Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-583/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum və onun müdafiəçisi Hüseynov Şaiq Yusif oğlunun iştirakları ilə, Məhkum Şəki Ağır Cinayətl ər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 311.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal mahir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1961-ci il tarixdə Qubadlı rayonunun Göyyal kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Zaqatala Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş, Bakı şəhəri, ünvan 1 qeydiyyatda olmaqla yaşamış, CM-nin 311.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə dövlət, kommersiya və ya yerli özünüidarə orqanlarında təşkilatisərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, CM-nin 62.1-ci maddəsi tətbiq olunaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X3 və X19, hər birisi CM-nin CM-in 32.5, 311.1-ci maddəsi ilə təqsirli bilinərək müxtəlif müddətlərlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi h ərəkətə görə özü üçün birbaşa yolla qeyrilərinin məsləhətləri və məlumatları ilə etdikləri köməkliklə onların vasitəsilə qeyrisindən maddi nemət olan pulu vahid niyyətlə rüşvət qismində istəmişdir. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2013-cü il tarixli, 3052 nömrəli Sərəncamı ilə Zaqatala Rayon Məhkəməsinin hakimi təyin edilməklə həmin vəzifədə işləyərkən, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx xxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X21 Kodeksi”nin 13-cü maddəsinə əsasən, icraatında olan işinə aid olduğu şəxslərlə qeyri-prosessual münasibətlər yaratmamaqla onlarla bu cür ünsiyyətdən çəkinməli olmasına baxmayaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 17-ci və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununu n 20-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin hakimi kimi qanunla səlahiyyətinə aid edilmiş mülki işlərə baxılması ilə əlaqədar xidməti vəzifələrinin icrası ilə bağlı edəcəyi hərəkətə, yəni icraatında olan Rusiya Federasiyasının vətəndaşı, Zaqatala rayonu Suvagil kəndində yaşayan iddiaçı X7 maraqlı şəxslər X20 və Zaqatala Rayon Qeydiyyat Şöbəsinə qarşı atalıq faktının müəyyən edilməsi tələbi ilə bağlı xx xxxxx 2017-ci il tarixli ərizəsinə dair 2(033)-982/2017 nömrəli mülki iş üzrə XXX xeyrinə yekun qərar qəbul olunmasından ötrü Zaqatala Rayon Vəkil Bürosunun vəkili işləyən X9 məsləhətləri və məlumatları ilə etdiyi köməkçiliyi ilə, yəni sonuncunun vasitəsilə XXX atası X10 2017-ci ilin aprel ayında Zaqatala şəhəri, Heydər Əliyev pros., 165 ünvanında yerləşən həmin büronun yaxın lığında, həmçinin, vahid niyyətlə xx xxx 2017-ci il tarixdə XXX və həmin məhkəmədə məsləhətçi (kompyuter proqramçısı) işləyən X1 məsləhətləri və məlumatları ilə etdikləri köməkçiliklə onların vasitəsilə ünvan 2 ünvanında yerləşən Zaqatala Rayon Məhkəməsinin inzibati binasının dəhlizində, habelə həmin şəxslər tərəfindən aparılan telefon danışıqlarında XXX özü üçün birbaşa yolla XXX və XXX vasitəçiliyi ilə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pulu vahid niyyətlə rüşvət qismində istəmişdir. Hökmdən Məhkum, onun müdafiəçisi Ş.Hüseynov, məhkum XXX, onun müdafiəçisi Z.Bayramov və məhkum XXX müdafiəçisi S.Şərifov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəç i), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət torətmədiyinə və əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində əsasən məhkəmə qərarlarında əksini tapmış işin halarına, iş üzrə toplanmış sübutların mötəbərsizliyinə və kifayət etməməsinə, bu sübutların qanunsuz yolla əldə edilməsinə, lakin, qeyd e tdiyi kimi, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən məhz həmin sübutlara əsasən qanunsuz olaraq yekun məhkəmə aktlarının çıxarılmasına, Azərbaycan Respublikası Konstitusiyasının, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunlarının və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin bir sıra normalarına istinad edən məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini öz qərarında bir qismini yalnız sadalamaqla kifayətlənmiş, onların heç birini qəbul etməsə də, rədd edilməsinin motivlərini əsaslandırmamış, formal mülahizələrlə kifayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarının təsviri-əsaslandırıcı hissəsdind ə ekspert rəylərinin müddəalarına geniş yer verməklə birinci instansiya məhkəməsinin hökmünü əsaslı hesab etsə də, hər iki məhkəmə instansiyası ekspert rəyini CPM-nin 144-146-cı maddələrinin tələbləri baxımından yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Məlum olduğu kimi, həm CD diskdə, həm mobil telefonda, həm də mikro yaddaş kartında olan mübahisəli fonoqramlardaki danışıqlar Rusiya Federasiyası vətəndaşı XXX tərəfindən müxtəlif vaxtlarda və müxtəlif şəraitdə gizli olaraq yazmış və buna görə də bu danışıqların sübut növü kimi qəbul edilməsi yolverilməzdir. İş üzrə keçirilmiş xx xxxx 2019-cu il tarixli ekspert rəyinin nəticəvi hissəsindən müəyyən edilir ki, tədqiqat obyekti olan 1 ədəd mobil telefonda olan mübahisəli fonoqramlardaki danışıqlarda montaj əlamətləri, həm də X2 məxsus səslərə nitq müəyyən olunmamışdır. Həmin rəyin nəticə hissəsindən aydın olur ki, ekspertizaya təqdim olunan 1 ədəd CD diskdə qeydə alınmış mübahisəli fonoqramlarda montaj əlamətlərinin olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, diskdə qeydə alınmış mübahisəli fonoqramların yazı qurğusu bütünlüklə əldə edilməmiş, həmin fonoqramların orjinallığı müəyyən edilməmişdir. Göründüyü kimi, həmin diskdə olan səs yazıları mötəbər deyildir, həqiqi sayılmır, montaj olunmuşdur və faktiki olaraq həmin danışıqlar saxtalaşdırılmışdır. Eyni zamanda xx xxxxxxxx 2019-cu il tarixli rəyin verilməsi ilə bağlı Rusiya Federasiyası vətəndaşı XXX eksperimental səs və nitq nümunələri götürülməmiş və ona görə də XXX əlaqədar rəy verilməmişdir. Ekspertin rəyində həmin mikro yaddaş kartında o lan mübahisəli fonoqramların yazılı mətndə “K1” kimi qeydə alınmış diktorun səsinin və nitqinin kimə məxsus olduğu göstərilmədiyi halda, birinci instansiya məhkəməsi buna hüquqi əsas olmadan həmin səsin və nitqin XXX məxsus olması qənaətinə gəlmiş və ona sübut qismində istinad etmişdir. Eyni zamanda kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, XXX, istintaq orqanının göstərdiyi kimi xx xxxx 2017-ci il tarixdə deyil, xx xxxxxx 2017-ci il tarixdə Azərbaycana gəlmişdir. Belə vəziyyətdə tam aydın olunur ki, XXX arasında baş vermiş dialoqda “bu məsələnin 500 manat xərci var” məzmunlu danışıq 2017-ci il aprelin 06-dan 21-dək olan müddətdə baş vermişdir. Atalıq faktının müəyyən edilməsi tələbinə dair XXX ərizəsi üzrə mülki iş onun, yəni Məhkum icraatına xx xxxxx 2017-ciil tarixdə verilmiş və icraatında olmayan mülki işlə bağlı kiminsə kiminləsə hər hansı məzmunda danışığının ona heç bir aidiyyəti yoxdur. İstər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində məhkəmə istintaqı zamanı qeyd edilən mülki iş üzrə ərizəçi XXX xeyrinə yekun qərar qəbul edilməsindən ötrü 500 manat məbləğində pulu vahid niyyətlə rüşvət qismində onun istəməsi ilə bağlı XXX və vəkil XXX məsləhətlərinin və məlumatlarının nədən ibarət olması və belə hərəkətlərini konkret olaraq nədə ifadə olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut və ya fakt təqdim edilmədi. Qeyd olunanlara əsaslanaraq Məhkum kassasiya şikayətinin təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və onun barəsindəki cinayət işi üzrə icraata bəraətv erici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddəd ən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məh kəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul e dir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhk əmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin di ndirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətindən göründüyü kimi, o, həmin şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə onun barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda əsassız və qanunsuz olaraq məhkum edildiyini iddia edərək onun barəsindəki cinayət işnin icraatına bəraətverici əsasla xitam verilməsi haqqında tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Əvvəla, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və onun barəsində kassasiya şikayətində göstərdiyi qərarın qəbul edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə ondan ibarətdir ki, Məhkum Zaqatala Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx xxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X21 Kodeksi”nin 13-cü maddəsinə əsasən, icraatında olan işə aid olduğu şəxslərlə qeyri-prosessual münasibətlər yaratmamaqla onlarla bu cür ünsiyyətdən çəkinməli olmasına baxmayaraq, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 17-c i maddəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin hakimi kimi qanunla səlahiyyətinə aid edilmiş mülki işlərə baxılması ilə əlaqədar xidməti vəzifələrinin icrası ilə bağlı edəcəyi hərəkətə, yəni icraatında olan Rusiya Federasiyasının vətəndaşı, Zaqatala rayonu Suvagil kəndində yaşayan iddiaçı X7 maraqlı şəxslər X20 və Zaqatala Rayon Qeydiyyat Şöbəsinə qarşı atalıq faktının müəyyən edilməsi tələbi ilə bağlı xx xxxxx 2017-ci il tarixli ərizəsinə dair mülki iş üzrə XXX xeyrinə yekun qərar qəbul olunmasından ötrü Zaqatala Rayon Vəkil Bürosunun vəkili işləyən X9 və göstərilən məhkəmədə məsləhətçi (kompyuter proqramçısı) işləyən X1 vasitəsilə XXX özü üçün maddi nemət olan 500 (beş yüz) manat məbləğində pulu v ahid niyyətlə rüşvət qismində istəmişdir. İş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun məhkəmə aktlarnın əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X12 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüq uqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarş ı” işi üzrə Qərarında göstərilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, kassatorun irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, istintaq orqanı və onun kimi məhkəmələr XXX təqdim etdiyi və həm onun, həm də XXX XXX XXX aparıla danışıqları yazılmış telefonda, diskdə və elektron yaddaş kartında olan səs yazıları montaj olunmuş və faktiki olaraq həmin danışıqlar saxtalaşdırılmışdır. Bununla bağlı məhkəmə kollegiyası bir daha cinayət işinin materiallarına müraciət edərək vurğulayır ki, “xxxx” MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 6005 nömrəli məktubla daxil olmuş bir ədəd disk və “xxxx” MMC tərəfindən xx xxxx 2019-cu il tarixli, 6251/19 nömrəli məktubla daxil olmuş bir ədəd diskdən müəyyən olunur ki, X3 istifadəsində olan 070 ***-**-** nömrəli telefonla X9 istifadəsində olmuş 050 ***-**-** nömrəli telefon vasitəsi ilə xx xxxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək olan müddətdə 34 dəfə qarşılıqlı əlaqə saxlayaraq telefon danışıqları olmuşdur. O cümlədən, X7 X20 qarşı atalığın etiraf ol unması faktının müəyyən edilməsi tələbi ilə bağlı Zaqatala Rayon Məhkəməsində qətnamə qəbul edilən gün, yəni xx.xx.2017-ci ildə XXX saat 12:17də 32 saniyə, həmin gün saat 17:51-də 40 saniyə və yenə də həmin gün saat 17:54-də 14 saniyə Məmməd Yaqubovla qarşılıqlı telefon danışığı olmuşdur. Məhkum istifadəsində olan 050 ***-**-** nömrəli telefonla X1 istifadəsində olmuş 070 ***-**-** nömrəli telefon vasitəsi ilə xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək olan dövr ərzində 44 dəfə qarşılıqlı əlaqə saxlayaraq telefon danışıqları olmuşdur. Bundan əlavə, X9 istifadəsində olan 050 ***-**-** nömrəli telefon vasitəsi ilə X13 istifadəsində olmuş 050 ***-**** nömrəli telefon vasitəsi ilə xx.xx.2017-ci ildə, saat 16:09-da 19 saniyə, xx.xx.2017-ci il tarixdə, saat 12:03- də 11 saniyə, xx.xx.2017-ci il tarixdə, saat 17:05-də 113 saniyə, xx.xx.2017-ci il tarixdə, saat 17:07-də 44 saniyə, xx.xx.2017-ci il tarixdə, saat 10:15-də 20 saniyə, xx.xx.2017-ci il tarixdə, saat 10:54-də 40 saniyə, xx.xx.2017-ci ildə, saat 15:00-da 32 saniyə, xx.xx.2017ci ildə, saat 09:32-də 28 saniyə, xx.xx.2017-ci ildə, saat 11:41-də 37 saniyə, xx.xx.2017-ci il tarixdə, saat 09:48-də 36 saniyə, xx.xx.2017-ci ildə, saat 15:09-da 52 saniyə, xx.xx.2017-ci ildə, saat 11:58-də 100 saniyə, xx.xx.2017-ci ildə, saat 08:45-də 105 saniyə, xx.xx.2017-ci ildə, saat 11:49-da 24 saniyə, xx.xx.2017-ci ildə, saat 15:57-də 110 saniyə, xx.xx.2017-ci il tarixdə saat 13:46-da 88 saniyə, xx.xx.2017-ci ildə, saat 11:23-də 51 saniyə, xx.xx.2017-ci ildə, saat 12:12-də 19 saniyə, xx.xx.2017-ci ildə, saat 12:24-də 17 saniyə, xx.xx.2017-ci ildə, saat 14:43-də 19 saniyə, xx.xx.2017-ci ildə, saat 15:17-də 56 saniyə, xx.xx.2017-ci ildə, saat 10:29-da 19 saniyə, xx.xx.2017-ci ildə, saat 11:14-də 22 saniyə, xx.xx.2017-ci ildə, saat 11:18-də 21 saniyə, xx.xx.2017-ci ildə, saat 17:48-də 136 saniyə, xx.xx.2017-ci ildə, saat 18:20-də 20 saniyə, xx.xx.2017-ci ildə, saat 16:14-də 42 saniyə, xx.xx.2017-ci ildə, saat 16:15-də 28 saniyə, xx.xx.2017-ci ildə, saat 12:01-də 64 saniyə, ümumilikdə 29 dəfə qarşılıqlı əlaqə saxlanılaraq telefon danışıqları olmuşdur. Habelə, X7 X20 qarşı atalığın etiraf olunması faktının müəyyən edilməsi tələbi ilə bağlı Zaqatala Rayon Məhkəməsinin sabiq hakimi Məhkum tərəfindən qətnamə qəbul edilən gün, yəni xx.xx.2017-ci ildə X26 arasında saat 11:14-də 22 saniyə, həmin gün saat 11:18də 21 saniyə, həmin gün saat 17:48-də 136 saniyə, saat 18:20-də isə 20 saniyə telefon danışığı olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə fonoskopik ekspertizasının xx.xx.2018-ci il tarixli 30078 nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş bir ədəd “xxx” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – X14 məxsusdur. Ekspertizaya təqdim olunmuş bir ədəd “XXX” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazı mətnlərində «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi – Məhkum məxsusdur. Ekspertizaya təqdim olunmuş bir ədəd “XXX” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazı mətnl ərində «K4» kimi işarə olunmuş diktorun səsi və nitqi – X2 məxsusdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə fonoskopik ekspertizasının xx xxxx 2019-cu il tarixli 989/4815 nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “XXX model mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – X17 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd XXX model mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – X14 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd XXX model mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazı mətnlərin də «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi – Məhkum məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd XXX model mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqlarda X2 məxsus səs və nitq müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd XXX” model mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “XXX markalı CD diskdə qeydə alınmış mübahisəli fonoqramlarda montaj əlamətlərinin olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan ilkin şikayət ərizəsinə əlavə edilmiş 1 ədəd “XXX” sözləri yazılan 2 GB həcmli mikro yaddaş kartı götürülərək iş üzrə maddi sübut kimi tanınmış və bu elektron daşıyıcıda olan dialoqların qeyd edilən “XXX” markalı CD diskdə olan dialoqlara və səs yazılarına uyğun olduğu müəyyənləşdirilməklə, iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-fonoskopik ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 21433 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd üzərinə “B039 SN” sözləri yazılan 2 GB həcmli mikro yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd XXX” sözləri yazılan 2 GB həcmli mikro yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərdə “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi X14 məxsu sdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd XXX sözləri yazılan 2 GB həcmli mikro yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərdə “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi – Məhkum məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “XXX” sözləri yazılan 2 GB həcmli mikro yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərdə “K4” kimi işarə olunmuş diktorun səsi və nitqi – X2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “XXX” sözləri yazılan 2 GB həcmli mikro yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “XXX” sözləri yazılan 2 GB həcmli mikro yaddaş kartında olan mübahisəli fonoqramlar təqdim olunan XXX model mobil telefon və ya eyni parametrli digər yazı qurğusu vasitəsilə qeydə alınmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd XXX” sözləri yazılan 2 GB həcmli mikro yaddaş kartında olan mübahisəli fonoqramların yaranma tarixini tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Təqdim olunan mobil telefonda olan mübahisəli fonoqramlarda montaj əlamətlərinin olub-olmamasını müəyyən etmək məqsədi ilə fonoqramların qeydə alındığı iddia olunan yazı qurğusunun - “XXX” model mobil telefonun texniki parametrləri və yazma funksiyasının imkanları analiz olunmuşdur. Mobil telefonun yazma funksiyaları vasitəsilə eksperimental yazılışlar aparılmış və əldə olunmuş eksperimental fonoqramlar mübahisəli fonoqramlarla müqayisə olunmuşdur. Tədqiqatlar zamanı fonoqramların start/stop siq nalları, inteqral spektrləri, fonoqramların qeydə alındıqları faylların strukturu və digər parametrləri müqayisə olunmuşdur. Müqayisəli tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, müqayisə olunan fonoqramların, (mübahisəli və eksperimental fonoqramın) start/stop siqnalları və fonoqramların qeydə alındıqları faylların strukturları uyğunluq təşkil edir. Tədqiqatlar zamanı mübahisəli fonoqramlardakı telefon danışıqlarının əvvəlinin kommunikativ aktın əvvəli üçün xarakterik olan formada başladığı, sonunun isə kommunkativ aktın sonu üçün xarakterik formada qurtardığı müəyyən olunmuşdur. Üzbəüz danışıqların qeydə alındıqları mübahisəli fonoqramların keyfiyyəti aşağı olduğundan və danışıqlar aydın başa düşülmədiyindən fonoqramlardakı danışıqların əvvəlinin və sonunun kommunikativ aktın əvvəli və so nu üçün xarakterik formada olubolmamasını müəyyən etmək mümkün olmamışdır Mübahisəli fonoqramlardakı danışıqlarda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi qeydə alınmamışdır. Aparılmış tədqiqatlar nəticəsində mübahisəli fonoqramlardakı danışıqlarda məntiqi ardıcıllığın pozulması, kəskin fon sıçrayışları, audosiqnalın itməsi və harmonikalarda faza kəsilmələri qeydə alınmamışdır. Mübahisəli fonoqramların qeydə alındıqları faylların struktur analizi zamanı redaktə proqramlarının izləri aşkar olunmamışdır. Beləliklə, aparılmış tədqiqatlar nəticəsində XXX model mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. XXX təqdim etdiyi mobil telefonda elektron məlumat daşıyıcılarındakı dan ışıqların qanunsuz olaraq, “Əməliyyat-axtarış haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq XXX tərəfindən əldə edilməsi, bu danışıqların sübut kimi qiymətləndirilməli olmaması barədə Məhkum dəlilinə gəldikdə, məhkəmə kollegiyası əvvəla qeyd edir ki, XXX bu danışıqları əməliyyat-axtarış fəaliyyətinin aparılması qaydasında deyil, qızı XXX mülki iddiası Zaqatala Rayon Məhkəməsinin hakimi Məhkum tərəfindən baxılarkən onun hüquqlarının tam şəkildə təmin olunması, çıxarılan qətnamənin mahiyyətini bilmək, onu qanunda nəzərdə tutulmuş müddətdə almaq və həmin qətnaməyə əsasən qızının digər problemlərini həll etmək məqsədilə yazmış, yazıları isə onunla XXX hakimə pul vermək lazım olması barədə tələblərindən sonra aparmışdır. Danışıqların məzmunundan görünür ki, XXXX və XXX tək lifləri ilə razılaşmayan XXX yuxarıda qeyd olunan məqsədlərinə nail olmaq üçün Məhkum müraciət etmiş, lakin sonuncu XXX iddiası üzrə qəbul etdiyi xx xxx 2017-ci il tarixli qətnamənin mahiyyəti barədə ona heç bir məlumat vermədən vəkillə və məhkəmənin əməkdaşı olan XXX əlaqə saxlamasını tövsiyyə etmiş, sonuncular isə yenə də ona hakim Məhkum 500 manat məbləğində pul verməli olduğunu bildirmişlər. Öz vəzifələrinin icrasından yayınan həm Məhkum ondan rüşvət qismində 500 manat məbləğində pul istəməsindən, həm də bu pulun alınması üçün vasitəçi rolunu oynayan XXX və XXX əməllərindən qəzəblənmiş, təxminən dörd aya yaxın müddətdə qızı XXX iddiası üzrə hansı qətnamənin çıxarılmasından məlumatsız olan və həmin müddətdə qətnaməni ala bilməyən XXX ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirl iyinə müraciət edərək Məhkum hərəkətləri barədə məlumat vermiş, onun ərizəsi müvafiq tədbirlərin görülməsi üçün ilkin araşdırma materialları ilə birlikdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və kassasiya şikayətində göstərildiyi kimi, XXX müxtəlif instansiyalar göndərdiyi şikayət ərizəsinə deyil, məhz həmin ilkin araşdırma materiallarına əsasən Məhkum barəsində CM-nin 311.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Digər tərəfdən, iş materiallarına əsasən, XXX hazırki iş üzrə məhkum olunmuş şəxslərlə, o cümlədən Məhkumla apardığı telefon danışıqları yazılmış elektron daşıyıcılar ibtidai araşdırma orqanına təqdim edildikdən sonra müstəntiq tərəfindən həmin elektron daşıyıcılara qanuna müvafiq qaydada baxış keçirilmiş, bu haqda müvafiq protokollar tərtib edilmiş, göstərilən əşyalar maddi sübut kimi cinayət işinə əlavə edilmiş, danışıqların kim tərəfindən aparılmasının və digər məsələlər üzrə sualların cavablandırılması üçün məhkəmə-fonoskopik ekspertizaları təyin edilərək keçirilmiş və təqsirləndirilən şəxslərin təqsirlilik məsələsi həll edilərkən həm ittiham aktında, həm də məhkəmələrin yekun məhkəmə aktlarında bunlara əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş sübutlar kimi yox, maddi sübut kimi istinad edilmişdir. İbtidai araşdırma orqanının və məhkəmələrin bu hərəkətlərində məhkəmə kollegiyası hər hansı qanun pozuntusu görmür. Məhkəmə kollegiyası ümumiyyətlə yuxarıda göstərilən hallarla bağlı sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi məsələlrində məhkəmələr tərəfindən cinayət-pros essual qanunvericiliyində nəzərdə tutumuş qaydaların pozulmasına yol verilməsini müəyyən etməyərək hesab edir ki, işə baxan məhkəmələr Məhkum barəsində yekun məhkəmə aktları qəbul edərkən həm maddi sübutlara, həm də iş üzrə məhkəmə iclaslarında tam, hərtərfli və obyektiv araşdırılmış başqa sübutların məcmusuna əsaslanmaqla Məhkum ona elan olunmuş ittiham üzrə cinayət törətməsi haqda düzgün nəticəyə gəlmişlər. İş üzrə müəyyən olunmuş hallardan və onların əsasına qoyulmuş mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutlardan aydın olur ki, vəzifəli şəxs olmuş Zaqatalar Rayon Məhkəməsinin sabiq hakimi Məhkum hərəkətlərində vasitəçilərdən istifadə etməklə rüşvət alma, yəni pul şəklində maddi neməti istəməsi cinayətinin tərkibi mövcuddur. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələl ər üzrə gəldiyi nəticələr adı çəkilən məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməlin CM-nin 311.1-ci maddəsi ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, Məhkum dəlilləri i lə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır və qeyd edir ki, həmin sübutların qəbul edilməməsi, onların qanunsuz yoll əldə edilməsinə dair nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Bu baxımdan da məhkəmə kollegiyası bütövlükdə kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bir daha belə qənaətə gəlir ki, Məhkum rüşvət qismində maddi nemət olan 500 manat məbləğində pulu XXX istəməsi (XXX və XXX vasitəçiliyi ilə) araşdırılmış sübutlarla öz təsdiqini tapır və bu sübutlar əsasında onun əməlinin CM-nin 311-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi əsasl ı və qanunidir. Beləliklə, məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, yaxud da dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum onun şəxsiyyətini, ailə vəziyyətini səciyyələndirən hallara istinad etsə də ona təqsirli bilindiyi CM-nin 311.1-ci maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə azadlıqdan məhrum etmə cəzasının həddindən artıq ağır olmasını mübahisələndirmədiyindən və bu cəzanın yüngülləşdirilməsi barədə tələb irəli sürmədiyindən, birinci instansiyası məhkəməsi isə onun ba rəsində cəza tədbiri seçərkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, apellyasiya instansyası məhkəməsinin də düzgün olaraq bununla razılaşdığından məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq edib kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi Müdafiəçi, həmin şikayətin təmin edilməməsi haqqında isə dövlət ittihamçısının çıxışlarını dinləyərə k məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərarı isə Məhkum aid hissədə və onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə və onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-583/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-583/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver