Məhkəmə qərarları › İş №1(102)-58/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-58/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-58/2023 06.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1332/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 12 avqust 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq qəsəbəsi, M.Namazov küçəsi nömrəsiz evdə yaşamışdır. 2. 31 avqust 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 19 oktyabr 2021-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə xx.xx.2017-ci il tarixli 1294/ş saylı əmrlə həmin Nazirliyin Kiçik həcmli Gəmilərə Nəzarət və X5 Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilməklə xx.xx.2021-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib oğlu Samir İsmayıllını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İmişli şəhərində yerləşən tabeliyində olan qurumların birində işlə təmin edilməsində köməklik göstərilməsi barədə xx.xx.2019-cu il tarixdə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 66 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasında yerləşən xidməti otağında görüşləri zamanı özünə müraciət edən Şahid1 özünü işgüzar və çox şaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Samir İsmayıllının işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə bi rlikdə bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Samir İsmayıllının xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə birlikdə bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2 avqust 2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasında 5.000 (beş min) manat məbləğində pul vəsaitini Şahid1 alıb qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, cinayət əməllərini davam etdirərək, 2019-cu ilin oktyabr ayında 3.000 (üç min) manat məbləğində pul vəsaitinin də rüşvət qismində əlavə olaraq verilməsinin zəruri olmasını Şahid1la ünvan 3 ünvanında görüşləri zamanı aldatmaqla ona bildirərək, onun razılığını almaqla sövdələşib, habelə bununla əlaqədar qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan qeyrisi vasitəsilə Şahid1 həmin məsələnin həllinin artıq yekunlaşmasını yalandan bildirərək onda əminlik yaradıb, eyni niyyətlə, 2019-cu ilin oktyabr ayında Bakı şəhəri Xətai rayonu Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən “Bravo” supermarketinin qarşısındakı avtomobil dayanacağında 3.000 (üç min) manat məbləğində pul vəsaitini Şahid1 alıb ələ keçirərək qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyət i araşdırılan qeyrisi ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, eyni niyyətlə, cinayətkar əməllərini davam etdirib, 2021-ci ilin mart ayında ünvan 4 ünvanında yerləşən “Elite” ticarət mərkəzinin həyətində X6 rayonunda qarnizona təqdim etmək üçün yol xərci adı ilə 200 (iki yüz) manat məbləğində pul vəsaitini Şahid1 istəyib alaraq ələ keçirib qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 8.200 (səkkiz min iki yüz) manat məbləğində pul vəsaitini istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə xeyli miqdarda ziyan vurmaq la ələ keçirib dələduzluq etmiş, istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Samir İsmayıllının xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə təhrik etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-50/2022 nömrəli, 05 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli hökmü ilə məhkum edildiyi 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının yeni hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tamamilə, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 23 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya instansiyasında məhkəmə baxışı iclasında Məhkum apellyasiya şikayətindən imtina etdiyini bildirib, apellyasiya baxışına xitam verilməsinə dair ərizə vermiş və ərizəsinin nəzərə alınmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1332/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum verdiyi apellyasi ya şikayətindən imtinasına dair ərizəsi təmin edilmiş, apellyasiya şikayətinin baxılmasına xitam verilmişdir.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 178.2.2 178.2.3 və 178.2.4-cü maddələri 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə və Azərbaycan Respublikası CMnin 32.4,312.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə t utmaq hüququndan məhrum olunmaqla 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaların qismən toplanılması yolu ilə qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-137/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qərarı ilə Məhkum və onun müdafiəçisi Müdafiəçi1 verdikləri birgə apellyasiya şikayəti təmin edilm əmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1272/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-114/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilmiş, Bakı Ağır Cinayə tlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş əsas – azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 2 (iki) il 6 (altı) aya, Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş əsas azadlıqdan məhrum etmə cəzası 6 (altı) ildən 4 (dörd) il 6 (altı) aya endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

12. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 1(103)1332/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

13. Məhkumun müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarını qəbul edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli hökmünü nəzərə almamış, Məhkum digər hökm üzrə hüquqlarını izah etmədən apellyasiya şikayətindən imtinasına dair ərizəsini təmin edərək, həmin apellyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Bu səbəbdən Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1332/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində apellyasiya şikayətinin baxılmasının dav am edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir.

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır.

16. Azərbaycan Respublikası CPM-nin 8.0 və 8.0.3-cü maddələrinin ümumi məzmununa görə, digərləri ilə yanaşı cinayət mühakimə icraatının vəzifələri cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmasına yönəlmişdir.

17. Həmin Məcəllənin 12.1-ci maddəsi cinayət prosesini həyata keçirən orqanların üzərinə cinayət prose sində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasının təmin edilməsi vəzifəsi qoyulmuşdur.

18. Cinayət-Prosessual Məcəlləsinin 14.1-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada onun azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyinə görə, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə əd alətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilmə sinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərrı).

20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

21. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin vurğulayır k i, Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələbinə görə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxarkən, müraciətin dəlillərindən asılı olmayaraq hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.

22. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanmaqla hazırki cinayət işinin halları müqayisəli şəkildə təhlil edildikdə aşkar olunur ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı prosessual baxımdan düzgün qəbul edilsə də, hal-hazırda Məhkum törətdiyi müxtəlif cinayət əməllərinə görə qəti cəzasının hesablanmasında uyğunsuzluq müşah idə edilir.

23. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-50/2022 nömrəli, 05 may 2022-ci il tarixli hökmündən görünür ki, Məhkum həmin hökmlə cəza təyin edilərkən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində artıq mövcud olan, başqa cinayət işi üzrə çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası isə yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

24. Lakin daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-114/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarının qəbul edilməsi nəticəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş əsas cəza – 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətinə endirilmişdir.

25. Göründüyü kimi, hazırki cinayət işi üzrə çıxarılmış, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ilə barəsində apelyasiya şikayətinin baxılmasına xitam verilməsi nəticəsində qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-50/2022 nömrəli, 05 may 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzanın tərkib hissəsini təşkil edən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1272/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş əsas cəzanın müddəti endirilmiş, bu hal isə öz növbəsində Məhkum vəziyyətinin yaxşılaşmasına, yəni hazırda çəkdiyi cəzasının yenidən hesablanmasına imkan yaratmışdır. Lakin Müdafiəçi1 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-50/2022 nömrəli, 05 may 2022-ci il tarixli hökmü barəsində verilmiş şikayətə aid apellyasiya icraatı qaydasında araşdırma aparılıb mahiyyəti üzrə qərar qəbul edilmədiyindən, Məhkum artıq təyin edilmiş qəti cəzanın hesablanmasında yaranmış uyğunsuzluğa kassasiya icraatı qaydasında münasibətin bildirilməsi və bununla bağlı hər h ansı hərəkətin edilməsi qeyri-mümkündür.

26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin istər hərfi təsviri, istərsə də hüquqi təfsiri şəxsin öz azad iradəsi ilə –açıq aşkar və ya dolayısı ilə nümayiş etməklə – ədalətli məhkəmə araşdırması təminatlarından imtina etməsinə mane olmur. Bununla belə, Konvensiya məqsədləri üçün qəbul edilən hesab edilməsi üçün, belə bir imtina birmənalı şəkildə müəyyən edilməli və əhəmiyyətinə uyğun minimum təminatlarla təmin edilməlidir. Belə imtinanın açıq qaydada edilməsi mütləq olmasa da, o, hər bir halda könüllü olmalı və hüquqdan bilərəkdən və başa düşülməklə edilməlidir. 6-cı maddə ilə təmin edilən müh üm hüquqdan imtinanı qəbul edərkən, təqsirləndirilən şəxsin belə imtinanın nəticələrinin nə olacağını aydın şəkildə anladığının müəyyən edilməsi mütləqdir. Bundan əlavə, imtina hər hansı mühüm ictimai maraqlara zidd ola bilməz (Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 52, 14 yanvar 2021-ci il).

27. Hazırki halda isə, müdafiəçisi Müdafiəçi1 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-50/2022 nömrəli, 05 may 2022-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətindən imtina edərkən, Məhkum etdiyi imtinanın hüquqi nəticələrinin nədən ibarət olduğunun izah edildiyini cinayət işinin materiallarında olan müvafiq məhkəmə iclas protokollarından müəyyən etmək olmur. Məhkəmə kollegiyasının fikrincə, bu hal həmçinin hazırki kassasiya şikayətinin təmin edilməsinə ona görə əsas ve rir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətindən imtinasına dair ərizəsini təmin edərkən, təqsirləndirilən şəxsin hüquq və mənafeyini kifayət qədər nəzərə almamışdır.

28. Digər tərəfdən, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1332/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətindən imtinasının qəbul edilməsinin nəticəsində onun hal-hazırda çəkdiyi cəzanın hesablanmasında yaranmış uyğunsuzluğun aradan qaldırılması, eyni zamanda cinayət törətmiş şəxslər haqqında cəza tətbiqində hüquqi müəyyənlik prinsipinin təmininə yönəlmiş ictimai maraqlara xidmət edir.

29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasın ın təmin edilməsi məqsədilə, onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1332/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli, iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1332/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar