Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-58/2019 08.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyeva, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Məhkum və onun müdafiəçisi X4 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər – R.V.Salmanov (sədrlik edən və məruzəçi), M.A.Bayramov və A.K.Orucovdan ibarət tərkibdə) 20 sentyabr 2017-ci il tarixli hökmü ilə 31 avqust 1978-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 yanvar 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə əmlakı müsadirə edilməməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza müddətinin əvvəli 28 sentyabr 2016-cı il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 28 sentyabr 2016-cı il tarixdə satış məqsədi ilə Şamaxı rayonunun Əngəxaran kəndində istintaqa məlum olmayan mənbədən külli miqdarda, 2.060 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamaqla Sumqayıt şəhərinə daşımış, 28 sentyabr 2016-ci il tarixdə, saat 19 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuananı əlində olan sellofan torbada saxlayarkən, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində şübhəli şəxs qismində saxlanılıb Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə aparılaraq üzərində şəxsi axtarış aparılan zaman sağ əlində olan sellofan torbada satış məqsədi ilə saxladığı külli miqdarda, 2.060 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər N.R.Mövsümov (sədrlik edən və məruzəçi), H.Ə.Nəbiyev və E.M.Əhmədovdan ibarət tərkibdə) 16 may 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum kassasiya şikayətində xahiş e dir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2018-ci il tarixli qərarı ləğv edilsin və əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, ona qarşı irəli sürülmüş ittiham tamamilə qanunsuz və əsassızdır. O, əvvəllər narkotik vasitələrin istifadəçisi olsa da, bir qayda olaraq heroin istifadə etmiş, yəni heç vaxt qurudulmuş marixuana istifadə etməmişdir. Sumqayıt ŞPİ-in 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində 1 qram çəkidə heroin olmuşdur, 2.060 qram çəkidə marixuana olmamışdır. Bundan başqa, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı özü və müdafiəçisinin hadisə yerinin, yəni saxlanıldığı yerin video (TŞ) görüntülərinin əldə olunması barədə vəsatətləri əsasız olaraq təmin edilməmişdir. Bundan əlavə, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində ifadə verən hal şahidləri Emil İbrahimov və Əli Əliyev ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etməyərək, ibtidai istintaq zamanı verdikləri ifadələrin özləri tərəfindən yazılmadığını, onların sözləri olmadığını, hətta ifadələri polis idarəsində imzalamadıqlarını, müstəntiqin gəlib onların işlədiyi yerdə hazır ifadəyə onlara qol çəkdirdiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı hal şahidləri bildirmişlər ki, onlar otağa daxil olarkən stolun üstündə sellofan torba görmüşlər, l akin həmin torba açılmamış, içərisində nə olduğunu görməmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiy ada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrin iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsi, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələri nin tələblərinə müvafiq olaraq tədqiq edilməməsi və təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət verici əsaslarla xitam verilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işdən göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-in 243.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, o, 28 sentyabr 2016-cı il tarixdə satış məqsədi ilə Şamaxı rayonunun Əngəxaran kəndində istintaqa məlum olmayan mənbədən külli miqdarda, 2.060 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamaqla Sumqayıt şəhərinə daşımış, 28 sentyabr 2016-ci il tarixdə, saat 19 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuananı əlində olan sellofan torbada saxlayarkən, Sumqayıt şəhər Polis İdarəsinin 4-c ü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində şübhəli şəxs qismində saxlanılıb Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə aparılaraq üzərində şəxsi axtarış aparılan zaman sağ əlində olan sellofan torbada satış məqsədi ilə saxladığı külli miqdarda, 2.060 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi belə nəticəyə gələrkən iş üzrə dindirilmiş şahidlərin ifadələrinə, müvafiq ekspertizaların rəylərinə, maddi sübuta və işin digər materiallarına istinad etdiyini göstərmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən sübutların yoxlanılması barədə CPM-nin tələblərinə tam riayət etməmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində keçirilən baxış zamanı üzərindən bir qram «kakos», yəni narkotik vasitə olan heroin aşkar edilmiş, həmin narkotik vasitəni özünü n istifadəsi məqsədi ilə üzərində saxlamış, sellofan torbada olan narkotik vasitə - qurudulmuş marixuana ona məxsus olmamış, polis bölməsinə aparıldıqdan təxminən bir saat sonra onu təhqir edib döyərək rəisin otağına aparmışlar, həmin vaxt polis əməkdaşları marixuananı otağa gətirərək qeyd olunan narkotik vasitənin ona məxsus olduğunu bildirmişlər. Bununla yanaşı, ona verilmiş ittiham əsassız olmaqla aparılmış istintaq qərəzli olmuş, saxlanılarkən əlində nəinki sellofan torba, ümumiyyətlə heç nə olmamış, dəfələrlə vəsatət verərək saxlanıldığı ərazidə olan təhlükəsizlik kameralarının görüntülərinin əldə olunmasını xahiş etsə də buna əməl olunmamış, 4-cü polis bölməsində onun üzərinə baxış keçirilərkən nə müdafiəçisi, nə də ki hal şahidləri olmamış, yalnız polis əməkdaşları orada olmuş, iş m ateriallarında olan etirafedici izahat və ifadələri polis əməkdaşları tərəfindən yazılmış, həmin etirafedici izahat və ifadələr ona məxsus olmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş narkotik vasitə heroini isə xəstəliyi ilə əlaqədar şəxsi istifadəsi üçün əldə etmişdir. Barəsində olan hazırkı cinayət işinin obyektiv araşdırma aparılması üçün yenidən istintaqa qaytarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum məhkəmədə verdiyi ifadəsini deyil, onun ilkin istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmişdir. Lakin, işdən görünür ki, təqsirləndirilən şəxs Məhkum sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmadığını artıq barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında təqdimata baxılarkən məhkəmədə, sonra da əlavə dindirilmə zamanı müstəntiqə bildirmişdir. Lakin, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum məhkəmədə verdiyi ifadəsinin məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadələrilə təkzib edildiyinə istinad etməklə onun ifadəsini özünü müdafiə xarakterli kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, hökmdə hal şahidləri X7 və X6 ittihama uyğun ifadələr vermələri qeyd edilmişdir. Müdafiə tərəfi bununla razılşmayaraq məhkəmə iclas protokoluna qeydlər verməklə hal şahidləri X7 və X6 ifadələrinin protokolda təhrif olunduğunu, onların məhkəmə iclasında tamamilə fərqli ifadələr verərək əsl həqiqəti üzə çıxardıqlarını, polis bölməsinə gəldiyi zaman orada nə sellofan torba, nə də narkotik vasitə görmədiklərini, polis əməkdaşları tərəfindən onlara bir neçə yerə imza etmək tapşırığı verildiyini, özlərinin mütəmadi olaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nin apardığı narkotiklərlə mübarizə əməliyyatlarında hal şahidi kimi iştirak etmələrini təsdiq etdiyini göstərdiklərini qeyd etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi protokola verilmiş qeydləri subyektiv xarakterli kimi qiymətləndirərək həmin qeydlərlə razılaşmasa da, apellyasiya instansiyası məhkəməsində icraat zamanı qeyd edilmiş şahidlər hökmdə göstərilmiş ifadələrdən tamamilə fərqli ifadələr vermişlər. Belə ki, apellyasiya instansiyası məhkəməsində şahid X8 ifadəsində göstərmişdir ki, Məhkum üstünə baxış keçirilərkən üzərindən nə çıxdığını görməyib, otaqda küncdə göy rəngdə sellofan var idi, içində nə idi bilməyib, o torba açılmayıb, İlqar dedi ki, torba mənim deyil, müstəntiqə ifadə verməyib, sadəcə çağırıblar bir vərəqə qol çəkmişdir, latın dilində oxuya bilmir və sairə. Apellyasiya instansiyası məhkəməsində digər şahid X7 ifadəsində göstərmişdir ki, evə getmək istəyəndə 2 nəfər polis yaxınlaşıb bildirdi ki, bizimlə gedib sənədlərə qol çəkməlisən, təqsirləndirilən şəxs otaqda idi, otaqla üzbəüz başqa otaq var idi, ora keçib sənədə qol çəkib, “klyokda” nəsə var idi, nə var idi bilməmişdir, yanında tərəzidə çəkməyiblər, təqsirləndirilən şəxs deməyib ki, “klyok” mənimdir və sairə. Göründüyü kimi, Məhkum və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində kəskin ziddiyyətlər vardır. Lakin, işdən görünür ki, məhkəmələr qeyd edilmiş ziddiyyətləri araşdırma mış, həmin ziddiyyətlərin aradan qaldırılması üçün tədbir görməmiş, buna hüquqi qiymət verməmişlər. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəx si həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Mü dafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiya məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. İşdən görünür ki, müdafiə tərəfi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi isə işə istintaq aparılmaqla baxılmasına baxmayaraq müdafiə tərəfinin dəlillərini araşdırmamış, məhkumun və işdə iştirak etmiş hal şahidlərinin ifadələrinə hüquqi qiymət verməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələ blərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM- in 33-cü maddəsində göstərilir ki, hakimlər və andlı iclasçılar cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiy aya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxs Məhkum müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinin əsasız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təm in edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2018-ci il tarixli Məhkum haqqındakı qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı aparılmaqla tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar q əbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 16 may 2018-ci il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-58/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-58/2019
08.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver