Məhkəmə qərarları › İş №1(102)-581/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-581/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-581/2023 09.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum1 müdafiəçisi – Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Məhkum2 müdafiəçisi – Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3nun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, habelə Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.M.Əliyev) Məhkum1 (xx xxxx 1966-cı il tarixdə ünvan1ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan2ndə qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,1 77.2.2-ci mаddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci mаddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 21 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum2 (xx xxxx 1965-ci il tarixdə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan4-də qey diyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci mаddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci mаddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 21 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum3 (xx xxxxxx 1985-ci il tarixdə ünvan5ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan6-da qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci mаddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci mаddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 21 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum4 (xx xxxxxxxx 1998-ci il tarixdə ünvan7ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan8ndə qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci mаddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci mаddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhku m edilmiş, Məhkum4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 21 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum5 (xx xxxxxx 1984-cü il tarixdə ünvan9ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan10-də qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci mаddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci mаddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaql a qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 21 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum6 (xx xxxxxxxx 1988-ci il tarixdə ünvan11ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 12-də qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci mаddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 21 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər M.Ə.Bağırov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) məhkumlar Məhkum4 və Məhkum6 müdafiəçisi Müdafiəçi4, Məhkum6, Məhkum3 müdafiəçisi Müdafiəçi3, Məhkum5 müdafiəçisi X6, Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə, Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci mаddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edimiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 21 fevral 2022-ci il tarixdən - 12 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddət həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 11 ay 12 gün ona təyin edilmiş cəzadan çıxılmış, onun üzərində qəti olaraq 2 (iki) il 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum1 barəsində seçilmiş həbs qəti mkan tədbiri ləğv edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Məhkum1 üzərinə hər gün saat 00.00-dan növbəti gün saat 07.00-dək yaşadığı ünvan14ndə olan fərdi evdən çıxmamaq, günün qalan hissəsində ünvan15u tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin Məhkum1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və cəzanın icrasının Məhkum1 yaşayış yeri üzrə XXX11 İcra və Probasiya Şəbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmçinin, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri i lə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə, Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci mаddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edimiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 21 fevral 2022-ci il tarixdən - 12 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddət həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 11 ay 12 gün o na təyin edilmiş cəzadan çıxılmış, onun üzərində qəti olaraq 2 (iki) il 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Məhkum2 üzərinə hər gün saat 00.00-dan növbəti gün saat 07.00-dək yaşadığı ünvan 16 ünvanda olan fərdi evdən çıxmamaq, günün qalan hissəsində ünvan17i tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin Məhkum2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və cəzanın icrasının Mə hkum2 yaşayış yeri üzrə XXX12 İcra və Probasiya Şəbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmçinin, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə, Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci mаddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edimiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum3 21 fevral 2022-ci il tarixdən - 12 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddət həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə nəzərə alınmaqla 11 ay 12 gün ona təyin edilmiş cəzadan çıxılmış, onun üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Məhkum3 üzərinə hər gün saat 00.00-dan növbəti gün saat 07.00-dək yaşadığı ünvan 18 ünvanda olan fərdi evdən çıxmamaq, günün qalan hissəsində ünvan19i tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nə zarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin Məhkum3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və cəzanın icrasının Məhkum3 yaşayış yeri üzrə XXX21 İcra və Probasiya Şəbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmçinin, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə, Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-ci mаddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edimiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum4 21 fevral 2022-ci il tarixdən - 12 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddət həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 11 ay 12 gün ona təyin edilmiş cəzadan çıxılmış, onun üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum4 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Məhkum4 üzərinə hər gün saat 00.00-dan növbəti gün saat 07.00-dək yaşadığı ünvan20ndə olan fərdi evd ən çıxmamaq, günün qalan hissəsində rayonu tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin Məhkum4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və cəzanın icrasının Məhkum4 yaşayış yeri üzrə XXX20 İcra və Probasiya Şəbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmçinin, Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə, Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.2-c i mаddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edimiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum5 21 fevral 2022-ci il tarixdən - 12 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddət həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə nəzərə alınmaqla 11 ay 12 gün ona təyin edilmiş cəzadan çıxılmış, onun üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum5 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Məhkum5 üzərinə hər gün saat 00.00-dan növbəti gün saat 07.00-dək yaşadığı ünvan21-də olan fərdi evdən çıxmamaq, günün qalan hissəsində ünvan21ini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin Məhkum5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və cəzanın icrasının Məhkum5 yaşayış yeri üzrə XXX22 İcra və Probasiya Şəbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmçinin, Məhkum6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edimiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum6 21 fevral 2022-ci il tarixdən - 12 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddət həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə nəzərə alınmaqla 11 ay 12 gün ona təyin edilmiş cəzadan çıxılmış, onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum6 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Məhkum6 üzərinə hər gün saat 00.00-dan növbəti gün saat 07. 00-dək yaşadığı ünvan 23 ünvanda olan fərdi evdən çıxmamaq, günün qalan hissəsində ünvan24i tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin Məhkum6 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və cəzanın icrasının Məhkum6 yaşayış yeri üzrə XXX24 İcra və Probasiya Şəbəsinə həvalə edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdaf iəçisi Müdafiəçi3 isə kassasiya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5, Məhkum6 məhkum edilmişlər ona görə ki, Məhkum1 özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Məhkum2 və Məhkum3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Zərərçəkmiş şəxs ünvan30ndan dəmiryolu vasitəsilə ünvan31nə gətizdirərək oradan da ünvan28 “X4” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Məhkum3 idarə etdiyi “Kamaz” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmiş olduğu quş yemi olan soyanın 480 manat dəyərində 800 kiloqram hissəsini 2021-ci ilin oktyabr ayının sonlarında ünvan25 ərazisində Bakı-Qazax avtomagistralının 146-cı kilometrliyində Məhkum1 işlətdiyi kafenin yanında Məhkum1, Məhkum3 və Məhkum2 birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə Zərərçəkmiş şəxs 480 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Məhkum2 və Məhkum3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sahibkar Zərərçəkmiş şəxs ünvan30ndan dəmiryolu vasitəsilə ünvan27nə gətizdirərək oradan da ünvan33 “X4” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Eşqinin idarə etdiyi “Kamaz” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmiş olduğu quş yemi olan soyanın 1200 manat dəyərində 2000 kiloqram hissəsini 2 021-ci ilin noyabr ayının sonlarında ünvan32 ərazisində Bakı-Qazax avtomagistralının 146-cı kilometrliyində Məhkum1 işlətdiyi kafenin yanında Məhkum1, Məhkum3 və Məhkum2 birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə Zərərçəkmiş şəxs 1200 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Məhkum2 və Məhkum4 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sahibkar Zərərçəkmiş şəxs ünvan30ndan dəmiryolu vasitəsilə Gəncə şəhərinə gətirilərək oradan ünvan33 “X4” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Rufanın idarə etdiyi “Kamaz” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükləmiş olduğu quş yemi olan soyanın 720 manat dəyərində 1200 kiloqram hissəsini 2021-ci ilin noyabr ayının sonlarında ünvan34 ərazisində Bakı-Qazax avtomagistralının 146-cı kilometrliyində Məhkum1 işlətdiyi kafenin yanında Məhkum1, Məhkum4 və Məhkum2 birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə Zərərçəkmiş şəxs 720 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Məhkum2 və Məhkum6 ilə əvvəlcədən razılaşmaqla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sahibkar Zərərçəkmiş şəxs ünvan30ndan dəmiryolu vasitəsilə Gəncə şəhərinə gətizdi rərək oradan da ünvan33 “X4” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Eltunun idarə etdiyi “Kamaz” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklənmiş olduğu quş yemi olan soyanın 300 manat dəyərində 500 kiloqram hissəsini 2021-ci ilin noyabr ayının sonlarında ünvan35 ərazisində Bakı-Qazax avtomagistralının 146-cı kilometrliyində Məhkum1 işlətdiyi kafenin yanında Məhkum1, Məhkum6 və Məhkum2 birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə Zərərçəkmiş şəxs 300 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Məhkum2 və Məhkum4 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbi r olan bir qrup şəxs halında birləşib, fərdi sahibkar Zərərçəkmiş şəxs ünvan30ndan dəmiryolu vasitəsilə Gəncə şəhərinə gətizdirərək oradan da ünvan33 “X4” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Rufanın idarə etdiyi “Kamaz” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmiş olduğu quş yemi olan soyanın 840 manat dəyərində 1200 kiloqram hissəsini 2021-ci ilin dekabr ayının sonlarında ünvan36 ərazisində yerləşən “Temp” adlı avto dayanacaqda birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə Zərərçəkmiş şəxs 840 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək barədə tanışları Məhkum2 və Məhkum5 ilə əvvəl cədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, fərdi sahibkar Zərərçəkmiş şəxs ünvan30ndan dəmiryolu vasitəsilə ünvan38nə gətizdirərək oradan da Xırdalan şəhəri “X4” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Yusifin idarə etdiyi “Kamaz” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmiş olduğu quş yemi olan soyanın 700 manat dəyərində 1000 kiloqram hissəsini 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan39 ərazisində yerləşən “Temp” adlı avtodayanacaqda birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə Zərərçəkmiş şəxs 700 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını gizli olaraq talam aqla ələ keçirmək barədə tanışları Məhkum2 və Məhkum6 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, fərdi sahibkar Zərərçəkmiş şəxs ünvan30ndan dəmiryolu vasitəsilə ünvan40nə gətizdirərək oradan da ünvan33 “X4” yerləşən "xxxx" MMC-nin anbarına göndərmək üçün Eltunun idarə etdiyi “Kamaz” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükləmiş olduğu quş yemi olan soyanın 420 manat dəyərində 600 kiloqram hissəsini 14 fevral 2022-ci il tarixdə ünvan40 ərazisində Bakı-Qazax avtomagistralının 146-cı kilometrliyində Məhkum1 işlətdiyi kafenin yanında Məhkum6 və Məhkum2la birlikdə gizli olaraq götürərək törətdikləri cinayət əməlini pərdələmək məqsədilə avtomobilə həmin çəkidə daş tozu əlavə etməklə ələ keçirərək Zərərçəkm iş şəxs 420 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Məhkum1, Məhkum2 və qeyrilərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 fevral 2022-ci il taarixdə saat 23:10 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan41 ərazisində yerləşən “Temp” adlı dayanacağa baxış keçirilən zaman Məhkum1 ilə qabaqcadan əlbir olan Məhkum2 sürücülər X1 idarə etdiyi **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncu ilə birlikdə 700 manat dəyərində 1000 kiloqram, Məhkum5 idarə etdiyi **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncu ilə birlikdə 420 manat dəyərində 600 kiloqram, Məhkum3 idarə etdiyi **-xx xx xx-*** dövlət qeydiyyat nişan lı avtomobildən sonuncu ilə birlikdə 560 manat dəyərində 800 kiloqram və Məhkum4 idarə etdiyi **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncu ilə birlikdə 420 manat dəyərində 600 kiloqram quş yemi olan soyanı gizli olaraq ələ keçirməklə cinayət törətməyə yönəlmiş aktiv hərəkətlərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq cinayəti törətməyə cəhd etmişlər. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, X3, Məhkum6 birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının azadlığın məhdudlaşdırılması cəzası ilə əv əz edilməsi haqqında nəticəyə gələrkən, birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və cəza təyini zamanı kifayət qədər nəzərə alınmış halları, əsassız olaraq təqsirkarlara daha yüngül cəzaların təyin edilməsinə imkan verən hallar kimi qəbul etmiş, eyni zamanda qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar törədilən oğurluq cinayətlərinin və oğurluğa cəhdin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, nəticədə onların şəxsiyyətlərinə, təqsirli bilindikləri cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan, qəsdin yönəldiyi obyektin xüsusiyyətini lazımınca nəzərə almayan, cəzanın məqsədlərini kifayət qədər təmin etməyən azadlığın məhdudlaşdırılması növündə - həddindən artıq yüngül cəzalar təyin et miş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 58.3, 59, 41.2-ci maddələrinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsə vrurulmuş ziyanın miqdarı dəqiq müəyyən olunmadığı, eləcə də Məhkum1 Şirvan şəhərində baş vermiş oğurluq və oğurluğa cəhd cinayətlərində iştirakını və təqs irlili olduğunu təsdiq edən sübutlar olmadığı halda o, əsassız olaraq həmin oğurluq əməllərinin törədilməsində də təqsirli bilinmiş və ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan, gerçək əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin edilmişdir. Belə ki, müdafiəçinin irəli sürdüyü digər dəlilə görə Hacıqabul rayonu ərazisində Bakı-Qazax avtomagistralının 146-cı kilometrliyində Məhkum1 işlətdiyi kafenin yanında 14 fevral 2022-ci ildə baş vermiş Məhkum6 idarə etdiyi avtomobildən 420 manat dəyərində 600 kq. soyanın oğurlanması ilə bağlı epizodda da Məhkum1 bilavasitə iştirak etməmişdir, o, sadəcə həmin quş yeminin oğurlanmış özgə əmlakı olduğunu bildiyi halda, qabaqcadan vəd etmədən onu əldə etmiş, bununla da oğurluq cinayətini deyil, CM-in 194.1-ci maddəsində nəzərdə tu tulmuş cinayət əməlini törətmişdir. Müdafiəçi1 kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, 14 fevral 2022-ci ildə baş vermiş Məhkum6 idarə etdiyi avtomobildən 420 manat dəyərində 600 kq. soyanın oğurlanmasına dair epizod üzrə Məhkum1 əməlinin hüquqi tövsfinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrindən 194.1-ci maddəsinə dəyişdirilməsini və bu maddə ilə onun şərti məhkum edilməsini, qalan oğurluq epizodları üzrə Məhkum1 barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsə vrurulmuş ziyanın miqdarı dəqiq müəyyən olunmadığı, eləcə də Məhkum2 Ha cıqabul rayonu ərazisində Bakı-Qazax avtomagistralının 146-cı kilometrliyində Məhkum1 işlətdiyi kafenin yanında baş vermiş oğurluq cinayətlərində iştirakını və təqsirli olduğunu təsdiq edən sübutlar olmadığı halda o, əsassız olaraq həmin oğurluq əməllərinin törədilməsində də təqsirli bilinmiş və ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan, gerçək əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin edilmişdir. Belə ki, müdafiəçinin irəli sürdüyü dəlilə görə Şirvan şəhərində soyanın oğurlanması ilə bağlı epizodlarda da Məhkum2 iştirak etməmişdir, o, sadəcə həmin quş yeminin oğurlanmış özgə əmlakı olduğunu bildiyi halda, onu qabaqcadan vəd etmədən əldə etmiş, sonuncu halda isə əldə etməyə cəhd etmiş, bununla da oğurluq cinayətini deyil, CM-in 194.1-ci, habelə 29,194.1-ci madd ələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Müdafiəçi müdafiəçi4 kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, Şirvan şəhərində baş vermiş bir sıra oğurluq epizodları, habelə 14 fevral 2022ci ildə oğurluğa cəhd etmə epizodları üzrə Məhkum2 əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrindən CM-in 194.1, 29,194.1-ci maddələrinə dəyişdirilməsini, bu madələr ilə onun şərti məhkum edilməsini, qalan oğurluq epizodları üzrə Məhkum2 barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmi n maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5 və Məhkum6 azadlığın məhdudlaşdırılması növündə onların şəxsiyyətlərinə, törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsin də nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, təqsirliliyi sübuta yetirilmədiyi halda və əməlində Cinayət Məcəlləsinin 194.1-ci maddəsində nəzərdə tutulmuş cinayət yolu ilə əldə olunduğunu biləbilə əmlakı əldə etmə cinayətinin tərkibi olduğu halda Məhkum1 CM-in 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirli bilindiyini və ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsi və dəyişdirilməsi barədə kassasiya tələbini və Məhkum1 cəzasının yüngülləşdirilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.11, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi3 da kassasiya şikayətində sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, təqsirliliyi sübuta yetirilmədiyi halda və əməlində Cinayət Məcəlləsinin 194.1 və 29,194.1-ci maddələrində nəzərdə tutulmuş cinayət yolu ilə əldə olunduğunu bilə-bilə əmlakı əldə etmə və bu əməli törətməyə cəhd etmə cinayətlərinin tərkibləri olduğu halda Məhkum2 CM-in 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirli bilindiyini və ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsi və dəyişdirilməsi barədə kassasiya tələbini və Məhkum2 cəzasının yüngülləşdirilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.11, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, habelə məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçilərinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçilərin kassasiya şikayətlərindən görünür ki, onlar Məhkum1 və Məhkum2 yük avt omobillərindən quş yemini oğurlayıb onlara satan sürücülərlə qabaqcadan razılaşmalarının olmadığını və həmin əməllərin törədilməsində onların bilavasitə iştirak etmədiklərini iddia etməklə, Məhkum1 və Məhkum2 əməllərində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələrində göstərilən oğurluq və oğurluğa cəhd cinayətlərinin deyil, CM-in 194.1-ci maddəsində (Məhkum1) və CM-in 194.1, 29,194.1-ci maddələrində (Məhkum2) nəzərdə tutulmuş qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə olunduğunu bilə-bilə əmlakı əldə etmə cinayətlərinin tərkiblərinin olması haqqında qənaətlərini və həmin qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının müəyyən hissədə ləğv edilməsi, müəyyən hissədə isə dəyişdirilməsi, Məhkum1 əməllərinin Cinayət Məcəlləsinin 194.1-ci maddəsi, Məhkum 2 əməllərinin isə CM-in 194.1, 29,194.1-ci maddələri ilə tövsif edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özlərinin işin faktiki hallarına verdikləri fərqli təsvirlər üzərində qurmuşlar. Bu isə onu göstərir ki, müdafiəçilər kassasiya instansiyası məhkəməsini gətirdikləri faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edirlər. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudla şdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları tədqiq etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həy ata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi və dəyişdirilməsi barədə tələblərin (o cümlədən, Məhkum1 və Məhkum2 əməllərinin Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2. 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə düzgün tövsif olunamasına, onların əsassız olaraq həmin maddələrlə təqsirli bilinmələrinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçilərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsas lar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələri ilə irəli sürülmüş ittiham üzrə gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayətləri təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayət-prosessu al qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxslərin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2-ci maddələrinin və cinayət qanununun ümumi hissəsinin müddəalarından, o cümlədən 29-cu maddəsinin tələblərindən düzgün çıxış edərək, N.Məhkum1 və Məhkum2 hərəkətlərində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2 maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, onların bu maddələrlə təqsirli bilinmələrini və cəzalandırılmalarını istisna edən (və yaxud əməllərin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 194.1, 29,194.1-ci maddələrinə dəyişdirilməsini tələb edən) halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətlərində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə icraatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxslərin müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, Məhkum1 və Məhkum2 Cinayət Mə cəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirliliyi barədə yekun nəticələr CPM-in 145, 146-cı maddələrinə müvafiq olaraq qiymətləndirilmiş işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Hökmdə məhkəmə baxışında tədqiq edilmiş sübutlar, o cümlədən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, Azərbaycan Respublikası Qida Təhlükəsiziliyi Agentliyinin rəyi, istintaq hərəkətlərinin protokolları və digər materiallar təsvir edilib ətraflı şərh edildiyindən, eyni zamanda apellyasiya instansiyası məhkəməsinin qərarında Məhkum1 və Məhkum2, eləcə də onların müdafiəçilərinin dəlilləri sübutlar və işin həqiqi halları ilə müqayisə edilməklə cavablandırıldığından, məhkəmə ko llegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh olunan məsələlər üzrə çıxardığı nəticələri təkzib edə və araşdırmanın obyektivliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirliliyi və cəzalandırılmalı olmalarına dair nəticələrini şübhə altına almaq üçün əsas görmür. Müdafiəçilər, yuxarıda şərh edilən iddialarla yanaşı, Məhkum1 və Məhkum2 təyin olunmuş cəzaların həddindən artıq ağır olması barədə də iddia irəli sürmüşlər. Lakin bu iddialar məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilən Məhkum1 və Məhkum2 əməllərinin düzgün tövsif edilməməsi barədə dəlillə əlaqələndirildiyindən, əsasən həmin dəlil üzərində qurulmuş cəzaların həddindən artıq ağır olması, törədilmiş əməllərə uyğun olmaması barədə iddialar da əsaslı sayıla bilməz. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, hökmlə Məhkum1 və Məhkum2, eləcə də digər təqsirkarlar – Məhkum3, Məhkum4, Məhkum5, Məhkum6 təyin olunmuş cəzalar məhkəmə tərəfindən ətraflı yoxlanılmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5, Məhkum6 təqsirli bilindikləri maddələrlə təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarını yüngülləşdirib, onların hər birinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə iş üzrə müəyyən edilmiş cinayət qanununa əsasən cəzanın təyin edilməsinə təsir göstərən halları, o cümlədən digər hallarla əlaqəli şəkildə təqsirkarların Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmələrini və bununla əlaqədar zərərçəkmiş şəxsin irəli sürdüyü qiyməti 393.148,75 manat olan mülki iddiasından imtina etməsini və təqsirkarlarla barışmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını daha ədalətli şəkildə nəzərə almış, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, təqsirkarların şəxsiyyətinə, törətdikləri cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olan cəzalar təyin etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Bu səbəbdən məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətləri ilə yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəzaların (yüngüllüyünə görə) mübahisələndirilməsinə həsr olunmuş dövlət ittihamçısının kassasiya protestini də əsassız müraciət kimi qiymətləndirir. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayətləri və kassasiya protesti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozunt ulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətlərinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının, müdafiəçilər Müdafiəçi1 və müdafiəçi4in isə kassasiya şikayətlərinin təmin edilməsinə, kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi3nun kassasiya şikayətləri təmin edilməməli, bu kassasiya müraciətləri ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5 və Məhkum6 barəsində olan 12 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM- in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi3nun kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5 və Məhkum6 barəsində olan 12 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar