə edə bilmir, hərəkətlərinin mahiyyətini əksər hallarda dərk etmir. Göründüyü kimi Məhkum Məhiyəddin oğlu səhhətinin uzun müddətli fiziki psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduğundan onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamışdır. Cinayə t işi materiallarında, istərsə də Məhkum cəzaçəkmə müəssisəsindən tələb edilib alınmış şəxsi işində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-cü il tarixli qərarının rəsmi qaydada ona təqdim edilməsini təsdiq edən heç bir sənəd yoxdur. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarının ləğv olunması, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya k assasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübut məhkum tərəfindən məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. İş materiallarından və verilmiş vəsatətdən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarı proses iştirakçılarının, o cümlədən Məhkum Məhiyəddin oğlu və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə elan edilmi ş, 20 sentyabr 2021-ci il tarixli məktubla proses iştirakçılarına, eləcə də məhkuma saxlanıldığı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Cinayət işinin materiallarından həmçinin aydın olur ki, Məhkum Məhiyəddin oğlu Bakı Apellyasiya Məhkəməsinin barəsində olan 17 sentyabr 2021-ci il tarixli qərarından qanunda nəzərdə tutulmuş qaydada kassasiya şikayəti verməmiş, qərarı aldıqdan uzun müddət keçdikdən sonra kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət vermiş və öz vəsatətində kassasiya şikayəti vermə müddətini hüquqi savadsızlığı, latın qrafikası ilə yazıb-oxuya bilməməsi, COVİD-19 pandemiyası və ailə üzvlərinin ağır maddi sıxıntı içərisində olması səbəbindən hüquqlarını müdafiə edə biləcək vəkillə müqavilə bağlaya bilməməsi ilə əlaqədar müddəti buraxdığını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə edilmiş 25 iyun 2020-ci il tarixli dəyişikliklər əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 410.1-1 -ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Həmin Məcəllənin 410.1-1-ci maddəsinin məzmunundan aydın olur ki, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya in stansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Məhkum mübahisələndirdiyi qərardan kassasiya şikayəti verilmə müddətini 12 ay nəzərdə tutmuş və bu müddət həmin qərarın ona rəsmi qaydada təqdim edildiyi vaxtdan hesablanmalıdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətdə buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul oluna bilən hər hansı əsaslı dəlil qeyd edilməmişdir. Məhkum buraxılmış prosessual m üddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yaxud onun vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutlar, faktiki olaraq formal mülahizəyə istinad edərək təsdiqedici sənədlər təqdim etməmiş və əsaslı üzürlü səbəblər göstərə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Cinayət-Prosessual Məcəlləsinə görə cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət pros esini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müd dətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qə rar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yön əlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X11rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar