Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-583/2021 09.04.2021 ALİ MƏHKƏMƏ İş №1(102)-583/2021 Azərbaycan Respublikası adından QƏRAR 09 aprel 2021-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum1 qızının və Məhkum2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Aqil Musayev, hakimlər Nizami Quliyev və Xamməd Quliyevdən ibarət tərkibdə) 1(99)418/2019 nömrəli 19 sentyabr 2019-cu il tarixli hökmü ilə 13 avqust 1974-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla yaşamiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3 2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilmiş, CM-in 66.3-cü madd əsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 may 2019-cu il tarixdən hesablanmışdır. 13 avqust 1979-cu il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Zabrat qəsəbəsində yaşamış, Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, A zərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CMin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 may 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Məhkum1 və Məhkum2 2019-cu ilin may ayının ortalarında ibtidai istintaq orqanı tərəfindən şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslərlə (bundan sonra-cinayətkar qrupun digər üzvləri) İran İslam Respublikasının (bundan sonra – İran İR) Parsabad şəhərində cinayətkar qrupun digər üzvünü onlara v erəcəyi külli miqdarda narkotik vasitə olan heroin (bundan sonra - heroin) və psixotrop maddə olan metamfetaminin (bundan sonra – metamfetamin) müəyyən məbləğdə pul müqabilində Bakı şəhəri, Sabunçu rayonu,Bakıxanov qəsəbəsində cinayətkar qrupun digər üzvünə təhvil verilməsi, yəni satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və İran İR-dən Azərbaycan Respublikasının ərazısınə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 19 may 2019-cu il tarixdə göstərilən məqsədlə, qabaqcadan əlbir olan bir qrup şəxsin niyyətilə əhatə olunmuş qaydada İran İR-in Persabad şəhərində cinayətkar qrupun digər üzvündən üç ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 176,253 qram, 44,0 qram və 41,064 qram, ümumi təmiz çəkisi 261,317 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,271 qram, 18,694 və 145,081 qram, ümumi təmiz çəkisi 184,046 qrm olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış metamfetamini təhvil aldıqdan sonra onları Məhkum2 geyindiyi ayaqqabının sağ tayının tərliyinin altında bir ədəd bükümdə 176,253 qram heroin, sol tayının tərliyinin altında iki ədəd bükümdə ayrı-ayrılıqda 20,271 qram və 145,081 qram, cəmi 165,352 qram metamfemin, düz bağırsağında bir ədəd bükümdə 18,694 qram metamfemin, Məhkum1 isə düz bağırsağında iki ədəd bükümdə 44,0 qram və 41,064 qram, cəmi 85,064 qram heroin olmaqla yerləşdirmək və gizlətməklə saxlamı ş və daşımış, saat 18 radələrində malların aşkar edilməsini çətinləşdirən göstərilən üsullardan istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsinin Biləsuvar gömrük postunun (bundan sonra –DGKnın) CƏBGİ-nin Biləsuvar GP) piyada keçid xəttindəki Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişlər.Göstərilən heroin və metamfeminlər 19 may 2019-cu il tarixdə saat18-20 radələrində Biləsuvar GP-də Məhkum1 və Məhkum2 ilə bağlı keçirilmiş gömrük nəzarəti üzrə onların gizlədikləri yerlərdən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Əhmədov Həmid oğlu və X2 ibarət tərkibdə) 1(106)640/19 nömrəli, 09 dekabr 2 019-cu il tarixli qərarı ilə Lənkəran Ağlr Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumlar Məhkum1 və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Məhkum1 verdiyi kasasiya şikayətində xahiş edirki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarı cəzaya aid hissədə dəyişdiririlsin, barəsində təyin olunmuş cəzanın daha yüngül cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə tövsif edilsin.. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Məhkum2 verdiyi kasasiya şikayətində xahiş edirki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu i l tarixli qərarı cəzaya aid hissədə dəyişdiririlsin barəsində təyin olunmuş cəzanın daha yüngül cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti olaraq məhkum edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilməsi, barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi həmçinin onun ilk məhkumluğunu, səmimi peşmançılığını, şəxsiyyətini, bütün rejim qaydalarına etməyini və buna görə onun müsbət xarakterizə olunmağını, bundan ə lavə yaşını, iki uşağını təkbaşına böyütməyini, törətdiyi cinayətin təhlükəlilik dərəcəsini dərk etməsini, səhhətindəki ciddi problemlərini nəzərə alaraq ona yüngül cəzanın təyin olunmasını xahiş edir. Bundan başqa Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilməsi, barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə cəzasının yüngülləşdirilməsi və ya 70-ci maddəsini tətbiq etməklə şərti hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi həmçinin onun ilk məhkumluğunu, səmimi peşmançılığını, ailə vəziyyətini,14 yaşında övladının olmasını, həyat yoldaşının ikinci qrup əlil olmağını və şizofreniya xəstəliyindən əziyyət çəkməsini, özünün səhhətindəki ciddi problemlərini, yaşayış yeri üzrə mü sbət xarakterizə olunmağını, yaşını, törətdiyi cinayətin təhlükəlilik dərəcəsini dərk etməsini, nəzərə alaraq ona yüngül cəzanın təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin d əlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ ona təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə qanunda nəzərdə tutulmuş azadlıqdan mə hrum etmə cəzasının ən yüksək həddində cəza təyin etmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkumlar əvvəllər məhkum olunmamışdır, törətdiyi cinayət əməlindən səmimi peşmandır, Məhkum1 və Məhkum2 hər birinin himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Habelə, iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumla r, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət müh akiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunm uş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəbdən yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum1 qızının və Məhkum2 azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Az ərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq QƏRARA A L D İ: Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aydan 5 (beş) ilə, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ildən 5 (beş) ilə endirilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qızına cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə a zadlıqdan məhrumetmə cəzası təyin endirilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aydan 5 (beş) ilə, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ildən 5 (beş) ilə endirilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın. Sədrlik edən: İlqar Qılıcov Hakimlər: Tahir Kazımov Əziz Seyidov
Məhkəmə qərarları › İş №1(102)-583/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-583/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver