Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-581/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X39, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X163 və zərərçəkmiş Dövlət sosial Müdafiə Fondunun nümayəndəsi X164 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 27 noyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elxan Süleymanov (sədrlik edən və məruzəçi), Xamməd Nuriyev və Nizami Quliyevdən ibarət tərkibdə) 1(99)-07/2019 nömrəli 06 mart 2019-cu il tarixli hökmü ilə 10 oktyabr 1967-ci ildə Lənkəran rayonu Haftoni qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, 21-ci məhəllə, döngə 2, ev 6-da qeydiyyatda olan və yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 308.2-ci mad dəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yеrli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum еdilməklə 5 (bеş) il müddətə azadlıqdan məhrum еtmə cəzası, CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yеrli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum еdilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum еtmə cəzası, CMin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yеrli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum еdilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum еtmə cəzası təyin еdilmiş, Azərbaycan Rеspublikası CM-in 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin еdilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu il ə Əliyеv Əli Gülağa oğlu cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə dövlət və yеrli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum еdilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum еtmə cəzasına məhkum еdilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2018-ci il tarixdən hеsablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 27 may 2006-cı il tarixdən 14 oktyabr 2017-ci il tarixədək Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” qayd alarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə əsasən əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumatın elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi-Sosial Ekspertiza və X165 göndərilməsi, göndərişlərin onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən, şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıq dan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması və sair əsaslara görə göndərişin verilməsi üçün müraciət edən şəxslərin müraciət etdikdən sonra 7 (yeddi) iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələrin aparılması, xəstəlik tarixindən çıxarışların (epikrizlərin) toplanılması, ehtiyac yaranarsa diaqnozun dəqiqləşdirilməsi üçün şəxsin əlavə və ambulator və ya stasionar müayinəyə göndərilməsi, göndərişin müalicə həkimi tərəfindən göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişa f proqnozu göstərilərək protokolla rəsmiləşdirilib həkim məsləhət komissiyasının sədri kimi imzalamağa və gücləndirilmiş elektron imza ilə reyestrə daxil edilməsinə səlahiyyətli şəxs kimi Lənkəran rayonlararası Onkoloji xəstəxanasında xadimə işləmiş, lakin faktiki kompyuter mütəxəssisi funksiyasını həyata keçirmiş, X211 və sonuncunun vasitəsilə Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimləri X192 və X117, Masallı rayonu Xırmandalı kənd sakini X171 və Lənkəran rayonu Aşağı Nüvədi kənd sakini X249 ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərə görə, yəni onkoloji xəstəlikdən əziyyət çəkməyən ayrı-ayrı şəxslərə həmin xəstəlikdən əziyyət çəkmələri və buna görə əlillik dərəcələrinin qiymətləndirilməsi və təqaüd təyin olunması üçün əsas verən Sələmə Mirzəyeva tərəfindən informasiya resurslarına tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta göndərişlərin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə göndərilməsindən ötrü, X148 və X118 vasitəçiliyi ilə özü üçün dolayı yolla, X91 arvadı X23 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin fevral ayında 200 manat, təkrarən X172 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin mart ayından iyun ayına kimi olan dövrdə hissəhissə 1200 manat, təkrarən X40 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin mart ayında 1100 manat, təkrarən X24 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017ci ilin may ayında 300 manat, təkrarən X41 arvadı X119 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayın da 800 manat, təkrarən X63 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 2000 manat, təkrarən X64 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 1000 manat, təkrarən X7 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 600 manat, təkrarən X8 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci may ayında 450 manat, təkrarən X65 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 350 manat, təkrarən X1 və arvadı X149 xeyirlərinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında hər biri üçün 300 manat olmaqla ümumilikdə 600 manat, təkrarən X42 arvadı X120 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 2000 manat, təkrarən X25 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyul ay ında 1200 manat, təkrarən X11 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin avqust ayında 800 manat, təkrarən X193 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin avqust ayında 1000 manat, təkrarən X26 arvadı X92 xeyrinə ediləcək hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 600 manat, təkrarən X27 arvadı X12 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında istədiyi 2000 manat puldan 1000 manat, təkrarən X66 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 500 manat, təkrarən X148 və X43 vasitəçiliyi ilə X13 arvadı X67 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin fevral ayında 1000 manat, təkrarən X5 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin fevral ayında 2500 manat, təkrarən X44 xeyrinə ediləcək qanun suz hərəkətlərə görə 2017-ci ilin aprel ayında 2500 manat, təkrarən X121 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin aprel ayında 2200 manat, oktyabr ayında isə 1300 manat, cəmi 3500 manat, təkrarən X68 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 2500 manat, təkrarən X69 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 2500 manat, təkrarən X93 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 2000 manat, təkrarən X45 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 2500 manat, təkrarən X28 arvadı X94 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 2500 manat, təkrarən X14 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 2500 manat, təkrarən X29 xeyrinə ediləcək qanun suz hərəkətlərə görə 2017ci ilin may ayında 2500 manat, təkrarən X30 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 2500 manat, təkrarən X95 tərəfindən qızı X70 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 4500 manat, təkrarən X15 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 2500 manat, təkrarən X173 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 2500 manat, təkrarən X46 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 2500 manat, təkrarən X71 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 2500 manat, təkrarən X96 bacısı X47 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin avqust ayında 2500 manat, təkrarən X174 özünün, arvadı X175, qardaşı X176 və qardaşın ın arvadı X150 xeyirlərinə ediləcək qanunsuz hərəkətlərə görə vahid niyyətlə 2017-ci ilin avqust ayının sonlarında 12.000 manat, 2017-ci ilin sentyabr ayında isə 4.000 manat olmaqla, külli miqdarda cəmi 16.000 manat, təkrarən X48 arvadı X97 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin avqust ayında 1950 manat, 2017-ci ilin dekabr ayında 700 manat olmaqla cəmi 2650 manat, təkrarən X72 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 2500 manat, təkrarən X98 gəlini X151 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 2500 manat, təkrarən X148 və X99 vasitəçiliyi ilə X49 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin fevral ayından həmin ilin mart ayınadək olan dövr ərzində hissə-hissə 3000 manat, 2017-ci ilin iyun ayında 1060 manat, cəmi 4060 manat, təkrarən X50 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin fevral ayında 3000 manat, təkrarən X51 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 600 manat, təkrarən X16 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 3000 manat, təkrarən X31 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında hissəhissə olmaqla ümumilikdə 3000 manat, təkrarən X100 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin yay aylarında 3000 manat, təkrarən X101 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 3800 manat, təkrarən X73 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 3000 manat, təkrarən X102 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayı nda 3000 manat, təkrarən X74 arvadı X122 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 2500 manat, təkrarən X148 və X194 vasitəçiliyi ilə X212 özünün və arvadı X103 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 4800 manat, təkrarən X123 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 2500 manat, təkrarən X52 arvadı X53 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 2500 manat, təkrarən X75 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 2500 manat, təkrarən X152 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 2300 manat, təkrarən X148 vasitəçiliyi ilə X76 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 1400 manat, X177 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında dəyəri 4014 manat olan Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən 0.0446 ha torpaq sahəsi, X54 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 500 manat, X77 onun və bacısı X104 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 2900 manat məbləğində pul və daşınmaz əmlak şəklində maddi neməti rüşvət kimi Lənkəran rayonu ərazisində ayrı-ayrı ünvanlarda istəmiş, Kazım Canıyevdən tələb etdiyi 600 manat, Cümşüd Zamanovdan tələb etdiyi 2000 manat və Arzu Abdullayevadan tələb etdiyi 300 manatdan başqa digər şəxslərdən pul və daşınmaz əmlak şəklində maddi neməti rüşvət kimi X124 Lənkəran şəhəri, Şıxəli Qurbanov küçəsi 1-də yerləşən Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasında xidməti otağında bilavasitə qəbul edib sonunc u ilə aralarında bölməklə cəmi 65 nəfərin guya onkoloji xəstə olmaları, onkoloji xəstəliklə bağlı müvafiq xəstəxanalarda qeydiyyatda olaraq müalicə almaları, onkoloji xəstəliyin mərhələləri barədə, əlillik dərəcələrinin təyin olunmasına əsas verə biləcək şəkildə yalan məlumatları informasiya resurslarına, yəni Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə həkimməsləhət komissiyasının üzvlərinin adına olan elektron imzalar vasitəsilə X211 tərəfindən Lənkəran Rayonlararası Onkoloji xəstəxanasında arxiv otağında yerləşən kompyuterdə daxil edilməsini təmin edərək, qabaqcadan razılaşmaqla əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə, özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti rüşvət k imi təkrarən istəmiş və almış, qabaqcadan əlbir olmuş bir qrup şəxsin köməkliyi ilə tamah niyyətilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, yuxarıda qeyd olunan səlahiyyətlərə malik şəxs kimi qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girdiyi X148 vasitəsilə özü üçün, dolayı yolla vasitəçidən istifadə etməklə qanunsuz hərəkətlərə görə təkrarən X6 2-ci qrup əlil olduğu halda adını Tibbi Sosial Ekspertiza və X165 göndəriləcək göndərişdə onkoloji xəstəliyinin mərhələsinin 1-ci qrup əlilliyin təyin olunmasına əsas verə biləcək şəkildə qeyd edilməsi üçün 2017-ci ilin sentyabr ayında 50 manat pulu rüşvət kimi istəmiş, lakin ala bilməmiş, təkrarən X178 onkoloji xəstəliy in 1-ci mərhələsində olduğu halda adını Tibbi Sosial Ekspertiza və X165 göndəriləcək göndərişdə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni xəstəliyin 4-cü mərhələsi kimi qeyd edilməsi üçün onun qaynatası Balarza Hüseynovdan 2017-ci ilin sentyabr ayında 140 manat pulu qabaqcadan əlbir olduğu X148 vasitəsilə Lənkəran rayonu, Şıxəli Qurbanov küçəsi 1-də yerləşən Lənkəran Rayonlararası Onkoloji xəstəxanasında xidməti otağında rüşvət kimi almış, həmin şəxslərə daha ciddi əlillik dərəcələrinin təyin olunmasına əsas verə biləcək şəkildə yalan məlumatları informasiya resurslarına, yəni Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə həkim-məsləhət komissiyasının üzvlərinin adına olan elektron imzalar vasitəsilə X211 tərəfindən daxil edilməsini təmin edərək, qabaqcad an razılaşmaqla əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə, özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə maddi neməti rüşvət kimi təkrarən istəmiş və almış, qabaqcadan əlbir olmuş bir qrup şəxsin, yəni Sələmə Mirzəyevanın köməkliyi ilə tamah niyyətilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli, 140 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” qaydaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 3 6 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin yuxarıda göstərilən tələblərini pozmaqla qabaqcadan əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə, yəni xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar heç bir tibbi sənədi olmayan, onkoloji xəstəlikdən əziyyət çəkməyən Respublikanın Lənkəran, Astara, Masallı, Neftçala, Lerik rayonlarında, Bakı və Sumqayıt şəhərlərində qeydiyyatda olan şəxslərin qarşısında özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Lənkəran Rayonlararası Psixiatriya xəstəxanasının həkimi X192 və Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasında xadimə işləyən X211 ilə qabaqcadan əlbir olmaqla onların köməkliyi ilə 2017-ci ilin yanva r ayında X32, 2017-ci ilin yanvar ayında X78, 2017ci ilin fevral ayında X213, 2017-ci ilin mart ayında X105, 2017-ci ilin iyun ayında X106, 2017-ci ilin iyun ayında X79, 2017-ci ilin iyun ayında X17, 2017-ci ilin iyul ayında X107, 2017-ci ilin sentyabr ayında X153, 2017-ci ilin sentyabr ayında X33, Lənkəran rayonlararası Psixiatriya xəstəxanasının həkimi X43 və X211 ilə qabaqcadan əlbir olmaqla onların köməkliyi ilə 2017-ci ilin mart ayında Abidov Asəf Vəkil oğlunun, X154, 2017-ci ilin aprel ayında X108, 2017-ci ilin may ayında X34, 2017-ci ilin iyun ayında X125, 2017-ci ilin iyul ayında X179, X109, X195, X196, 2017-ci ilin avqust ayında X55, 2017-ci ilin sentyabr ayında X80, X180, habelə X211 ilə qabaqcadan əlbir olmaqla onun köməkliyi ilə 2017-ci ilin fevral ayında X9, 2017-ci ilin oktya br ayında X18, 2017-ci ilin may ayında X126 adına Tibbi Sosial Ekspertiza və X165 elektron qaydada daxil edilən göndərişdə əlilliyin verilməsinə əsas verə biləcək şəkildə yalan informasiyalar, yəni həmin şəxslərin onkoloji xəstə olmaları, onkoloji xəstəlikdən əziyyət çəkmələri və bununla bağlı aidiyyəti xəstəxanalarda qeydiyyatda olmaları barədə məlumatların, eləcə də, onkoloji xəstə olan X2, X10, X127, X19 2017-ci ilin sentyabr ayında, X56 2017-ci ilin oktyabr ayında xəstəliklərinin dərəcələri müvafiq əlillik qruplarına düşmədiyi halda, həmin göndərişlərdə xəstəlikləri barədə yalan məlumatların sair şəxsi, yəni əlbir olduğu şəxslərin, o cümlədən Sələmə Mirzəyevanın xahişi ilə onun qarşısında qayğıkeş rəhbər kimi göstərməkdə ifadə olunan niyyətlə Lənkəran rayonlararası Onkoloji xəstəxanası nda Tibbi Sosial Ekspertiza və X165 elektron qaydada daxil edilməsinə göstəriş verməklə şərait yaratması, habelə,X211, X192, X117, X171, X249 ilə qabaqcadan əlbir olmaqla onların köməkliyi ilə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərə görə, özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti qeyd edilən 64 nəfər şəxsdən rüşvət kimi təkrarən istəməsi və alması, bununla əlaqədar tamah və sair şəxsi niyyətlə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı etməklə təqdim edilmiş məlumatlar əsasında cinayətdən xəbəri olmayan ayrıayrı Tibbi Sosial Ekpsertiza Komissiyaları tərəfindən pensiya təyin edilməsi nəticəsində X57 30.01.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi bar ədə qərarla 24.02.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 1,713.08 manat, X128 31.01.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 31.01.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 1,444.34 manat, X3 10.02.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 26.04. 2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 699.89 manat, Cəfərova Seyidxanım Mirisaq qızına 10.02.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 22.02.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 1,978.97 manat, X232 15.02.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 21.02.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 522.50 manat, X58 20.02.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 18.05.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 1,430.18 manat, X110 28.02.2017-ci il tarixli 3-cü qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 28.02.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 330.67 manat, X181 14.03.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 20.04.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 1,901.97 manat, X129 30.03.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 30.03.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 1,155.40 manat, X111 31.03.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 28.04.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 1,163.87 manat, X130 07.04.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 30.0 6.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 1,251.19 manat, X131 03.05.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 07.08.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 1,315.59 manat, X132 11.05.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 11.05.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 257.56 manat, X155 11.05.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 12.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 1,662.10 manat, X13315.05.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 07.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 981.65 manat, X112 16.05.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 31.05.2017-ci il tarixdən 01. 12.2017-ci il tarixə kimi 912.25 manat, X182 19.05.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 02.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 898.70 manat, X81 22.05.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 05.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 885.16 manat, X156 23.05.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 10.07.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 840.63 manat, X113 25.05.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 25.05.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 871.61 manat, X82 26.05.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 14.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 596.66 manat, X134 26.05.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 25.09.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 340.67 manat, X114 30.05.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 16.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 1,181.37 manat, X250 31.05.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 23.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 969.62 manat, X135 01.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 14.06.2017-ci il tarixdən 01.04.2018-ci il tarixə kimi 1,633.68 manat, X136 01.06. 2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 23.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 1,558.06 manat, X137 05.06.2017 -ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 12.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 928.98 manat, X157 06.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 16.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 969.79 manat, X35 07.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 20.07.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 885.16 manat, X115 08.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 08.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 883.56 manat, X83 08.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 13.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 986.50 manat, X158 09.06.2017-ci il tarixli 3-cü qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 09.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 175.46 manat, X36 12.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 30.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 939.47 manat, X138 12.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 29.09.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 851.76 manat, X59 12.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 20.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 847.76 manat, X37 13.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 23.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 922.43 manat, X214 13.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qər arla 22.06.2017-ci il tarixdən 01.05.2018-ci il tarixə kimi 2,353.58 manat, X197 13.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 23.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 912.29 manat, X60 19.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 23.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 869.94 manat, X139 22.06.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 09.07.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 986.80 manat, X215 23.06.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 28.09. 2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 929.00 manat, X159 29.06.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 31.08.2017-ci il tari xdən 01.12.2017-ci il tarixə kimi 732.53 manat, X140 29.06.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 29.06.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 937.84 manat, X84 29.06.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 30.06. 2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 140.00 manat, Tağiyev İsrafil Salman oğluna 11.07.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 11.07.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 617.84 manat, X216 14.07.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 02.11.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 126.25 manat, X141 21.07.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 10.08.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 238.00 manat, X198 26.07.2017- il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 29.08.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 946.66 manat, X85 26.07.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 01.10.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 517.54 manat, X116 27.07.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 31.08.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 577.00 manat, X142 28.07.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 15.08.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 225.00 manat, Məmiyeva Asimə Müsəddin qızına 28.07.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 03.08.2017-ci il tarixdən 01.12.2 017-ci il tarixə kimi 842.21 manat, X143 31.07.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 28.08.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 564.51 manat, X183 31.07.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 28.08.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 564.51 manat, İsmayilov Sarxan Xanoğlan oğluna 04.07.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 04.07.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 686.45 manat, X233 07.08.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 16.03.2018-ci il tarixdən 01.05.2018-ci il tarixə kimi 496.35 manat, X184 21.08.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 21.08.2017-ci il tarixdən 01.12.201 7-ci il tarixə kimi 1,587.27 manat, X86 22.08.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 22.08.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 465.16 manat, X87 06.09.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 06.09.2017-ci il tarixdən 01.07.2018-ci il tarixə kimi 564.00 manat,X160 07.09.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 07.09.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 392 manat, X217 07.09.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 22.09.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 391.99 manat, X21 07.09.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərarla 29.09.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 610.68 man at, X38 08.09.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərarla 27.10.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 387.33 manat, X161 08.09.2017-ci il tarixli 1-ci qrup əlilliyin verilməsi barədə qərarla 08.09.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 387,33 manat, X162 08.09.2017-ci il tarixli 2-ci qrup əlilliyin verilməsi barədə qərarla 06.10.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 152.15 manat, X144 11.09.2017-ci il tarixli 1-ci qrup əlilliyin verilməsi barədə qərarla 11.09.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 373,33 manat, X185 12.09.2017-ci il tarixli 1-ci qrup əlilliyin verilməsi barədə qərarla 12.09.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 280 manat, X61 12.09.2017-ci il tarixli 1-ci qrup əlilliyin verilməsi barədə qərarla 22.09.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 368.66 manat, X145 12.09.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərarla 27.10.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 368.66 manat, X62 15.09.2017-ci il tarixli 2-ci qrup əlilliyin verilməsi barədə qərarla 20.10.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 139.33 manat, X146 18.09.2017-ci il tarixli 1-ci qrup əlilliyin verilməsi barədə qərarla 22.09.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 340.66 manat, X88 03.10.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərarla 27.10.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 20.35 manat, X199 21.09.2017-ci il tarixli 1-ci qrup əlilliyin verilməsi barədə qərarla 05.10.2017-ci il tarixdən 01.04.2018-ci il t arixə kimi 901,66 manat, X147 25.09.2017-ci il tarixli 1-ci qrup əlilliyin verilməsi barədə qərarla 29.09.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə kimi 307.99 manat, X200 29.09.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla 26.12.2017-ci il tarixdən 08.05.2018-ci il tarixə kimi 1,022.00 manat, X22 10.10.2017-ci il tarixli 1-ci qrup əlilliyin verilməsi barədə qərarla 03.11.2017-ci il tarixdən 01.04.2018-ci il tarixə kimi 905.60 manat olmaqla dövlət büdcəsindən əsassız olaraq 76 nəfərə ümumilikdə 61118,69 manat əmək pensiyası, sosial müavinət və prezident təqaüdünün ödənilməsinə şərait yaratmış, bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmlak hüquqlarına və işinin pozulmasında ifadə olunan qanuni mənafelərinə, habelə Səh iyyə Nazirliyini cəmiyyət arasında nüfuzdan salan və işinin pozulmasında ifadə olunan qanuni mənafelərinə mühüm zərər vurmuş, həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, təkrarən qabaqcadan əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə vəzifə saxtakarlığı törətmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.Novruzov (sədrlik edən və məruzəçi), İ.Əhmədov və F.Sultanovdan ibarət tərkibdə) 1(106)-288/2019 nömrəli 27 noyabr 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçiləri C.İ.Süleymanov və A.N.Mütəllimov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası m əhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin və Məhkum barəsində cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilsin. Hüquqi məsələlər: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 17 mart 2021-ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında məhkəmə baxışınadək, yəni 17 mart 2021-ci il tarixdə məhkəmə kollegiyasına Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişlər ki, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 201 9-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-581/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-581/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver