Məhkəmə qərarları › İş №1(102)-58/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-58/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-58/2024 31.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, Bakı Apelyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İradə Həsənzadə (sədrlik edən və məruzəçi), Azər Paşayev və Əhməd Quliyevdən ibarət tərkibdə) 01 sentyabr 2022-ci il tarixli 1(101)-923/2022 nömrəli hökmü ilə xx xxx 1992-ci il xxxx şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, xxxx şəhərinin xxxx kəndində qeydiyyatda olmaqla xxxx şəhəri, xxxx rayonu, xxxx qəsəbəsi, xxxx küçəsi, ev xxxx ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən cinayət əlaqəsinə girdiyi, istintaq tərəfindən müəyyən olunmayan Babək adlı şəxs ilə qabaqcadan əlbir olduğu bir qrup ş əxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr heroini və metadonu, psixotrop maddə metamfetamini əldə edib əynində olan şalvarın sol yan cibində və yaşadığı, ünvan 1 ünvanında yerləşən evdə saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il dekabrın 13-də saat 19:10-da həmin ünvanın yaxınlığında saxlanaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümdəki 19,815 qram təmiz çəkidə açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, davam edən tədbirlər nəticəsində sonuncunun yaşadığ ı ünvandan bir ədəd sellofan torbadakı üç ədəd bağlamada ayrı-ayrılıqda 1.005 qram, 1.010 qram və 1.005 qram, ümumilikdə 3.020 qram təmiz çəkidə açıq qəhvəyi rəngli xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 505 qram təmiz çəkidə ağ rəngli kristallik formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «F/M40» göstəricisi olan 2.500 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində təsir maddəsinin miqdarı 100 qram təşkil edən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olmaqla narkotik vasitə metadon, bir ədəd qara rəngli «Hausberg» göstəricili və bir ədəd ağ rəngli «WY-220» göstərəcili üzərində narkotik vasitə heroinə məxsus, həmçinin bi r ədəd gümüşü rəngli «PCS MODE ON/OFF TARE» göstəricili üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzilər, ümumilikdə isə onun üzərindən və yaşadığı evdən aşkar olunan 3.039,815 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış, bir-biriləri ilə eynilik təşkil edən narkotik vasitə heroin, ümumilikdə miqdarı 100 qram təşkil edən narkotik vasitə metadon və ümumilikdə 505 qram təmiz çəkidə ağ kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimli) 23 may 2023-cü il tarixli 1(103)-140/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 11 (on bir) ilə endirilmiş, Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 kassasiya şikayətinə əlavə verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum bəra ət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin baxış iclasında müdafiə tərəfinin vəsatəti əsasında qismən istintaq aparılmış, dindirilmiş əvvəlki ifadələrindən fərqli olaraq, Azər Həsənov öz ifadəsində bildirmişdir ki, o Məhkum və Natiqə adlı xanımı tanıyır, Məhkumlə iş birliyi həyata keçirmiş, onun vasitəsı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanların məsuliyyətə cəlb olunmasını həyata keçirmişdir. Həqiqətən də 13 dekabr 2021- ci il tarixdə Məhkumlə 10 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında yerləşən “Santral Elektik” mağazasının qarşı sında görüşmüşdür. Lakin görüşüb ayırdıqdan sonra Məhkum barəsində nə baş verdiyini bilmir. Bununla da, Azər Həsənov göstərilən tarixdə Məhkumla görüşdüyünü, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi dəlilləri təsdiq edir. Həmçinin, hadisədən əvvəl Azər Həsənov tərəfindən Məhkum mobil telefonuna Natiqə xanımla görüşməməsi, ondan əl çəkməsi məzmununda təhdidedici mesajlar göndərmişdir. Məhkum ilkin ifadəsində və yazılı şikayətlərindən də görünür ki, hadisə günü əməliyyat müvəkkili Azər Həsənov onu zorla polis bölməsinə aparıb və ona çoxsaylı xəsarətlər yetirmişdir. Xəsarətlərin yetirilməsi iş materiallarında öz təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi X4 Abışovla hadisə günü görüşməsini təsdiq edən ifadəsinə hüquqi qiymət verməmiş, göstərilən ifadəyə münasibət bildirməmişdir. Nəticədə birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilmədən saxlamışdır. Beləliklə apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallara qiymət verməməsi məhkəmənin yekun qərarının əsassız və qanunsuz olmasını təsdiq edir. Məhkum əməlində cinayət tərkibinin əlamətləri olmadığına, Azər Həsənovun verdiyi ifadənin müdafiə tərəfinin təqdim etdiyi sübutları təsdiq etdiyinə Məhkum istintaq orqanına verdiyi ifadənin zor və işgəncə tətbiqi nəticəsində əldə edildiyi üçün sübut kimi qiymətləndirilməməsinə görə Məhkum barəsində çıxarılmış Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilərək apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməlidir. Kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkumun müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 kas sasiya şikayətinə əlavəni onunla əsaslandırmışlar ki, hər iki məhkəmə instansiyası iş üzrə hərtərəfli tam və obyektiv məhkəmə istintaqı aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, ibtidai istintaq tərəfindən sübut qismində tanınmış sənədləri ətraflı şəkildə tədqiq etməmiş, iş üzrə zəruri olan şahid ifadələrinin alınmasını təmin etməmiş, təqsirləndirilən şəxsin əksər konstitusion hüquqları ilə yanaşı eyni zamanda çəkişmə prinsipini pozmuş və bunun nəticəsində qanunsuz və ədalətsiz məhkəmə aktı qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli, 1(103)-l40/2023 saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və ona bəraət verilməlidir. Kassatorlar şikayətə əlavələrində ilk öncə onu qeyd etmə k istəyirlər ki, cinayət işi başlanılması haqqında qərarda göstərilir ki, guya Məhkum 13 dekabr 2021-ci il tarixdə, saat 19:10-da yaşadığı ünvan 2 ünvanının qarşısında piyada hərəkətdə olarkən saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və üzərinə baxış zamanı külli miqdarda, yəni 19,815 qram narkotik vasitə olan heroin aşkar edilməklə götürülmüşdür. Ancaq cinayət işi üzrə hər iki məhkəmə proseslərində Məhkum Nərimanov rayonu, Z.Bünyadov prospekti 11/2071 ünvanında yerləşən Santral Elektrik mağazasının qarşısında saxlanılaraq BNMİ-yə aparıldığını bildirmişdir. Göründüyü kimi istintaq orqanı Məhkum konkret olaraq harada saxlanılmasını müəyyən edə bilmədən ittiham aktı tərtib etməklə cinayət işini məhkəməyə göndərmiş, məhkəmə instansiyaları isə bu mübahisəli xüsusatı araşdırmaqda mara qlı olmamışdır. Halbuki məhkəmələr Məhkum istifadəsində olan mobil telefon nömrəsinin anten əhatə dairəsi haqqında məlumatları əldə etməklə Məhkum 13 dekabr 2021-ci il tarixdə hansı ünvanda və saatda saxlanılmasını müəyyən edə bilərdi. Bundan başqa iş materiallarında və Məhkum adından qeyd edilmiş ifadələrdə göstərilir ki, guya məlum narkotik vasitələri tutulmazdan 3 gün əvvəl yəni 10 dekabr 2021ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində əldə etmişdir. Lakin Məhkum məhkəmə proseslərində vermiş olduğu ifadələrində təkidlə 2021-ci ilin dekabr ayında ümumiyyətlə Xəzər rayonu ərazisində olmadığını, BNMİ tərəfindən qərəzli şəkildə şərlənərək həbs edildiyini bildirmişdir. Lakin hər iki məhkəmə instansiyası digər əhəmiyyətli xüsusatları araşdırmadığı kimi qeyd etdiyimiz xüsusatı da araşdırmaqda maraqlı olmamış, istintaq orqanının gəldiyi nəticə ilə kifayətlənmiş, ittiham aktını eynilə hökmə köçürməklə ittiham hökmü çıxarmışdır. Halbuki məhkəmə cinayət prosessual qanunvericiliyin çəkişmə prinsipini təmin etsəydi və tərəflərin gətirmiş olduğu dəlilləri bərabər şəkildə tədqiq edib araşdırsaydı Məhkum bu gün həbsdə olmazdı. Bundan başqa Məhkum verilmiş ittihamda sonuncunun narkotik vasitəni guya İran İslam Respublikası vətəndaşı Babək adlı şəxsdən əldə etməsi, həmin şəxslə sosial şəbəkələrdə danışması qeyd edilmişdir. Lakin Məhkum məxsus mobil telefona müstəntiq tərəfindən baxış keçirilsə də telefonda Məhkum konkret olaraq hansı sosial şəbəkələrdən istifadə etməsi, onun Babək adlı şəxslə hansı profillərdən danışması müəyyən edilməmiş, məhkəmə instansiyaları da qeyd edilən xüsusatl arı araşdırmaqda maraqlı olmamışdır. Bundan əlavə istər Bakı Ağır Cinayətlər Məhkəməsində, istərsə də Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasında Məhkum vermiş olduğu ifadələrində Natiqə adlı qadınla münasibətdə olduğunu, Azər Həsənovun həmin qadınla əvvəllər münasibətinin olduğu üçün qərəzli şəkildə onu şərləyərək tutduğunu bildirmişdir. Azər Həsənov məhkəmə prosesinə dəvət edilərək dindirilsə də, ona Natiqə adlı qadını tanıyıbtanımaması, onunla münasibətinin olub-olmaması, Məhkumla aralarında olan münasibətlər, əməliyyatda iştirak etmədiyi halda nə üçün Məhkum onun adını çəkməsi barədə heç bir sual verilməmişdir. Bundan başqa yuxarıda adı qeyd edilən X2 məhkəməyə teleqram göndərərək hazırda Məhkumla heç bir əlaqəsinin olmadığını və məhkəmə prosesində iştirak edə bilməyəcəyini bil dirmiş və məhkəmə Natiqə Əliyevanın həmin teleqramı ilə kifayətlənmiş və Məhkum həbsinin əsl səbəbini özündə əks etdirən halı araşdırmaqda heç bir maraq göstərməmişdir. Qeyd etdiklərimizdən başqa Məhkum ifadələrində Azər Həsənov tərəfindən vəhşicəsinə döyüldüyünü, işgəncəyə məruz qaldığını bildirsə də, məhkəmə instansiyaları Məhkum istintaq təcridxanasına daxil olarkən bədən səthində xəsarət və ya xəsarət izlərinin olması ilə bağlı heç bir məlumat əldə etməmişdir. Həmçinin Məhkum ifadələrində tutulub dindirilərkən və ittiham olunarkən yanında dövlət hesabına müdafiəçi iştirak etmədiyini, müdafiə hüquqlarının kobud şəkildə pozulduğunu bildirsə də, məhkəmə instansiyaları yenə də, sonuncunun qeyd etdiyi xüsusata çox normal bir hal kimi yanaşaraq həmin xüsusatın da araşdırılmasında maraqlı olm amışlar. Halbuki məhkəmələr dövlət hesabına təyin edilmiş müdafiəçilər Akif Ağayev və Nizami Həsənovun istifadələrində olan mobil telefon nömrələrinin anten əhatə dairəsi haqqında məlumatları əldə etsəydilər Məhkum həqiqətən də müdafiə hüquqlarının pozulmasını müəyyən edərdilər. Bundan başqa “Şəxsi axtarış və götürmə” haqqında protokolda Məhkum üzərinən aşkar edilmiş heroinin çəkisinin 22 qram olması göstərilir. Lakin cinayət işi başlanması haqqında qərarda isə onun üzərindən aşkar edilmiş heroinin çəkisinin 19,815 qram olması göstərilir. Məhkəmə kimyəvi eksperti tədqiqat üçün narkotik vasitənin üzərindən 0,2 qram götürmüşdür. Müdafiə tərəfi olaraq Məhkum verilmiş ittihamı birmənalı şəkildə rədd edirik. Əgər fərz etsək ki, həqiqətən də Məhkum üzərindən narkotik vasitə aşkar edilmişdir. Bu zaman belə bir qənaətə gəlinir ki, 2 qramdan artıq narkotik vasitə hesab edilən heroin təhqiqatçı tərəfindən ya götürülmüşdür, ya da narkotik vasitənin üzərinə əlavə edilmişdir. Bütün qeyd etdiklərimizdən əlavə olaraq əməliyyatı həyata keçirmiş Şahid2 hazırda eyni cinayət üzrə ittiham edilərək həbs edilmişdir. Hazırda barəsində cinayət işi istintaq edilir və Bakı İstintaq Təcridxanasının 203 saylı kamerasında saxlanılır. Özü narkotik vasitələrin dövriyyəsində ittiham edilən şəxsin başqalarını həmin cinayətdə ittiham etməsi və onların barəsində əməliyyat tədbiri keçirərək onların həbsinə nail olmasının nə dərəcədə qanuni və əsaslı olmasına ümid edirik ki, məhkəmə kollegiyası düzgün hüquqi qiymət verəcəkdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini a raşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instan siyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 kassasiya şikayətinə və kassasiya şikayətinə verilmiş əlavənin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kas sasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1, Şahid2 və A.Ə.Həsənovun ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi məhkumun apelyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apelyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 2 34.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum birinci instansiya məhkəməsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olmamışdır. Azər Həsənovun onunla ədavəti olmuş, sonuncu dəfələrlə onun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu qadından ayrılmasını istəmiş, ona zəng etməklə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsinə danışığa çağırmışdır, o, oraya getdikdə Babək adlı şəxs və Azər onu avtomaşına mindirmişlər, sonuncu onu ölümcül şəkildə döymüşdür. Bundan sonra polis əməkdaşları onu tutmuşlar, yaşadığı evdən aşkarlanan qanunsuz predmetlərin sonuncuların təzyiqi nəticəsində ona məxsus olmasını bildirmişdir. İttiham olunduğu narkotik vasitələr, psixotrop maddə lər və tərəzilər onun deyildir. Lakin, Məhkum ibtidai istintaqda verdiyi 2021-ci il 13 dekabr tarixli izahatında, 2021ci il 14 dekabr tarixli şübhəli şəxs və 2021-ci il 15 dekabr tarixli təqsirləndirilən şəxs qismindəki ifadələrdə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ittiham olunduğu əməli etiraf edib özünü tam təqsirli bilməklə 2021-ci il dekabrın 13-də saat 19:10 radələrində yaşadığı ünvan 4 ünvanın ətrafında piyada hərəkət edən vaxt özlərini polis əməkdaşıarı kimi təqdim edən iki nəfər mülki geyimli şəxsin yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmşlar. İdarədə üzərində axtarış aparılmış, axtarış zamanı üzərində olan narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim e tmiş, həmçinin yaşadığı evdə də narkotik maddələr saxladığını buildirmişdir. Bundan sonra onun yaşadığı evdə keçirilən baxış zamanı üç ədəd elektron tərəzini, 2.500 ədəd üzərində «Metadon 40» yazısı olan həbi, üç ədəd bağlamadakı narkotik vasitə heroini və bir ədəd bağlamadakı psixotrop maddə metamfetamini polis işçilərinə təqdim etmişdir. 2022-ci il 17 mart tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə vermişdir. Məhkəmələr təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni heç vaxt narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olmaması, onunla ədavəti olan X3 dəfələrlə onun qeyri-rəsmi ərarvad münasibətlərində olduğu qadından ayrılmasını istəməsi, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsinə Azərlə görüşdükdən sonra sonuncu və Babək adlı şəxsin onu avtomaşına mindirmələri, Azərin onu döyməsi, bundan sonra polis əməkdaşlarının onu tutmaları, yaşadığı evdən aşkarlanan qanunsuz predmetlərin sonuncuların təzyiqi nəticəsində ona məxsus olmasını bildirməsi, ittiham olunduğu narkotik vasitələrin, psixotrop maddələrin və tərəzilərin onun olmaması barədə dediklərinə tənqidi yanaşaraq nəticəyə gəlmişlər ki, təqsirləndirilən şəxsin bu ifadələri işin faktiki hallarına uyğun gəlmir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmələr Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun, məhkəmə iclasında verdiyi ifadə isə özünü müdafiə və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Mə hkəmə kollegiyası Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı aşağıda göstərilən işin hallarına əsasən məhkəmələrin bu mövqeyi ilə aşağıda göstərilən səbəblərə görə razılaşır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkum ilkin ifadələri polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi ilə əlaqədar verilməsini göstərsə də, onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokoldan görünür ki, o həmin ifadələri müdafiəçinin iştirakı ilə vermişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun 2022-ci il 06 iyun tarixli qərarının surətindən görünür ki, Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlar ı tərəfindən şübhəli şəxs qismində saxlandıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi və xəsarət yetirilməsi barədə müraciəti ilə bağlı qeyd olunan xüsusiyyət öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun tərtib etdiyi 2021-ci il 13 dekabr və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 dekabr tarixli protokollardan görünür ki, Məhkum üzərindən və onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ev 67/1 ünvanında hökmdə göstərilən narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə həmin sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Bundan başqa, cinayət işinə əlavə edilmiş zənglərin dətallaşması cədvəllərindən görünür ki, 13 dekabr 2021-ci il tarixdə saat 19:18-də, yəni Məhkum polis əməkdaşları tərəfindən tutulduğu zaman onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi Bakı şəhəri, Suraxanı rayonun ərazisində yerləşən “Azərsutikinti xəstəxanası” və Suraxanı rayonun ərazisində yerləşən Babək prospekti, 111a məhəllə 2376 ünvanlarında quraşdırılmış anten dairəsinin əha tə olunan ərazisində, polis əməkdaşı Azər Həsənovun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi isə 13 dekabr 2021-ci il tarixdə saat 19:10-dan saat 22:10-dək Bakı şəhərinin Abbasqulu Abbaszadə küçəsində quraşdırılmış anten dairəsinin əhatə olunan ərazisində qeydiyyatda olmuşdur. Qeyd edilməlidir ki, polis əməkdaşları, habelə məhkum ibtidai istintaq zamanı verdikləri ifadələrdə Məhkum 13 dekabr 2021-ci il tarixdə saat 19:10-da Suraxanı rayonunun ərazisində tutulmasını göstərmişlər. Azərbaycan Respublikası DİN-in BNMİ-nin inzibati binası ünvan 6 ünvanında yerləşir. Göründüyü kimi məhkumun və polis əməkdaşı Azər Həsənovun istifadələrində olmuş mobil telefon nömrələrinin 13 dekabr 2021-ci il tarixə aid olan əhatə dairələri barədə məlumatlarla məhkumun ibtidai istintaq zamanı verdi yi ifadə təsdiq olunur, onun məhkəmə iclasında verdiyi ifadə isə təkzib olunur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyasının q ənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yox dur. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri əsassızdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə raz ılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar