Məhkəmə qərarları › İş №1(102)-579/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-579/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-579/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: X43 (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və X24 ibarət tərkibdə; Aytac Səfa qızı Əhmedlinin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X35 və Məhkum Əli salam oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 1(055)01/2020 saylı hökmü ilə (hakim X40) xx xxx 1981-ci il tarixdə Saatlı rayonunun Afan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, məhkum olunmamış, Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyən, Saatlı rayonunun Yeni Novruzlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsini n 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə 4000 (dörd min) manat miqdarında cərimə, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 5000 (beş min) manat miqdarında cərimə cəzası saxlanılmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 79.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, vahid niyyətlə 15 sentyabr 2009-cu ildən etibarən Saatlı rayon Təhsil Şöbəsinin Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən dövlətin büdcə vəsaitinin talanması üçün istifadə edərək tamah niyyəti ilə, yəni qanunsuz pul əldə etmək məqsədi ilə rəsmi sənəd hesab edilən əmrlərə, dərəcələrinə müvafiq tədris olunan dərs saatlarına görə ödəniləcək əmək haqqının məbləğlərini müəyyən edən aylıq iş tabellərinə, tədris olunmamış fərdi və evdə təhsil dərslərinə, dərnək məşğələlərinə görə ayrı-ayrı müəllimlərin adlarına əmək haqqı hesablanıb köçürülməsinin təmin olunması üçün həmin dərslərin tədris edilməsi və dərnəklərin keçirilməsi haqqında bilə-bilə yalan məluma tlar daxil etməklə vəzifə saxtakarlığı edib Azərbaycan Respublikası Təhsil Nazirinin 29 may 2014-cü il tarixli, 645 saylı əmri ilə təsdiq olunmuş «Fərdi təhsilin təşkili haqqında Qaydalar»ın 2-ci bəndinə əsasən X12 məktəb üzrə verdiyi 09 sentyabr 2014-cü il tarixli, 42 saylı əmrlə fərdi təhsilə cəlb olunmasına baxmayaraq, 2015-2016-cı dərs ilində məktəbdə ona fərdi dərsləri tədris etməli olan X51 faktiki olaraq bu dərsləri tədris etmədiyi halda, onun tədris prosesində iştirakına dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, onun adına verilmiş plastik əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və Günel Əliyevanın öz kartı vasitəsilə bankomatdan çıxarıb nağdlaşdırmaqla, tələb inə əsasən ona verdiyi 713,18 manat pulu, eləcə də 20152016-cı dərs ilində F.N.Ağayevin fərdi təhsili ilə əlaqədar ödənilmiş əmək haqqına görə G.Ə.Əliyevanın plastik əmək haqqı bank kartına məzuniyyət puluna əlavə pul formasında köçürülməsini təmin etdiyi və onun kart vasitəsi ilə bankomatdan çıxarıb nağdlaşdırmaqla, tələbinə əsasən poçtla ona göndərdiyi 125,27 manat pulu, həmçinin 2016-cı ilin 28-31 avqust və 01-15 sentyabr tarixlərində növbəti dərs ilinə hazırlıq prosesində iştirak etmək üçün məktəbə gəlməyən G.Ə.Əliyevanın adına verilmiş plastik əmək haqqı bank kartını onun atası X25 alıb, hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, G.Ə.Əliyevanın adına verilmiş əmək haqqı bank kart ına köçürülməsini təmin etdiyi və həmin kartdan istifadə edərək bankomatdan çıxarıb nağdlaşdırdığı 332,98 manat pulu, habelə fərdi təhsilə cəlb edilmiş F.N.Ağayevə 2016-2017-ci dərs ilində bu dərsləri faktiki olaraq tədris etmədiyi halda, X36 tədris prosesində iştirak etməsinə dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, onun adına verilmiş plastik əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və Təranə Əliyevanın bankomat vasitəsi ilə çıxarıb nağdlaşdırmaqla tələbinə əsasən ona verdiyi 696,73 manat pulu, Azərbaycan Respublikası Təhsil nazirinin 10 may 2002-ci il tarixli, 77 saylı əmri ilə təsdiq edilmiş «Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin t əşkili qaydaları»na əsasən məktəb üzrə verdiyi 15 sentyabr 2016-cı il tarixli, 75/1 saylı əmrlə evdə təhsilə cəlb olunmuş X2 evdə dərsləri faktiki olaraq tədris etmədiyi halda, X36 tədris prosesində iştirak etməsinə dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, onun adına verilmiş plastik əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və Təranə Əliyevanın bankomat vasitəsi ilə çıxarıb nağdlaşdıraraq tələbinə əsasən ona verdiyi 158,39 manat pulu, Azərbaycan Respublikası Təhsil nazirinin 04 avqust 2017-ci il tarixli, 238 saylı əmri ilə təsdiq edilmiş «Ümumtəhsil məktəblərində dərnəklərin təşkili qaydası»na əsasən məktəbdə qabaqcadan planlandırılmış dərnək məşğələlərini faktiki ola raq keçmədiyi halda, X36 dərnəkləri keçməsinə dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, onun adına verilmiş əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və Təranə Əliyevanın bankomat vasitəsi ilə çıxarıb nağdlaşdırdığı 830,76 manat puldan tələbinə əsasən ona verdiyi 394,88 manat pulu, fərdi təhsilə cəlb edilmiş F.N.Ağayevə 2016-2017-ci dərs ilində bu dərsləri faktiki olaraq tədris etmədiyi halda, X5 tədris prosesində iştirak etməsinə dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə biləbilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, onun adına verilmiş plastik əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və İlqar Məmmədovun bankomat vasitəsi ilə çıxarıb nağdlaşdırmaqla tələbinə əsasən ona verdiyi 696,73 manat pulu, evdə təhsilə cəlb olunmuş D.Q.Allahyarlıya evdə dərsləri faktiki olaraq tədris etmədiyi halda, X5 tədris prosesində iştirak etməsinə dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, onun adına verilmiş plastik əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və İlqar Məmmədovun bankomat vasitəsi ilə çıxarıb nağdlaşdıraraq tələbinə əsasən ona verdiyi 340,09 manat pulu, fərdi təhsilə cəlb olunmuş F.N.Ağayevin fərdi təhsili və evdə təhsilə cəlb olunmuş D.Q.Allahyarlının evdə təhsili ilə əlaqədar ödənilmiş əmək haqqına görə İ.F.Məmmədovun plastik əmək haqqı bank kartına məzuniyyət pul una əlavə pul formasında köçürülməsini təmin etdiyi və onun kart vasitəsi ilə bankomatdan çıxarıb nağdlaşdırmaqla, tələbinə əsasən ona verdiyi 156,89 manat pulu, 2016-2017-ci dərs ilində evdə təhsilə cəlb olunmuş D.Q.Allahyarlıya bu dərsləri faktiki olaraq tədris etmədiyi halda, biologiya müəllimi X13 tədris prosesində iştirak etməsinə dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, bu şəxsin adına verilmiş plastik əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və Bahar Məmmədovanın bankomat vasitəsi ilə çıxarıb nağdlaşdırmaqla, tələbinə əsasən ona verdiyi 364,50 manat pulu, cəmi 3979,64 manat məbləğində dövlətin büdcə vəsatini, yəni özgə əmlakını qulluq mövqeyindən istifadə edərə k mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, 15 sentyabr 2009-cu ildən etibarən Saatlı rayonu, Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs, yəni X41 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sair şəxsi niyyətlə, yəni özünü yaxşı rəhbər kimi göstərib onun hörmətini qazanmaq üçün istifadə edərək və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatlarının» 5-ci bəndinin tələblərinə zidd olaraq məktəbin kimya-fizika laboratoriya otaqları müvafiq avadanlıqlarla təchiz edilmədiyi halda, rəsmi sənəd hesab edilən 15 sentyabr 2009-cu il tarixli, 1/48 saylı əmrə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib X26 inzibati xidmətedici heyətə aid olan fizika laborantı vəzifəsinə işə qəbul etdikdən sonra onun öz xidməti vəzifələrini yerinə yetirməsi üçün laboratoriyanın zəruri avadanlıqlara təchiz edilməsindən ötrü hər hansı tədbir görməmiş və gündəlik məktəbə gələrək xidməti vəzifəsinə aid olmayan işləri yerinə yetirən T.V.Abbasovanın adına verilmiş plastik əmək haqqı bank kartına 2009-2015-ci illərdə 7124,89 manat, 2016cı ildə 1489,00 manat, 2017-ci ildə 1583,33 manat və 2018-ci ilin sentyabr-noyabr aylarında 566,56 manat olmaqla, cəmi 10763,78 manat məbləğində pulun köçürülməsini, eləcə də, eyni qaydad a xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq tamah və sair şəxsi niyyətlə, yəni özünü məktəbin müəllimlərinə yaxşı rəhbər kimi göstərib onların hörmətini qazanmaq üçün istifadə edərək və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək, rəsmi sənəd hesab edilən dərəcələrinə müvafiq tədris olunan dərs saatlarına görə ödəniləcək əmək haqqının məbləğlərini müəyyən edən aylıq iş tabellərinə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib, Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə 22 iyun 2016-cı il tarixli, 427 saylı əmr ilə təsdiq olunmuş 2016-2017-ci dərs ili, 28 iyul 2017-ci il tarixli, 226 saylı əmr ilə təsdiq olunmuş 2017-2018-c i dərs ili və 20 iyul 2018-cı il tarixli, F-528 saylı əmr ilə təsdiq olunmuş 2018-2019-cu dərs ili üçün ümumitəhsil məktəblərinin tədris planlarının tələblərini pozub 2016-2017, 2017-2018-ci tədris illərində və 2018-ci ilin sentyabr ayından dekabr ayına qədər olan müddətdə həmin tədris planlarında nəzərdə tutulmuş dərsdənkənar və fakültativ məşğələ saatlarının müvafiq tədbirləri görməklə keçirilməsini təşkil etmədiyi halda, 2016/2017-ci dərs ilində məktəbdə ingilis dili müəllimi işləyən arvadı X14 adına verilmiş plastik əmək haqqı bank kartına 641,02 manat, həmçinin coğrafiya müəllimi işləyən X7 adına verilmiş plastik əmək haqqı bank kartına 730,28 manat, 2017/2018-ci dərs ilində ingilis dili müəllimi işləyən X8 adına verilmiş plastik əmək haqqı bank kartına 244,59 manat, ingilis dili mü əllimi işləyən X15 adına verilmiş plastik əmək haqqı bank kartına 185,44 manat, normativ sənədlərin tələblərinə müvafiq qaydada məktəbdə qabaqcadan planlaşdırılmış dərnək məşğələlərinin təşkili üçün üzərinə düşən vəzifələri yerinə yetirməklə, dərnəklərin keçirilməsini təmin etməyərək, 2016/2017-ci dərs ilində məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən X27 adına verilmiş plastik əmək haqqı bank kartına 435,88 manat, həmin dərs ilində ingilis dili müəllimi işləyən X14 adına verilmiş plastik əmək haqqı bank kartına 903,21 manat, 2017/2018-ci dərs ilində coğrafiya müəllimi işləyən X7 adına verilmiş plastik əmək haqqı bank kartına 927,52 manat, həmin dərs ilində ingilis dili müəllimi işləyən X14 adına verilmiş plastik əmək haqqı bank kartına 826,59 manat, 2018/2019-cu dərs ilində co ğrafiya müəllimi işləyən X7 adına verilmiş plastik əmək haqqı bank kartına 278,93 manat, həmin dərs ilində fiziki tərbiyə müəllimi işləyən X28 adına verilmiş plastik əmək haqqı bank kartına 226,21 manat, normativ sənədlərin tələblərinə müvafiq qaydada məktəbdə X12 məktəb üzrə verdiyi 09 sentyabr 2014-cü il tarixli, 42 saylı əmrlə fərdi təhsilə cəlb olunmasına baxmayaraq, ona fərdi dərslərin tələb olunan qaydada məktəbdə ayrıca keçirilməsini təmin etməmiş və həmin dərs saatlarına görə 2014/2015-ci dərs ilində ingilis dili müəllimi işləyən X14 adına verilmiş plastik əmək haqqı bank kartına 323,98 manat, həmin dərs ilində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən X1 adına verilmiş plastik əmək haqqı bank kartına 480,38 manat, 2015/2016-cı dərs ilində kimya və biologiya müəllimi işləyən X1 6 adına verilmiş plastik əmək haqqı bank kartına 955,47 manat, riyaziyyat müəllimi işləyən X5 adına verilmiş plastik əmək haqqı bank kartına 2017/2018-ci dərs ilində 796,95 manat, tarix müəllimi işləyən X3 adına verilmiş plastik əmək haqqı bank kartına 2016/2017-ci dərs ilində 202,47 manat və 2017/2018-ci dərs ilində 224,95 manat, fizika müəllimi işləyən X6 adına verilmiş plastik əmək haqqı bank kartına 2016/2017-ci dərs ilində 85,12 manat və 2017/2018-ci dərs ilində 88,17 manat, coğrafiya müəllimi işləyən X7 adına verilmiş plastik əmək haqqı bank kartına 2016/2017-ci dərs ilində 81,80 manat və 2017/2018-ci dərs ilində 128,08 manat, biologiya müəllimi işləyən X17 adına verilmiş plastik əmək haqqı bank kartına 2016/2017-ci dərs ilində 193,97 manat və 2017/2018-ci dərs ilində 100,64 manat, A zərbaycan dili və ədəbiyyat müəllimi işləyən X18 adına verilmiş plastik əmək haqqı bank kartına 2017/2018-ci dərs ilində 628,01 manat, Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən X29 adına verilmiş plastik əmək haqqı bank kartına 2017/2018-ci dərs ilində 166,20 manat, kimya müəllimi işləyən X9 adına verilmiş plastik əmək haqqı bank kartına 2017/2018-ci dərs ilində 88,17 manat, məktəb üzrə verdiyi 15 sentyabr 2016-cı il tarixli, 65 saylı əmrlə fərdi təhsilə cəlb olunmuş X19 fərdi dərslərin normativ sənədlərin tələblərinə müvafiq qaydada məktəbdə ayrıca keçirilməsini təşkil etməmiş və ona dərslər faktiki olaraq ümumi sinif uşaqları ilə birlikdə keçirildiyi halda, həmin dərs saatları üçün məktəbin ibtidai sinif müəllimi işləyən Əliyeva (Allahyarlı) Nərgiz Səttar qızının adına verilmiş plast ik əmək haqqı bank kartına 2016/2017-ci dərs ilində 1383,98 manat və 2017/2018-ci dərs ilində 1396,21 manat, ibtidai sinif müəllimi işləyən X10 adına verilmiş plastik əmək haqqı bank kartına 2017/2018-ci dərs ilində 190,41 manat, ibtidai sinif müəllimi işləyən X20 adına verilmiş plastik əmək haqqı bank kartına 2018/2019-cu dərs ilinin sentyabr-noyabr aylarında 245,90 manat, məktəb üzrə verdiyi 11 sentyabr 2017-ci il tarixli, 67 saylı əmrlə fərdi təhsilə cəlb olunmuş X11 fərdi dərslərin normativ sənədlərin tələblərinə müvafiq qaydada məktəbdə ayrıca keçirilməsini təmin etməyərək, qeyd olunan dərs saatları üçün məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən X29 adına verilmiş plastik əmək haqqı bank kartına 2017/2018-ci dərs ilində 92,88 manat, normativ sənədlərin tələblərinə müvafiq qaydada məktəb üzrə verdiyi 15 sentyabr 2016-cı il tarixli, 75 saylı və 01 oktyabr 2018-ci il tarixli, 89 saylı əmrlərlə evdə təhsilə cəlb olunmuş X30 evdə dərslərin keçirilməsinin təşkili üçün üzərinə düşən vəzifələri yerinə yetirməmiş və ona dərslər məktəbdə ümumi sinif uşaqları ilə birlikdə keçirildiyi halda, həmin dərs saatlarına görə 2016/2017-ci dərs ilində məktəbdə ingilis dili müəllimi işləyən X14 adına verilmiş plastik əmək haqqı bank kartına 106,63 manat, həmin dərs ilində ibtidai sinif müəllimi işləyən X21 adına verilmiş plastik əmək haqqı bank kartına 1628,09 manat, 2018/2019-cu dərs ilində ibtidai sinif müəllimi işləyən X42 adına verilmiş plastik əmək haqqı bank kartına 275,49 manat, məktəb üzrə verdiyi 15 sentyabr 2016-cı il tarixli, 75/1 saylı əmrlə evdə təhsilə cəlb olun muş X2 evdə dərslərin keçirilməsinin təşkili üçün üzərinə düşən vəzifələri yerinə yetirməmiş və ona dərslər məktəbdə ümumi sinif uşaqları ilə birlikdə keçirildiyi halda, bu dərs saatlarına görə 2016/2017-ci dərs ilində məktəbdə ingilis dili müəllimi işləyən X14 adına verilmiş plastik əmək haqqı bank kartına 746,50 manat, qeyd olunan dərs ilində coğrafiya müəllimi işləyən X7 adına verilmiş plastik əmək haqqı bank kartına 506,25 manat, fizika müəllimi işləyən X6 adına verilmiş plastik əmək haqqı bank kartına 160,02 manat, fizika müəllimi X4 adına verilmiş plastik əmək haqqı bank kartına 7,00 manat, kimya-biologiya müəllimi X22 adına verilmiş plastik əmək haqqı bank kartına 18,24 manat, öz adına verilmiş plastik əmək haqqı bank kartına 65,06 manat məbləğində pulun köçürülməsini, bununla dövlə t büdcəsindən məktəbin maliyyələşdirilməsi üçün ayrılmış xeyli miqdarda, yəni cəmi 27530,47 manat məbləğində pul vəsaitinin qanunsuz əmək haqqı kimi həmin şəxslərə verilməsini təmin etmiş, nəticədə qeyd edilən hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X37 (sədrlik edən və məruzəçi), X31 və X23 ibarət tərkibdə) 05 oktyabr 2022-ci il tarixli, 1(106)-39/2022 saylı qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313cü maddələri ilə məhkum edilməsinə dair Saatlı Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 1(055)01/2020 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin həmin hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X47 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin və protestə əsasən hökm Məhkum cəza təyini hissəsində dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təyin edilmiş cəzadan azad edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 7000 (yeddi min) manat miqdarında cərimə cəzası, Cinayət Məcəlləsinin 308.1ci maddəsi ilə 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 7000 (yeddi min) manat miqdarında cərimə cəzasını Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təyin olunmuş 4000 (dörd min) manat miqdarında cərimə cəzası ilə qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə, Məhkum üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 8000 (səkkiz min) manat miqdarında cərimə cəzas ı saxlanılmış, cəzanın icrası Məhkum qeydiyyatda olduğu yer üzrə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, hökm apellyasiya şikayətinə və apellyasiya protestinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı İlqar verdiyi kassasiya protestində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 1-1(104)-05/2023 saylı qərarı ləğv edilsin və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilsin. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki,---Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət itti hamçısı Qalib Rizvanov onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, Məhkum apelyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, apelyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərir ki, məhkəmələr tərəfindən ədalətli qərarlar qəbul edilməyib, onun əməlində cinayət tərkibi olmadığı halda əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilib, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin və ona CMin 178.2.3 və 308.1-ci maddələri ilə bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesti və kasasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən ci nayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın mə qsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifəl əri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi müvafiq olaraq qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə hesab etmişdi r ki, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halların məcmusunu, yəni Məhkum əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını,cinayətin məqsədi və motivini, X32 cinayətlərin törədilməsində rolunu, cinayətlərin törədilməsi zamanı və bundan sonra onun davranışını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olund uğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum R.Məmmədovun cəzasını yüngülləşdirən yuxarıda sadalanan halları, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində təyin edilmiş cərimə növündə cəzasıyla onun islah olunmasını mümkün sayır və həmin cəzanın tətbiq edilməsini məqsədəmüvafiq, ədalətli, işin hallarına uyğun hesab edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikas ı CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə X38 təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da X32 cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə t övsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən təcrid edilmədən islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayara q həmin protest və şikayət təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktaybr 2022-ci il tarixli X45 haqqındakı qərarı kassasiya protestinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 1(106)-36/2022 saylı qərarı kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar