Məhkəmə qərarları › İş №1(102)-582/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-582/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-582/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məh kum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər - X11 və X5 ibarət tərkibdə) 10 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1987-ci ildə Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində qeydiyyatda olub Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı qəsəbə ev 257-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.7 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 228.4-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 30 iyul 2021-ci ildən hesablanması, barəsində seçilmiş "həbs ” növündə qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X12 və X3 ibarət tərkibdə) 27 iyul 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.7 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 1(099)-673/2021 nömrəli hökmü dəyişdirilmişdir. Məhkum edilmiş şəxs Məhkum CM-in 29, 120.2.7-ci maddəsi ilə nəzərdə tutulan əməli CM-in 29, 120.1-ci maddəsinə tö vsif olunmuş və CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 63.3 və 60.1-ci maddələrinə əsasən ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. CM-in 66.3-cü maddəsinə əsasən Məhkum hazırki qərarla təyin olunmuş 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası birinci instansiya məhkəməsinin hökmü ilə ona CM-in 228.4-cü maddəsi ilə təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətə azadlqdan məhrum etmə cəzası saxlanılmışdır. İş üzrə X4 zərərçəkmiş şəxs kimi statusuna xitam verilmişdir. Hökm apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilməmişdir. İşin halları: İstintaq orq anı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.7 və 228.4-cü maddələri ilə verilmiş ittihama əsasən o, 2021-ci ilin iyul ayının sonlarında bacısı Şahid4 ilə söhbət edərkən, sonuncunun ona əvvəllər dəfələrlə əxlaqsız təkliflər edən Zərərçəkmiş şəxs1 Əblüfət oğlunun 22 iyul 2021-ci ildə əri evdə olmayan zaman evlərinin pəncərəsini döydüyünü, eləcə də, 2019-cu ilin sentyabr - oktyabr aylarında qəsəbədəki mağazada X4 da ona əxlaqsız hərəkətlər etdiyini bildirdikdən sonra, namusunun ləkələnməsi, şəxsiyyətinin alçaldılması qənaətinə gələrək qisas almaq üçün Zərərçəkmiş şəxs1 və Pünhan Mədətlini qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə Şahid7 Əblüfət oğlu vasitəsilə 30 iyul 2021-ci ildə saat 22 radələrində Zərərçəkmiş şəxs1 Cəbrayıl rayonundan olan məcburi köçkün lər üçün inşa edilmiş 4 saylı qəsəbə ərazisinə çağırtdırmış, onunla Şahid4 barəsində bir qədər söhbət etdikdən sonra, Pünhan Mədətliyə münasibətdə cinayətkar niyyətini biruzə vermədən sonuncuya məsələni tam aydınlaşdırmaq üçün Pünhan Mədətlini də çağırmağı təklif etmiş, qısa müddət sonra sonuncunun "Kia Serato” markalı 99RB065 qeydiyyat nişanlı avtomobillə gəldikdən sonra Zərərçəkmiş şəxs1 avtomobilə tərəf istiqamətlənməsini görüb, onları birlikdə qəsdən öldürməyin çətin olacağını düşünmüş, buna görə də, şalvarının bel hissəsində saxlamaqla gəzdirdiyi soyuq silah hesab olunan ov bıçağını çıxarıb ilk olaraq Zərərçəkmiş şəxs1 həyatı üçün mühüm orqanına - sol və sağ qarın, daha sonra sol boyun nahiyələrinə ümumilikdə 3 zərbə endirərək ona döş qəfəsinin sol yan səthində diafraqmanın, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olan döş və qarın boşluğuna keçən torakoabdominal yara ilə nəticələnən, dərəcəsinə görə yetirildiyi anda insan həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran, qarnın sağ yan səthində və boynun sol yan səthində olan yaralardan ibarət olmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, sonuncu zərbə anında Zərərçəkmiş şəxs1 onu əli ilə özündən kənara itələməsi nəticəsində ayağı sürüşərək yaxınlıqdan keçən su arxına yıxılmış, bundan istifadə edən Zərərçəkmiş şəxs1 120 metr kənarda olan Pünhan Mədətlinin avtomobili istiqamətdə qaçarkən, öz hərəkətini davam etdirib Zərərçəkmiş şəxs1 çataraq onu qəsdən öldürdükdən sonra sükan arxasında olan Pünhan Mədətlini də eyni üsulla qətlə yeti rmək məqsədilə əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 təqib etmiş, sonuncu Pünhan Mədətlinin idarə etdiyi avtomobilə çatıb ön oturacaqda əyləşərək Pünhan Mədətliyə bıçaqlandığını, təcili avtomobili idarə etməklə hadisə yerindən yayınmasını, onlara çatdığı halda hər ikisinin bıçaqla öldürüləcəyini, əslində hər ikisinin məqsədli şəkildə eyni yerə çağrıldığını bildirmiş, Pünhan Mədətli idarə etdiyi avtomobilin uzaq vuran işıqlarından istifadə edərkən onun əlində bıçaqla avtomobilə tərəf yaxınlaşdığını, həyatı və sağlamlığı üçün yönəlmiş qəsdin icra ediləcəyi üçün real hərəkətlərini davam etdirdiyini görüb avtomobili yüksək sürətlə idarə edib hadisə yerindən uzaqlaşdıqlarından və habelə Zərərçəkmiş şəxs1 vaxtında Cəbrayıl Rayon Mərkəzi xəstəxanasına çatdırldığından, həmçinin sonuncuya digər tibb m üəssisəsində edilmiş intensiv cərrahi müdaxilə nəticəsində həyatı xilas edildiyindən, iki şəxsi qəsdən həyatdan məhrum etməyə yönələn qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək iki şəxsi qəsdən öldürməyə, qəsdən həyatdan məhrum etmə cəhd etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, Apellyasiya məhkəməsi Məhkum əməlini CMin 29, 120.2.7 və 228.4-cü maddələrindən CM-nin 29, 120.1 və 228.4-cü maddələrinə tövsif edilməsi qənaətinə gələrkən, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən fərqli olaraq apellyasiya məhkəməsində verdikləri ziddiyyətli ifadələrini nəzərə almış, işin faktiki hallarına u yğun olmayan səhv nəticəyə gəlmiş, bununla da işin halları təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Apellyasiya məhkəməsi işdə olan mötəbər sübutlara birtərəfli yanaşmış, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən təqsirləndirilən şəxsi daha yüngül cəza alması məqsədinə nail olmaq üçün planlı şəkildə verdikləri ziddiyyətləri ifadələri əsas götürərək CM-in 29,120.2.7-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan əsassız və yalnış nəticəyə gəlmiş, iş üzrə sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünl üyü və mötəbərliyi üzrə qiymətləndirməmişdir. Belə ki, Məhkum apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı, heç vaxt X6 qəsdən öldürmək niyyəti və məqsədi olmadığını, ümumiyyətlə aralarında heç bir narazılıq və ya münaqişə olmadığını, onu öldürməklə hədələmədiyini, Zərərçəkmiş şəxs1 heç vaxt Pünhan Mədətlini öldürməklə hədələməsi və ya onu öldürəcəyi barədə hər hansı bir söz demədiyini,bu barədə Zərərçəkmiş şəxs1 ibtidai istintaq və birinci instansiya məhkəməsində dediklərinin doğru olmadığını bildirmişdir. Halbuki, Məhkum ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı bacısı Elmarə ilə söhbət edən zaman 2019-cu ilin sentyabr - oktyabr aylarında qəsəbədəki mağazada X4 da ona əxlaqsız hərəkət etdiyini və bu barədə Zərərçəkmiş şəxs1la hadisə vaxtı da nışarkən bildirmişdir. Artıq bu zaman həmin şəxslərin hərəkətlərini namusuna sataşmaq kimi qiymətləndirmiş və onları öldürmək qərarına gəlmişdir. Pünhan Mədətlinin həmin əxlaqsız hərəkəti Məhkum bacısı Şahid4, eləcə də Zərərçəkmiş şəxs1 ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə təsdiq olunur. Həmçinin 2019-cu ilin sentyabr - oktyabr aylarında qəsəbədəki mağazada X4 da ona əxlaqsız hərəkət etməsi Şahid4 ifadəsi ilə yanaşı, Şahid14 və Şahid12 ifadələri ilə təsdiq olunur. Lakin həmin xüsusatın araşdırılmasında məhkəmə əsassız olaraq həmin şəxslərin, eləcə də Şahid4 ifadələrinə əsaslanmamışdır. Bundan başqa, Pünhan Mədətli də həmçinin apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 kimi ifadələrini dəyişərək, sonuncun un ona heç vaxt Məhkum onu da öldürəcəyi barədə heç bir söz demədiyini, işləri çox olduğundan və tələsdiyindən ibtidai istintaqda müstəntiqin yazdığı dindirmə protokolunu inanıb imzaladığını, buna görə də ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, Lənkəran Ağır Cinayətlər Məhkəməsində isə Zərərçəkmiş şəxs1 avtomobilə minəndən sonra ona Məhkum onu da öldürəcəyi barədə deməsini xatırlamadığını bildirmişdir. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməndə məhkəmə iclasları zamanı Məhkumla barışmayan Zərərçəkmiş şəxs1 Apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı Məhkumla barışıq əldə etdikdən sonra, həmçinin artıq birinci instansiya məhkəməsində sonuncu ilə barışıq əldə etmiş Pünhan Mədətli, eləcə də təqsirləndirilən şəxs Məhkum cinayət təqibinin əvvəlki mərhələ lərində vermiş olduqları bütün ifadələri əvvəlcədən planlaşdırılmış şəkildə sonuncun xeyrinə, yəni daha yüngül maddə ilə cinayət məsuliyyətinə cəlb olunmaqdan ötrü dəyişmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olsa da, onun digər zərər çəkmiş şəxs Pünhan Mədətlini öldürmək niyyəti olmamış, ümumiyyətlə bununla bağlı hər hansı real hərəkətlər etməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə həmin vəzifələri yerinə yetirməmiş, Məhkum törətdiyi əmələ qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmiş və nəticədə onun əməlini səhv tövsif etmişdir. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq Məhkum CM-in CM-in 29, 120.2.7-ci maddəsində nəzərdə tutulmuş cina yət əməllərini törətməsi özündə işin obyektiv hallarını əks etdirən sübutların məcmuyu ilə tam təsdiq olunur. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.7 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətində göstərilir ki, Şirvan Apellyasiya Məhkəməsində işə baxılarkən məhkəmə istintaqı yolu ilə obyektiv məhkəmə araşdırılması aparılmış, toplanmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum iş üzrə ibtidai istintaqda və Lənkəran Ağır Cinayətlər Məhkəməsində zərərçəkən kimi tanınmış Zərərçəkmiş şəxs1 və X6 qəsdən öldürməyə cəhd cinayəti ni törətməmişdir. Şirvan Apellyasiya Məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum X1na qarşı heç bir qanunsuz və hüquqazidd hərəkətlər etməmiş, onu həyatdan məhrum etməyə yönələn niyyəti və məqsədi olmamışdır. Ona görə də iş üzrə X4 zərərçəkmiş şəxs kimi statusuna Şirvan Apellyasiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərarı ilə xitam verilmiş, bu xüsusat üzrə cinayəti hadisəsinin olmaması nəticəsinə gəlmişdir. Müdafiə tərəfi də həmin xüsusat üzrə Şirvan Apellyasiya Məhkəməsinin gəldiyi nəticə ilə eyni mövqedən çıxış edir. X13 Məhkəməsi cinayət işini məhkəmə istintaqı yolu ilə obyektiv və hərtərəfli araşdırıb apellyasiya instansiyasında toplanmış sübutlara düzgün hüquqi qiymət versə də, Məhkum əməlinin tövsifində səhvə yol vermişdir. Belə ki, apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları məhkəmə istintaqı aparılması ilə yoxlayarkən müəyyən edilmişdir ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum apellyasiya instansiyası məhkəməsində dindirilərkən istintaq orqanına və birinci instansiya məhkəməsinə verdiyi ifadəsini təsdiq etmədiyini bildirmişdir. Hadisə törətdikdən sonra haqqında Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılarkən və işin sonrakı gedişində onun ifadələri müstəntiq tərəfindən tərtib edilmiş, tərtib olunmuş ifadələri və sənədləri imzalamağı tələb edib, ona qarşı hədə-qorxu gəlinmiş, sənədlərə imza etməsə ona daha ağır maddələr verəcəyini bildirmişdir. Təhsili yoxdur, oxuyu b-yazmağı bacarmır, dövlət hesabına verilmiş vəkil də ona tövsiyyə etmişdir ki, müstəntiq yazdığı və ona təqdim etdiyi dindirmə protokoluna və digər sənədlərə imza etsin. Vəkil bildirmişdir ki, müstəntiqin təqdim etdiyi sənədlərə imza etməsə işi daha da ağırlaşdıracaqlar. Belə ki, Məhkum heç vaxt iş üzrə zərərçəkmiş kimi tanınan Zərərçəkmiş şəxs1 və X6 qəsdən öldürmək niyyəti və məqsədi olmamışdır. X1 ilə aralarında heç bir narazılıq, münaqişə və hüquqa zidd hərəkətlər baş verməmişdir, onu öldürməklə hədələməmişdir. Pünhan Mədətlinin bacısı Elmarəyə söz atması, əxlaqsız hərəkətlər etməsi barədə onda heç bir məlumat olmamışdır, hazırda da yoxdur. Zərərçəkmiş şəxs1 heç vaxt Pünhan Mədətlini öldürməklə hədələməsi və ya onu öldürəcəyi barədə hər hansı bir söz deməmişdir. Bu barədə Zərərçəkmi ş şəxs1 ibtidai istintaq və birinci instansiya məhkəməsində dedikləri doğru deyildir. Müdafiə tərəfi hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi, əməlinin düzgün tövsif olunması, onun haqqında cəza tətbiq edilməsi barədə yekun nəticəyə gələrkən cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini pozmuş, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin tərkibi olduğu halda, cinayət qanunun normasını düzgün tətbiq etməyərək onun əməlini CM-nin 29, 120.1-ci maddəsilə tövsif edərək qanunsuz qərar qəbul etmişdir. Bununla da, məhkəmə tətbiq edilməli olan cinayət qanunun normasını düzgün tətbiq etməmişdir, təqsirləndirilən şəxsin vəziyyətini süni surətdə ağırlaşdırmışdır. Şirvan Apellyasiya Məhkəməsi yekun qərar qəbul edərkən Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsində nəzərdə tutulmuş sübutların mümkünlüyü prinsiplərini pozmuş, heç bir sübutla təsdiq edilmədiyi halda təqsirləndirilən şəxs Məhkum əməlini düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsilə tövsif etmişdir. Apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə istintaqı ilə Məhkum əməlində Azərbaycan Respublikası CM-in 126.1 və 228.4-cü maddələrinin tərkibi olması təsdiq olunmuşdur. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin qərarı kassasiya qaydasında dəyişdirilərək Məhkum əməli Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, ona CM-nin 126.1 və 228.4-cü maddəsinin sanksiyaları ilə cəza təyin edilməlidir. Cəza təyin edilərkən Məhkum C M-nin 61-ci maddəsində göstərilən vəziyyətini ağırlaşdıran halların olmaması, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində qeyd olunan yüngülləşdirən halların olması və cəza təyin edilərkən həmin Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş bütün halların mövcudluğu nəzərə alınmalıdır. Cinayət hadisəsi zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında qəflətən yaranmış əsəb, stress vəziyyətində törədilməsi, Məhkum hadisədən dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzi”nə törətdiyi cinayət əməli barəsində məlumat verərək, olduğu yeri bildirməklə Cəbrayıl RPŞnin növbətçi hissəsinə gəlib, könüllü təqsirini boynuna alması, istintaq və məhkəmə zamanı təqsirləndirlən şəxs Məhkum iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 və X9 ilə barışması, hər iki zərərçəkən 25 noyabr 2021-ci ildə notariat qaydasında ərizə verərək təqsirləndirlən şəxs Məhkum şikayətçi olmadıqlarını, şikayətlərindən imina etdiklərini, ondan mənəvi və maddi tələbləri olmadığını, barışdıqlarını bildirməsi, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının, onlardan birinin uşaqlıqdan əlil, Məhkum ailəsinə qazanc gətirən yeganə şəxs, təqsirləndirlən şəxsin özü, atası Şahid14 və anası Şahid12 ikinci qrup əlil olması Məhkum vəziyyətini yüngülləşdirən hallardır. Toplanmış sübutlarla təsdiq olunmuşdur ki, Məhkum 30 iyi 2021-ci ildən azadlıqdan məhrum etmə növündə cəza çəkir, cəzaçəkmə müəssisəsində müsbət davranışları ilə xarakterizə olunur. İşlətdiyi cinayət əməlini etiraf etmişdir, zərərçəkmiş şəxslə barışmışdır, səmimi peşmançılıq keçirir. Müdafiə tərəf i hesab edir ki, məhkumun şəxsiyyəti cəmiyyət üçün təhlükə törətmir, islah olunmuşdur, azadlıqdan məhrum etmə növündə cəza çəkməsini davam etdirməsi məqsədə müvafiq deyildir. Hazırki vəziyyətdə bütün hallar nəzərə alınıb ona təyin ediləcək cəzanın sınaq müddətilə şərti hesab edilməsi ədalətli olardı. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərarını əməlin düzgün tövsif edilməməsi əsaslarına görə dəyişdirib, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 126. -ci maddəsinə tövsif olunmaqla ona CM-nin 126.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edib, çəkilməmiş cəzasının şərti hesab edilməsi barədə yeni qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kolleg iyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin və kassasiya şikayətinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protesti və kassasiya şikayəti Məhkum Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsi ilə olan əməlinin həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Kassasiya şikayətində h əmçinin məhkum edilmiş şəxsə təyin edilmiş cəza da mübahisələndirilir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3- cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünün əsaslılığını, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini yoxlayaraq hesab etmişdir ki, birinci instansi ya məhkəməsinin hökmü əməlin CM-in 29,120.2.7-ci maddəsi ilə olan hissəsində əsassızdır və təqsirləndirlən şəxsin iki şəxsi qəsdən həyatdan məhrum etməyə yönələn əməli işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından Məhkum qəsdən həyatdan məhrum etməyə yönələn qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən digər şəxsi həyatdan məhrum etməyə cəhd etdiyinə görə onun əməlini CM-in 29,120.2.7-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif etmişdir. Apellyasiya məhkəməsinini göstərilən mövqeyi ilə bağlı kassasiya məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq iki və ya daha çox şəxsin həyatdan məhrum edilməsi çıxış edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 1-ci bəndində izah olunur ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instans iya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Sözügedən Qərarın 11-ci maddəsində qeyd olunur ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayə t hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. İşin mübahisələndirilən hallarından görünür ki, təqsirləndirilən şəxs Məhkumla Zərərçəkmiş şəxs1 arasında hadisəyə qədər münaqişəli vəziyyət olmuşdur. Buna səbəb kimi hələ həmin hadisə baş verməmişdən 1 il əvvəl təqsirləndirilən şəxs Məhkum bacısı Şahid4 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onu əxlaqsız yola sövq etmək istəyir, telefonuna əxlaqsız mesajlar göndərməklə zəng edib narahat edir. Bacısının bu məlumatından sonra Məhkum Zərərçəkmiş şəxs1 telefonla zəng edib, onu intizama dəvət edərək bacısına qarşı bir daha belə hərəkətlər etməkdən çəkindirmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs1 2021-ci ilin iyul ayının ortalarında Elmarənin ər inin evdə olmadığını bilmiş və onun yaşadığı evə gedərək pəncərəsini döymüşdür. Həmçinin, apellyasiya instansiya məhkəməsində müəyyən olunmuşdur ki, məhz yuxarıda qeyd olunan hadisədən sonra Məhkum namusunun ləkələnməsi, şəxsiyyətinin alçaldılması qənaətinə gələrək qisas almaq üçün Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə Şahid7 Əblüfət oğlu vasitəsilə 30 iyul 2021-ci ildə saat 22 radələrində Zərərçəkmiş şəxs1 Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı qəsəbə ərazisinə çağırtdırmışdır. O, Zərərçəkmiş şəxs1la Şahid4 barəsində söhbət edən zaman, Pünhan Mədətlinin də bacısına əxlaqsız təkliflər etdiyini bildirmiş, Zərərçəkmiş şəxs1 məsələni tam aydınlaşdırmaq üçün zəng edərək Pünhan Mədətlini də hadisə yerinə dəvət etmişdir. Bundan sonra o, Zə rərçəkmiş şəxs1la Şahid4 barəsində olan söhbətlərini davam etdirən zaman Zərərçəkmiş şəxs1 onun ünvanına şəxsiyyətini alçaldan sözlər işlətməsini görüb öz niyyətini həyata keçirmək üçün şalvarının bel hissəsində saxlamaqla gəzdirdiyi soyuq silah hesab olunan ov bıçağını çıxarıb ilk olaraq Zərərçəkmiş şəxs1 həyatı üçün mühüm orqanına yetirildiyi anda insan həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran, qarnın sağ yan səthində və boynun sol yan səthində olan yaralardan ibarət olmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, sonuncu zərbə anında Zərərçəkmiş şəxs1 onu əli ilə özündən kənara itələməsi nəticəsində ayağı sürüşərək yaxınlıqdan keçən su arxına yıxılmış, bundan istifadə edən Zərərçəkmiş şəxs1 təxminən 120 metr kənarda olan Pünhan Mədətlinin avtomobili istiqamətdə qaçaraq sonuncunun idarə etdiyi avtomobilə çatıb ön oturacaqda əyləşərək Pünhan Mədətliyə bıçaqlandığını, təcili avtomobili idarə etməklə hadisə yerindən kənarlaşmasını bildirmiş, Pünhan Mədətli idarə etdiyi avtomobilin uzaq vuran işıqlarından istifadə edərkən Məhkum əlində parıldayan nəsə olmaqla onlara tərəf deyil, əks istiqamətdə hərəkət etdiyini görüb qaçmaq istədiyini düşünmüş və dərhal hadisə barədə Polis Şöbəsinə məlumat vermiş və avtomobili yüksək sürətlə idarə edib Zərərçəkmiş şəxs1 Cəbrayıl Rayon Mərkəzi xəstəxanasına çatdırdığından, həmçinin Zərərçəkmiş şəxs1 tibb müəssisəsində edilmiş intensiv cərrahi müdaxilə nəticəsində həyatı xilas edildiyindən, o, Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etməyə yönələn qəsdən edilən əmə lini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək, digər şəxsi qəsdən həyatdan məhrum etmə cəhd etmişdir. Cinayət işi üzrə müəyyən edilmiş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olsa da, onun digər zərər çəkmiş şəxs Pünhan Mədətlini öldürmək niyyətinin olmaması, ümumiyyətlə bununla bağlı hər hansı real hərəkətlər etməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, Məhkum apellyasiya instasniyası məhkəməsində verdiyi ifadədən görünür ki, hadisə baş verməmişdən 1 il əvvəl bacısı Elmare Yaqubova ona Zərərçəkmiş şəxs1 onu əxlaqsız yola sövq etmək istədiyini, telefonuna əxlaqsız mesajlar göndərdiyini, zəng etdiyini, buna görə də əsəblər inin pozulduğunu bildirmişdir. Bacısı bu səbəbdən xəstəxanaya düşmüş və müalicə almışdır. Bacısının bu məlumatından sonra Zərərçəkmiş şəxs1 telefonla zəng edib, onu intizama dəvət edərək bacısına qarşı bir daha belə hərəkətlər etməkdən çəkindirmişdir. Zərərçəkmiş şəxs1 da ona bir daha belə hərəkətlər etməyəcəyinə söz vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 2021-ci ilin iyul ayının ortalarında Elmarənin əri Oktayın evdə olmadığını bilmiş və onun yaşadığı evə gedərək pəncərəsini döymüşdür. 30 iyul 2021 ci il axşam saatlarında Zərərçəkmiş şəxs1la görüşüb onu bir daha xəbərdar etmək istəmişdir ki, bacısı Elmarədən əl çəksin. Buna görə də Zərərçəkmiş şəxs1 qardaşı Hüseynqulu vasitəsilə onu saat 21 radələrində Cəbrayıl RPŞnin yaxınlığına çağırmışdır. Qurbanla ikilikdə söhbətləri olacağını bild irdiyinə görə Hüseynqulu getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 demişdir ki, bacısına sataşdığına görə onu bir il bundan əvvəl xəbərdar etmiş, lakin nəticə çıxarmamışdır. O, Zərərçəkmiş şəxs1 bacısının əri evdə olmayanda yenidən onun pəncərəsini döyməsinin səbəbini soruşanda Zərərçəkmiş şəxs1 ona qarşı nalayiq sözlər işlədərək "Elmarǝyǝ nə etmişəmsə zor etmişəm, bunun sənə nə aidiyyəti var", -demişdir. Onun bu nalayiq sözlərindən əsəbsarsıntısı keçirərək kəmərində olan bıçaqla Qurbana xatırlamadığı sayda bir neçə zərbə vurub demişdir ki, "bacıma sataşdığına görə səni öldürərədim, lakin öldürmürəm. Səni cəzalandırıram ki, bir daha belə hərəkətlərə yol verməyəsən". Onun Zərərçəkmiş şəxs1 öldürmək üçün real imkanı olmuş, lakin onu öldürmək məqsədi olmadığından bunu etməmişdir. Sadəcə ona x əsarət yetirib qorxutmaqla bacısından əl çəkməsini istəmişdir. Bıçaq zərbələri alandan sonra Zərərçəkmiş şəxs1 yataqxanaya tərəf getmişdir. O, Qurbanın arxasınca qaçmamış, eləcə də Pünhan Mədətlini hadisə yerinə çağırmasını Qurbandan tələb etməmiş, Qurbana heç vaxt Pünhan Mədətlini öldürəcəyini deməmişdir. O, hadisədən sonra Cəbrayıl RPŞ-ə gedərək Zərərçəkmiş şəxs1 bıçaqladığını bildirib özünü polisə təslim etmişdir. Hazırda Zərərçəkmiş şəxs1la barışmışdır. O, daha sonra ifadəsində bildirmişdir ki, heç vaxt X6 qəsdən öldürmək niyyəti və məqsədi olmamışdır. X1 ilə aralarında heç bir narazılıq və ya münaqişə olmamış, onu öldürməklə hədələməmişdir. Zərərçəkmiş şəxs1 heç vaxt Pünhan Mədətlini öldürməklə hədələməsi və ya onu öldürəcəyi barədə hər hansı bir söz deməmişdir. Bu barədə Zərərçəkmi ş şəxs1 ibtidai istintaq və birinci instansiya məhkəməsində dedikləri doğru deyildir. Apellyasiya baxışında məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxs Məhkum hadisədən bir il əvvəl bacısı Elmarǝyǝ sataşmasına görə ona iradlarını bildirmişdir. 30 iyul 2021-ci ildə Biləsuvar rayonunda yerləşən Cəbrayıl RPŞ-də növbətçi olmuşdur. Saat 21 radələrində qardaşı Hüseynqulu vasitəsilə Məhkum onu Polis Şöbəsinin yaxınlığına dəvət etmişdir. Xidməti silahını təhvil verib, icazə alaraq qardaşı Hüseynqulunun və Sərvanın yanına getmişdir. Təklikdə söhbət etmələrinin lazım olduğuna görə qardaşı Hüseynqulu oradan getmişdir. Bundan sonra Sərvan yenidən Elmarəyə sataşmasını ona irad tutmuş, o isə Elmarəyə sataşmadığını, bir qohum kimi Elmarəyə z əng etdiyini bildirmişdir. Buna görə aralarında mübahisə düşmüş və o, Məhkum qarşı xatırlamadığı ağır sözlər işlətmişdir. Bundan sonra Məhkum qəflətən ona bir neçə bıçaq zərbəsi endirmiş və demişdir ki, "səni öldürmürəm, ancaq cəzalandırıram, bir də bacıma sataşma". Sərvan istəsə idi təkrar bıçaq zərbələri endirib onu öldürə bilərdi. Lakin o, bıçaq zərbələrini, vurmağı davam etdirməmiş və Polis Şöbəsinə tərəf qaçmağa başlamışdır. Bundan sonra o, Pünhan Mədətliyə zəng edib köməyə çağırmışdır. Təxminən 3-4 dəqiqədən sonra Pünhanın maşınla hadisə yerinə tərəf gəldiyini görüb maşının işıqları gələn tərəfə getmiş, maşının qabaq oturacağında oturaraq Sərvan tərəfindən bıçaqla vurulduğunu bildirmiş, Pünhan Mədətli isə onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsinə Məhkum ona P ünhan Mədətlinin bacısı Elmarəyə sataşmasını, Pünhan Mədətlini də öldürəcəyini demədiyini, aralarında belə bir söhbət olmadığını, Pünhan Mədətliyə də Məhkum onu ödürəcəyi barədə heç bir söz demədiyini bildirmişdir. Apellyasiya məhkəməsi baxışında məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş kimi tanınan X9 verdiyi ifadəsində göstərmişdir ki, 30 iyul 2021-ci ildə Cəbrayıl RPŞ-də olan zaman Qurban ona zəng edərək, təcili yataqxananın giriş hissəsi tərəfə gəlməsini xahiş etmişdir. O, özünə məxsus "KİA Serato" markalı, **-RB-*** qeydiyyat nişanlı avtomobillə Qurban deyən yerə yataqxananın giriş hissəsi tərəfə getmişdir. Qurban maşına tərəf gəlib qabaq oturacaqda əyləşərək Sərvanın onu bıçaqla vurduğunu demişdir. O, maşının uzaq vuran işıqlarını yandırdıqda Məhkum təxminən arxadan Cəbrayıl RPŞ- ə tərəf getdiyini görmüşdür. Məhkum Zərərçəkmiş şəxs1 arxasınca qaçdığını, onun maşınına tərəf gəldiyini görməmişdir. İşıq düşdüyünə görə Sərvanın əlində nəsə parıldayan əşya olduğunu görsə də, onun əlindəkinin bıçaq olduğunu müəyyən edə bilməmişdir. O, Sərvanın qaçdığını zənn edib dərhal rəis müavininə telefonla hadisə barədə məlumat vermiş və Qurbanı xəstəxanaya aparmışdır. Qurbanı xəstəxanaya yerləşdirəndən sonra şöbəyə qayıtmış və həmin vaxt Məhkum könüllü olaraq Polis Şöbəsinə gəlib hadisə barədə məlumat verərək Zərərçəkmiş şəxs1 bıçaqlaması barədə məlumat verdiyini bilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Pünhan Mədətlinin birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsi də təqsirləndirilən şəxsə qarşı (Məhkum Pünhan Mədətlini öldürmək istəməsinə və əməlin CM-in 29,120.2.7-ci maddəsi ilə tövsif edilməsinə aid hissədə) elan edilmiş ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, Zərərçəkmiş şəxs1 Pünhan Mədətlinin idarə etdiyi avtomobilə əyləşdikdən sonra Sərvan tərəfindən bıçaqlanmasını bildirməsi, Pünhan Mədətlinin öz əynində olan köynəyini çıxarıb cırmaqla Qurbanın yaralarını sarıması, hadisə barədə Cəbrayıl RPŞ-nin rəis müaininə məlumat verməsi, daha sonra isə avtomobili idarə edərək hadisə yerindən kənarlaşmasına qədər olan müddət ərzində, Zərərçəkmiş şəxs1 yaxın məsafədən təqib edən Məhkum həmin avtomobilə çatmaması və iki şəxsi qəsdən həyatdan məhrum etməyə yönələn qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməməsi inandırıcı deyil. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həm Məhkum, həm də hər iki zərərçəkmiş şəxslərin apellyasiya instansiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Məhkum zərərçəkmiş şəxs qismində tanınmış Pünhan Mədətli ilə aralarında heç bir münaqişə olmaması, Məhkum onu öldürməklə hədələməmsi, hadisə baş verməmişdən bir neçə saat əvvəl Məhkumla Pünhan Mədətli rastlaşan zaman sonuncuya heç bir irad bildirməməsi, habelə hadisə baş verəndən sonra, yəni Məhkum Zərərçəkmiş şəxs1 bıçaqla vurub xəsarət yetirdikdən sonra hadisə yerinə gələn Pünhan Mədətliyə qarşı təqsirləndirilən şəxsin hər hansı bir hüquqazidd əməlinin müəyyən edilməməsi, o cümlədən birinci instansiya məhkəməsində dindirilmiş şahidlər ifadələrində Məhkum Pünhan Mədətlini öldürmək niyyətinin olması barədə hər hansı məlumat verməmələrinə əsaslanaraq Məhkum Pü nhan Mədətlini öldürmək niyyətində olmamasına dair əsaslı nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum zərərçəkmiş şəxs Pünhan Mədətlini öldürmək niyyətinin olmaması, buna müvafiq olaraq onun əməlinin Cinayət Məcəlləsinin 29, 120.2.7-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya protestinin məhkum edilmiş şəxsin əməlinin düzgün tövsif edilməməsi barədə dəlilləri əsassız olmaqla hər hansı hüquqi əsasa söykənmir və yuxarıda qeyd edilənlərə əsasən öz təsdiqini tapmır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağidakiları qeyd edir: Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayət qanunvericiliyi nəzəriyyəsinə görə əməlin cinayət etməyə cəhd kimi qiymətləndirilməsi törədilmiş əməlin obyektiv və subyektiv əlamətləri əsasında müəyyən olunur və cinayət etməyə cəhdin obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur, yəni qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərardan deyil, şəxsin iradəsindən asılı olmayaraq yaranan amillərlə bağlı olur. Kassasiya şikayətinin Məhkum Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olmaması, sonuncuya ağır bədən xəsarəti yetirməsi göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum Zərərçəkmiş şəxs1 Əblüfət oğlunun öldürmək niyyətində olmaması kimi işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cinayət işi üzrə Məhkum Zərərçəkmiş şəxs1 öldürmək məqsədinin olmadığı, onu öldürmək niyyəti olduğu halda bu cinayəti başa çatdırmaq imkanına malik olduğu, lakin bunu etməməsi kimi hallar müəyyən edilməmişdir. Belə ki, məhkəmələr tərəfindən cinayət işinin müəyyən edilmiş hallarından və araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olması, bu niyyətin ondan asılı olmayan səbəblərdən başa çatmaması onun öz ifadəsi və iş materialları ilə tamamilə təsdiq olunmuşdur. Məhkum üzərində saxlamaqla daşıdığı soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs1 həyat üçün mühüm orqanlarına, yəni sol və sağ qarın, daha sonra sol boyun nahiyələrinə xəsarət yetirmiş, sonuncunun ölə biləcəyini dərk etmiş və qəsdən ona həyat üçün təhlükəli olan xəsarətlər yetirmiş, lakin onun Zə rərçəkmiş şəxs1 öldürmək niyyəti ondan asılı olmayan səbəbdən başa çatmamışdır. Qeyd edilənlər onun zərərçəkmiş şəxsi öldürmək niyyəti olduğunu təsdiq edir. Bu səbəbdən də, məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum Zərərçəkmiş şəxs1 öldürmək deyil, ağır xəsarət yetirməklə sonuncunu cəzalandırmaq niyyətində olmasına dair dəlillərini əsaslı hesab etmir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 3-cü bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmələrə izah etmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməs i), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarının müddəalarına istinad edərək cinay ət işi üzrə müəyyən olunmuş faktiki hallara və iş üzrə tədqiq olunmuş sübutların müqayiləsi təhlilinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvanda hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə üsulu və mexanizmi, təqsirkarın niyyəti, motiv və məqsədi kimi hallar nəzərə alınaraq Məhkum niyyətinin məhz Zərərçəkmiş şəxs1 öldürməyə yönəlməsi və bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə olan halda, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verməməsi qənaətinə gələrək qeyd edir ki, kassasiya şikayətinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif olunması barədə dəlilləri əsassızdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 29, 120.1-ci maddəsi ndə nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya protestində və kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, "İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, sub yektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Kassasiya məhkəmə kollegiyası baş vermiş hadisənin təsvir olunmuş hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olması barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş və bununla əlaqədar məhkumun əməlinin tövsifində səhvə yol verməmişdir. Belə ki, CPM-nin 139-cu maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə fa ktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;. Cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini t əşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Bu baxımdan həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən c inayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz ək sini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası Məhkum əməlinin apellyasiya instansiyası məhkəməsi tərəfindən tövsif edilməsi ilə razılaşır və bununla bağlı əvvəla vurğulayı r ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müə yyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümk ünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Kassasiya məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. C inayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haq qında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ict imai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilmə sinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59, 60.1 və 63.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlü kəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzasını yüngülləşdirilən halları (hadisədən dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzi” nə etdiyi əməl barədə zəng edib məlumat verməklə və olduğu yeri bildirməklə könüllü təqsirini boynuna almasını, Zərərçəkmiş şəxs1la barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını himayəsində 2 (iki) nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəsinə qazanc gətirən yeganə şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını), cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq onun Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma azadlıqdan məhrumetmə cəzası təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil və onun cəza çəkmədən islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Həmçinin Məhkum təyin olunmuş cəzanın şərti tətbiq olunması onun islah olunması məqsədinə cavab verməməklə cəzanı real çəkməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edil məlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar