Məhkəmə qərarları › İş №1(102)-579/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-579/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-579/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum xxx onun müdafiəçiləri Həsənova İlhamə Zakir qızı və Əhmədli Ədalət Mikayıl oğlunun iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Rusiya Federasiyası, Belqorodsk vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləmə yən, məhkumluğu olmayan, xxx qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2, 29,120.2.7, 221.3 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 1(105)-69/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 1(101 )-1098/2021 nömrəli hökmü ilə (hakimlər A.Məcidov (sədrlik edən), Müdafiəçi2 və Z.Ağayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29,120.2.7, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 29, 120.2.2 və 29, 120.2.7-ci maddələri ilə 15 (on beş) il müddətə, CM-in 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə, CM-in 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 CM-in 221.2.1, 228.1 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 CM-in 120.2.2, 29, 120.2.2, 29, 120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinmişlər. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum Təqsirləndir ilən şəxs3 müdafiəçisi Müdafiəçi5, Məhkum və onun müdafiəçisi İlhamə Həsənova tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), V.C.Cəfərov və R.Ə.Ağayev) apellyasiya şikayətləri təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qeyriləri ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilm əsi hədəsi ilə, habelə özgə əmlakının zədələnməsi ilə, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş və iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 11 avqust 2020-ci il tarixdə, saat 23 radələrində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və istintaqa şəxsiyyəti məlum olmayan qeyriləri ilə birlikdə yaşadığı Bərdə rayonunun Şorəlli kəndi ərazisində olarkən, Təqsirləndirilən şəxs3 Bərdə rayon sakini kimi tanıdığı Zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl, yəni 8 avqust 2020-ci il tarixdə heç bir əsaslı səbəb olmadan həmin rayonun Cəyirli kəndi ərazisində yerləşən “TAC” mehmanxanasının qarşısında sifət nahiyəsindən bir dəfə sillə ilə vurması ilə bağlı məsələni aydınlaşdırmaq məqsədilə 11 avqust 2020-ci il tarixdə sonuncuların telefon danışığından sonra, hər iki tərəf öz eqoizmlərini nümayiş etdirmək və bir tərəfin digər tərəfdən üstün olmasını sübut etmək məqsədilə Bərdə rayonunun Şorəlli kəndinin girəcəyində yerləşən "xxxx" MMC-nin 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasının qarşısına görüş təyin edib razılığa gələrək, bu barədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, həmçinin telefon vasitəsi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 və müxtəlif üsullarla istintaqa şəxsiyyətləri məlum olmayan digər dost-tanışlarına xəbər göndərib qrup halında görüş təyin etdikləri məkana getməyi qərarlaşdırdıqdan sonra, Təqsirl əndirilən şəxs1 məxsus olmaqla sonuncunun idarə etdiyi “VAZ 21074” markalı, 10LV-234 dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs3 və qeyriləri ilə birlikdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 silah qismində istifadə olunan istintaqla müəyyən edilməyən deşici-kəsici alət olan bıçaq və ya digər predmetlərlə, özü isə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib gəzdirdiyi sənaye üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə silahlanıb, qrup üzvlərindən Təqsirləndirilən şəxs2 isə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib daşıyaraq Bərdə rayonunun Şorəlli kəndində yerləşən özünə məxsus evdə saxladığı texniki cəhətdən saz və atəşə yararlı odlu silah hesab edilən 7,62 mm kalibrli, “AKM” modelli, AP-5064 N-li, SSRİ-də 1960-cı ildə istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı avtomatı, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən darağa yerləşdirilmiş, sonuncu avtomatlarda, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı 9 ədəd 7,62x39 mm kalibrli döyüş sursatını götürərək üzərində gəzdirməklə piyada xx.xx.2020-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayonunun Şorəlli kəndinin girəcəyində yerləşən 3 saylı Bərdə şəhər "Poçt” şöbəsinin inzibati binasının qarşısına gəlib orada, həmin məkana gəlmiş qarşı tərəfdən olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Şahid1, Zərərçəkmiş şəxs7 və istintaqa şəxsiyyətləri məlum olmayan qeyriləri ilə görüşmüş, hər iki tərəf dava edib öz güclərini nümayiş etdirmək, bununla da, bir qrupun digər qrupdan üstün olduğunu təsdiqləmək məqsədilə o, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digərləri ilə qrup halında qarşı tərəfdən olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyriləri ilə birlikdə 3 saylı Bərdə şəhər "Poçt” şöbəsinin inzibati binasından təxminən 60-70 metr aralanaraq Şorəlli kəndinin mərkəzi istiqamətində hərəkət edib, ətrafda yerləşən digər şəxslərə məxsus yaşayış evlərindən təxminən 20-30 metr uzaqlıqda olan yol kənarına gəlib, gecə saatlarında ictimai yer hesab edilməklə ətrafdakı kənd sakinləri üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib aralarında olan az əhəmiyyətli narazılığı bəhanə edərək, mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozub özlərini qeyrimüəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ətrafda yaşayan kənd sakinlərinin gecə saatlarında dincliyini pozmaqla, habelə qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərlə, yəni qarşı tərəfdən olan şəxsləri döymək, cəzalandırmaq, fiziki ağrılar yetirmək kimi zor tətbiq etməklə hədələyib eqoizmini nümayiş etdirərək, əvvəlcə özü qarşı qrupdan olan Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və digərləri ilə sözlə mübahisə edib, qarşılıqlı olaraq bir-birlərinin ünvanına söyüşlər söymüş, ardınca Zərərçəkmiş şəxs6 onu yumruqla vurub yerə yıxmasından sonra tərəflər arasında başlamış əlbəyaxa dalaşma zamanı qrupun üzvü Təqsirləndirilən şəxs1 qarşı tərəfdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyrisini söyməklə, üzərindəki silah qismində istifadə olunan istintaqla müəyyən edilməyən deşici-kəsici alət olan bıçaq və ya digər predmeti nümayiş etdirib tətbiq etməklə yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək xuliqanlıq hərəkətləri törətmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 qarşı tərəfdə qorxu hissi yaratmaq məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq özünə məxsus evdə saxladığı odlu silah hesab edilən 7,62 mm kalibrli, "AKM” modelli, AP-5064 N°-li, SSRİ-də 1960-cı ildə istehsal olunmuş, "Kalaşnikov” konstruksiyalı avtomatdan bir neçə dəfə havaya atəş açmış, şəxsiyyəti müəyyən edilməyən təmsil olunduğu qrupun üzvü tərəfindən qarşı qrupdan olan Zərərçəkmiş şəxs2 məxsus "VAZ 21074” markalı, 01-BT- 737 dövlət qeydiyyat nişanlı avtomobilə istintaqa məlum olmayan bərk küt əşya ilə vurulmaqla törədilməyə xarakterik avtomobilin sol qabaq qapısının zədələnməsi ilə 322.00 (üç yüz i yirmi iki) manat maddi ziyan yetirilmiş, Təqsirləndirilən şəxs3 qarşı tərəfdən olan və 08 avqust 2020-ci il tarixdə sillə vurmaqla cəzalandırdığı Zərərçəkmiş şəxs2 və sonuncunu müdafiə edənləri söyüş söyməklə əlində olan bıçaqla xəsarət yetirib cəzalandıracağı ilə hədələyib, ümumi cinayətkar niyyətdən kənara çıxan hərəkətlərə yol verib Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və ikinci şəxs Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmiş, özü isə əvvəlcə Zərərçəkmiş şəxs6 yumruq zərbəsi ilə sağ bazunun orta 1/3-nin ön səthinin qançırı kimi dərəcəsi təyin edilməyən 1 ədəd xəsarət yetirmiş, daha sonra əməllərini davam etdirib üzərində gəzdirdiyi istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib gəzdird iyi sənaye üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını çıxarıb nümayiş etdirməklə özünü ətrafdakılara qarşı qoyub, özünün və təmsil olunduğu qrup üzvlərinin müstəsna şəxsiyyət olması, qarşı qrupdan əsaslı fərqlənməsi motivi ilə yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək, hərəkətlərinin davamı olaraq ümumi cinayətkar niyyətdən kənara çıxmaqla silah qismində istifadə olunan soyuq silah hesab edilən ov bıçağından istifadə edib Zərərçəkmiş şəxs5 zor tətbiq olunması ilə müşayiət edilən sağ bel nahiyəsinin deşilmişkəsilmiş yarası kimi yüngül dərəcəli 1 ədəd bədən xəsarətləri yetrməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, daha sonra özünə yaxın məsafədə dayanmış qarşı qrupdan olan Zərərçəkmiş şəxs4 hücum edərək sonuncunu öldürmək məqsədilə, əlində olan bıçaqla güclü zərbə vurmaqla 6-10 sm dərinə nüfuz etmiş onun həyat üçün vacib orqanlarının yerləşdiyi köndələn çənbər bağırsaq müsariqəsinin yaralanması ilə qarının ön divarından daxilə keçən kəsilmiş-deşilmiş yarası kimi yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli 1 ədəd, daha sonra isə həmin soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs3 hücum edərək güclü zərbə vurmaqla 13-15 sm dərinə nüfuz etmiş onun həyat üçün vacib orqanlarının yerləşdiyi düz bağırsağın 1/3nin kəsilmiş-deşilmiş yaralanması ilə sağ sağrı nahiyəsindən qarın boşluğuna keçən kəsilmiş- deşilmiş yarası kimi yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli 1 ədəd bədən xəsarətləri yetirərək iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni onları qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin qarşı tərəfdən olan Zərərçəkmiş şəxs7 16 kalibrli, “İJ-18E” modelli, E 11875 N°-li təklüləli tüfəngdən havaya iki dəfə atəş açması, yaxınlıqda yerləşən kənd camaatının artıq həmin əraziyə toplaşmaları, habelə xəsarət almış Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 hadisə yerindən uzaqlaşdırılaraq dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılması və orada onlara ixtisaslı tibbi yardım göstərilməsinə görə, o, iradəsindən asılı olmayan səbəblərdən qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək qeyriləri ilə bir qrup şəxs halında 10-15 dəqiqə müddət ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq ed ilməsi hədəsi ilə, habelə özgə əmlakının zədələnməsi ilə, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş və iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürülmüş, nəticədə o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası C inayət Məcəlləsinin 29, 120.2.2, 29,120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, məhkum edilmişdir. İşin faktiki hallarını mübahisələndirən Məhkum kassasiya şikayətində bildirir ki, hadisə zamanı onun özünə xəsarət yetirilmiş, bıçaq çıxarmada məqsədi onu sillə ilə vurub yerə yıxan, odlu silah və bıçaqla silahlanmış şəxslərdən özünü müdafiə etmək olmuş, o heç kimi həyatdan məhrum etməyi arzu etməmiş, kiməsə xəsarət yetirməsi də müəyyən olunmamışdır. Kassator iddia edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Təqsirləndirilən şəxs3la Zərərçəkmiş şəxs2 arasında olan şəxsi konflikti "əsaslı səbəb" kimi qiymətləndirməmiş və bunu xuliqanlıq etmək üçün bəhanə kimi qiymətləndirmişlər. Ən əsası onun tərəfindən iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 hər hansı bir xəsarət yetirilməsi sübut olunmadığı halda, məhkəmə onu həmin şəxsləri qəsdən həyatdan məhrum etməyə cəhddə təqsirli bilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-cü il tarixli qərarının ləğv edilməsini, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29,120.2.7, 221.3-cü maddələri cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, onun əməlini yalnız CM-in 228.4-cü maddəsi ilə tövsif edilməsi haqqında qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi mü əyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkə mə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə onun təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 29, 120.2.2, 29,120.2.7 və 221.3cü maddələri ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, onun barəsində cinayət işinə həmin hissədə bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsb it olunmuş digər hallarla yanaşı təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cina yət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkum ona qarşı irəli sürülmüş iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhdlə bağlı verilmiş ittihamın məhkəmə istintaqında ona sübuta yetirilməməsi, habelə xuliqanlıq cinayətlərinin tərkib əlamətlərinin olmaması barədə fikrini onunla əlaqələndirir ki, onun həmin hadisəyə heç bir aidiyyəti olmamış, tərəfindən xuliqanlıq hərəkətlərinə yol verilməmiş, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 bıçaqla xəsarətlər yetirməmişdir. Lakin, məhkumun qeyd olunan mülahizələri işin həqiqi ha llarına əsaslanmır. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, 08 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3la Zərərçəkmiş şəxs2 arasında yaranmış mübahisəyə aidiyyəti olmayan Məhkum qeyd olunan məsələnin aydınlaşdırmaq məqsədilə 11 avqust 2020-ci il tarixdə Bərdə rayonunun Şorəlli kəndinin girəcəyində yerləşən "xxxx" MMC-nin 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasının qarşısına təyin edilmiş görüşə getməyi qərarlaşdırdıqdan sonra, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bıçaq və digər predmetlərlə, özü isə ov bıçağı, Təqsirləndirilən şəxs2 “Kalaşnikov” konstruksiyalı avtomatla silahlanıb adı çəkilən binasının qarşısına gəlib orada, həmin məkana gəlmiş qarşı tərəfdən olan şəxslərə (ittihamda adları qeyd olunub) görüşmüş, hər iki tərəf dava edi b öz güclərini nümayiş etdirmək, bununla da, bir qrupun digər qrupdan üstün olduğunu təsdiqləmək məqsədilə o, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digərləri ilə qrup halında qarşı tərəfdən olan şəxslərlə ətrafda yerləşən digər şəxslərə məxsus yaşayış evlərinin olmasına, kənd sakinlərinin gecə saatlarında dincliyini pozmaqla, habelə qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərlə, yəni qarşı tərəfdən olan şəxsləri döymək, cəzalandırmaq, fiziki ağrılar yetirmək kimi zor tətbiq etməklə hədələyib eqoizmini nümayiş etdirərək, əvvəlcə özü qarşı qrupdan olan Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və digərləri ilə sözlə mübahisə edib, qarşılıqlı olaraq bir-birlərinin ünvanına söyüşlər söymüş, ardınca Zərərçəkmiş şəxs6 onu yumruqla vurub yerə yıxmasından son ra tərəflər arasında başlamış əlbəyaxa dalaşma zamanı qrupun üzvü Təqsirləndirilən şəxs1 qarşı tərəfdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyrisini söyməklə, üzərindəki silah qismində istifadə olunan istintaqla müəyyən edilməyən deşici-kəsici alət olan bıçaq və ya digər predmeti nümayiş etdirib tətbiq etməklə yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək xuliqanlıq hərəkətləri törətmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 qarşı tərəfdə qorxu hissi yaratmaq məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq özünə məxsus evdə saxladığı odlu silah hesab edilən "Kalaşnikov” konstruksiyalı avtomatdan bir neçə dəfə havaya atəş açmış, şəxsiyyəti müəyyən edilməyən təmsil olunduğu qrupun üzvü tərəfindən qarşı qrupdan olan Zərərçəkmiş şəxs2 məxsus "VAZ 21074” markalı, 01-BT- 737 dövlət qeydiyyat nişanlı avtomobilə istintaqa məlum olmayan bərk küt əşya ilə vurulmaqla törədilməyə xarakterik avtomobilin sol qabaq qapısının zədələnməsi ilə 322.00 (üç yüz iyirmi iki) manat maddi ziyan yetirilmiş, Təqsirləndirilən şəxs3 qarşı tərəfdən olan və 08 avqust 2020-ci il tarixdə sillə vurmaqla cəzalandırdığı Zərərçəkmiş şəxs2 və sonuncunu müdafiə edənləri söyüş söyməklə əlində olan bıçaqla xəsarət yetirib cəzalandıracağı ilə hədələyib, ümumi cinayətkar niyyətdən kənara çıxan hərəkətlərə yol verib Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və ikinci şəxs Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmiş, özü isə əvvəlcə Zərərçəkmiş şəxs6 yumruq zərbəsi ilə sağ bazunun orta 1/3-nin ön səthinin qançırı kimi dərəcəsi təyin edilməyən 1 ədəd xəsarət yetirmiş, daha sonra əməllərini davam etdirib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını çıxarıb nümayiş etdirməklə özünü ətrafdakılara qarşı qoyub, özünün və təmsil olunduğu qrup üzvlərinin müstəsna şəxsiyyət olması, qarşı qrupdan əsaslı fərqlənməsi motivi ilə yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək, hərəkətlərinin davamı olaraq ümumi cinayətkar niyyətdən kənara çıxmaqla silah qismində istifadə olunan soyuq silah hesab edilən ov bıçağından istifadə edib Zərərçəkmiş şəxs5 zor tətbiq olunması ilə müşayiət edilən sağ bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi yüngül dərəcəli 1 ədəd bəd ən xəsarətləri yetirməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, daha sonra özünə yaxın məsafədə dayanmış qarşı qrupdan olan Zərərçəkmiş şəxs4 hücum edərək sonuncunu öldürmək məqsədilə, əlində olan bıçaqla güclü zərbə vurmaqla 6-10 sm dərinə nüfuz etmiş onun həyat üçün vacib orqanlarının yerləşdiyi köndələn çənbər bağırsaq müsariqəsinin yaralanması ilə qarının ön divarından daxilə keçən kəsilmiş-deşilmiş yarası kimi yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli 1 ədəd, daha sonra isə həmin soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs3 hücum edərək güclü zərbə vurmaqla 13-15 sm dərinə nüfuz etmiş onun həyat üçün vacib orqanlarının yerləşdiyi düz bağırsağın 1/3nin kəsilmiş-deşilmiş yaralanması ilə sağ sağrı nahiyəsindən qarın boşluğuna keçən kəsilmiş- deşilmiş yarası kimi yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli 1 ədəd bədən xəsarətləri yetirərək iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni onları qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin qarşı tərəfdən olan Zərərçəkmiş şəxs7 16 kalibrli, “İJ-18E” modelli, E 11875 N°-li təklüləli tüfəngdən havaya iki dəfə atəş açması, yaxınlıqda yerləşən kənd camaatının artıq həmin əraziyə toplaşmaları, habelə xəsarət almış Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 hadisə yerindən uzaqlaşdırılaraq dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılması və orada onlara ixtisaslı tibbi yardım göstərilməsinə görə, o, iradəsindən asılı olmayan səbəblərdən qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək qeyriləri ilə bir qrup şəxs halında 10-15 dəqiqə müddət ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının zədələnməsi ilə, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş və iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmələr qeyd olunan faktları Məhkum Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs olaraq ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq etdiklərini göstərən hərəkətlər k imi, Məhkum soyuq silah hesab edilən ov bıçağından istifadə edib Zərərçəkmiş şəxs5 zor tətbiq olunması ilə müşayiət edilən sağ bel nahiyəsinin deşilmişkəsilmiş yarası kimi yüngül dərəcəli bir ədəd bədən xəsarətləri yetirməsini ümumi cinayətkar niyyətdən kənara çıxan qərəzli xuliqanlıq hərəkəti kimi (xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdığından onun əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmuş), Zərərçəkmiş şəxs4 hücum edərək sonuncunu öldürmək məqsədilə, əlində olan bıçaqla güclü zərbə vurmaqla 6-10 sm dərinə nüfuz etmiş onun həyat üçün vacib orqanlarının yerləşdiyi köndələn çənbər bağırsaq müsariqəsinin yaralanması ilə qarının ön divarından daxilə keçən kəsilmiş-deşilmiş yarası kimi yetiri ldiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli bir ədəd, daha sonra isə həmin soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs3 hücum edərək güclü zərbə vurmaqla 13-15 sm dərinə nüfuz etmiş onun həyat üçün vacib orqanlarının yerləşdiyi düz bağırsağın 1/3nin kəsilmiş-deşilmiş yaralanması ilə sağ sağrı nahiyəsindən qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yarası kimi yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli bir ədəd bədən xəsarətləri yetirərək iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etməsini, yəni onun niyyətinin məhz Zərərçəkmiş şəxs3 və N.Əzimovun həyatdan məhrum edilməsinə yönəldiyini lakin qarşı tərəfdən olan Zərərçəkmiş şəxs7 16 kalibrli, “İJ-18E” modelli, E 11875 N°-li təklüləli tüfəngdən havaya iki dəfə atəş açması, yaxınlıqda yerləşən kənd cam aatının artıq həmin əraziyə toplaşmaları, habelə xəsarət almış Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 hadisə yerindən uzaqlaşdırılaraq dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılması və orada onlara ixtisaslı tibbi yardım göstərilməsinə görə, o, iradəsindən asılı olmayan səbəblərdən qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək bu cinayətə cəhd etdiyini göstərən (əməllərin Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.7-ci maddələri, 228.4 habelə 221.3-cü maddəsi ilə tövsifini şərtləndirən) xüsusatlar kimi qiymətləndirilmişlər. Məhkəmələrin həmin faktlara məhz bu cür qiymət vermələri kassasiya şikayətində iddia olunanların əksinə olaraq, cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən CPM-in 143-146-cı maddələrinin müddəalarına uyğun olara q tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilmiş materiallara – ittihamın məzmunu ilə üstüstə düşən Məhkum ibtidai istintaq zamanı vermiş olduğu qismən etiraf edici ifadələrinə (ifadəsində göstərmişdir ki, həmin vaxt mən gördüm ki, qarşı tərəfdən gələn şəxslərin əksəriyyətinin əlində bıçaq var və bizə bıçaq zərbələri atırlar. Bu zaman mən də şalvarımın sağ qabaq cibində olan dəstəyi və tiyəsi gümüşü rəngli olan qatlanan bıçağımı çıxarıb tiyəsini tez açaraq mənə bıçaq atan şəxslərə bıçaq zərbələri atmağa başladım. Lakin, düşünürəm ki, mənim atdığım bıçaq zərbələri də kiməsə dəymişdir...), zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi, xüsusən Zərərçəkmiş şəxs2 (ifadəsində göstərmişdir ki, ani olaraq mən Cavidanın Nicatı da bıçaqla vurduğ unu gördüm) və Zərərçəkmiş şəxs4 (ifadəsində göstərmişdir ki, mən tam əminliklə deyə bilərəm ki, məni Cavidan bıçaqla vurdu) ibtidai istintaq zamanı verdikləri ifadələrinə, şahidlər Şahid2, Şahid6, Şahid7, Şahid8, Şahid15 (ifadəsində göstərmişdir ki, Cavidan isə əvvəlcə bir nəfər hündür boy oğlanı yumruqla vurmuş, sonra isə növbə ilə üç nəfər tanımadığı şəxslərə bıçaqla xəsarət yetirmiş), Şahid20 (ifadəsində göstərmişdir ki, Rəşadla Cavidan qarşılarına gələn şəxsləri yumruq, təpik, eləcə də əllərində olan bıçaqlarla vurmuşlar) məlumatlarına, 17 avqust 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvələ, zərərçəkmiş şəxslərdə aşkar edilmiş xəsarətlərin sayına, xarakterinə, lokalizasiyasına, ağırlıq dərəcələrinə dair Azə rbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X6nin 20 sentyabr 2020-ci il tarixli, 764 nömrəli (Zərərçəkmiş şəxs4 ilə bağlı), 15 sentyabr 2020-ci il tarixli, 763 nömrəli (Zərərçəkmiş şəxs3 ilə bağlı), 15 sentyabr 2020-ci il tarixli, 725 saylı nömrəli (Zərərçəkmiş şəxs5 ilə bağlı) rəylərinə, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 15 sentyabr 2020-ci il tarixli, 20/462R nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X6 publik hüquqi şəxsinin maddi sübutların ekspertizasının 02 noyabr 2020-ci il tarixli, 656/2020-MTBŞ nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2020-ci il tarixli, 3/1845; 3/1846 nömrəli, 3 noyabr 2020-ci il tarixli 6/172 8; 6/1730; 6/1731 nömrəli, 27 noyabr 2020-ci il tarixli, 3/1011, 3/1012, 3/1013 nömrəli rəylərinə, təqsirkarların psixi cəhətdən anlaqlı olmaqla öz hərəkətlərinin mənasını (yəni, o cümlədən bıçağın xassələrini və onunla bədənə vurulan zərbələrin doğura biləcəyi fiziki zərəri, nəticələri) dərk etməsinə, onları ölçüb-biçmək iqtidarında olmasına dair kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 08 dekabr 2020-ci il tarixli, 2426 nömrəli rəyinə, digər sübutların məcmusuna əsaslanır (bu və başqa sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir olunub həm hökmdə, həm də apellyasiya məhkəməsinin qərarında həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Məhkəmələrin qiy mətləndirməsi Cinayət Məcəlləsinin 120.2.2, 120.2.7-ci maddələrinin dispozisiyaları və cinayətə cəhd etməni nəzərdə tutan 29-cu maddəsi, habelə Cinayət Məcəlləsinin 221.3-cü (221.1-ci maddəsi ilə birlikdə götürülməklə) və 228.4-cü maddəsinin məzmunu ilə də uzlaşır. Belə ki, baxılan işin kontekstində Cinayət Məcəlləsinin 120.2.7 və 120.2.2-ci maddələrinin nəzərdə tutduqları cinayətlər bu maddələrin dispozisiyalarında iki və ya daha çox şəxsi və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yəni həmin əlamətlərlə digər şəxsi qəsdən həyatdan məhrum etmə kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bənd). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Adı çəkilən Ali Məhkəmənin Plenum qərarının 6-cı bəndinə əsasən “qəsdən adam öldürmə o vax t CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Həmin qərarın 11-ci bəndinə görə təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa-çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. Məhkum isə birbaşa qəsdlə (həyatdan məhrum etməyi arzu edərək), həm də ictimai yerdə davra nış qaydalarını pozub özü zərərçəkmişlər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 üstünlüyünü (özünü ətrafdakılara qarşı qoyub, özünün və təmsil olunduğu qrup üzvlərinin müstəsna şəxsiyyət olması, qarşı qrupdan əsaslı fərqlənməsi motivi ilə yaşadığı kəndə gələnləri xəsarət yetirib “cəzalandırmaq hüququ”na malik olması) nümayiş etdirməklə, yəni xuliqanlıq niyyətilə bıçaqla Zərərçəkmiş şəxs4 güclü zərbə vurmaqla 6-10 sm dərinə nüfuz etmiş onun həyat üçün vacib orqanlarına daxilə keçən, həmçinin Zərərçəkmiş şəxs3 güclü zərbə vurmaqla 13-15 sm dərinə nüfuz etmiş onun həyat üçün vacib orqanlarına keçən, hər iki şəxsin həyatları üçün təhlükəli olan ağır dərəcəli xəsarətlər yetirdiyindən, lakin iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 öldürmək məqsədinə çata bilm əyib, cinayətkar hərəkətlərini başa çatdırmadığından, onun əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.7-ci maddələri ilə tövsif edilmişdir. Eynilə, Məhkum hərəkətlərində xuliqanlıq cinayətinin əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş zəruri əlamətlər (ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının zədələnməsi), habelə Cinayət Məcəlləsinin 221.3-cü maddələrində göstərilən tövsifedici əlamət (qrup halını törətmiş olduğu əməl, həmin niyyətdən kənara çıxmaqla Zərərçəkmiş şəxs5 zor tətbiq olunması ilə müşayiət edilən sağ bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi yün gül dərəcəli 1 ədəd bədən xəsarətləri yetirməsi) və onun qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməsi müəyyən edildiyindən, Cinayət Məcəlləsinin 221.3 və CM 228.4cü maddələri də onun əməllərinə düzgün şamil edilmişdir. Bu səbəblərdən Məhkum əməlinə müstəsna olaraq Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin şamil edilməsi və ona qeyd olunan maddənin sanksiyasına uyğun olaraq yüngül cəzanın təyin edilməsi, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.7-ci maddələri isə cinayət işi üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyinə görə, CM-nin 221.3-cü maddəsi ilə əməlində cinayət tərkibinin olmamasına görə xitam verilməsi barədə kassasiya tələbi əsaslı sayıla bilməz. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, Məhkum birinci instansiya məhkəməsində özün ü CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bildiyi halda, birinci instansiya məhkəməsinin ittiham hökmündən verilmiş şikayətində və hazırkı kassasiya şikayətində onun ittiham olunan cinayətlə o cümlədən CM-nin 221.3-cü maddəsi ilə heç bir əlaqəsi olmamasını iddia etmişdir ki, bu isə özü özlüyündə təzad təşkil etməklə, tərəfindən qurulmuş müdafiə taktikasının məntiqli və ağlabatan olmadığını göstərir. Beləliklə məhkəmə kollegiyası Məhkum əməllərinin CM-nin 29, 120.2.2, 29,120.2.7, 221.3 və 228.4-cü maddələri ilə tövsif edilməsi barədə məhkəmənin gəldiyi nəticə ilə də razılaşaraq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə şahid ifadələrinə və məhkəmə ekspertizasının rəyinə deyil, iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusuna, habelə qanunun normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan apellyasya instansiyası məhkəməsinin məhkəmə kollegiyası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Həmçinin Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məh kəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, müsbət səciyyələndirilməsi və məcburi köçkün olması kimi onun cəzasını yüngülləşdirən hallar (CM 59.1.12 və 59.2), eyni zamanda cəzanı ağırlaşdıran halın olmaması, cinayətlərin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum törətmiş olduğu cinayət əməlinə görə Cinayət Məcəl ləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinə baxılması nəticəsində, həmin şikayətlə ehtiva olunan məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən cinayət-prosessual qanunun 416.1.1 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində göstərilən halları müəyyən etmir və bu səbəbdən kassasiya şikayətinin təmin edilməməsini əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, onun müdafiəçilərin, həmçinin kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli, 1(105)-69/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 20 aprel 2022-ci il tarixli, 1(105)-69/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar