Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-581/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi, Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə 01 sentyabr 1984-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, *******************-də qeydiyy atda olan, Şirvan şəhəri ***********************-da yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi, Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən ), C.C.Nəbiyev və M.Ə.Abdullayev) Məhkum Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi reji mli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 17 avqust 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən), E.Ə.Camalov və R.M.Cəfərov) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 17 avqust 2017-ci il tarixdə, saat 12 radələrində tanışı Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş X8 ilə telefonla danışaraq 2 ay əvvəl sonuncunun ona satmış olduğu «Hermes» adlı ətirin p ulunun ödənilməməsi səbəbi ilə mübahsiə etmiş, həmin vaxt Ə6 bu məsələnin aydınlaşdırılması məqsədilə onu Şirvan şəhəri, *****************-də yerləşən «Söyüdlü» kafesinin qarşısına çağırmış, o, qardaşı X4 ilə birlikdə həmin görüş yerinə gəlmiş, orada bu məsələni bir daha onunla müzakirə edərək, ona satmış olduğu ətirin pulunun ödənilməməsi səbəbindən yenidən Ə6 mübahisə etmiş, sonuncu onunla bir daha görüşəcəyini deyərək oradan uzaqlaşmış, həmin gün saat 13:40 radələrində Ə6 bir daha qardaşı A6 zəng edərək onları Şirvan şəhəri, Şirvan-Salyan yolu istiqamətində yerləşən «Qardaşlar» kafesinə çağırmış, qardaşı A6 birlikdə həmin yerə gəldikdə Ə6 telefonla A6 zəng edərək avtomobillə bir qədər irəliyə gəlmələrini bildirmiş, A6 «Mercedes Benz» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə6in dediyi istiqamətdə avtomobili hərəkət etdirərək, Ə6 əyləşdiyi «Mercedes Benz» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobili görərək onun arxasınca Şirvan şəhəri, Çılpaqlı qəsəbəsi, «X6 Stansiyası»nın yaxınlığında yoldan təqribən 700-800 metr aralıda yerləşən boş əraziyə gələrək orada avtomobili saxlayıb yerə düşmüş, həmin vaxtı qardaşı A6un tələbi ilə olduğu yerdə gözləyərkən Ə6in əlində olan «Makarov» konstruksiyalı odlu silahın qundağı ilə qardaşının başına vurduğunu gördükdə, bu hərəkətinə görə qisas almaq məqsədi ilə Ə6i öldürmək qərarına gəlmiş, bu məqsədlə avtomobilin yük yerindəki qabaqcadan qoyduğu soyuq silah hesab edilməyən, ümumi uzunluğu 250 mm, tiyəsinin uzunluğu 135 mm, maksimal eni 28,5 mm, maksimal qalınlığı 3,0 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşi ci xassəyə malik, dəstəyi qəhvəyi rəngli, taxtaya oxşar materialdan hazırlanmaqla dəstəyinin uzunluğu 115 mm, orta hissədən eni 30 mm, qalınlığı 15 mm olan zavod üsulu ilə hazırlanmış, formasına, quruluşuna, qabarit ölçülərinə və. s xüsusiyyətlərinə görə köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması və.s) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçağını götürüb, Ə6in üstünə cumub bıçaqla qəsdən sonuncunun bel, sinə və sol qol nahiyələrinə 3 zərbə vuraraq ona gövdənin arxa səthində sağ kürək xətti üzrə ll-lll bel fəqərəsi səviyyəsində qarın boşluğuna keçməyən ayrılıqda dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərərvurmaya aid, sol bazunun yuxarı 1/3-nin arxa səthinə yetirilməklə səhhəti qısa müddətə pozan sağlamlığa «YÜNGÜL» zərər vurmaya aid, döş qəfəsinin sol aşağı iç hissəsinin daxilə nüfuz edərək ürəyin sağ mədəciyinin zədələnməsi ilə müşayiət olunan kəskin daxili və xarici qan itirməyə səbəb olan deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa “AĞİR” zərər vurmaya aid xəsarətlər yetirməklə X5 qəsdən öldürmüşdür. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi, Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum haqqında birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsas sız və ədalətsizdir. Belə ki, məhkəməyədək icraat zamanı məhkəmə istintaqı ilə aradan qaldırılması mümkün olmayan kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı olduğu halda, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası bunu etməmişdir. Şikayət müəllifi həmçinin qeyd edir ki, ibtidai araşdırmanın ilk dövründən zərərçəkmiş Ə6in sifariş əsasında və bir neçə nəfər tərəfindən qəsdən öldürülməsinə dair şikayətlər etsələr də, ibtidai araşdırma orqanı tərəfindən zəruri istintaq tədbirləri görülməmişdir. Şikayət müəllifi hesab edir ki, kifayət qədər ədalətli araşdırma aparılmadığından cinayəti törətmiş digər şəxslər məsuliyyətdən kənarda qalmış, məsuliyyətə cəlb olunan şəx sə isə aşağı həddə cəza verilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi Ş8 və Nümayəndə, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının t ətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxla yarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumun, şahidlərin ifadələrinin alınması, hadisə yerinin müayinə edilməsi, maddi sübutların götürülməsi, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətində ibtidai araşdırmanın ilk dövründən zərərçəkmiş Ə6in sifariş əsasında və bir neçə nəfər tərəfindən qəsdən öldürülməsi və məhkuma təyin edilən cəzanın yüngül olması mübahisələndirilir. Məhkəmə kollegiyası zərərçəkmişin hüquqi varisi və onun nümayəndəsi tərəfindən mübahisələndirilən dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün cinayət qanunu normalarının tələblərinə və mənasına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun q ərarlarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyyələrinə müraciət etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsu siyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3 qarşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir ha lda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən isə Məhkum qarşı CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə cinayətini törətməsi barədə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli s ürülməyən ittihama baxa bilməz. İş materiallarında olan 17 avqust 2017-ci il tarixli protokoldan görünür ki, Məhkum 17 avqust 2017-ci il tarixdə saat 14:40-da könüllü Şirvan şəhər polis şöbəsinə gələrək Ə6i öldürdüyünü etiraf etmiş və istifadə etdiyi bıçağı könüllü təqdim etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlinin CM-in 120.1-ci maddəsinə tövsif edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübut ların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlini CM-nin 120.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkum еdilmiş şəхs Məhkum yüngül cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona tö rətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respu blikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və ona törətdiyi əməli nəzərdə tutan CM-nin 120.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədlərdə cəza təyin etməklə düzgün nəticə yə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şərait inə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsas ən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi, Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-581/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-581/2019
08.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver