Məhkəmə qərarları › İş №1(102)-581/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-581/2020

24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-581/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin (bundan sonra CM-in) 2631.3 və 264-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Həsənov Əbil Yadulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimov (sədrlik edən), R.A.Allahverdiyeva və R.Ə.Sadıxov) Məhkum – Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) ay müd dətinə azadlıqdan məhrum etmə cəzasına, CMin 264-cü maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 20 20-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murquzov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum xx xxxxxxxx 2018-ci il tarixdə saat 23:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-cı hissəsinin 1-ci bəndinin tələblərini pozub nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz olan "Azevrolizinq MMC"-yə məxsus “Daewoo Gentra” markalı Az ** AM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Buzovna-Maştağa yolunun ünvan 2 ünvanda yerl əşən "Badambura" restoranının qarşısından keçən hissəsində Maştağa kəndi istiqamətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan yüksək 80-90 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq öz hərəkəti üçün təhlükə yarandığını gördükdə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yol şəraitinə uyğun olan hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfüqi nişanlanma xətti üzərində dayanmış piyadadan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan ara məsafəsi saxlayaraq onun yanından keçib getməli olduğu və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara əməl etməyərək, hərəkətini davam etdirib həmin istiqamətdə yolu soldan sağa keçmək istəyən piyada X4 ehtiyyatsızlıqdan avtomobilin sol yan güzgüsü ilə vurmuş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmış, nəticədə Xin sol üst göz qapağın, sağ və sol bazunun qançırları əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər, ənsə nahiyəsinin hematoması, sol qaşın əzilmiş yaraları ilə nəticələnən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri, ağ ciyərlərin kontuziyası, sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, yerdəyişməsiz sınıqları, sol tərəfli pnevmotoraks, qanitirmə ilə nəticələnmiş nazik və "S"vari bağırsaq müsariqələrinin cırılması, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar, baş beynin əzilməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri, piyada avtomobillə vurulduqdan sonra sola doğru yerə yıxıldığından həmin vaxt “Daewoo Gentra” markalı Az ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca eyni istiqamətdə 50-60 km/saat sürətlə hərəkətdə olan sürücü X5 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub 1.1-1.3 xəttin i kəsib keçməməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib etibarnamə əsasında idarə etdiyi “VAZ-2115” minik markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobillə qoşa xəttin üzərində Xin ayaqlarının üzərindən keçərək Xə sağ budun aşağı üçdə birinin arxa səthindən sağ baldırın yuxarı üçdə birinin arxa səthinin, sağ ayağın iç topuğunun qançırları əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər və sağ diz nahiyəsinin arxa səthinin əzilmiş yaraları ilə nəticələnən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, nəticədə sürücü Məhkum piyada X2 vurması nəticəsində soncunun almış olduğu baş beynin əzilməsi, baş-beyin toxumasına və beyinin yumşaq qişasına qansızmalarla əl aqədar xx xxxxxxxx 2018-ci il tarixdə saat 13:40 radələrində 3 saylı Şəhər Kliniki xəstəxanasında ölməsinə, "Azevrolizinq MMC"-nin əmlakı olan Daewoo Gentra markalı Az ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilə 1085 manat məbləğində maddi ziyan vurması ilə nəticələnən və ehtiyatsızlıqdan bir nəfər şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Ağır Cınayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, iş üzrə ibtidai istintaq və məhkəmə baxışı z amanı CPMnin 28, 125, 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış ittihamın əsasına qoyulmuş sübutlar müqayisəli qaydada təhlil edilib qiymətləndirilmədiyindən mötəbər sübut hesab edilə bilməz. Belə ki, Məhkum işin məhkəmə baxışı zamanı ibtidai istintaqdan fərqli ifadələr verərək özünü elan edilmiş ittihamda təqsirli bilməmişdir. Lakin məhkəmə Məhkum məhkəmədə gətirdiyi dəlilləri ətraflı yoxlamadan onun yol nəqliyyat hadisəsi törətməsi haqda nəticəyə gəlmişdir. Halbuki, onun məhkəmə iclasında irəli sürdüyü dəlilləri məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakç ılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar