Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-58/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum2 və onun müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Məhkum1 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, suba y, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11, 182.3.1, 182.3.2 və 273-2-ci maddələri ilə, xx xxxxxx 1984-cü ildə Xaçmaz rayonu, Ağaverdioba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonu, Ağaverdioba kəndində qeydiyyatda olan və Xaçmaz rayonu, Xudat şəhəri, Ə.Şıxlinski küçəsi, ev 47-də yaşamış, hal hazırda həbsdə olan Məhkum1 CM-nin 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11, 182.3.1, 182.3.2 və 273-2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından məhkumlar Məh kum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), M.M.Ağalarov və M.A.Xankişiyev) Məhkum1 CM-in 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11, 182.3.1, 182.3.2 və 273-2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11-ci maddələri ilə 10 (on) il və CM-in 182.3.1, 182.3.2-ci maddələri ilə 12 (on iki) il, CM-nin 273-2-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, cəzasının əvvəli xx xxxxxxxx 2017-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum2 CM-in 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11, 182.3.1, 182.3.2 və 273-2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11-ci maddələri ilə 10 (on) il və CM-in 182.3.1, 182.3.2-ci maddələri ilə 10 (on) il, CM-nin 273-2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, cəzasının əvvəli xx xxxxxxxx 2017-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rej imli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X6 da məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumlar və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), M.Ə.Rzayev və F.G.Zeynallı) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum1, Məhkum2 və X6 barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, Məhkum1 2017-ci ilin may-sentyabr ayları ərzində Xaçmaz rayonunda yaxın münasibətlərdə olduğu Məhkum2, sonuncunun əmisi oğlu X6 ilə birləşdiyi mütəşəkkil dəstəyə rəhbərlik etməklə uğursuz biznes fəaliyyəti və kredit öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən pisləşmiş maliyyə vəziyyətini bərpa etmək üçün əvvəllər tanıdığı sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 və onun qardaşı Zərərçəkmiş şəxs1 külli miqdarda nağd pul vəsaitlərindən ibarət əmlakını əldə etmək məqsədilə, ən geci xx xxxxxxxx 2017-ci il tarixədək onların və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, əmlaklarını tələf etmə və qəsdən öldürməklə real hədələyib cinayətdə istifadə üçün kompyuter məlumatlarını saxtalaşdırmaqla imei kod göstəriciləri dəyişdirilmiş mobil telefon cihazlarını əldə edib başqaları ilə əlaqəyə girərək sövdələşmədə və külli miqdarda pul vəsaitlərini hədə-qorxu ilə tələb etməklə qəsdən başqa cür şərait yaratmada ifadə olunan iki nəfərdən artıq şəxsi tamah niyyəti ilə hədəqorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülmələrinə hazırlıq hərəkətləri törətmişlər. Belə ki, Məhkum1 “Finca Azerbaijan” qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi ilə bağladığı xx.xx.2015-ci il tarixli müqavilələrə əsasən kredit götürdüyü 3.500 manat və 3.500 ABŞ dolları məbləğlərində pul vəsaitlərini və onların faizlərini qaytara bilməməsi, eləcə də uğursuz biznes fəaliyyəti nəticəsində pisləşmiş maliyyə vəziyyətini özgə əmlakını qanunsuz yollarla ələ keçirməklə bərpa etmək üçün 2012-2015-ci illərdə Xaçmaz rayonu ərazisində fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin tikntisi, təmiri işlərini yerinə yetirdiyi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 və onu n qardaşı Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda pul vəsaitlərini hədə-qorxu ilə tələb etməklə ələ keçirmək niyyətinə düşərək bu məqsədlə yaxın münasibətlərdə olduğu, Xudat şəhərində kompyuter və mobil telefon təmiri ilə məşğul olan Məhkum2, sonuncunun qohumu X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək mütəşəkkil dəstədə birləşib, xüsusi fəallıq göstərərək hər bir dəstə üzvünün yerinə yetirəcəyi vəzifəni və əldə edəcəyi gəlirlərin məbləğlərini, cinayətin texniki vasitələrdən istifadə etməklə törədilmə vaxtını, yerini, üsulunu müəyyənləşdirməklə rəhbərliyi həyata keçirərək, 2017-ci ilin may ayının 31-dən etibarən dəstə üzvü Məhkum2 Çin Xalq Respublikasının istehsalı olmaqla imei kod göstəricilərinin dəyişdirilməsi mümkün olan mobil cihazları əldə etmək barədə tapşırıqlar verib, Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən mobil operatorlara aid sim kart nömrəsi əldə edib onun vasitəsilə həmin cihazda “WhatsApp” proqramını aktivləşdirib zərər çəkmiş şəxslərin mobil telefonlarına hədələyici mesajlar göndərməyi qərara alıb, 2017-ci ilin iyun ayında Məhkum2la birlikdə “Şirvanovka” sərhəd-nəzarət məntəqəsinə gedərək Azərbaycan-Rusiya sərhədinə yaxın ərazilərdə Rusiya sim kart nömrələrinin aktiv olduğu bölgələri müəyyənləşdirmiş, xx xxxxxxxx 2017-ci il tarixdə saxtalaşdırılmış kompyuter məlumatlarını autentik (həqiqi) kompyuter məlumatları kimi qələmə vermək və onlardan istifadə etmək niyyəti ilə kompyuter məlumatlarını müvafiq hüquq olmadan və ilkin məlumatlar pozulmaqla tamah məqsədilə qəsdən dəyişdirilərək imei kod göstəriciləri təhrif olunmuş mobil telefon c ihazları əldə etmək barədə dəstə üzvü Məhkum2 verdiyi təkrar göstəriş əsasında sonuncu, öz əmisi oğlu Xu hazırlanan cinayət əməlləri barədə xəbərdar edib dəstənin fəaliyyətinə cəlb etməklə Xun özünün istifadəsində olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X13ının aparılması Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi tərəfindən qurulmaqla texniki şərtləri müəyyən edilmiş Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatlarının vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemi olan X13 Sistemində (MCQS) qey diyyata alınmadığından xüsusi internet proqramı vasitəsilə Məhkum2 işlədiyi Xudat şəhəri, Ə.Vahid küçəsi, ev 6 ünvanında yerləşən emalatxanadakı kompyuter vasitəsilə Xun arvadı X9 məxsus “OLYMPİA” markalı “VİVA” modelli mobil telefon cihazına qeyri-qanuni üsulla yazdığı **********09910 nömrəli imei kod rəqəmlərindən istifadə etməklə qeydiyyata aldırıb aktivləşdirərək faktiki saxta imei kod nömrələri ilə işləməsini təmin etdiyi Çin Xalq Respublikasının istehsalı olan “Fly” markalı “İQ454” modelli smartfonunu planlaşdırılan əməllərin icrası üçün Rusiya Federasiyası ərazisində istifadə məqsədilə ona təqdim edərək, bilə-bilə cinayətin vasitəsi ilə qabaqcadan təmin etdikdən sonra, xx xxxxxxxx 2017-ci il tarixdə saat 17:20-də “Şirvanovka” sərhəd-nəzarət məntəqəsindən keçməklə Rusiya Federasiyası nın Dağıstan Respublikasına gedib Dərbənd şəhərində “MTC” mobil telefon operatoruna məxsus +**********7 nömrəsini əldə edərək saat 17:59-da “Fly” markalı “İQ454” modelli smartfona daxil edərək, Məhkum2 məsləhətləri ilə həmin ölkənin ərazisində “WhatsApp” şəbəkəsində səhifə yaratmış, bu cihazdan istifadə edə bilməməsi ilə əlaqədar 2017-ci il sentyabr ayının 4-dən 5-nə keçən gecə saat 1:05, 1:06, 1:07-də dəstə üzvü Məhkum2la əlaqə yaradıb imei kodu dəyişdirilmiş Çin Xalq Respublikasının istehsalı olan başqa mobil telefon cihazı əldə etməyi tapşırıb xx xxxxxxxx 2017-ci il tarixdə saat 11:12-də Azərbaycan Respublikasına qayıdaraq, Məhkum2 tərəfindən yaxın münasibətdə olduğu Şahid3 başqasına satacağı adı ilə əldə edilərək imei kodu öz mobil telefon nömrəsi vasitəsilə internetdə dəyişdirilməklə “Şirvanovka” sərhəd-nəzarət məntəqəsində ona təqdim olunan “BQ Milan” markalı “BQS-5001” modelli smartfona +**********7 nömrəsini Məhkum2la birlikdə daxil edib “WhatsApp” proqramını aktivləşdirərək Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** nömrəsinə xx xxxxxxxx 2017-ci il tarixdə saat 15:12-də yazılı mesaj göndərərək rəhbərlik etdiyi dəstə üzvləri tərəfindən qızının, qardaşlarının və nəvəsinin öldürüləcəyi ilə hədələyərək üç gün ərzində rəsmi məzənnəyə əsasən 340.200 manata bərabər 200.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitinin verilməsini hədə-qorxu ilə tələb etmiş, Rusiya Federasiyasına aid mobil operator şəbəkəsinin aktiv olduğu Xaçmaz rayonunda yerləşən “Şirvanovka” sərhəd-nəzarət məntəqəsi ərazisindən xx xxxxxxxx 2017-ci il tarixdə saat 21:52, 22:01, 22:05, 22:08, 22:24, 22:26, 22:34-də, həmçinin xx xxxxxxxx 2017-ci il tarixdə saat 12:16-da həmin məntəqədən Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə keçərək oradan saat 18:09, 18:52, 21:08, 21:46-da göndərdiyi yazılı mesajlarda, eləcə də saat 21:18-də +**********7 nömrəsindən ********** nömrəsinə zəng edərək apardığı 1 dəqiqə 52 saniyəlik danışıq zamanı, habelə yenə də Xaçmaz rayonunda yerləşən “Şirvanovka” sərhəd-nəzarət məntəqəsi ərazisindən xx xxxxxxxx 2017-ci il tarixdə saat 11:08, 23:47, xx xxxxxxxx 2017-ci il tarixdə saat 00:00, 00:07, 00:14, 22:56, xx xxxxxxxx 2017-ci il tarixdə saat 16:57, 17:03, 23:06, 23:10, 23:20, xx xxxxxxxx 2017-ci il tarixdə 22:02, 22:12, 22:16, xx xxxxxxxx 2017-ci il tarixdə saat 17;41, 17:47, 18:17, 18:31, 18:39, 19:27 dəqiqədə, xx xxxxxxxx 2017-ci il tarixdə saat 10:24-də təkrarən qeyd olunan məntəqədən Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə keçərək oradan saat 11:16 dəqiqədə göndərdiyi yazılı mesajlarda müntəzəm surətdə real hədələrini davam etdirərək ən geci xx xxxxxxxx 2017-ci il tarixədək icra olunacağı təhdidi ilə tələb etdiyi pul vəsaitlərinin məbləğini rəsmi məzənnəyə əsasən 1.701.000 manata bərabər 1.000.000 ABŞ dollarına qədər yüksəldib mütəşəkkil dəstə tərkibində özgənin külli miqdarda əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək, iki nəfərdən artıq şəxsi tamah niyyətilə hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürmək üçün vasitə qismində istifadə məqsədilə kompyuter məlumatları saxtalaşdırılaraq imei kod göstəriciləri dəyişdirilmiş mobil telefon cihazlarını əldə edib başqaları i lə əlaqəyə girərək sövdələşmədə və külli miqdarda pul vəsaitlərini hədə-qorxu ilə tələb etməklə qəsdən başqa cür şərait yaradılmasında ifadə olunan hazırlıq hərəkətləri törədib, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xx xxxxxxxx 2017-ci ildə tutulması ilə əlaqədar iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 kassasiya şikayətində bildirir ki, o, təqsirsiz olduğunu, elan edilmiş ittihamın əsassız olduğunu mötəbər və təkzibolunmaz faktlarla sübut etsə də, Sumqayıt Apellyasiya Məhkəməsi xx xxxxx 2019-cu il tarixli qərarla onun apellyasiya şikayətini təmin etməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamaqla, qərəzli və qe yri-obyektiv qərar qəbul etmişdir. Şikayət müəllifi qeyd edir ki, o, törədilən cinayət hadisəsinin planlaşdırılmasında iştirak etməmiş, yalnız peşə fəaliyyəti ilə əlaqədar olaraq cinayət hadisəsini törədən şəxslə ustamüştəri münasibətində olmuşdur. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsi xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və onun və onunla birlikdə məhkum edilmiş digər şəxslərin barəsində bəraət hökmü çıxarılması xahiş olunur. Şikayət müəllifi bildirir ki, ibtidai araşdırma qanunvericiliklə nəzərdə tutulan hüquqları pozulmaqla aparılmış, fiziki zorakılıqlara və təzyiqlərə məruz qalmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikay ətlərinin təmin edilməsi barədə Məhkum2, müdafiəçilər Müdafiəçi4 və Müdafiəçi5, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassas iya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kolle giyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, məhkumların kassasiya şikayətlərində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərində onların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi mübahisə edilir. Hesab edilir ki, məhkumların təqsiri heç bir mötəbər sübutla təsdiqlənmədiyindən onla ra bəraət verilməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilən məhkumların heç bir cinayət törətməmələri və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələri bağlı dəlillərlə razılaşm ayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumlar Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 182.3.1, 182.3.2 və 273-2-ci maddələri ilə ittiham olunduqları cinayətləri törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin dəlillərin təkrar müzakirəsini və sübutları hazırkı qərarda tam tə krarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, məhkumlar özlərini onlara elan edilmiş ittihamlarda təqsirli bilməsələr də, iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərin, şahidlər Şahid1, Şahid2, Şahid3, X23, Şahid5, X10, X24, X17, X14, X11, X18, X7, X15, X4, X, X2, X12, X4 ifadələri, istintaq ekspermentinin aparılması, əşyanın tanınmaya təqdim edilməsi, baxış keçirilməsi haqqında protokolları, məhkəmə-fonoskopik, məhkəmə kompyuter-texniki, Məhkəməpsixiatrik məhkəmə-linqvistik ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla məhkumların təqsiri tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, məhkumlar Məhkum2 və Məhkum1 hədə-qorxu ilə tələb etmə və kompyuter si steminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə cinayətlərini törətmələri toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Həmin sübutları araşdırarkən məhkumların qeyd edilən maddələr ilə cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmadığı aydın görünür. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Bunula belə məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum2 və Məhkum1 CM-nin 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11-ci maddələri ilə təqsirli bilib məhkum edərkən CPM-nin 144-145-ci maddələrinin tələblə rinə riayət etməyərək cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış və ittiham orqanının təqdim etdiyi sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM- də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilə n şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri məhkumlar Məhkum2 və Məhkum1 əməllərinin hüquqi tövsifi zamanı səhvə yol vermişlər. Belə ki, məhkəmə qərarlarına əsasən Məhkum2 və Məhkum1 əvvəllər tanıdığı sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 və onun qardaşı Zərərçəkmiş şəxs1 külli m iqdarda nağd pul vəsaitlərindən ibarət əmlakını əldə etmək məqsədilə onların və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, əmlaklarını tələf etmə və qəsdən öldürməklə hədələmişlər. Bu əmələ görə məhkəmələr Məhkum1 və Məhkum2 “Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə” cinayətinin mütəşəkkil dəstə tərəfindən və külli miqdarda əmlak əldə etmək məqsədilə törədilməyə görə məsuliyyət nəzərdə tutan CM-nin 182.3.1 və 182.3.2-ci maddələri ilə məhkum etməklə bərabər, həm də onların əməllərini qəsdən adam öldürməyə hazı rlıq cinayəti kimi qiymətləndirərək CM-in 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11-ci maddələri ilə məhkum etmişlər. CM-nin 28.1-ci maddəsinə əsasən “Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.” Cinayətə hazırlıq törədilməsi planlaşdırılan əməlin baş verməsinə istiqamətlənən aktiv hərəkətlərin törədilməsində ifadə olunur. İş materiallarından görünür ki, Məhkum1 və cinayətin digər iştirakçıları tərəfindən zərərçəkmiş şəxslərin qəsdən öldürülməsi üçün qanunda nəzərdə tutulan hərəkətlərdən hər hansı bi ri, yəni cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratmada ifadə olunmalı olan hərəkətlər edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin sosial şəbəkələr vasitəsi ilə zərərçəkmiş şəxslərin barəsində külli miqdarda əmlak əldə etmək məqsədilə etdiyi hədələrdə ifadə olunan hərəkətləri isə CM-nin 182.3.1 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlləri ilə əhatə edildiyindən, onların əlavə olaraq CM-in 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11-ci maddələri ilə də təqsirli bilinərək məhkum edilmələri ilə bağlı məhkəmələrin gəldikləri nəticə düzgün olmamışdır. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyektinin: cinayətin obyektiv cəhətinin; cinayətin subyektinin; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, tö rədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Lakin məhkəmə kollegiyası hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələrin iş üzrə gəlmiş olduğu nəticə işin faktiki halları, eləcə də toplanmış sübutlarla ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumların Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürməyə hazırlıq etmələrinin nədə if adə olunması iş materiallarında mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11-ci maddələri ilə məhkum edilmələrinə və həmin maddələr ilə cəzalandırılmalarına dair müddəalar məhkəmə qər arlarından xaric edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinə əsasən cinayət işi üzrə məhkum edilmiş, lakin tərəfindən kassasiya şikayəti verilməmiş məhkum X2 da Azərbaycan Respublikası CM-in 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11-ci maddələri ilə məhkum edilməsinə və həmin maddələr ilə cəzalandırılmalarına dair müddəalar məhkəmə qərarlarından xaric edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X19rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsasl andıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum1, Məhkum2 və X6 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum1, Məhkum2 və X2 Azərbaycan Respublikası CM-in 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7 və 28, 120.2.11-ci maddələri ilə ittiham edilmələri və cəzalandırılmalarına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum2 Azərbaycan Respublikası CM-nin 182.3.1 və 182.3.2-ci maddələri ilə təyin edilmiş 10 (on) il müddətinə, Azərbaycan Respublikası CM-nin 273-2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəz ası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum1 Azərbaycan Respublikası CM-nin 182.3.1 və 182.3.2-ci maddələri ilə təyin edilmiş 12 (on iki) il müddətinə, Azərbaycan Respublikası CM-nin 273-2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 12 (on iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən X3 Azərbaycan Respublikası CM-nin 182.3.1 və 182.3.2-ci maddələri ilə təyin edilmiş 10 (on) il müddətinə, Azərbaycan Respublikası CM-nin 273-2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 10 (on) il 3 (üç) ay müddətinə azadlıqdan məhr um etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-58/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-58/2020
24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver