Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-579/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2, Məhkum, Müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Hüseynov Zaur Elbrus oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum və müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.Salmanov) xx xxxxxxx 1982-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-cimaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum müdafiəçiəsi Hüseynov Zaur Elbrus oğlu,zərərçəkmiş şəxs və mülki iddiaçı - “xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxstərəfindən verilmiş apellyasiya şikayətlərinəəsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.M.Murquzov, hakimlər Q.X.Babayev və H.Ç.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkumtəqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsiilə təyin olunmuş 08 (səkkiz) il müddətinəazadlıqdan məhrum etmə cəzası 06 (altı) il müddətinəazadlıqdan məhrum etmə cəzasına endirilmiş, Məhkum tərəfindənzərərçəkmiş şəxs və mülki iddiaçı - “xxxx" Açıq Səhmdar Cəmiyyətinə vurulmuş ziyanın 10.000 (on min) manat məbləğində hissəsinin ödənilməsi nəzərə alınmış, zərərçəkmiş şəxs və mülki iddiaçı - “xxxx"Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mülki iddiahissəsində təmin edilmiş və Məhkumcəmi 250.778,95 manatməbləğində pul alınaraq mülki iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Hökmqalan hissədə dəyişdirilmədənsaxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya p rotesti, Məhkum və müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə və zərərçəkmiş hüquqi şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, Məhkumtamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını 2013-cü ilin fevral ayından sentyabr ayınadək müddət ərzində ələ keçirmə məqsədilə tanışı X1 ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxx 2013-cü il tarixli avtomobil krediti və girov\ipoteka müqaviləsi il ə “xxxx” ASC tərəfindən X3 “Hyundai Santafe” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə milli məzənnə ilə 26256,27 manat təşkil edən 33456 ABŞ dolları kredit verilməsinə, kreditin təminatı kimi həmin avtomobilin bankın ipotekasına qoyulmasına, sonuncunun banka valyuta məzənnəsi ilə 50291,12 manat təşkil edən 29.758,06 ABŞ dolları əsas və milli məzənnə ilə 2939,36 manat təşkil edən 1.739,27 ABŞ dolları faiz borcu olduğu halda istifadə etmək məqsədilə X3 banka olan kredit borcunu tam ödəməsi barədə rəsmi sənəd olan «xxxx» ASC-nin Müştəri Xidmətləri Departamentinin direktoru X6 adından Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsinə ünvanlanmış xx xxxx 2013-cü il tarixli 057/19-MXD nömrəli xx.xx.2013-cü il tarixli avtomobil krediti və girov\ipo teka müqaviləsi ilə «xxxx» ASC tərəfindən X4 «Kia Optima» markalı ** RO *** dövlət nömrə nişanlı avtomobilin alınması üçün 25.075 manat kredit verilməsinə, kreditin təminatı kimi həmin avtomobilin bank ipotekasına qoyulmasına, sonuncunun banka 21.724,85 manat əsas, 7.397,45 manat faiz və 103,22 manat cərimə borcu olduğu halda, istifadə etmək məqsədi ilə X4 banka olan kredit borcunu tam ödəməsi barədə rəsmi sənəd olan bankın Müştəri Xidmətləri Departamentinin direktoru X5 adından DİN-nin Baş Dövlət Yol polisi idarəsinə ünvanlanmış xx xxxxx 2013-cü il tarixli 057/19MXD nömrəli xx.xx.2013-cü ıl tarixli avtomobil krediti və girov\ipoteka müqaviləsi ilə bank tərəfindən X6 «Kia Optima» markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədilə 25.075 manat kredit verilməsinə və kreditin təminatı kimi həmin avtomobilin bankın ipotekasına qoyulmasına, sonuncunun banka 22.842,51 manat əsas, 507,13 manat faiz və 317,67 manat cərimə borcu olduğu halda, istifadə etmək məqsədilə X7 kredit borcunu tam ödəməsi barədə rəsmi sənəd olan bankın Müştəri Xidmətləri Departamentinin direktoru X5 adından Baş Dövlət yol polis idarəsinə ünvanlanmış xx xxxxx 2013-cü il tarixli 061/ 19-MXD nömrəli xx.xx.2013-cü il tarixli avtomobil krediti və girov\ipoteka müqaviləsi ilə «xxxx» ASC tərəfindən X8 «Kia Optima» markalı **-VM-*** dövlət nömrə nişanlı avtomobilin alınması məqsədilə 22.780 manat kredit verilməsinə, kreditin təminatı kimi həmin avtomobilin bankın ipotekasına qoyulmasına, sonuncunun banka 23435,43 manat əsas, 830,25 manat faiz və 491,32 manat cərimə borcu olduğu halda, istifa də etmək məqsədi ilə Cavid Məmmədovun banka olan kredit borcunu tam ödəməsi barədə rəsmi sənəd olan «xxxx» ASC-nin Müştəri Xidmətləri Departamentinin direktoru X5 adından Baş Dövlət yol polisi idarəsinə ünvanlanmış xx xxxx 2013-cü il tarixli 061/19-MXD nömrəli xx xxxxxx 2012-ci il tarixli avtomobil krediti və girov\ipoteka müqaviləsi ilə; «xxxx» ASC tərəfindən X8 «Hyundai Qranduerr» markalı ** VJ *** dövlət nömrə nişanlı avtomobilin alınması məqsədilə 23705 manat kredit verilməsinə, kreditin təminatı kimi avtomobilin bankın ipotekasına qoyulmasına, sonuncunun banka 19.803,51 manat əsas və 3.960,56 manat faiz borcu olduğu halda, istifadə etmək məqsədi ilə Vəli İsgəndərovun banka olan kredit borcunu tam ödəməsinə dair rəsmi sənəd olan bankın Müştəri Xidmətləri Departamentin direktoru X5 adın dan Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx xxxx 2013-cü il tarixli 061/ 19-MXD nömrəli xx.xx.2012-ci il tarixli avtomobil krediti və girov\ipoteka müqaviləsi ilə; «xxxx» ASC tərəfindən X9 «Kia Optima» markalı ** VE *** dövlət nömrə nişanlı avtomobilin alınması məqsədilə 22.780 manat kredit verilməsinə, kreditin təminatı kimi həmin avtomobilin bankın ipotekasına qoyulmasına, sonuncunun banka 19205,42 manat əsas, 607,69 manat faiz və 233,08 manat cərimə borcu olduğu halda, istifadə etmək məqsədilə X9 banka olan kredit borcunu tam ödəməsi barədə rəsmi sənəd olan «xxxx» ASC-nin Müştəri Xidmətləri Departamentinin direktoru X5 adından Baş Dövlət yol Polisi idarəsinə ünvanlanmış xx xxxx 2013-cü il tarixli 061/19-MXD nömrəli xx.xx.2013-cü il tarixli avtomobil krediti və girov\ipoteka müqav iləsi ilə; «xxxx» ASC tərəfindən X10 «Kia Sorento» markalı ** VN *** dövlət nömrə nişanlı avtomobil alınması məqsədilə 22.300 manat kredit verilməsinə, kreditin təminatı kimi avtomobilin bankın ipotekasına qoyulmasına, sonuncunun banka 21558,21 manat əsas, 754,60 manat faiz və 85,12 manat cərimə borcu olduğu halda, istifadə etmək üçün X10 banka olan kredit borcunu tam ödəməsinə dair rəsmi sənəd olan bankın Müştəri Xidmətləri Departamentin direktoru X5 adından Baş Dövlət yol polisi idarəsinə ünvanlanmış xx xxxx 2013-cü il tarixli 061/ 19-MD nömrəli xx.xx.2012-ci il tarixli avtomobil krediti və girov\ipoteka müqaviləsi ilə; «xxxx» ASC tərəfindən X11 «Hyundai Qranduer» markalı ** RR *** dövlət nömrə nişanlı avtomobilin alınması məqsədilə 22878 manat kredit verilməsinə, kreditin təminatı kimi həmin avtomobilin bankın ipotekasına qoyulmasına, sonuncunun banka 11.126, 53 manat əsas borcu olduğu halda, istifadə etmək məqsədi ilə Babək Məmmədovun banka olan kredit borcunu tam ödəməsi barədə rəsmi sənəd olan bankın Müştəri Xidmətləri Departamentin direktoru X5 adından Baş Dövlət yol polisi idarəsinə ünvanlanmış xx xxxx 2013-cü il tarixli 061/19-MXD saylı xx.xx.2013-cü il tarixli avtomobil krediti və girov\ipoteka müqaviləsi ilə: (“xxxx” ASC tərəfindən X12 «Kia Optima» markalı **-E *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədilə 25075 manat kredit verilməsinə, kreditin təminatı kimi həmin avtomobilin bankın ipotekasına qoyulmasına, sonuncunun banka 22.314,03 manat əsas və 891,94 manat faiz borcu olduğu halda, istifadə etmək məqsədilə X12 banka olan kredit borcunu tam öd əməsi barədə rəsmi sənəd olan bankın Müştəri Xidmətləri Departamentinin direktoru X5 adından Baş Dövlət yol polis idarəsinə ünvanlanmış xx xxxx 2013-cü il tarixli 061/19-MXD saylı xx.xx.2012-ci il tarixli avtomobil krediti və girov\ipoteka müqaviləsi ilə; «xxxx» ASC tərəfindən X13 “Hyundai Qranduerr» markalı ** NX *** dövlət nömrə nişanlı avtomobilin alınması məqsədi ilə 25.900 manat kredit verilməsinə, kreditin təminatı kimi həmin avtomobilin bankın ipotekasına qoyulmasına, sonuncunun banka 8431,20 manat əsas borcu olduğu halda istifadə etmək üçün X13 banka olan kredit borcunu tam ödəməsi barədə rəsmi sənəd olan bankın Müştəri Xidmətləri Departamentinin direktoru X5 adından Baş Dövlət yol polis idarəsinə ünvanlanmış xx xxxx 2013-cü il tarixli 061/19-MXD saylı xx.xx.2012-ci il tarixli avto mobil krediti və girov\ipoteka müqaviləsi ilə; «xxxx» ASC tərəfindən X14 «Jeep Grand Cherooke» markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün 26.600 manat kredit verilməsinə, kreditin təminatı kimi həmin avtomobilin bankın ipotekasına qoyulmasına, sonuncunun banka 22.007,69 manat əsas və 270,36 manat faiz borcu olduğu halda, istifadə etmək məqsədi ilə X14 banka olan kredit borcunu tam ödəməsinə dair rəsmi sənəd olan bankın Müştəri Xidmətləri Departamentinin direktoru X5 adından Baş Dövlət yol polisi idarəsinə ünvanlanmış x xxxxxx 2013-cü il tarixli 068/19-MXD saylı xx.xx.2012-ci il tarixli avtomobil krediti və girov\ipoteka müqaviləsi ilə; «xxxx» ASC tərəfindən X15 «Hyundai Sonata» markalı ** VA *** dövlət nömrə nişanlı avtomobilin alınması məqsədilə 22.015 manat kred it verilməsinə və kreditin təminatı kimi həmin avtomobilin bankın ipotekasına qoyulmasına, sonuncunun banka 18038,43 manat əsas, 528.24 manat faiz və 175,05 manat cərimə borcu olduğu halda, istifadə etmək məqsədilə X15 banka olan kredit borcunu tam ödəməsi barədə bankın Müştəri Xidmətləri Departamentin direktoru X5 adından Baş Dövlət yol polis idarəsinə ünvanlanmış xx xxxxxx 2013-cü il tarixli 061/19-MXD saylı rəsmi hüquq verən sənəd olan məktubların surətini «xxxx» ASC-yə aid blanklarda xüsusi kompüter proqramının təminatından istifadə edib axınlı printer vasitəsilə çap etdirib məzmunlarına kredit borclarının tam ödənilməsi barədə göstərilənlərdən ibarət yalan məlumatlar daxil edib saxta möhür və imza ilə təsdiq etdirməklə X5 xəbəri olmadan istintaqla şəxsiyyətinin müəyyənləşdirilməsi müm kün olmayan şəxsə saxtalaşdırdırıb qanunsuz hazırlatdıraraq əldə etmiş və saxta olduğunu bilə-bilə göstərilən saxta sənədləri ünvan ünvanda yerləşən DİN- n Baş Dövlət yol polis idarəsinin inzibati binasında Dövlət yol polisi əməkdaşlarına təqdim edib istifadə edərək göstərilən avtomobilləri bankın girovundan çıxartmağa nail olaraq həmin inzibati binada aparılmış sənədləşmə yolu ilə avtomobilləri digər şəxslərə sataraq etibardan sui-istifadə etmə və aldatmaqla ümumilikdə 260.778,95 manatdəyərində özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib satdıqları avtomobillərdən əldə etdikləri pulları X1 ilə aralarında bölüşdürməklə zərərçəkmiş hüquqi şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 260.778,95 manatməbləğdə külli miqdardaziyan vurmaqla dələduzluqetmişdir. KASSASİYA PROTESTİNİN VƏ ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirməklə Məhkum yüngüllüyünə görə aşkar surətdə ədalətsiz cəza təyin etmişdir. Məhkum təyin edilmiş cəza CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan sosial ədalətin bərpası, məhkumun islah edilməsi, ümumi və xüsusi xəbərdaredici məqsədləri təmin etməməklə yanaşı qanunun məqsədlərinə xidmət etmir. Qərarla Məhkum cəzası dəyişdirilərkən CM-nin 8, 58.3 və 59-cu maddələri üzrə qanunun normaları düzgün tətbiq ed ilməmiş, təyin edilən cəza Məhkum tərəfindən törədilmiş cinayətin xarakterinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, cinayət əməlinin törədilməsi şəraiti və hallarına uyğun deyil, habelə, onun islah olunması üçün təsir potensialı yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilən cəzanın ədalətliliyi qiymətləndirilərkən, törətdiyi cinayət əməlini etiraf etməməsi, cinayətin çoxepizodlu olması, hər bir epizodda fəal iştirakı, törədilmiş cinayət nəticəsində zərərçəkmiş - hüquqi şəxs olan «xxxx» ASC-nə külli miqdarda - 260.778,95 manat məbləğdə ziyan vurulması, vurulmuş ziyanın cüzi miqdarda (10.000 manat) ödəməsi, qalan məbləğlə bağlı ödəmə üçün heç bir cəhd edilməməsi, zərərçəkmiş şəxsin maddi ziyanın ödənilməsi tələbinin olması kimi xüsusatlar nəzə rə alınmamış və bunun nəticəsi olaraq Məhkum yüngüllüyünə görə açıqaşkar ədalətsiz cəza təyin edilmişdir. İş materiallarından görünür ki, törədilmiş cinayət ağır cinayətlər kateqoriyasına aid olmaqla qəsdən törədilmişdir və cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, Məhkum törətdiyi cinayətlə Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət münasibətlərinə qəsd etmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən qeyd olunan halları nəzərə almamış və obyektiv qiymətləndirməmiş, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin endirilməsinin mümkün olmasının motivlərini qərarda əsaslandırmamışdır. Məhkəmə kollegiyasının nəzərə aldığı digər cəzanı yüngülləşdirən hallara gəldikdə, həmin hallar CM-nin 59-cu maddəsində nəzərdə tutulma dığı halda, onların cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasının motivləri qərarda əsaslandırılmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkumun müdafiəçisi Z.E.Hüseynov tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyasıtərəfindən məhkəmə araşdırmasında Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq Məhkum barədə ittihamın əsasına qəbul edilmiş sübut lar hərtərəfli, tam və obyektiv yoxlanılmamış, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi prinsiplərinə əməl edilmədiyinə görə Məhkum qanunla qorunan hüquq və azadlıqları kobud surətdə pozularaq qanunsuz və əsassız olaraq ittiham olunaraq cinayət təqibinə məruz qalıb məhkum olunmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə çəkişməsi bir ildən çox müddətdə davam etsə də, çəkişməsi qanunsuz və ədalətsiz aparılmış, qərəzli olaraq ona ittihamedici mövqe tutulmuşdur. Apellyasiya instansiya mərhələsində isə birinci instansiya məhkəməsində vəsatətlər verilərək birinci instansiyada baş vermiş nöqsanların aradan qaldırılması xahiş edilsə də, vəsatətlər təmin edilmədən, hətta heç bir sübut olmadan mülki iddia belə təmin edilərək ədalətsiz qərar qəbul edilmişdir. Əvvəla məhkəmə akt larının ədalətsiz və qanunsuz olduğu onunməzmunundan görünür. Belə ki, hökmün təsviri hissədə Məhkum özünü təqsirli bilməməsi və bu əməli törətməməsi barədə ifadəsi, daha sonra şahidlərin Məhkum tanımadıqlarını və onları aldatmadıqları barədə ifadələri, əsaslandırıcı hissəsində isə heç bir sübutlara, faktlara əsaslanmadan sadəcə Məhkum məhkəmə tərəfindən təqsirli hesab edilməsi barədə qanunsuz və əsassız qənaətə gəməsi barədə fikirlər öz əksini tapmışdır. Apellyasiya instansiya məhkəməsi isə bu hökmü təkrarlamaqla hökmü qərarına köçürmüşdür. Belə ki, Məhkum ona elan olunmuş cinayəti törətməkdə özünü təqsirli bilməmiş, bu hadisədə onun heç bir günahının olmadığını dəfələrlə bildirsədə, məhkəmədə onun sözlərinə heç bir əhəmiyyət verilmədən, əslində şahid kimi dindirilən şəxslərin ifadələrinə heç bir məhəl qoymadan qərəzli olaraq onların bu ifadələri nəzərə alınmamış, Məhkum özünün cinayəti törətməməsi barədə ifadəsini isə əsassız olaraq məsuliyyətdən yayınmağa cəhd etmə halı kimi qiymətləndirilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv edib cinayətin törədilməsinə aidiyyatı olmadığından onun barəsində cinayət işinə bəraətverici əsaslara xitam verilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsindəki apellyasiya məhkəməsinin qərarı qeyri-obyektiv, qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarını pozmaqla çıxarılmışdır. Birinci instansiya məhkməsində məhkəmə baxışı zamanı təqsirsizliyinin sübut edilməsinə dair faktları məhkəməyə təq dim etmiş, məhkəmədə dindirilmiş şahidlər verdikləri ifadələrində onu ilk dəfə gördüklərini, onları aldatmadığını bildirmişlər. Onun “xxxx” ASC il heç bir əlaqəsi yoxdur. Odur ki, bankın onun barəsində şikayəti əsassızdır. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv etməklə ona bəraət verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək Məhkum yüngüllüyünə görə açıq-aşkar ədalətsiz cəza təyin edildiyini bildirib, kassasiya protestinin təmin olunmasını, Mə hkum müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu və Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Kassasiya məhkəmə baxışında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 çıxış edərək zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nə dəymiş ziyanın çox hissəsinin ödənilmədiyini bildirib, kassasiya protestinin təmin olunmasını, Məhkum müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu və Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Kassasiya məhkəmə baxışında müdafiəçi Z.E.Hüseynov çıxış edərək, hüquqlarını müdafiə etdiyi Məhkum qarşı elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini, onun cinayət törətməməsi barədə ifadəsinin əsassız olaraq məsuliyyətdən yayınmağa cəhd etmə kimi qiymətləndirildiyini, məhkumun Sənan Hac ızadənin adından saxta arayışlar düzəltdiyini, bununla da avtomobilləri girovdan çıxarılması və satılması məqsədinin olduğunu, həmin əməllə də kimə qarşı dələduzluq edilməsi qeyri-müəyyən qaldığını, belə olan halda hansı dələduzluq cinayətinin törədildiyini, bu iş üzrə şahidlər ifadə verərək onların Məhkum tanımadığlarını bildirib, kassasiya protestinin təmin olunmamasını, kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu qərarını ləğv edərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum çıxış edərək, müdafiəçisinin mövqeyi ilə razı olduğunu, kassasiya protestinin təmin olunmamasını, kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu qərarını ləğv edərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məh kəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngüllüyünə görə açıq-aşkar ədalətsiz olduğu iddia edilir, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum və onun müdafiəçisi Z.E.Hüseynov tərəfindən verilmiş kassasiya şikayətlərində təqsirsiz olduğu halda məhkə mələr tərəfindən Məhkum barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilir, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini, məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlləri n Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispo zisiyası dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya protestinin təmin olunması, müdafiə tərəfinin kassasiya şikayətlərinin təmin olunmaması, məhkum və onun müdafiəçisinin kassasiya protestinin təmin olunmaması, müdafiə tərəfinin kassasiya şikayətlərinin isə təmin olunması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumu n müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həm in Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum və onun müdafiəçisinin ayrı-ayrılıqda vermiş olduğu kassasiya şikayətlərində Mə hkum əməlində cinayət tərkibinin əlamətlərinin olmaması, ona bəraət verilməli olduğu iddia edilir. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətlərinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, şəxsə bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər (xüsusilə şahidlərin ifadələrini təsdiq etməməsi barədə) məhkum həm Məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların, ağırlaşdırıcı əlamətin müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci mad dəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarında sübutlar, o cümlədən təqsirləndirilənin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, şahidlərin müxtəlif məzmunda verdikləri məlumatlar, ekspertiza rəyi və s. materiallar təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılm ası üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası həm də bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə olaraq cinayət əməli törətməsi, himayəsində iki azyaşlı uşağının olması, dəymiş ziyanın bir hissəsinin ödənilməsi), ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəx siyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təbiq edilir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində mümkünlüyünü dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsa slanmaqla məhkuma daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə isə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikli ksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum və müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum və müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətl ər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum və müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-579/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-579/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver