Məhkəmə qərarları › İş №1(102)-581/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-581/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-581/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair S umqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 iyun tarixli, 1(105)-341/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (X2 (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Aynur Rzayevadan ibarət tərkibdə) 2024-cü il 28 mart tarixli, 1(124)-192/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1998-ci ildə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər şəhəri, Bəsti Bağırova küçəsi, ev 32-də qeydiyyatda olub, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Səid küçəsi, ev 91-də yaşamış, hazırda azadlıdan məhrum etmə növündə c əza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2023-cü il 5 fevral tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Hökmdən Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və Elman Rəhimovdan ibarət tərkibdə) 2024-cü il 5 iyun tarixli, 1(105)-341/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəy işdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum 4 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, 26/65 nömrəli binanın qarşısında tanışı Zərərçəkmiş şəxs ondan borcunu nə vaxt verəcəyini, borc barədə söhbət etmək üçün çayxanaya dəvət etməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək bunları bəhanə edib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan üzərində olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarnına vuraraq qarnın sol yarısının perit onarxası, qarın boşluğu və plevra boşluğuna sirayət edərək, sol böyrəyin, dalağın, diafraqmanın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, sol tərəfli pnevmotoraks, travmatik şok İİİ dərəcə ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, xuliqanlıq niyyəti ilə zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum törətdiyi cinayət əməli əsassız olaraq CM-in 126.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən də iş üzrə toplanmış sübutlar tam, obyektiv və hərtərəfli qiymətləndirilməmiş, əmələ düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cinayət hadisəsinin zərərçəkmişin təşəbbüsü ilə başlanması, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri hökmdə nəzərə alınmamış, işdə olan sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum əməli CM-in 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi bildirmişdir ki, hadisədən bir müddət əvvəl zərərçəkmiş şəxsin dayısı Şahid2 borcu qaytarması üçün Məhkum təhdid etməsi ilə bağlı Məhkum anası Nəzərova Gülbəniz Məhəmməd qızı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət etmişdir. Gülbəniz Nəzərovanın müraciəti ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsində topla nmış material məhkəməyə təqdim edilsə də birinci instansiya məhkəməsinin hökmündə bu sübuta ümumiyyətlə qiymət verilməmişdir. Həmçinin, G.Nəzərova ibtidai istintaq zamanı şahid qismində ifadə versə də, birinci instansiya məhkəməs tərəfindən qeyd olunan şahid ifadəsinə də heç bir qiymət verilməmişdir. Cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, zərərçəkmiş və təqsirləndirilən şəxs hadisədən əvvəl biri-birini tanımış, hadisə günü onların arasında mübahisə zərərçəkmiş şəxsin borc məsələsini həll etmək üçün təqsirləndirilən şəxsi onun iradəsinə zidd olaraq avtomobilə əyləşdirmək istəməsi səbəbindən baş vermişdir. Məhz bundan sonra təqsirləndirilən üzərində olan bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Müdafiəçi qeyd etmişdir ki, iş materiallarında olan sübutlarla hazırkı cinayət hadisəsisnin törədilməsinə səbəb olmuş mübahisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlaması təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin olmasını istisna edir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən, həmin Məcəllənin 126.1-c maddəsinə tövsif edilməsi və Məhkum CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyas ının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 iyun tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının n əticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkumun əməlinin tövsif edilməli olmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya mür aciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müə yyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, tərəflər arasında mübahisə borcla bağlı yaranmışdır. Belə ki, Məhkum Zərərçəkmiş şəxs borc u olmuş, Məhkum həmin borcu vaxtında qaytarmamış, Zərərçəkmiş şəxs telefonlarına cavab verməmiş, sonuncu ilə ünsiyyətdən qaçmışdır. Zərərçəkmiş şəxs məhkumu axtarmağa başlamış və öyrənmişdir ki, məhkum istədiyi qızla görüşəçəkdir. Məhkum avtomaşına əyləşdirərək kənar yerə aparıb borcla bağlı söhbət etmək məqsədi ilə zərərçəkmiş şəxs öz tanışı Şahid4la birlikdə öncədən Məhkum qızla görüşəcəyi yerə gəlmiş, zərərçəkmiş şəxs və tanışı kənarda gözləyərək məhkumun qızla görüşünün sona çatmasını gözləmiş, qız getdikdən sonra Zərərçəkmiş şəxs məhkuma yaxınlaşmış və onu zorla borcla bağlı başqa yerdə söhbətə dəvət etmiş, məhkum getmək istəməmiş, müqavimət göstərmiş və zərərçəkmiş şəxsi maşında gözləyən dostu Şahid4 da həmin yerə gəldiyini görüdükdə, məhkum üzərində olan bıçaqla bir dəfə zərərçəkmiş şəxsə ağır xəsarət yetirmiş və hadisə yerindən qaçmışdır. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş Məhkum anası Gülbəniz Nəzərovanın Sumqayıt ŞPİ-nə ünvanlanmış ərizəsindən görünür ki, ana, oğlu Rövşənin Elşad adlı şəxs (zərərçəkmiş şəxsin dayısı) tərəfindən hər gün narahat edildiyini, oğluna borc pul verdiyini iddia etdiyini, oğlu xəstə olduğu üçün özünü pis hiss etdiyini bildirir. (bax: cild 2, i.v. 73-77). Məhkəmə kollegiyası bu yerdə xuliqanlıq niyyəti, bu niyyətin anlayışı, istintaq və məhkəmə təcrübəsində tətbiqi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs, özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə a şkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi ağır zərər vurmaq üçün bəhanə etməklə (məsələn papiros vermədiyi üçün) törədilir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, cinayət əməli törətmə prosesində və cinayət törətdikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Xuliqanlıq niyyəti ilə bağlı qeyd edilənləri hazırkı işin halları ba xımından təhlil etdikdə müəyyən edilir ki, məhkum borclu olması ilə bağlı müntəzəm olaraq narahat edilmiş, bu təqiblərdən hər vasitə ilə yayınmağa çalışmış, bu narahatçılıqlar fonunda məhkumun anası hətta polis orqanlarına müraciət etmək məcburiyyətində qalmış, məhkum həmişə narahatçılıq və səksəkə içərisində yaşamış, hər vasitə ilə zərərçəkmiş şəxsdən, onun təqiblərindən qaçmış, gizlənməyə çalışmışdır. Lakin zərərçəkmiş şəxs məhkumun olduğu yeri aşkar etmiş, onu təqib edərək ona yaxınlaşmış, məhkum da avtomaşında gözləyən zərərçəkmiş şəxsin dostu Şahid3 də onlara yaxınlaşdığını görərək, qarşı tərəfin ona fiziki cəhətdən üstün gələcəyindən qorxmuş və zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmışdır. Mövcud hadisənin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, mə hkum hazırkı cinayət əməlini törədərkən xuliqanlıq niyyəti ilə deyil, düşdüyü çətin vəziyyətdən çıxmaq, əlacsız durumdan xilas olmaq məqsədi ilə zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Bu hadisəni törədərkən məhkumun xuliqanlıq niyyətində olmasını təsdiq edən ittiham tərəfinin heç bir sübutu mövcud deyil. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilərək məhkum edərkən düzgün nəticəyə gəlməmiş, zərərçəkmiş şəxsin borcunu tələb etməsi üsulunu və formasını düzgün qiymətləndirməmiş, bu zor və hədəni sivil bir qayda kimi qəbul edərək, zərərçəkmiş şəxsin bu qaydada borcunu tələb etməkdə haqlı olması qənaətinə gəlmiş, lakin bu sivil təzyiqlərin məhkumda hansı qorxu və təşviş yarada biləcəyini nəzərə almamış, xuli qanlıq niyyəti ilə heç bir əlaqəsi olmayan əmələ yanlış qiymət vermiş, məhkumun əməlinin tövsifində səhvə yol vermişlər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 iyun tarixli, 1(105)-341/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməli, Məhkum əməli CM-in 126.2.4-cü maddəsindən CMin 126.1-ci maddəsinə tövsif edilməli, Məhkum tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilk dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 28 mart tarixli, 1(124)-192/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 iyun tarixli, 1(105)-341/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 6.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar