Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-577/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5 avqust 2024-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5 avqust 2024-cü il tarixli 1(003)140/2024 nömrəli (hakim: Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi) hökmü ilə xx.xx.1952-ci ildə x rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, evli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, X8 ünvanında nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, onun xx.xx.2023-c ü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə və ev dustaqlığında olduğu 27 gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılması, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmlə, həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmiş, məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli 1(103)-2173/2024 nömrəli (hakimlər: Hüseyn Cavid Vaqif oğlu (sədrliyi və məruzəsi ilə), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5 avqust 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, prosessual qanunvericilik apellyasiya şikayətinin geri götürülməsi halında onun geri qaytarılmasına dair qəra rın çıxarılmasını nəzərdə tutmur və bu halı CPM-in digər normaları ilə əlaqələndirir. Bu baxımdan, CPM-in 391.11 və 396-cı maddələri müvafiq olaraq ilkin baxış və məhkəmə baxışı mərhələlərində şəxsin apellyasiya tələblərindən imtina etdiyi halda, apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərarın çıxarılmasını imperativ tələb kimi nəzərdə tutur. Apellyasiya şikayətini geri götürmüş şəxs şikayətdəki tələbindən imtina etmiş şəxs sayılır və bununla onun özü də tələblərini artıq müdafiə etmədiyini, şikayətinə baxılmayacağını, onu sonlandırdığını dərk edərək, könüllü surətdə həmin iradəsini arzu və ifadə edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi baxış mərhələsində məhkum edilmiş şəxsin apellyasiya tələblərindən imtina etdiyini və onu geri götürdüyünü nəzərə alaraq apel lyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalı olduğu halda, şikayətin geri qaytarılması barədə qanunda nəzərdə tutulmamış qərarı qəbul edərək, işdəki sübutları düzgün tədqiq etməmiş, qanun normasını da düzgün tətbiq etməyərək qeyri-müəyyənliyə yol vermişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Mə hz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən hüququn tətbiqində səhvə yol verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-ci maddələrinin tələblərinə müvafiq olaraq sübutları tətqiq etmədikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası ittiham tərəfinin kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu mürac iətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsi barədə məhkəmə çıxışını dinləyərək kassasiya protestinin dəlilləri ilə razılaşmaqla yanaşı hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin verilmiş apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Məhkum məhkəmə kollegiyasına ərizə təqdim edərək tərəfindən verilmiş apellyasiya şikayətini geri götürdüyünü bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5 avqust 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə 1 oktyabr 2024-cü il tarixli qərar qəbul etmişdir. Kassasiya protestinin dəlilləri ilə ümumilikdə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 390.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şi kayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək hüququna malikdir. Eyni Məcəllənin 390.4-cü maddəsində isə təsbit edilir ki, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar (həmin hallar digər şəxsin verdiyi apellyasiya şikayətinin geri götürülməsi, ona əlavə və dəyişikliklərin edilməsi barədədir) istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini götürmək hüququna malikdir. İstinad edilən qanunvericilik normalarından müəyyən olunur ki, apellyasiya müraciətinin müəllifi olan proses iştirakçısı özünün verdiyi müraciətindən iki mərhələdə, yəni həm işə baxılmamışdan əvvəl, həm də yekun qərar çıxar ılanadək imtina edə bilər. Digər tərəfdən, CPM-in 398-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində yalnız aşağıda qeyd edilən qərarların qəbul edilməsi imkanını nəzərdə tutur: 398.1.1. birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək; 398.1.2. birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq; 398.1.3. birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək; 398.1.4. birinci instansiya məhkə məsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək. Qanunverici belə qərarların konkret olaraq apellyasiya müraciətinin mahiyyətinin araşdırılması və qiymətləndirilməsinin nəticəsində qəbul edilməsini şərtləndirmiş, apellyasiya instansiyası məhkəməsində baxış mərhələsinin nəticəsinə dair başqa qərar qəbul etmək imkanları nəzərdə tutulmur. Apellyasiya şikayətinin və apellyasiya protestinin geri götürülməsi barədə ərizənin verilməsi nəticəsində işə baxan məhkəmənin etməli olduğu hərəkətlərin təsvirini verən müvafiq olaraq CPM-in 391.11 və 396-cı maddələrində əksini tapmış eyni məzmunlu norma müəyyən edir ki, istər işə ilkin baxış mərhələsində, istərsə də məhkəmənin yekun qərarının çıxarılmasından əvvəl olan mərhələdə apellyasiya şikayətini və ya apellyasiya protestini vermi ş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. CPM-in 391.11-ci maddəsində həmçinin göstərilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. O da qeyd edilməlidir ki, apellyasiya mərhələsində şikayət və ya protestin geri götürülməsi ilə bağlı münasibətləri tənzimləyən hər hansı digər prosessual cinayət-hüquqi norma mövcud deyil. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyi apellyasiya müraciətinin geri götürülməsi barədə ərizəni ver miş şəxsi həmin müraciətdən imtina etmiş proses iştirakçısı kimi qəbul edir və belə bir prosessual addımın atılmasının yalnız apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərarın qəbul edilməsi ilə nəticələndiyini imperativ norma kimi nəzərdə tutur. Odur ki, məhkəmə kollegiyası protestinin dəlilləri ilə ümumilikdə razılaşaraq hesab edir ki, Məhkum apellyasiya şikayətinin geri götürülməsi haqqında ərizəsini verdikdən sonra apellyasiya instansiyası məhkəməsi hüququn tətbiqində səhvə yol verib CPM-in 396-cı maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərarın əvəzinə cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmayan apellyasiya şikayətinin geri qaytarılması haqqında qərar qəbul etmişdir. Bun unla belə kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Məhkum verilmiş apellyasiya şikayətini geri götürməsi barədə ərizəsinin təmin edilərək, ya onun geri qaytarılmasına, ya da apellyasiya şikayətinə baxılmasına xitam verilməsinə dair müvafiq qərar qəbul edilməsi indiki vəziyyətdə formal xarakterli hal kimi özünü göstərir. Yəni, bu əsasla qərarın ləğv edilərək cinayət işinin yenidən baxılması üçün apellasiya baxışına göndərilməsi fonunda apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə verəcəyi qərar faktiki olaraq təkrarən eyni nəticəyə gəlinməsi ilə yekunlaşacaqdır. Bu səbəbdən də kassasiya məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassa siya protestinin bu barədə dəlillərini və həmin dəlillərin təmin edilməsi nəticəsində yaranacaq vəziyyəti formal xarakterli hesab edərək, apellyasiya məhkəməsinin müvafiq qərarını ləğv edilib işin təkrar baxışa təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Odur ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5 avqust 2024-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-577/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-577/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver