Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-580/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X5 ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X6, Bəraət almış şəxs – Məhkum2, Müdafiəçilər - Məhkum2 müdafiəçisi – Müdafiəçi5, Məhkum1 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2022-ci il tarixli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-95/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli (sədrlik edən hakim Nizami Quliyev, hakimlər Xamməd Nuriyev və Oruc Cəlilovdan ibarət tərkibdə) hökmü ilə, xx xxxx 1991-ci ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta t əhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində Bakı Şəhər Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Məhkum1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cə zaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin başlanğıcı 10 yanvar 2020-ci il tarixdən hesab edilməsi, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, 19 avqust 1990-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində Bakı Şəhər Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Məhkum2, Azərbaycan Respublikası CM-in 206.3.2,234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli b ilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM- nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhərum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin bağlanğıcı 10 yanvar 2020-ci il tarixdən hesab edilməsi, Məhkum2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, iş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan qalıq çəkiləri 1443,286 qram, 18,244 qram və 89,350 qram heroin və tiryək narkotik vasitələri, metamfetamin psixotrop maddəsi və üzərində “Pegah Cream fcry” yazısı olan 14 ədəd xama qutusu və üzərində “Mihan white cheese” yazısı olan 2 ədəd pendir qutusunun məhv edilməsi, Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan Məhkum1 götürülmüş 55 manat məbləğində pul onun atası İkram Əlizadəyə qaytarılması, iş üzrə ekspertiza xərci olan 175 manat 17 qəpik təqsirləndirilən şəxslər Məhkum1 və N.H Kərimovun hər birindən 87 manat 58 qəpik alınaraq dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 1(106)-184/2022 saylı hökmü ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə) təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Məhkum2 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 noy abr 2021-ci il tarixli 1(099)35/2021 nömrəli hökmü Məhkum2 aid hissədə ləğv edilmiş, Məhkum2 Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilmiş, Məhkum2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 1(099)-95/2021 nömrəli hökmü Məhkum1 aid hissədə də yişdirilmiş, Azərbaycan Respublikasının Cinayət Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Məhkum1 CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan əməli, həmin məcəllənin 206.2-ci maddəsinə tövsif edilmiş, Məhkum1 CM-nin 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və həmin cəza CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 1(099)-95/2021 nömrəli hökmünə əsasən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 9 (doqquz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cinayət işi üzrə ekspertiza xərci olan 175 manat 17 qəpik Məhkum1 tutu laraq dövlət büdcəsinə ödənilmiş,Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 1(099)-95/2021 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona görə təqsirli bilinib məhkum edilmişdirlər ki, Məhkum1 10 yanvar 2020-ci il X17 Respublikasının Biləsuvar şəhərində tanışı Məhkum2 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılı q yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri İran islam Respublikasında istintaqla müəyyən edilməmiş tarixdə, yerdə və mənbədən külli miqdarda, 13,706 qram heroin narkotik vasitəsini, külli miqdarda, 89,550 qram metamfetamin psixotrop maddəsini və 18,344 qram tiryək narkotik vasitəsini satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş, qeyd edilən heroin narkotik vasitəsini ayrı-ayrılıqda təmiz çəkiləri 111.093 qram, 108,920 qram, 107,464 qram, 106,171 qram, 105,191 qram, 103,442 qram, İC8.697 qram, 100,482 qram, 105,587 qram, 107,228 qram, 109,765 qram, 76,281 qram, 88, 069 qram və 105,316 qram olmaqla, ümumilikdə 14 bükümdə qablaşdırıb malların aşkar edilməsini ç ətinləşdirən üsullardan istifadə etməklə üzərində “Pegah Cream dairy” yazısı olan 14 ədəd xama qutusunun içərisində gizlədib saxlamış, metamfetamin psixotrop maddəsini -ayrılıqda təmiz çəkiləri 40,161 qram və 49,389 qram olmaqla, 2 bükümdə qablaşdırmış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərində “Mihan white cheese” yazısı olan 1 ədəd pendir qutusunun içərisində 40,161 qram metamfetamin psixotrop maddəsini və 18,344 qram tiryək narkotik vasitəsini, eyni növdən olan başqa bir qutunun içərisində isə metamfetamin psixotrop maddəsinin digər bükümünü gizlədib saxlamış, Azərbaycan Respublikasına gətirmələri üçün Məhkum1 və Məhkum2 təhvil vermiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onlar isə öz növbələrində qeyd edilən külli miqdarda na rkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə qəsdən əldə etmiş, saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, Biləsuvar şəhərinə gətirib cinayətkar qrupun Azərbaycan Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə təhvil vermək 10 yanvar 2020-ci il tarixdə, saat 16 radələrində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən birgə keçirmiş, gömrük nəzarəti zamanı 7 bükümdə külli miqdarda, 750,978 qram heroin narkotik atəşi Məhkum1 müşayiət etdiyi əl yükünün içərisindən, 7 bükümdə külli miqdarda, 750.978 qram heroin narkotik vasitəsi, 2 bükümdə külli miqdarda, 89, 550 qram metamfetamin psixotrop maddəsi və 18,344 qram tiryək narkotik vasitəsi isə Məhkum2 müşayiət etdiyi əl yükünün içərisindən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkum2 10 yanvar 2020-ci il tarixdə İran islam Respublikasının Biləsuvar şəhərində tanışı Məhkum1 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyətləri istintaqla müəyyənedilməmiş üzvləri İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş tarixdə, yerdə və mənbədən külli miqdarda, 1443.706 qram heroin narkotik vasitəsini, külli miqdarda, 89,550 qram metamfetamin psixotrop maddəsini və 18,344 qram tiryək narkotik vasitəsini satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş, qeyd edilən heroin narkotik vasitəsini ayrı-ayrılıqda təmiz çəkiləri 111.093 qram, 108,920 qram, 107,464 qram, 106,171 qram, 105,191 qram, 103,442 qram, 108.697 qram, 100,482 qram, 105,587 qram, 107,228 qram, 109,765 qram, 76,281 qram, 88. 069 qram və 105,316 qram olmaqla, ümumilikdə 14 bükümdə qablaşdırıb malların aşkar ediİməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərində “Pegah Cream dairy" yazısı olan ədəd xama qutusunun içərisində gizlədib saxlamış, metamfetamin psixotrop maddəs ini ayrı-ayrılıqda təmiz çəkiləri 40,161 qram və 49,389 qram olmaqla, 2 bükümdə qablaşdırmış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərində “Mihan white cheese” yazısı olan 1 ədəd pendir qutusunun içərisində 40,161 qram metamfetamin psixotrop maddəsini və 18,344 qram tiryək narkotik vasitəsini, eyni növdən olan başqa bir qutunun içərisində isə metamfetamin psixotrop maddəsinin digər bükümünü gizlədib saxlamış, Azərbaycan Respublikasına gətirmələri üçün Məhkum1 və Məhkum2 təhvil vermiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onlar isə öz növbələrində qeyd edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə qəsdən əldə etmiş, saxlamış, İran İslam Respublikasından Azərbaycan Re spublikasına daşımış, Biləsuvar şəhərinə gətirib cinayətkar qrupun Azərbaycan Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə təhvil vermək üçün 10 yanvar 2020-ci il tarixdə, saat 16 radələrində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən birgə keçirmiş, lakin gömrük nəzarəti zamanı 7 bükümdə külli miqdarda, 750,978 qram heroin narkotik vasitəsi Məhkum1 müşayiət etdiyi əl yükünün içərisindən, 7 bükümdə külli miqdarda, ?2,728 qram heroin narkotik vasitəsi, 2 bükümdə külli miqdarda, 89,550 qram metamfetamin psixotrop maddəsi və 18,344 qram tiryək narkotik vasitəsi isə Məhkum2 müşayiət etdiyi əl yükünün içərisindən gömrük əməkdaşla rı tərəfindən aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 1(106)-184/2022 saylı qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protesti və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində göstərilir ki, apellyasiya instansiya məhkəməsi yekun qərarında qeyd etmişdir ki, məhkəmə işin faktiki hallarını, iş materiallarında olan dəlilləri araşdıraraq hesab edir ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməsinə dair əsaslandığı dəlillər iş materiallarında olan fa ktiki hallarla üzlaşmır, iş materiallarında olan dəlillərlə tam şəkildə təkzib olunur, baş vermiş cinayət hadisəsinin törədilməsində onun təqsirliliyi sübuta yetirmir, beləliklə Məhkum2, onun ittiham olunduğu CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi qanuni, əsaslı və ədalətlidir. Bununla yanaşı, apellyasiya instansiyasının məhkəmə kollegiyası işin faktiki hallarını, iş materiallarında olan dəlilləri araşdıraraq iş üzrə digər məhkumun, yəni Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi və ona həmin maddələrlə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair hissədə birinci instansiya məhkəməsinin yekun nəticəsini işin faktiki hallarına uyğun, qanuni, əsaslı və ədalətli hesab edir, lakin Məhkum1 CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tu tulan əməlin törədilməsində təqsirli bilinməsi və nəticədə onun həmin maddə ilə cəzalandırlması barədə mövqeyi ilə razılaşmır və hesab edir ki, bununla bağlı birinci instansiya məhkəməsinin hasil etdiyi nəticə səhvdir, işin xarakterik hallarına uyğun olmamış və düzgün deyildir. Beləliklə, məhkəmə kollegiyası özü Məhkum2 təqsirsiz olmasına dair daxili inamı olmadığından, mötəbər sübut, dəlil və hər hansı bir əsas gətirə bilmədiyi halda, qərarında ümumi ifadələrlə, formal cümlələrlə onun təqsirsiz olmasını sübut etməyə çalışmışdır. Lakin gözə çarpan odur ki, Məhkum1 ilkin sorğu-sual zamanı gömrük əməkdaşlarını yanlış istiqamətləndirərək əl yüklərini Hikmət adlı şəxsə, sonradan isə izahat və ifadələrində Rəşad adlı şəxsə təhvil verilməli olduğunu göstərməsi həmin narkotik vasitələrin və psixo trop maddələrin məhz Məhkum1, Məhkum2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qabaqcadan razılaşmaqla satış məqsədi ilə əldə edilməsi öz təsdiqini tapır. Bu da onların təqsirli olması birbaşa iş materialları ilə sübuta yetirilərək, elə apellyasiya məhkəməsi baxışında təsdiq edilmişdir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iclas protokolunu diqqətlə nəzərdən keçirmək deyil, sadəcə göz gəzdirsəydi müəyyən edərdi ki, Məhkum2 və Məhkum1 psixotrop maddəni və narkotik vasitəni güya çatdıracaqları şəxsin əvvəl “Hikmət”, sonra “Rəşad” və yekunda X9 olması barədə bildirmələri təqsirləndirilən şəxslərin istintaq və məhkəməni yanlış istiqamətləndirməkdən başqa məqsədi olmamışdır. Belə ki, birinci instansiya məhkəməs inin iclas protokolundan görünür ki, məhkəmə baxışında şahid qismində dindirilmiş hazırda cəza çəkən X9 ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə əlaqədar olaraq məhkum olunmuş, heç vaxt İranda olmamış, nə iranlı Mövsüm adlı şəxsi, nə Namidi, nə də Fəridi tanımamışdır. O, Biləsuvar rayonuna yük dalınca getməmiş, ümumiyyətlə Biləsuvar rayonunda olmamış və o, Rəşad adı ilə çağrılmamışdır. Onunla bir kamerada olan Bəhruza Fərid barəsində heç bir söz deməmişdir. Bundan əlavə apellyasiya instansiya məhkəməsi Məhkum2 bəraət verməyə tələsdiyindən Elnur Quliyevin ömumiyyətlə Biləsuvarda olub-olmamasını da qəti olaraq aydınlaşdırmaq istəməmişdir. Halbuki yuxarıda qeyd edilən iş materiallarından, yəni protokollar, videokamera görüntüləri və əməliyyat materiallarından göründüyü k imi, Elnur Quliyevin həmin gün Biləsuvar rayonunda, Biləsuvar gömrük postunun ərazisində və ya yaxınlığında olması təkzib olunmuşdur. Bundan əlavə onu da qeyd etmək vacibdir ki, məhkəmə kollegiyası artıq birinci instansiya məhkəməsində (hətta müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində) dindirilmiş və ifadələri tədqiq edilmiş şəxslərin yenidən dindirilməsi üçün apellyasiya instansiya məhkəməsinə çağırılması da məntiqsizdir. Əgər onların ifadələri və iş üzrə toplanılmış digər materiallar apellyasiya instansiya məhkəməsində tədqiq edilməsi üçün kifayət etməmişdirsə, məhkəmə kollegiyası müdafiə tərəfinin vəsatəti ilə təkrarən həmin şəxslərdən eyni məzmunlu ifadələr aldığı halda birinci instansiya məhkəməsindən fərqli olaraq Məhkum2 bəraət verilməsi və Məhkum1 CM-in 206.3.2-ci maddəsin də nəzərdə tutulmuş əməlinin tövsif edilməsinə dair yekun nəticəyə gəlməsi anlaşılan deyildir. Göründüyü kimi, məhkəmə Məhkum2 bəraət verilməsi və Məhkum1 CM-in 206.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlinin tövsif edilməsi üçün, həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində əldə edilmiş sübutları bir kənara çəkib, yalnız özünün mülahizələrinə əsaslanaraq ədalətdən və obyektivlikdən uzaq bir qərar qəbul etmişdir. Beləliklə, müəyyən edildiyi kimi, əgər Məhkum2 və Məhkum1 həqiqətən də müşayiət etdikləri əl yüklərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddədən məlumatlı olmamışlarsa, həqiqətən də 20 manat qarşılığında yük daşınmasını həyata keçirmişlərsə, o zaman yükü qəbul edəcək şəxsi dəqiqliklə göstərməli, ən azından həmin şəxsin mobil telefonu onlarda olmalı idi ki, həmin yükü qəbul edən şəxsə çatdıra bilsinlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 ilkin sorğu sual zamanı “Hikmət” kimi göstərdiyi, ifadələrində isə “Rəşad” kimi qeyd etdiyi şəxsin müəyyən edilməsi mümkün olmamış, ümumiyyətlə həmin şəxsin varlığı təsdiqlənməmişdir. Ona görə də Məhkum2 və Məhkum1 bu istiqamətdə verdiyi ifadələr işin faktiki halları əsas götürülməklə cinayət işi üzrə toplanmış sübutların mümkünlüyü, mötəbərliyi və mənsubiyyətinə görə müqayisəli təhlil edildikdə tam təkzib olunduğundan, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən kənarda qalmaq məqsədi və istinad edilən ağır cinayət əməllərini törətməyə görə qanunvericiliklə nəzərdə tutulmuş cəza tədbirlərindən yaxa qurtarma, özünümüdafiə xarakteri kimi qiymətləndirməli və təq sirləndirilən şəxslərin ifadələri həmin hissələrdə sübut kimi qəbul edilməməlidir. Göründüyü kimi məhkəmə işin nəticəsində maraqlı olan təqsirləndirilən şəxslərin məhz cinayət məsuliyyətindən yayınmaq üçün vermiş olduğu ifadələrini, həmin ifadələr işin obyektiv halları və sübutlarla təsdiq olunmadığı halda əsas götürməklə yanlış hüquqi mövqe nümayiş etdirmişdir. Belə ki, Məhkum1 ilkin sorğu-sual zamanı gömrük əməkdaşlarını səhv istiqamətləndirərək əl yüklərini Hikmət adlı şəxsə, sonradan isə izahat və ifadələrində Rəşad adlı şəxslərə təhvil verilməli olduğunu göstərməsi, telefonuna keçirilmiş baxış zamanı yalnız ifadəsində qeyd etdiyi Möhsüm adlı iranlının adını qısaltma ilə yazması, digər yazışmalar qaldığı halda, sonuncu ilə olan danışıqlarını silməsi, Məhkum2 mobil telefonuna keçirilmiş baxış zamanı aşkar edilmiş səs yazısının məzmunu, metamfetamin psixotrop maddəsinin qəbul edilməsi üçün hazırlanması barədə çəkdiyi fotoşəkillər və iş üzrə toplanılmış sair materiallarla həmin narkotik vasitələrin və psixotrop maddələrin məhz Məhkum1, Məhkum2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qabaqcadan razılaşmaqla satış məqsədi ilə əldə edilməsi öz təsdiqini tapır. Beləliklə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, yekun qərar qəbul edərkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olumuş sübutları- şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məluma tlarını müqayisəli təhlil edib onları nəzərə almamışdır. CPM-in tələblərinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir, sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Dövlət ittihamçısı Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirlədirilmələrinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya şikayətində Şirvan A pellyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 1(106)-183\2022 saylı hökmü qanunsuz hesab edilir. Məhkum1 saxlanıldığı andan əl yükündə olan fabrik üsülu ilə ağzı bağlı olan xamma və pendirin içərisində iki dəfə monitordan keçirilməklə aşkar edilmiş narkotik vasitədən xəbərsiz olduğnu və iranlı möhsüm adlı şəxsdən qəbul etdiyi yükü gömrük postunu keçdikdən sonra Rəşad adlı şəxsə verəcəyini bildirmiş və Rəşad adlı şəxsin aşkar edilməsinə nail olmuşdur.Bunula da o təqsirsiz olmasını tam sübuta yetirmişdir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə qanunçuluq, qanun qarşısında bər abərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. CPM-in 21.2,-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət işi üzrə toplanmış və məhkəmədə araşdırılmış sübutlar təqsirləndirilən şəxs Məhkum1 Cinayət Məcəlləsinin 206.2,234.4.1. və 234.4.3.-cü maddələridə ilə təqsirliliyini təsdiq etmir. Odur ki, təqsirləndirilən şəxs Məhkum1 barəsində olan cinayət işinə CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilməlidir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 CM-in 206.2 234.4.1 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından cinayət işinə xitam verilməklə bəraət verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması və kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçilərin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların mü əyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməli, Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də x eyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələ r tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində mübahisələndirilən məsələlərdən biri Məhkum2 əsasız olaraq bəraət verilməsi və Məhkum1 törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən CM-in 206.2-ci maddəsinə tövsif edilməsi və məhkəmənin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hans ı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb o lan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum2 bəraət verilməsi və Məhkum1 Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinin Məhkum2 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib ed ilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, Məhkum2 Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə qanuni əsaslar mövcud deyil və kassasiya protestinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya instansiyası məhkəməsi Məhkum1 əməlini Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutl arı hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Cinayt Məcəlləsinin 206.2-ci maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin s ilah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdu r. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkət ləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci mаddəsində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi n əzərdə tutulmuşdur. Sözügedən plenum qərаrınа əsаsən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılаşmаqlа iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd оlunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, X1 miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavi rə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməkl ə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki halla rının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hökmündə müəyyən olunan hallar əsasında yəni Məhkum2 bəraət verilməsi və Məhkum1 cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum2 bəraət verilməsi barədə və Məhkum1 törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların mə cmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir: Kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkum1 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi barədədir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mə nsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 CM-in 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə əsaslı nəticəyə gələrək onu məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallar ını bir daha təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum1 tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası Məhkum1 təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-nin 8, 41, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini s əciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəs i haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il t arixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu madd ələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiy yətini, ailə vəziyyətini səciyyələndirən halları, himayəsində iki azyaşlı uşağının olmasını və qızının epilepsiya xəstəliyindən əziyyət çəkməsini kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhl ükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasi bətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunması na və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstə rilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum1 məhkəmə lər tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1 və 419.10.4-cü maddə sini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2022-ci il tarixli hökmü Məhkum1 cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum1 üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-580/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-580/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver