Məhkəmə qərarları › İş №1(102)-578/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-578/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-578/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli (hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Abdullayev İlkin Qismət oğlu və Nəbiyev Cəlil Cabbar oğludan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1997-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, xxx qeydiyyatda olan və xxx Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 6 (altı) il müddətə a zadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökm üzrə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 sentyabr 2019-cu il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 da təsqirli bilinərək məhkum edilmişdir. Hökmdən Məhkum2, Məhkum1 və onun müdafiəçisi İsmayılov İlqar Vəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlunun sədrliyi və məruzəsilə, Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 07 may 2021-ci il tarixli qərarı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021ci il tarixli hökmü Məhkum1 və onun müdafiəçisi İsmayılov İlqar Vəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə Məhkum1 aid hissədə dəyişdirilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məh rumetmə cəzası 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yüngülləşdirilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökm üzrə təyin olunmuş 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-41/2021 saylı, 15 fevral 2021-ci il tarixli hökmü Məhkum1 və onun müdafiəçisi İsmayılov İlqar Vəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum2 tərəfindən ve rilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum1 və onun müdafiəçisi İsmayılov İlqar Vəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2021-ci il tarixli həmin qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə məhkəmə baxışı zamanı cinayət işi materiallarını araşdırarkən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Məhkum1 Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2021-ci il tarixli qərarından kassasiya şikayəti Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinə əsasən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması ilə verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən mə hkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. İş materiallarına əsasən müəyyən olunur ki, apellyasiya məhkəməsinin qərarı 07 may 2021-ci ildə qəbul olunsa da, 08 may 2021-ci il tarixində Məhkum1 təqdim olunması üçün göndərilsə də, həmin qərardan verilmiş 19 oktyabr 2022-ci il tarixində imzalanmış kassasiya şikayəti 04 noyabr 2022-ci ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş yəni təxminən 01 il (bir) 5 (beş) aydan sonra daxil olmuş, tərəf buraxılmış kassasiya şikayəti vermə müd dətinin bərpası üçün müraciət etməmiş, apellyasiya məhkəməsi isə qeyd edilən məsələyə heç bir münasibət bildirməmişdir. Halbuki, CPM-nin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Apellyasiya instansiyası m əhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti təmin etdikdə, bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayətini və ya kassasiya protestini cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-nin 418.3-cü maddəsinə əsasən kassasiya şikayətin i və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, göstərilənlərə əsasən, kassasiya kollegiyası hesab edir ki, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti CPM-nin 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 418.3-ci maddəsini rəhbər tutaraq məh kəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar