Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-58/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X9, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərb aycan Respublikası CM-nin 309.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə, məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ((sədrlik edən X19, hakimlər: X16 və X10 ibarət tərkibdə) 18 noyabr 2020-ci il tarixli hökmü ilə xx xxxx 1941-ci ildə Lerik rayonunun Vamazqan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, ailəli, Cəlilabad rayon Muğan Bədəliyyəsinin sədri və bələdiyyə sədrinin müavini vəzifələrində işləmiş, hazırda təqaüddə olan, Cəlilabad rayonun un Muğan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunaraq CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş əsas cəza 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X23 (sədrl ik edən və məruzəçi), X20 və X11 ibarət tərkibdə) Məhkum və müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum 29 avqust 2014-cü il tarixdən Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri vəzifəsində işləyərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən, öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərəmalik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əl aqədar edəcəyi hərəkətə, yəni Cəlilabad rayonun Muğan kənd sakini X3 2004-cü ildə Muğan Bələdiyyəsi tərəfindən onun övladları Ceyhunə, Sevda və X17 adlarına ayrılmış, Muğan Bələdiyyəsində saxlanılan üç ədəd, hər biri 0,12 ha olmaqla torpaq sahələrinin alqı-satqısı ilə bağlı sənədlərin ona təqdim edilməsinə dair 2014-cü ildə özünə müraciəti ilə əlaqədar həmin sənədlərin Ədalət Hüseynova təqdim edilməsinə görə 2014-cü ilin sentyabr-dekabr aylarıərzində həmin bələdiyyənin Cəlilabad rayonun Muğan kəndində yerləşən inzibati binasında sonuncudan özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 2000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, növbəti gün X24 həmin kənddə yaşadığı evində ondan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2000 (iki min) manat pul vəsaitini rüş vət qismində alıb, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə şəxsən birbaşa yolla özü üçün maddi nemət olan pul vəsaitini X22 rüşvət qismində istəməklə almışdır. Bundan başqa, o, Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri vəzifəsində işləyərkən qeyd edilən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 13-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyəüzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclasl arının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına və Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X2» nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onu n barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, 2014-cü ildə özü və övladı üçün həyətyanı torpaq sahələri satın almaq üçün özünə müraciət edən Cəlilabad rayonun Maşlıq kənd sakini X1 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sonuncuya və onun qızı Gözəl Abdullayevaya hər biri 0,12 ha ölçüdə 2 ədəd həyatyanı torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsinə görə Cəlilabad rayon Muğan Bələdiyyəsinin inzibati binasında birbaşa yolla şəxsən maddi nemət olan 3000 (üç min) manat məbləğində pul vəsaitini Firudin Abdullayevdən özü üçün təkrarən rüşvət qismində istəyib, sonuncu imkanı olmadığını bildirdiyindən 2000 (iki min) manata razılaşmaqla, qısa müddət sonra istintaqa məlum olmayan şəraitdə tamah və şəxsi niyyətlə qeyd edilən torpaq sahələrinin onlara alqı-satqısına dair bilə-bilə məzmununa yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri-həmin X6 Yığıncağının qəsdən əvvəlki tarixə, yəni 30 noyabr 2010-cu il tarixli, 11 saylı iclas protokolundan 2 ədəd çıxarışı, 30 noyabr 2010-cu il tarixli, 2 ədəd kassa mədaxil orderi, 2 ədəd alqı-satqı müqaviləsi, torpaqların alqı-satqısına dair aktı, torpaq sahəsinin seçilməsi barədə akt və həmin tarixli torpaq sahəsinin sxematik planını tərtib edib, həmin sənədlərdə olan 2010-cu ilə uyğun məsul şəxslərin imzalarını qəsdən fərqli formada imzalayıb bələdiyyəyə məxsus dairəvi möhürlə təsdiq edib vəzifə saxtakarlığı edərək hazırladığı həmin saxta rəsmi sənədləri Firudin Abdullayevə təqdim etmiş və 2014-cü ildə həmin bələdiyyən in Cəlilabad rayonun Muğan kəndində yerləşən inzibati binasının yaxınlığında şəxsən özüüçün birbaşa yolla maddi nemət olan 2000 (iki min) manat məbləğində pul vəsaitini Firudin Abdullayevdən rüşvət qismində alıb, torpaq sahələrinin sonuncuya təqdim edilməsini həyata keçirərək, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2000 (iki min) manat pul vəsaitini Firudin Abdullayevdən rüşvət qismində təkrarən istəməklə təkrarən almış, tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, bələdiyyənin əmlakıüzərində təkbaşına sərəncam vermədə ifadə olunan həmin hərəkətləri ilə Cəlilabad rayon Muğan Bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər edərək vəzifə səlahiyyətlərini aşmışdır. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi birgə kassasiya şikayəti və Məhkum kassasiya şikayətinə əlavə verərək həmin qərarın qanunsuz və əsassız olduğunu vurğulamış və barəsində CM-nin 309.1, 311.3.2 və 313-cü maddələri ilə bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə onunla əsaslandırmışdır ki, məhkuma ittihamın verilməsi üçün əsas götürülmüş sübutlar ittiham üzrə müəyyən edilmiş halların təsdiqi üçün əsaslı deyil dir. İş üzrə sübutlar düzgün qiymətləndirlməmiş və nəticədə qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin işin hallarını obyektiv araşdırmamış, nəticədə qanunsuz, əsassız və ədalətsiz qərar çıxarmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı ittihamın verilməsi üçün əsaslalınmış şahid ifadələrindəki ziddiyətlər düzgün qiymətləndirilməmişdir. Əgər məhkəmə istintaqında qeyd olunmuş əsaslar obyektiv qiymətləndirilmiş olsaydı, o halda məhkəmə hökmü ilə elan olunmuş ittihama görə təqsirli hesab edilməzdi. İttihamın əsasını təşkil edən şahid ifadələrindəki ziddiyyətlərlər bir sıra cavabsız suallar yaradır: Torpaq sahələri üçün pul verilibsə, hansı səbəbdən sənədlər verilməyib?; 2004-cü ildə torpaq sahələri verilibsə 10 il müddətində nə üçü n sənədlər verilməyib; şahidlər bildirirlər ki, 2014-cü ildə mənə pul verilmişdir, məndə sənədləri vermişəm, lakin torpaqların alqı-satqısına dair aktdan görünür ki, torpaq sahəsi 2014-cü ildə deyil 2015-ci ildə verilmişdir. Hesab edirik ki, məhkəmə ibtidai istintaqın ziddiyətli və mötəbər olmayan sübutları əsas götürmüş, məhkəmə istintaqında verilən ifadələrə məhkəmə düzgün hüquqi qiymət verməmiş Azərbaycan Respublikası Konstitutsiyasının 63-cü maddəsinin, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə düzgün riayət etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi barədə müdafiə tərəfinin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, k assasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhk əməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərk ibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid if adələri, ekspert rəyləri və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Apellyasiya məhkəməsi qərar qəbul edərkən hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 309.1,311.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə dindirilmiş şahidlər Firudin Abdullayev, Ədalət Əlihüseynov və X14 ifadələri (həmin şəxslər ifadələrində torpaq sahəsinin alınması və topaq sahələri ilə bağlı sənədlərin verilməsi ilə bağlı Məhkum pulun verilməsi faktlarını təsdiq etmişlər, eləcədə onlar pulun verilməsini faktını məhkəmədə bir daha təqsirləndirilən şəxs Məhkum üzünə deməklə şəxsən təsdiq etmişlər), habelə şahidlər Qəzənfər Zeynalov, X31, Rafət Abasov və Seymur Rəhimovun ifadələri (həmin şəxslər ifadələrində ittihamda göstərilən xüsusatları 30 noyabr 2010-cu il tarixli 11 saylı iclas protokollarda yazılanlardan məlumatların olmaması, Maşlıq kənd sakinləri Firudin Abdullayev və Gözəl Abdullayevaya bələdiyyə tərəfindən 0,12 ha həyətyani torpaq sahələri verilməsi ilə bağlı bələdiyyənin iclasında iştirak etməmələrini göstərmişlər), ekspertizarəyi, maddi sübutlar, o cümlədən kassa mədaxil orderlərin qəbzləri (30 noyabr 2010-cu il tarixli ÇÖH 032768 saylı kassa mədaxil orderinin qəbzinə əsasən X4 Maşlıq kəndindən 0,12 ha və 30 noyabr 2010-cu il tarixli ÇÖH 032769 saylı kassa mədaxil orderinin qəbzinə əsasən X5 Maşlıq kəndindən 0,12 ha torpaq sahələri satılması müəyyən olunur və bu qəbzləri n Cəlilabad rayon Muğan Bələdiyyəsinə 2012-ci ilin sonlarında daxil olmasına baxmayaraq, Məhkum tərəfindən həmin sənədlər 2014-cü ildə qəsdən köhnə tarixdə tərtib edilmiş görüntüsü yaradılmaqla saxtalaşdırılıb Firudin Abdullayevə təqdim edilməsi təsdiq olunur), habelə məhkəmə iclasında elanedilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş, və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı gö stərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə koll egiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-58/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-58/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver