Məhkəmə qərarları › İş №1(102)-579/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-579/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-579/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Merim Beishekeyevanın nümayəndəsi Əfəndizadə Abdulla Hikmət oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Ra yon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim B.Ş.Məmmədov) 12 sentyabr 2017-ci il tarixli, 1(011)-281/2017 nömrəli qərarı ilə X6 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında verilmiş şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Qərardan xüsusi ittihamçı X1 nümayəndəsi Əfəndizadə Abdulla Hikmət oğlu tərəfindən apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsini və şikayət üzrə toplanmış materialların baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rizvan Səfərov (sədrlik edən və məruzəçi), Qail Məmmədov və Abid Abdinbəyovdan ibarət tərkibdə) 1(103)-1667/2017 nömrəli 22 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, xüsusi ittihamçının nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2020-ci il tarixli qərarından xüsusi ittihamçının nümayəndəsi Abdulla Əfəndizadə tərəfindən 12 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə qeyd olunan kassasiya şikayətini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına barədə vəsatəti Azərbaycan Respublikası CPM-in müddəalarına uyğun olaraq baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərmiş və materiallar 23 oktyabr 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin icraatına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Kamran Əkbərovdan ibarət tərkibdə) 1(103)1667/2017 nömrəli 19 noyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1667/2017 nömrəli 22 noyabr 2017-ci il tarixli qərarından xüsusi ittihamçı X2 nümayəndəsi Əfəndizadə Abdulla Hikmət oğlunun kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edil məmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarından narazı qalan xüsusi ittihamçının nümayəndəsi A.H.Əfəndizadə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1667/2017 nömrəli 19 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və müddətin bərpasına dair vəsatət təmin edilməklə işin mahiyyəti üzrə kassasiya kollegiyasında baxılmasına dair qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini xüsusi ittihamçının nümayəndəsi Abdulla Əfəndizadə onunla əsaslandırır ki, apelyasiya instansiya məhkəməsinin qərarını qanunsuz və əsassızdır. Belə ki, uzun müddət apellyasiya məhkəməsinin çıxarılmış qərarı ala bilmədiyimdən, məhkəmənin iclasında iştirak etsə də, proses iştirakçısı kimi ondan izahat almadıqlarına, nümayə ndə kimi qəbul edilmədiyinə, ən əsası da qərarı elan edəcəyi günü hakimin sonradan bildirəcəyini dediyinə, qərarı elan etdiyi gün iştirak etmədiyinə görə məhkəmin hansı qərarının çıxdığı haqda məlumatı olmamışdır. Digər tərəfdən iş materiallarında guya xüsusi ittihamçı Merim Beishekeyevanın nümayəndəsi kimi ona da 25 oktyabr 2017-ci il tarixində çıxarılmış qərarının surəti göndərilmişdi. Lakin diqqətlə fikir verdikdə həmin məktubun sifarişli və ya sifarişlixəbərnaməli məktubla göndərilməsi barədə heç bir sənəd yoxdur. Diqqətlə fikir verilsə məlum olur ki, hətta mənim tərfımdən hər hansi bir qəbzə imza etməyim haqda da sənəd yoxdur ki, növbəti məhkəmənin iclası barədə mənə xəbərdar edilib. Belə halda ya məktib göndərilməli idi ki, məhkəmənin növbəti iclası 21 noyabr 2017-c il tarixində keçi riləcək, ya da quxanda qeyd etdiyim kimi mən qəbzə imza etməli idi. Həmçinin iş materiallarının 1-ci Cildinin 134-cü və 135-ci vərəqində də guya o, 27 noyabr 2017-ci il tarixində keçirilmiş iclasında çıxış etmişəm. Həmçinin həmin günü heç bir qəbzə imza atmamışam ki, 22 noyabr 2017-c il tarixində qərarın elan olunacağı mənə xəbardar olunub. 22 noyabr 2017ci il protokolu ayrıca tərtib edilməyib, 21 noyabr 2017-ci il tarixli protokolun davamı kimi gedib, iş materiallarının 1-ci Cildinin 138-ci vərəqində də guya mənə çıxarılmış qərarın surəti göndərilib məktubla. Lakin məktubun sifarişli və ya sifarişli-xəbərnaməli məktubla göndərilməsi barədə heç bir sənəd yoxdur. Deməli bütün bunlar saxtadırlar. Hətta hakim olmuş Səfərov Rizvanın çıxarmış olduğu qərarında qoyduğu imzası ilə məktubdakı imzas ında çox fərqlər vardır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, proses iştirakçılarının çıxışlarını dinləyib, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1667/2017 nömrəli 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsin də nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.3-cü maddəsinə əsasən daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 (altı) ay müddətində (köhnə redaksiyada - 12 ay) müddətində verilir. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Qeyd edilməlidir ki, Qanun norması apellyasiya instansiyası məhkəməsinin qərarının tərəfə təqdim edilməsindən deyil, çıxarıldığı vaxtdan bir ay müddətində kassasiya şikayəti verilə bilməsinin mümkünlüyünü təsbit edir. Kassasiya şikayətinin başlıca dəlili zərərçəkmiş şəxsin onkoloji xəstə olması ilə əlaqədar xarici dövlətdə müalicə olması və bu kimi səbəblərdən məhkəmə qərarının vaxtında almaması kimi dəlilləri olmuşdur. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya k assasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər kassasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək i mkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin və vəsatətin dəlilləri təhlil edilib və münasibət bildirilmişdir. Həmçinin kassasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsini 22 noyabr 2017ci il tarixli məhkəmə prosesində xüsusi ittihamçı X2 etibarnamə üzrə nümayəndəsi Əfəndizadə Abdulla Hikmət oğlunun iştirak etmiş, qərar onun iştirakı ilə elan edilmiş, 27.11.2017-ci il tarixli müşayiətedici məktubla proses iştirakçılarına, eləcə də xüsusi ittihamçı X2 nümayəndəsi Əfəndizadə Abdulla Hikmət oğluna gönd ərilmişdir. Bundan əlavə həmin qərardan kassasiya şikayəti vermə qaydası izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir maneə olmadığını qərarda qeyd etmiş və xüsusi ittihamçının və ya onun nümayəndəsinin apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanu ni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsa sən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1667/2017 nömrəli 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar