Məhkəmə qərarları › İş №1(102)-583/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-583/2023

17.05.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-583/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri X5, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə2 və məhkumun müdafiəçisi X4 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cəlil Nəbiyev (sədrlik edən və məruzəçi), Cavid Səfərli və Xamməd Nuriyev) 19 iyul 2022-ci il tarixli, 1(099)-466/2022 nömrəli hökmü ilə xx xxxxxxxx 2005-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Telnov küçəsi, 12B, Xətai rayonu 3 saylı uşaq evində qeydiyyatda olmaqla, Saatlı rayonunun Əlisoltanlı kəndində qaçqınlar və məcburi köçkünlər şəhərciyində yerləşən 170 saylı evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 29,149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinə rək, CM-in 29,149.3.3-cü maddələri ilə 7 (yeddi) il 6 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 150.3.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum qəti olaraq 9 (doqquz) il 6 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərər çəkmiş şəxsə qarşı zor tətbiq etməklə və sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə seksu al xarakterli digər zorakılıq hərəkətləri etmiş və onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmiş, yəni zorlamağa cəhd etmişdir. Belə ki, o, 29 noyabr 2021-ci ildə, saat 12 radələrində qonaq kimi müvəqqəti olaraq yaşadığı babası X9 məxsus Saatlı rayonu, Əlisoltanlı kənd ərazisindəki qaçqın və köçkünlərin məskunlaşdığı şəhərcik, ev 170 ünvanında yerləşən fərdi yaşayış evində hər hansı şəxsin olmaması ilə bağlı yaranmış münasib və real şəraitdən istifadə edib zahiri görünüşü və ailə münasibətləri ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmadığını biləbilə 10 iyun 2012-ci il təvəllüdlü xalası qızı X8 ilə zorla cinsi əlaqədə olmaq və ona qarşı seksual xara kterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlib, cinsi ehtirasını təbii və qeyri-təbii yolla təmin etmək kimi cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə həmin evdə Mələk Səfərovanın olduğu otağa daxil olub qorxudaraq əqli inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə, eləcə də hadisə zamanı keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək, ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Mələk Səfərovanın köməksiz vəziyyətindən istifadə edərək sonuncunu üzərində mələfə örtülü döşək olan çarpayının üzərinə uzadaraq müqavimətini qırdıqdan sonra əvvəlcə sonuncunun şalvar və tumanını, daha sonra öz şalvar və tumanını aşağıya çəkib gərginləşmiş cinsiyyət or qanını fiziki zor tətbiq etməklə Mələk Səfərovanın arxa keçəcək dəliyinə zorla yeridib sonuncunun arxa keçəcək dəliyinin girəcəyində selikli qişada qansızmalara səbəb olmaqla, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Mələk Səfərovaya qarşı qəsdən fiziki zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, cinayətkar niyyətini davam etdirərək Mələk Səfərova ilə təbii yolla cinsi əlaqədə olmaq məqsədilə həmin yerdə beli üstə uzadaraq gərginləşmiş cinsiyyət orqanını fiziki zor tətbiq etməklə Mələk Səfərovanın uşaqlıq yoluna zorla yeritmək istəyərkən sonuncuya böyük və kiçik cinsiyyət dodaqlarında qansızmalara səbəb olan xəsarətlər yetirmiş, bu zaman zərər çəkmişin qohumu X6 otağa daxil olmasından sonra cinayətkar niyyətini sonadək həyata keçirə bilməyib bilavasitə öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Mələk Səfərovanı qəsdən zorlamağa, yəni onun üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və İlkin Abdullayev) 1(106)-814/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022ci il tarixli, 1(099)-466/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi X7 tərəfindən ayrı-ayrı lıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Şirvan Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci ıl tarixli, 1(106)-814/2022 saylı qərarını ləğv edərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3, 150.3.3-cü maddəsi ilə bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi Ağamməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən Məhkum qarşı verilmiş ittihamı sübuta yetirilmiş hesab etmək olmaz. Belə ki, təqsirləndirilən Məhkum zərərçəkmiş şəxs kimi tanınmış Mələk Səfərovaya toxunmadığını, ona qar şı hər hansı qanunsuz və əxlaqsız hərəkətə yol vermədiyini, şahid kimi dindirilmiş digər şəxslər də ifadələrində X1baq tərəfinə toxunmadığını göstərdilər. Ümumiyyətlə zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiyi hadisənin baş vermə sxemi həqiqətə uyğun olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022cı ıl tarixli 52 saylı rəyində göstərilir: "... Həmçinin qeyd edilməlidir ki, Məhkum aşkarlanan yüngül dərəcəli əqli gerilik ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin, faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məh rum etmişdir. Buna görə anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi Məhkum ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Məhkum halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır...."Anlaqlılıq" və "Anlaqsızlıq" terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub olmaması sualı qeyri səhih olduğu üçün sualın birinci hissəsinə cavab vermək düzgün deyildir..." Göründüyü kimi Məhkum anlaqlı olması, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olması barədə ekspert rəyi cinayət hadisəsinin törədildiyi ana yox, hazırkı d övrə, yəni ekspertizanın keçirildiyi xx.xx.2022-ci il tarixinə aiddir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi notariat qaydasında təsdiq olunmuş təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmaması barəsində sənəd məhkəmə iclasında təqdim olunsa da heç bir hüquqi qiymət verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Məhkum qarşı irəli sürülmüş ittihamı sübuta yetirilmiş hesab etmək olmaz, buna gora onun barəsində bəraət hökmü qəbul edilməlidir. Cinayət işinin məhkəmə istintaqı zamanı işin bır sıra faktiki əsasları obyektiv araşdırmamış və nəticədə həmin əsaslar məhkəmə istintaqının obyektiv araşdırmasından kənarda qalaraq təqsirləndirilən şəxsin hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin xalası oğlu olması, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təqsirləndirilən şəxsdən şikayətçi olmamaları, şəxsin barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nədənsə nə birinci instansiya məhkəməsində nədə ki, apellyasiya instansiyası məhkəməsində nəzərə alınmamışdır. Cinayət işinin materiallarında Məhkum ona istinad edilən əməli törətməsi barədə heç bir mötəbər sübut mövcud deyildir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Məhkum onun qızına heç bir zorakı hərəkətlər etməmişdir, qızı yalandan danışır, elə bir hadisə olmamışdır. Zərərçəkmiş şəxs ona etiraf etmişdir ki, təqsirləndirilən şəxs ona qarşı heç bır nalayiq hərəkəti olmamışdır. Təqsirləndirilən şəxs evdə, polis bölməsində və məhkəmədə verdiyi ifadələr tamamilə həqiqətə uyqun olmuşdur. Qızı azyaşlı olduğuna görə bu işin bu qədər ciddiləşəcəyini təsəvvür belə etməmiş və artıq iş polisə getdikdən sonra sözünü geri götürməyə qorxmuşdur. Lakin təqsirləndirilən şəxsin gözünün önündə qandalanlanıb aparılmasından sonra hər şeyi ona etiraf etmiş, o da təqsirləndirilən şəxsin günahsız olmasını anladıqdan sonra ilk fürsətdə apellyasiya məhkəməsinə notarial ərizə göndərərək təqsirləndirilən şəxsdən heç bir şikayəti olmaması bildirsə də, apellyasiya məhkəməsi ərizədə barışıq sözünün olmamasını əsas gətirərək həmin ərizəni götürməmişdir. Onun təqsirləndirilən şəxs qarşı heç bir mülki iddiası şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Qızının ona bildirm iş olduğu həqiqətdən sonra təqsirləndirilən şəxs ilə həm barışmış, həm də aralarında heç bir ziddiyyətli hal qalmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu in stansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi Ağamməd oğlu və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum elan edilmiş ittihamda təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədə n qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törəd ilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlar araşdıraraq nəticəyə gəlmişd ir ki, Məhkum Azərbaycan Respublikası CM-in 29, 149.3.3, 150.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu, onun özünün məhkəməyədək icraat zamanı heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin və qanuni nümayəndəsinin iştirakı ilə verdiyi yazılı ifadələri, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ibtidai istintaq və məhkəmə iclas protokolları, ekspert rəyləri, maddi sübut və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum cinayət törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü m üdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 2 9,149.3.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmişdir. Həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin vermiş olduğu kassasiya şikayətinin dəlillərinə tənqidi yanaşan məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin yuxarıda qeyd edilən məzmunda verilməsinə səbəb məhkum edilmiş şəxs ilə zərərçəkmiş şəxsin xala uşaqları olmaqla, valideynlər arasında yaxın qohumluq əlaqəsinin mövcud olması fonunda yaranmış mənfi təzahür kimi qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsin törətmiş olduğu cinayət əməlləri cinayət işi materialları (ifadələr, ekspertiza rəyi və digər mötəbər sübutlarla) ilə kifayət qədər sübuta yetirilmiş, həm birinci həm də apellyasiya instansiyası məhkəmələri də Cinayət-Prosessual qanunvericiliyin tələblərinə riayət edərək əsaslı və qanu ni ittiham hökmü çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsasl anmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassas iya kollegiyası şikayətlərinin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əməli CM-in 29,149.3.3 və 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutlar ın əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Həmçinin məhkəmələr hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbay can Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinə əlavənin cəza təyin edərkən məhkəmələr tərəfindən zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin məhkuma qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizəsinə qiymət verilməməsinə dair dəlili də əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, həmin ərizədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsini “təqsirləndirilən şəxslə barışması ilə əlaqədar hər hansı iradi ifadəsi özünün əksini tapmamışdır.” Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3, 63.3 və 85.5-ci maddələrinin tələblərinə riayət edilməklə təyin edilmiş, törədildiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə və işin hallarına uyğun gəlir, ədalətli və cəza məqsədlərinə cavab verən cəzadır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilm ədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 29,149.3.3 və 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar