Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-577/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Oruc Cəlilov (sədrlik edən və məruzəçi), Xamməd Nuriyev və Əli Əliyev) 11 avqust 2021-ci il tarixli, 1(099)-411/2021 nömrəli hökmü ilə xx xxxx 2001-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 32.5,206.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 2021-ci ilin əvvəllərində tanış olduğu İran İslam Respublikasının vətəndaşı şəxsiyyəti məlum olmayan “Səccad” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə olunmas ı, saxlanması, daşınması, həm də qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan həmin narkotik vasitələri və psixotrop maddəni əldə edib realizə olunmasına qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda4295,0 qram narkotik vasitə olan heroin, külli miqdarda-1230,0 qram psixotrop maddə olan metamfetamin, külli miqdarda-95,433 qram narkotik vasitə olan həşiş qətranı və təsiredici maddəsinin ümumi miqdarı 1,56 qram təşkil edən 39 ədəd narkotik vasitə olan metadon həblərin Bakı şəhəri, Binəqədi rayonunun ərazisində küçələrin bi rindəki zibil qutusunun yanında gizlədilməsi barədə ona məlumat verildikdən sonra o, həmin yerə gedib qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddəni götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aparıb yataq otağında çarpayının (divanın) altında gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 13 fevral 2021-ci il tarixdə, saat 02 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı yataq otağındakı çarpayının (divanın) alt hissəsindən 1 ədəd sellofan torbada külli miqdarda - 4295,0 qram olan narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə külli miqdarda - 1230,0 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd bükümdə külli miqdarda - 95,433 qram narkotik vasitə olan həşiş qətranı, təsiredici maddəsinin ümumi miqdarı 1,56 qram təşkil edən 39 ədəd narkotik vasitə olan metadon həbləri, habelə üzərində narkotik vasitə-heroinin izləri olan iki ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Zaur Allahyarov) 1(106)-887/2021 nömrəli 05 noyabr 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində hökm və qərarda qəbul edilərkən prosessual pozuntular müşahidə olunmuşdur. Həmçinin məhkəmələr onun barəsində cəza təyin edərkən onun ilk dəfə məhkum olunmasını, ailə vəziyyətini, səmimi peşmançılığını nəzərə almadan cəza təyin etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan s axlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun ailə vəziyyətini və digər yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edi lmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayə t təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirini müəyyən etmək üçün istintaq orqanı tərəfindən tədqiq edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, həmin sübutlar qanunla müəyyən edilmiş q aydada əldə edilmiş mümkün və mötəbər sübutlardır və həmin sübutların məcmusu ilə Məhkum elan edilmiş ittihamda təqsiri təsdiq olunmuşdur. Ona görə də birinci instansiyası məhkəməsi Məhkum elan edilmiş ittihamda təqsirli bilinib ona cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq məhkumun müdafiəçinin apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası maddi və prosessual qanunların yuxarıda qeyd edilən normalarından çıxış edərək qeyd edir ki, məhkuma təyin edilmiş cəzanın qanuniliyini və əsaslılığını yoxlaması üçün ilk öncə təqsirləndirilən şəxsin elan edilmiş ittihamda təqsirinin mötəbər sübutlarla müəyyən edilməsini tələb edir. İbtidai istintaq orqanı Məhkum h ər hansı bir psixi pozuntu və xəstəliyin olmasını, olduğu halda isə törətdiyi əməl barəsində onun anlaqlı olub-olmaması müəyyən etmək üçün cinayət işi üzrə kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertiza təyin etmişdir. Digər sübutlarla yanaşı məhkəmələr ambulator məhkəmə psixiatrik ekspertizasının 17 fevral 2021-ci il tarixli 363 nömrəli rəyinə əsasən nəticəyə gəlmişlər ki, Məhkum törətdiyi əməl barəsində anlaqlı olmuş və ona elan edilmiş ittiham üzrə təqsirlidir. Həmin ekspertiza rəyində qeyd edilmişdir ki, Məhkum emosional davamsız şəxsiyyət pozuntusu müəyyən olunmuşdur, lakin o, törətdiyi əməl barəsində anlaqlıdır və Azərbaycan Respublikası CM-in 21-ci maddənin təsiri altına düşmür. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi sübut hesab edilir. Azərbaycan Respublikası CPM-in 265.1-ci maddəsinə əsasən ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər. Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinə əsasən şəxsin anlaqlı olubolmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İş materiallarından görünür ki, iş üzrə ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilmişdir. Ekspertiza rəyindən görünür ki, məhkumun anlaqlılığı ilə bağlı rəy bir ekspertpsixiatr tərəfindən verilmişdir. Beləliklə hazırki cinayət işi üzrə ambulator kompleks məhkəmə-psixiatrik ekspertizası Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinin kobud pozuntusu ilə aparılmış və həmin ekspertizasının 17 fevral 2021-ci il tarixli rəyi sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Göründüyü kimi məhkəmələr məhkumun anlaqlılığı barədə nəticəyə mümkün olmayan, yəni qanun tələblərinin kobud pozuntusu ilə əldə edilmiş ekspertiza rəyi əsasında gəlmişdir. Bununla əlaqədar məhkəmənin gəldiyi bu nəticə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələblərinə görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Lakin məhkəmələr t ərəfindən CPM-in 267.2-ci maddəsinin tələblərinə riayət etməmiş, məhkumun anlaqlılığı ilə əlaqədar təkrar komisyon məhkəmə-psixiatrik ekspertiza təyin edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.19-cu maddəsinə əsasən məhkəmə bu Məcəllənin 140.0.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə-psixiatrik ekspertizasının keçirilməsini təyin etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkumun törətdiyi cinayət əməlinin barəsində anlaqlı olub-olmaması məsələsinin mötəbər sübutlarla müəyyən edilmədiyi halda kassasiya şikayətinin dəlillərinin araşdırılmasını mümkünsüz edir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qismən razılaşaraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.12-ci maddəsinin tələblərinə əsasən hazırki cinayət işi üzrə yeni apellyasiya baxışı təyin edilməsi ilə əlaqədar kassasiya şikayətinin digər dəlillərinin əsaslılığı barədə münasibət bildirməyə zərurət görmür. Yeni apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin cinayət törədərkən anlaqlı olub-olmaması müəyyən etmək üçün Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinə riayət edilməklə komisyon məhkəmə-psixiatrik ekspertizası keçirilməli, zərurət yaranarsa digər istintaq hərəkətləri aparı lmalı və nəticəsindən asılı olaraq qanuna müvafiq qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-577/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-577/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver