Məhkəmə qərarları › İş №1(102)-580/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-580/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-580/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs14 iştirakları ilə xx xxxxxx 1976-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan və ünvan 1 yaşamış, hal-hazırda həbsdə o lan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən), İ.X.Həsənzadə və Ə.Q.Quliyev) Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı 1 il 3 ay 4 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 6 il 8 ay 26 gün müddətə azadl ıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), F.G.Zeynallı və E.M.Əhmədov) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə et mə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib İmişli rayonu, Yalavac kəndi ərazisində yerləşən qeyri-yaşayış obyektinin sənədlərini hazırlayacağını vəd edib inandırmış, 2012-ci ilin aprel ayının axırlarında Bakı şəhəri, Nizami rayonu ərazisində 2000 manat pulu, xx xxxx 2012-ci il tarixdə İmişli rayonu ərazisində yerləşən “Kapital bank” vasitəsi ilə göndərdiyi 1000 manat pulu, 2013-cü ilin may ayında İmişli şəhərində 2000 manat pulu, həmin tarixdən 2014-cü ilin axırınadək olan müddət ərzində 6500 manat pulu və 2015-ci ilin fevral ayının axırlarında İmişli şəhəri ərazisində 1500 manat pulu, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 13.000 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs12 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolıı ilə ələ keçirmək məqsədi ilə özünü FHN-nin əməkdaşı kimi təqdim edərək, X5 məxsus İmişli şəhəri, Z.Əliyeva küçəsində yerləşən ərazidə tikinti işlərinin aparılmasına FHN-dən icazə alınması məqsədi ilə 2012-ci ilin sentyabr ayında İmişli şəhəri, H.Əliyev prospekti Sabir parkında yerləşən çay evində əvvəlcə 1.000 manat pulu, həmin tarixdən 2014-cü ilin may ayınadək olan müddət ərzində 4000 manat pulu, xx xxx 2014-cü il tarixdə isə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayonda yerləşən çay evində Xun qohumu Şahid14 4000 manat olmaqla, ümumilikdə, vahid niyyətlə əhatə olunan qəsdlə 9.000 manat mə bləğində pulunu ələ keçirib zərərçəkmiş şəxs Xa xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Fövqaladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək X24 İmişli rayonu, H.Əliyev prospekti 111 saylı ünvanda yerləşən obyektdə tikinti işlərinin aparılmasına Azərbaycan Respublikası FHNdən icazə alınması məqsədi ilə 2013-cü ilin yanvar ayında əvvəlcə İmişli şəhəri, H.Əliyev prospekti “Fidan” şadlıq sarayında yerləşən ofisdə 1000 manat, daha sonra isə həmin tarixdən 2014-cü ilin sonlarınadək olan müddət ərzində 4.750 manat olmaqla ümumlikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5.750 manat məbləğində pulunu etibarından suiistifadə etmə və alda tma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən 0,2412 ha ölçülü torpaq sahəsində avtomobillərin texniki xidmətinə dair emalatxananın tikintisinə dair zəruri olan lahiyə sənədlərini və həmin sənədlərin aidiyyatı dövlət qurumlarında təsdiq edilməsini, eləcə də həmin obyektin sığortalanmasını həll edəcəyini vəd etmiş, 2013-cü ilin iyul ayının sonunda ünvan 1 ünvanda 7500 manat, 2013-cü ilin yay ayında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 6 saylı yaşayış binasının həyətində 7500 manat, 2013-cü ilin noyabr ayından 2014-cü ilin dekabr ayınadək olan müddət ərzində sığorta haqqının ödənilməsi adı ilə ünvan 1 ünvanda 3000 manat, lahiyə sənədlərinin hazırlanması adı ilə ünvan 1 ünvanda 500 manat, digər sənədlərin hazırlanması adı ilə ünvan 1 ünvanda hissə-hissə 2750 manat, Bakı şəhəri, Qaradağ rayonu ərazisində 1500 manat, Bakı şəhəri, Qaradağ rayonu, “Socar” YDM-in yanında 3000 manat, ünvan 1 ünvanda 2250 manat, ünvan 4nat, ünvan 1 ünvanda 500 manat, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 33.350 manat pulunu alaraq ələ keçirərək zərərçəkmiş şəxs Muradov Əliheydər Həsən oğluna xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ələ keçirmək məqsədi ilə 2014-cü ilin yanvar ayından 2014cü ilin iyun ayınadək olan mü ddət ərzində ünvan 5 ünvanında yerləşən “xxxx” MMC-nin ofisində həmin MMC-nin direktoru işləmiş Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib aldadaraq vətəndaş X16 Salyan rayonunda yerləşən “Bakı” restoranının konstruksiyasının və əlavə mərtəbələr artırılmasının işçi lahiyəsi üçün ödədiyi 4500 manat pulu, vətəndaş X4 Şirvan şəhərində qeyri-yaşayış obyektinin işçi lahiyəsi üçün ödədiyi 3500 manat pulu, vətəndaş X6 məxsus torpaq sahəsində tikiləcək iaşə obyektinin işçi lahiyəsi üçün ödədiyi 3500 manat pulu, vətəndaş X17 iaşə obyektinin işçi lahiyəsinin hazırlanması üçün ödədiyi 4000 manat pulu, vətəndaş X18 Hacıqabul rayonu, Muğan qəsəbəsində ictimai iaşə və ticarət obyektinin işçi lahiyəsi üçün ödədiyi 3500 manat pulu, vətəndaş X19 Hacıqabul rayonunda yerləşən qeyri-yaşayış sahəsinin i çşi lahiyəsinin hazırlanması üçün ödədiyi 3500 manat pulu, vətəndaş X20 Hacıqabul rayonunda yerləşən iaşə və ticarət obyektinin işçi lahiyəsinin hazırlanması üçün ödədiyi 4500 manat pulu, vətəndaş X21 Biləsuvar rayonunda tikdirəcəyi şadlıq sarayının işçi lahiyəsinin hazırlanması üçün ödədiyi 6500 manat pulu, vətəndaş Şahid3 Ağcabədi rayonu Üzeyir Hacıbəyov küçəsində tikdirəcəyi otel və hamam binasının işçi lahiyəsinin hazırlanması üçün ödədiyi 4500 manat pulu, vətəndaş X13 və qohumu X2a məxsus iaşə obyektinin işçi lahiyəsinin hazırlanması üçün ödədiyi 6000 manat pulu, vətəndaş X11 Biləsuvar rayonunda yerləşən yanacaq doldurma məntəqəsinin işçi lahiyəsinin hazırlanması üçün ödədiyi 4500 manat pulu, vətəndaş X33 Hacıqabul rayonunda yerləşən ticarət obyektinin işçi lahiyəsinin hazırlanması üç ün ödədiyi 3500 manat pulu, vətəndaş X7 Hacıqabul rayonunda inşa edəcəyi tikilinin eskiz lahiyəsinin hazırlanması üçün ödədiyi 500 manat pulu, vətəndaş X22 Hacıqabul rayonunda yerləşən birmərtəbəli ticarət obyektinin eskiz lahiyəsinin hazırlanması üçün ödədiyi 500 manat pulu, vətəndaş X14 Şirvan şəhərində yerləşən ticarət və xidmət obyektinin işçi lahiyəsinin hazırlanması üçün ödədiyi 3500 manat pulu, vətəndaş X23 Biləsuvar rayonunda yerləşən kommersiya obyektinin işçi lahiyəsinin hazırlanması üçün ödədiyi 500 manat pulu, vətəndaş X25 Şirvan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin işçi lahiyəsinin hazırlanması üçün ödədiyi 4500 manat pulu, Ağcabədi rayonunda mebel sexinin işçi lahiyəsinin hazırlanması üçün ödənilmiş 3500 manat pulu, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Bu laq” restoranının əlavə tikililərinin işçi lahiyəsinin hazırlanması üçün ödənilmiş 4000 manat pulu əldə etmiş, qeyd olunan obyektlərin işçi lahiyələrini sifariş edərək “xxxx” MMC tərəfindən hazırlanmış lahiyələri MMC-dən götürərək, ümumilikdə, vahid niyyətlə əhatə olunan qəsdlə 69000 manat pulu MMC-nin direktoru Zərərçəkmiş şəxs7 ödəməyərək ələ keçirmiş “xxxx” MMC-yə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vətəndaş Zərərçəkmiş şəxs13 Şirvan şəhəri, 20 yanvar küçəsində yerləşən 128 kvadrat metr sahədə tikdirəcəyi obyektinin lahiyə-planını hazırlayacığını vəd etmiş, bu məqsədlə 2014-cü ilin mart ayında ünvan 6 ünvanda 15.000 manat pulu et ibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs13 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2014-cü ilin may ayının əvvəllərində vətəndaş Zərərçəkmiş şəxs1 Beyləqan rayonunda oğlu X1in adına aldığı 38 sot torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasına Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyindən icazə alınması məqsədi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Xudafərin” otelində yerləşən ofisində əvvəlcə 3.200 manat, həmin tarixdə Bakı şəhəri “Xətai” metrostansiyasının yaxınlığında 7300 manat olmaqla, ümumilikdə 10.700 manat məbləğində pulunu almış, həmin pulun 6.688.28 manatını e kspert işlərinin icrası üçün Dövlət Ekspertiza Baş İdarəsinə dövlət rüsumu kimi ödəyərək mədaxil qəbzləri almış, qalan 4.011.72 manat məbləğində pulunu etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 Beyləqan şəhəri, ŞMD 4 qəsəbəsində yerləşən Xnın adından etibarnamə ilə ona həvalə edilmiş, sahəsi 180 kv.metr olan obyekt üçün (qeyri-yaşayış sahəsi) tikintiyə dair lahiyə sənədlərini və sənədlərin dövlət qurumlarında təsdiq edilməsini vəd edərək inandırmış, xx xxxxxxxx 2014-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 3 23E saylı binanın qarşısında “Toyota Camry” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin içində 4500 manat pulu, xx xxxxx 2015-ci il tarixdə saat 12 radələrində ünvan 7 ünvanın qarşısında yenidən “Toyota Camry” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin içində 446 manat pulu, xx xxxx 2015-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Azərsu ASC”- nin inzibati binası ilə üzbəüz ərazidə yenidən “Toyota Camry” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin içində 494 manat pulu, xx xxxx 2015-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 424A-424B saylı binaların qarşısında 60 manat pulu, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5500 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs9 xeyli m iqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vətəndaş Zərərçəkmiş şəxs11 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən torpaq sahəsini satacağını vəd edərək inandırmış, bu məqsədlə 2014-cü ilin noyabr ayında ünvan 8 ünvanda 20.000 manat pulu etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs11 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vətəndaş Zərərçəkmiş şəxs10 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən torpaq sahəsini satacağını vəd edərək inandırmış, bu mə qsədlə 2014-cü ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Alatavada yerləşən “Araz” marketin qarşısında 20.000 manat pulu, 2015-ci ilin yanvar ayının əvvəllərində Xətai rayonu ərazisində yerləşən “Ukrayna” dairəsinin yaxınlığında 5000 manat pulu, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 25.000 manat məbləğində pulunu etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən iaşə obyektində tikinti işlərinin aparılması üçün FHN-dən icazə alınmasında köməklik edəcəyini vəd etmiş, 2014-cü ilin dekabr ayında Ağcabədi rayonu Hindarx qəsəbəsində əvvəlcə 15.000 manat pulu, həmin tarixdən 2015-ci ilin fevral ayınadək olan müddət ərzində isə 8000 manat məbləğində pul vəsaitini, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 23.000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 tərəfindən Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən 0,2412 ha ölçülü torpaq sahəsində avtomobillərin texniki xidmətinə dair emalatxananın tikintisinə dair zəruri olan lahiyə sənədlərini və həmin sənədlərin aidiyyatı dövlət qurumlarında təsdiq edilməsi, eləcə də həmin obyektin sığortalanması adı ilə aldığı 33.35 0 manat pulun geri qaytarılması tələb edildikdə, həmin pulların əvəzində Bakı şəhəri, Yasamal rayonu X54 küçəsindəki 4 saylı binanın birinci blokunda yerləşən 54 kvadrat metr sahəsi olan 14 saylı mənzilini 45.000 manata hesab adı ilə alqı-satqı yolu ilə təlvil verəcəyini vəd edib inandırmış və həmin mənzilin dəyərinin qalan pullarının da ödənilməsini təklif etmiş, 2014-cü ilin dekabr ayının sonunda Zərərçəkmiş şəxs8 yaşadığı Saatlı rayonu, Əlisoltanlı kəndində yerləşən evində sonuncunun razılığı əsasında onun mərhum həyat yoldaşı X8 9.500 manat nağd pul vəsaitini alaraq ələ keçirib Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi i lə vətəndaş Zərərçəkmiş şəxs4 Biləsuvar rayonu, Aşağı Cürətli kəndi yaxınlığında olan torpaq sahəsinin üzərində iaşə obyektinin tikintisi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən icazə alacağını vəd edib inandırmış, xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri ərazisində 20 Yanvar metrostansiyasından 3-cü mikrorayon istiqamətində düşən yolun solunda olan körpünün altında əvvəlcə 1500 manat pulu, xx xxxxxx 2015-ci il tarixdə yenidən həmin ərazidə Zərərçəkmiş şəxs4 taksi sürücüsü vasitəsi ilə göndərdiyi 1500 manat pulu, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 3000 manat məbləğində pulu ələ keçirib Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vətəndaş Möylamov ƏliHeydər Yadigar oğluna “xxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında tikilməkdə olan hündürmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən 60 kv.m sahəsi olan iki otaqlı mənzili satacağını vəd edib inandırmış, xx xxxxxx 2015-ci il tarixdən 2016-cı ilin may ayına kimi olan müddət ərzində Xətai rayonu, Rahib Məmmədov küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində yerləşən “Yaşıl Kafe” adlı kafedə ümumilikdə ekvivalentlə 41.262,80 (qırx bir min iki yüz altmış iki manat səksən qəpik) manat təşkil edən 40.000 (qırx min) ABŞ dollarını hissə-hissə olaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş X2 xeyli miqdarda vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vətəndaş Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Xətai rayonu ərazisində yeni tikilmiş hündürmərtəbəli binanın 12- ci mərtəbəsində 3 otaqlı mənzili 35.000 manata satacağını vəd edərək inandırmış, 2015-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində 8000 manat, 2015- ci ilin mart ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “20 Yanvar şəhidləri” abidəsinin qarşısında 2000 manat pulu, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 10.000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiis tifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vətəndaş Zərərçəkmiş şəxs16 Abşeron rayonu, Xırdalan şəhəri, Qurtuluş 93 yaşayış massivində ipoteka yolu ilə mənzil alacağını vəd edib inandırmış, bu məqsədlə xx xxxxxx 2017-ci il tarixdə Balakən rayon poçt şöbəsindən göndərilmiş 350 manat pulu, xx xxxxxx 2017-ci il tarixdə Balakən rayon poçt şöbəsindən göndərilmiş 1100 manat pulu, xx xxxxxx 2017-ci il tarixdə Balakən rayonu ərazisində yerləşən “Beynəlxalq Bank”ın filialı ilə göndərilmiş 1500 manat və xx xxxxxx 2017-ci il tarixdə Balakən rayon poçt şöbəsindən göndərilmiş 200 manat pulu, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 3150 manat məbləğində pulunu etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs16 maddi ziyan vurmaqla dələduzluq etmişdi r. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs16 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin təyinatını dəyişdirəcəyini və torpağın eskiz lahiyəsində olan səhvi düzəltdirəcəyini vəd edib inandırmış, bu məqsədlə 2017-ci ilin dekabr ayında Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun qarşısındakı ərazidə 246 manat pulu və xx xxxxxx 2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən DƏDRX-in inzibati binasının qarşısında 720 manat pulu, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 966 manat məbləğində pulunu etibarından suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs16 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs14 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindəki 0,03 ha torpaq sahəsini sənədləşdirəcəyini vəd edib inandırmış, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Xalqlar Dostluğu” metrosunun yanında 265 manat pulu, bir neçə gün sonra Bakı şəhəri, Səbail rayonu, “İçəri şəhər”də yerləşən “Bəy” hamamının yanında 450 manat pulu, bir neçə gün sonra ünvan 10 ünvanın qarşısında 350 manat pulu, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Nizami” metrostansiyasının yanındakı “Qoç Ət” dükanının yanında 1000 manat pulu, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəs dlə 2065 manat məbləğində pulunu etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs14 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs17 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsinin təyinatını dəyişdirəcəyini, torpağın eskiz lahiyəsində olan səhvi düzəltdirəcəyini və adına sənədləşdirəcəyini vəd edib inandırmış, bu məqsədlə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun qarşısındakı ərazidə torpaq sahəsinin təyinatınının dəyişdirəcəyi adı ilə 246 manat, torpaq üçün eskiz lahiyəsi hazırlatdıracağı adı ilə 150 manat pulu, xx xxxxxx 2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən DƏDRX-in inzibati binasının qarşısında 720 manat pulu, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1116 manat məbləğində pulunu etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs17 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarından narazıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan, onun təqdim etdiyi sübutları, o cümlədən şikayətç ilərə ödədiyi qəbzləri qəbul etmədən birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs14 və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəl lənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr t ərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair qəbul edilmiş məhkəmə qərarlarından narazı olduğunu bildirir və barəsində olan cinayət işinə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul olunması xahiş edilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmə lə görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X28rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat ve rmək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan isti fadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələ rin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu s əbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Akif oğlu, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs11 və şahidlər Şahid1, Şahid2, Şahid10, Şahid11, Şahid13, Şahid5, Şahid7, Şahid4, Şahid3, Şahid8, Şahid15, Şahid16, Şahid17 və qeyrilərinin ifadələri və iş üzrə toplanmış digər sü butların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqla rın əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan R espublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə, heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzlu q cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gə lmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və ə saslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar