Məhkəmə qərarları › İş №1(102)-578/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-578/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-578/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs1 müdafiəç isi Müdafiəçi4 və Məhkum1 özü tərəfindən verilmiş kassasiya şikayətləri üzrə iş materiallarını nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli hökmü ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə) 04 avqust 1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2020ci il tarixli, 1(004)-5/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il 6(altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 yanvar 2021- ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 1931.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 29, 202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməmiş, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 1(009)113/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 10(on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 dekabr 2020-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 1931.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 2 71.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 29, 202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməmiş, 22 avqust 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2- ci maddəsi ilə təqsirli bilinərək, 2(iki) il sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 aprel 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 1931.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2 -ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim X7, hakimlər X5 və X2 ibarət məhkəmə tərkibi) məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi5 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1, 1931.3.1, 193-1.3.2, 29,271.2.1, 29,271.2.2, 271.2.2, 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 29, 177.3.1 və 1 77.3.1-ci maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 29, 271.2.1, 29,271.2.2 və 271.2.2-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum1 həmin maddələrlə cəza təyin edilməmişdir. Təyin olunmuş əsas və əlavə cəzaları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Məhkum1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazı rki hökmlə təyin olunan cəza ilə qismən toplanılmaq yolu ilə Məhkum1 qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Elan olunmuş ittiham üzrə Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 272.2.1, 29,272.2.2 və 272.2.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 29,272.2.1, 29,272.2.2 və 272.2.2-ci maddələri ilə ona bəraət verilmişdir. Məhkum1 barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmü ilə cəza çəkməsi və hazırda həbsdə olması nəzərə alınaraq cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2017-c i il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum1 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1-ci maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 29, 271.2.1, 29, 271.2.2, 271.2.2-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunsun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum2 həmin maddələrlə cəza təyin edilməməsi, Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1, 1931.3.1, 193-1.3.2, 29,271.2.1, 29,271.2.2 və 271.2.2-ci maddələri ilə təyin olunmuş əsas və əlavə cəzaları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 cina yətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, elan olunmuş ittiham üzrə Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 272.2.1, 29, 272.2.2 və 272.2.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 29, 272.2.1, 29, 272.2.2 və 272.2.2-ci maddələri ilə ona bəraət verilməsi, Məhkum2 cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum2 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 1931.3.2, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 202.1, 202.1, 320.1 və 320.2- ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 29, 177.3.1 və 177.3.1-ci maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 29, 271.2.1, 29, 271.2.2 və 271.2.2-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzala rına məhkum olunması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 həmin maddələrlə cəza təyin edilməməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29,271.2.1, 29,271.2.2 və 271.2.2-ci maddələri ilə təyin olunan əsas və əlavə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 272.2.1, 29, 272.2.2 və 272.2.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 29, 272.2.1, 29, 272.2.2 və 272.2.2-ci maddələri ilə ona bəraət verilməsi, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2020-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il hökmündən məhkum edilmiş şəxslər Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 və Məhkum1 özü tərəfindən kassas iya şikayətləri vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırarkən müəyyən etmişdir ki, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkum olunmuş hər üç şəxslə C.Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs1la kassasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunması üçün müqavilə bağlamış və bu barədə vəkil orderləri təqdim etmişdir. Cinayət Prosessual Məcəlləsinin 92.10-cu maddəsinə əsasən müdafiəçiyə aşağıdakılar qadağan olunur: 1. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüqu qlarının həyata keçirilməsinə mane olmaq; 2. yeni cinayətin hazırlanması və ya törədilməsi barədə məlumat alınması, habelə müdafiəni lazımi qaydada həyata keçirməməsinə görə vəkilin məsuliyyət məsələsi həll edilərkən müdafiə olunan şəxsin dəlillərinin təkzib edilməsi halları istisna olmaqla, hüquqi yardım göstərilməsi ilə əlaqədar ona məlum olan məlumatlardan müdafiə etdiyi şəxsin qanuni mənafeyi ziddinə istifadə oluna bilərsə, onları yaymaq; 3. özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək, habelə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək; 4. başqa müdafiəçinin cinayət prosesində iştirakına və ya dəvət edilməsinə mane olmaq; İş materiallarına əsasən müəyyən olunur ki, Müda fiəçi4 məhkum olunmuş hər üç şəxs C.Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs1 barəsində kassasiya şikayəti vermiş, həmin təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olubolmaması, belə bir ziddiyyətin olduğu halda qanunvericiliyin müdafiəçinin onlardan ikisini və daha çoxunu müdafiə edə bilməsinə yol vermədiyi kimi məsələlər apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış və heç bir münasibət bildirilməmişdir. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsinin mümkünlüyü məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən so nra kassasiya şikayətini və ya kassasiya protestini cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Azərbaycan Respublikası CPM-nin 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, məhk əmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli hökmündən Müdafiəçi4 və məhkum X8 tərəfindən verilmiş kassasiya şikayətləri baxışdan çıxarılmalı və kassasiya şikayətlərinin mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs1 təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli hökmündən Müdafiəçi4 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri baxışından çıxarılsın və Azərbaycan Respublikası CPM-nin 411-ci maddəs inin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar