Məhkəmə qərarları › İş №1(102)-580/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-580/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-580/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim: X4) 01 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 06 m ay 2020-ci il tarixdən 07 may 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunması ərazi narkoloji dispanserdə qeydiyyata alınmas ı hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X3 (sədrlik edən, məruzəçi hakim), X9 və X1 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 (üç) ədəd gümüşü rəngli siqaret bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,420 qram, 0,430 qram, və 0,280 qram, ümumi təmiz çəkisi 1,130 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 06 may 2020-ci il tarixdə saat 08:00-da Xətai rayonu ünvan 2 ünvanın qarşısında X ətai RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibində olan qırmızı rəngli pul qabının içərisində olan narkotik maddəni istifadə etmək üçün 02 ədəd şpris, 01 ədəd sınıq şüşə ampula və üç büküm həmin narkotik vasitələr olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı2 kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, hər iki məhkəmə instans iyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkuma birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, apelyasiya məhkəməsi tərəfindən isə bu qərar əsaslı hesab edilərkən cinayət Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, Məhkum əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, apelyasiya instansiya məhkəməsi də həmin nəticə il; razılaşmaqla eyni nöqsanları təkrarlamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cina yət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaq cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkumun islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yen cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. İşin hallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkum 3 bükümdə təmiz çəkisi 1,130 qram “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısına daxil edilmiş narkotik vasitə sayılan heroini əldə edərək üstündə saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Göründüyü kimi, Məhkum əldə edərək üzərində saxladığı 1,130 qram heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 7.5 dəfə çoxdur. Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə nəzərə alındıqda ona, şəxsi istehlak miqdarından cüzi artıq narkotik vasitə (məsələn, 0,30 qram və sair) əldə edib daşımış şəxsə təyin edilən cəzaya uyğun cəza (azadlığın məhdudlaşdırılması) təyin edilməsi artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması deməkdir və cəzanın fərdil əşdirilməsi prinsipinə ziddir. Mübahisəsizdir ki, araşdırma nə qədər səmərəli olursa-olsun, təyin edilən cəza törədilmiş cinayətə adekvat olmadıqda onun əhəmiyyəti az olacaqdır. Cinayətin törədilməsinin sübut edilməsi müvafiq cəzanın təyin edilməsi ilə nəticələnməlidir. Yalnız bu halda cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmələr bütün bunları nəzərə almayaraq, Məhkum yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, hazırki işə baxarkən cinayət qanunvericiliyinin qeyd olunan normalarının tələblərini, yuxarıda şərh olunan digər hallan və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum unun qərarlarını nəzərə almamışlar. Bundan əlavə, birinci instansiya məhkəməsi qanunda nəzərdə tutulmamış halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmişdir. Belə ki məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, həmin halın nədə ifadə olunması və nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamışdır. Bu barədə apelyasiya protestinin dəlillərinə isə apelyasiya instansiyası məhkəməsi heç bir münasibət bildirməmiş, protestin dəlillərinin təkzib olunması və qəbul edilmiş qərarın düzgünlüyü ilə bağlı hüquqi nöqteyi nəzərdən əsaslandırma ap armamış, apelyasiya protestində birinci instansiya məhkəməsinin məhkuma cəza təyin edilməsi hissəsində gəldiyi qənaətin qanuni və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olduğu halda, həmin dəlillərin təhlil və qiymətləndirilməsindən yan keçərək protestin əsassız olmasını sübutlara İstinadən təhlil aparmadan ümumi və mücərrəd ifadələrlə qeyd etmişdir. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum təyin edilmiş yüngül cəza ilə razılaşarkən törədilmiş cinayətin İctimai təhlükəlilik dərəcəsi və xarakteri, nəticəsi, törədilməsi halı, şəraiti, məhkumun şəxsiyyətini nəzərə almamaqla ona təyin edilmiş açıq-aydın ədalətsiz cəzanı qüvvədə saxlamış, bu zaman cəza təyin etmə barə də CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarmdakı tövsiyələri nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq edilməmiş, nəticədə də məhkum edilmiş şəxs Məhkum yüngül cəza təyin olunmuşdur. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2020-ci il tarixli q ərarı cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin dey il, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 01 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, CMnin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən halları nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlamaqla işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası A zərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsi ri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökm də cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı Məhkum həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səm imilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar