Məhkəmə qərarları › İş №1(102)-578/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-578/2019

27.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-578/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 12 noyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Z.B.Qasımov (sədrlik edən və məruzəçi), F.N.Mahmudov və S.Ə.Əzizovdan ibarət tərkibdə) 12 noyabr 2018-ci il tarixli hökmü ilə 24 may 1992-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Parakənd kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamış; Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə 15 (on beş) il müddətə, CM-in 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddət ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 02 may 2017-ci il tarixdən 04 may 2017-ci il tarixədək müddətdə faktiki azadlığı məhdudlaşdırılmaqla müvəqqəti saxlama yerində saxlandığı 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 16 (on altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 10 may 2017-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X17 də təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişd ir ona görə ki, o, 01 may 2017-ci il tarixdə saat 23 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində tanışı X17 ilə birlikdə idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, "xxxx" adlanan dükanın yanında hərəkətdə olarkən yolun hərəkət hissəsində olan maneədən yayınmaq üçün avtomobili yolun sağ tərəfinə çəkməsinə görə eyni istiqamətdə hərəkətdə olan həmin qəsəbədə yaşayan X8 idarə etdiyi **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı, Nissan «X-Trail» markalı avtomobilin hərəkətinə maneçilik törətmiş, hərəkətinə davam edib Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsindəki «xxxx» adlanan yerdə avtomaşının yanacağı qurtardığından dayanıb avtomobildən düşərək yanacaq dolduran zaman arxadan gələn X7nin idarə etdiyi avtomobillə yaxınlaşa raq avtomobildən enmədən ona avtomobili təhlükəli idarə edib qəza şəraiti yaratması barədə iradını bildirməsi səbəbindən onların arasında sözlü mübahisə yaranmış, X8 və hər iki avtomobildə olan digər şəxslər avtomaşınlardan düşərək mübahisənin daha da böyüməsinin qarşısını almaq üçün onu və X7ni kənara çəkmiş, gərginləşən mübahisə əsnasında X7nin yol hərəkəti qaydalarını pozması və baş vermiş hadisə barədə polisə müraciət edəcəyini bildirdikdən sonra X17 başlanmış sözlü mübahisəyə müdaxilə edərək zəng etmək istəyən X7yə yaxınlaşıb onunla birlikdə bir qrup şəxs halında ictimai yer olmaqla ətrafda yaşayış evlərinin olduğu ərazidə çoxsaylı vətəndaşların istirahət etməsinə, habelə ətraf evlərdə yaşayan və onların qanuna zidd hərəkətlərini müşahidə edən sakinlərə məhəl qoymayaraq, insanlar aras ında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri edərkən X7 əli ilə X8 sifət nahiyəsinə sillə vurub fiziki ağrı yetirməklə sonuncunun əlində olan mobil telefon cihazını yerə salmış, bundan sonra o, X7in mübahisənin başlanğıcında bildirdiyi irad məzmununda sözlərini özünün və dostlarının ünvanına deyilmiş təhqir kimi qiymətləndirib bunu bəhanə edərək öz şəxsiyyətini X7in və digər şəxslərin şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan X8la birlikdə xuliqanlıq hərəkətlərini davam etdirərək X8i qəsdən öldürmək məqs ədilə üzərinə hücum edib sonuncunun sifət nahiyəsinə sarsıdıcı yumruq zərbələri endirməklə ona sağ almacıq nahiyəsində yerləşən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sıyrıq kimi xəsarət yetirməklə müqavimətini qıraraq özünü müdafiə etmə imkanını aradan qaldırmış, X7 X8i qəsdən öldürməkdən ibarət niyyətini həyata keçirməsinə şərait yaratdığını dərk edib bunu X4 edərək X8 həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak etməklə X7ni onun hərəkətlərindən daha da cəsarətlənməsinə səbəb olmuş, nəticədə hadisə zamanı X7 onun birgə iştirakı ilə X12 qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab olunmayan, təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə sonuncunun ölümünə səbəb olan döş qəfəsinin sol yarısının arxa səthi nin daxilinə keçən sol ağ ciyərin zədələnməsi ilə müşayiət olunan 1 ədəd kəsilmiş-deşilmiş yara xəsarəti, sağ bel nahiyəsində yerləşib qarın boşluğunun zədələnməsi ilə müşayiət olunan 1 ədəd, cəmi 2 ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin arxa səthində solda yerləşən 2 ədəd, döş qəfəsinin arxa səthində sağda yerləşən 3 ədəd, sağ bazu nahiyəsinin arxa səthində yerləşən 1 ədəd cəmi 6 ədəd olmaqla ümumilikdə isə 8 ədəd xəsarət yetirərək bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə X8i qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bununla da, o, X17 ilə birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edi lən qərəzli xuliqanlıq hərəkətləri etmiş, habelə X17 ilə birlikdə bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.G.Abdullayev (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) 12 noyabr 2018-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum, məhkumun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X11in apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2018-ci il tarixli qə rarı Məhkum aid hissədə ləğv edilsi, Məhkum CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə bəraət verici əsaslarla xitam verilsin və CM-in 221.2.1-ci maddəsi ilə aşağı həddə cəza təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumun müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkum Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə verilmiş ittiham hökmdən xaric edilməlidir. Belə ki, iş materiallarında olan ifadələrdən, sənədlərdən, ekspert rəylərindən də göründüyü kimi Məhkum və X8in vahid niyyətinin olması və cinayətin motivi üzrə birgə çıxış etməsi təkzib edilir. Məhkəmə iş üzrə əsl həqiqəti müəyyən etməsinə və hadisənin baş vermə mexanizmini və Məhkum ibtidai istintaq dan Gəncə Apellyasiya Məhkəməsinə qədər ifadələrində X8in mərhumu bıçaqla vuran zaman görməməsi işdə olan sənədlərdən və ekspert rəylər ilə o, cümlədən şahid ifadələri ilə bir daha təsdiq edilməsinə baxmayaraq məhkəmənin Məhkum X8lə birgə icraçı kimi və vahid niyyətlə, vahid məqsədlə hərəkət etməsi təkzib edilir. O, cümlədən məhkəmə apellyasiya icraatı zamanı iş üzrə dindirilmiş şahidlər X3, X6 ifadələrinin əsl həqiqəti əks etdirməsinə baxmayaraq ifadələri düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası həmçinin X5ın dindirilməsini təmin etsə də apellyasiya icraatı zamanı onun məcburi gətirilməsi ilə bağlı bütün imkanlarından istifadə etməmişdir. Belə ki, X5in orta məktəbdə işləməsi bildirilsə də məhkəmə bunu nəzərə almamışdır. Beləliklə, müdafiə tərəfi olaraq qeyd edilən halları nəzərə a laraq haqlı olaraq belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən X13 məhkəmə tərəfindən CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı təsdiq olunmadığından və təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübutlar toplanılmadığından, bununla da ona həmin cinayətin törədilməsinə hər hansı bir aidiyyətinin olması məhkəmə istintaqı zamanı təsdiq olunmadığından ona həmin maddələrlə çıxarılmış ittiham hökmü ləğv olunmalı və CPM-nin 42.1.3, 42.1.4, 42.2.3 və 42.2.4 maddələrinə əsasən ona bəraət verilməlidirvə bəraət verilməsi üçün kifayət qədər əsaslar da mövcuddur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkumun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiy ası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İşdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində özünü tə qsirli bilməsə də, onun cinayət əməlləri törətməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş və iş materiallarında olan özünün, iş üzrə digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizasının rəyi ilə, maddi sübutlarla və iş üzrə toplanmış digər sənədlərlə təsdiq olunur. Məhkum ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində göstərmişdir ki, o, X5in onun var-yoxunu söyməyini eşitdikdə çox əsəbiləşmiş, avtomobilin arxası ilə qaça-qaça gedib X5ə yumruq vurmuşdur. X5lə dalaşa-dalaşa avtomobilin qabağına gəlmiş və o, X5lə dalaşanda X4 daəonu yumruqlamışdır. Hadisə vaxtı X5«məni vurdular, məni vurdular!»-deyə qışqırmış, küçədə dava etdiklərindən səs-küyə evlərdə yaşayanlar bayı ra çıxmışdır. Məhkum ifadələri arasındakı ziddiyyətlər araşdırılarkən suallara cavab olaraq göstərdi ki, o nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmədə işə baxılarkən verdiyi ifadəsində X5in onun var-yoxunu söyməyini eşidib çox əsəbiləşdiyindən, avtomobilin arxası ilə qaça-qaça gedib X5ə yumruq vurması, X5lə dalaşa-dalaşa avtomobilin qabağına gəlmələri, X5lə dalaşanda X4ün da onu yumruqlaması və eləcə də hadisə vaxtı X5in «məni vurdular, məni vurdular!»-deyə qışqırması barədə ifadə verməmişdir. Hadisə zamanı X4nun X5i bıçaqla vurmasını görməmiş, bu barədə X4 maşında ona X5i bıçaqla vurmasını deyəndən sonra bilmişdir. O, X7i öldürmək məqsədilə X8la əlbir olmamışdır. Cinayət işində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 02.05.2017-ci il tarixli tibbi müayi nə protokolundan görünür ki, həmin tarixdə X17 və Məhkum yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşlar. Cinayət işində olan könüllü olaraq özünü istintaq orqanına təqdim etmə haqqında 02.05.2017-ci il tarixli protokoldan görünür ki, Məhkum həmin tarixdə saat 00:30 radələrində Gəncə şəhər Kəpəz RPİ-yə gedərək 01.05.2017-ci il tarixdə Gəncə şəhəri Məshəti qəsəbəsində tanımadığı bir nəfər şəxsi bıçaqla vurduğunu deyərək könüllü təslim olmuş və cinayətdə istifadə etdiyi bıçağı təqdim etmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 14.05.2017-ci il tarixli, 20 saylı rəyindən görünür ki, mərhum X8 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa-betadır. X6 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu A(İİ) Rh+dir. Məhkum şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu O(İ) Rh+dir. X9 şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş kserosurətinə əsasən onun qan qrupu A(ll)-dır. X3 şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş kserosurətinə əsasən onun qan qrupu (C)(İ)-dır. X5 şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş kserosurətinə əsasən onun qan qrupu O (İ)-dır. Təqdim olunmuş hadisə yerindən pambıq tampona hopdurularaq götürülmüş 8 ədəd nümunələr üzərindəki ləkələr qandır, insan qanıdır, ABO sistemi üzrə qrup göstəricisi 0(İ) alfa-beta olduğundan mərhum X14 və ya Məhkum, X4, X7 məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçaq üzərindəki ləkələr qandır, insan qanıdır, ABO sistemi üzrə qrup göstəricisi 0(İ) alfa-beta olduğundan mərhum X15 və ya Məhkum, X4, X7 məxsus ola bilər. Təqdim olunmuş şahid X7 məxsus bir ədəd cins şalvar üzərindəki lək ələr qandır, insan qanıdır, ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X15 və ya Məhkum, X4 və özünə məxsus ola bilər. Təqdim olunmuş şahid X7 məxsus bir ədəd uzunqol jaket, bır ədəd idman gödəkcəsi, bir cüt ayaqqabı üzərində qanabənzər şübhəli ləkə aşkar olunmadığından müayinə edilməmişdir. Təqdim olunmuş X10 məxsus sağ tay ayaqqabı üzərindəki ləkələr qandır, insan qanıdır. ABO sistemi üzrə qrup göstəricisi 0(İ) alfa-beta olduğundan mərhum X15 və ya Məhkum, X4, X7 məxsus ola bilər. Təqdim olunmuş X10 məxsus bir ədəd köynək, bir ədəd cins şalvar, bir ədəd gödəkcə üzərində qana şübhəli ləkə aşkar olunmadığından müayinə edilməmişdir. Təqdim olunmuş şahid X16 məxsus bir ədəd cins şalvar üzərindəki ləkələr qandır, insan qanıdır. ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X15 və ya Məhkum, X4, X7 məxsus ola bilər. Təqdim olunmuş şahid X16 məxsus bir ədəd köynək, bir cüt ayaqqabı üzərində qana şübhəli ləkə aşkar olunmadığından müayinə edilməmişdir. Təqdim olunmuş X4 məxsus paltarlar (bir ədəd gödəkcə, bır ədəd cins şalvar, bir ədəd uzunqol köynək, bir cüt kişi ayaqqabı) üzərində qana şübhəli ləkə aşkar olunmadığından müayinə edilməmişdir. Təqdim olunmuş təqsirləndirilən şəxs Məhkum məxsus sağ tay ayaqqabı, bir ədəd şalvar üzərindəki ləkələr qandır, insan qanıdır. ABO sistemi üzrə qrup göstəricisi 0 (1) alfa-beta olduğundan mərhum X15 və ya X4, X7 və özünə məxsus ola bilər. Təqdim olunmuş təqsirləndirilən şəxs Məhkuma məxsus uzunqol köynəyin üzərində qana şübhəli ləkə aşkar olunmadığından müayinə edilməmişdir. Təqdim olunmuş mərhum X15ə məxsus paltarlar (bir ədəd cins şalvar, bir ədəd gödəkcə, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd tursik, sağ tay corab, sağ tay ayaqqabı) üzərindəki ləkələr qandır, insan qanıdır, ABO sistemi üzrə qrup göstəricisi 0 (İ) alfa-beta olduğundan mərhumun özünə məxsus ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr yuxarıda qeyd edilmiş halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar, həmin sübutların şübhə altına alınması üçün işdə heç bir əsas yoxdur. Bundan başqa, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan əlavə, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayr ılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda qeyd edilən hall arı nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2018-ci il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.1 0.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2018-ci il tarixli qərarı Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar