Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-584/2020 22.07.2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyasında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlu və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri təqsirli bilinərək məhkum edilm əsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi barədəŞirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ciil tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli hökmü iləMəhkumAzərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətə əsasən işə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Quliyev Nizami Fərzi oğlu) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət rədd edilmişdir. Həmin qərardan məhkumun müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Soltanov Fuad Kamil oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilməd ən saxlanılmışdır. Kassasiyaşikayətinindəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahişetmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum səhhətində olan ciddi problemlərlə əlaqədar apellyasiya şikayəti verə bilməmişdir. İş materiallarından görünür ki, Məhkum cinayət əməlini törədən zaman birinci dərəcəli şəkərli diabet və qaraciyər xəstəliyi, o cümlədən böyrəklərin funksiyasının itirmək üzrə olması səbəbindən hökmdən apellyasiya şikayəti vermək imkanında olmamışdır. Məhkəmə iclasında təqdim olunmuş rəsmi sənədlərlə sübut olunur ki, Məhkum hətta cinayət əməli törətməmişdən öncə ağır şəkərli diabet xəstəliyi ilə bağlı dispanserdə qeydiyyatda olmuş və mütəmadi olaraq bu xəstəliklə bağlı müalicə almışdır. Məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, o, şəkərli diabet və qaraciyər xəstəliyi ilə bağlı həbs olunmamışdan əvvəl Bakı şəhərində yerləşən “Tusi” adına klinikada müalicə olunmuşdur. Məhkum həbs edildikdən sonra da göstərilmiş xəstəliklər səbəbindən cəzaçəkmə müəssisəsində müalicə kursu almışdır. Məhkəmə iclasında məhkum hal-hazırda göstərilmiş xəstəliklərdən əziyyət çəkdiyini və ardıcıl olaraq müalicə olunduğunu bildirmişdir. Hal-hazırda məhkumun şəkərli diabet xəstəliyi səbəbindən ayaqlarında yaralar əmələ gəlmiş, böyrəkləri funksiyasını itirmək həddinə çatmış, qaraciyərində ciddi fəsadlar yaranmışdır. Hüquqi məsələlər: Məhkəmə kol legiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protes tinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Eyni zamanda həmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-cı il tarixli, 1(089)142/2018 saylı hökmü elan olunarkən Məhkum müdafiəçisi ilə birlikdə iştirak etmiş, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə qəbzindən (cild 2, səh. 150) görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 1(089)142/2018 saylı hökmünün surəti xx xxxx 2018-ci il tarixdə Məhkum imza etdirilməklə təqdim olunmuşdur. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair vəsat əti xx xxxxxxxx 2019-cu il tarixdə, yəni hökm çıxarıldığı vaxtdan 01 il 03 ay 23 gün müddətin keçməsindən sonra verilmişdir. Məhkum kassasiya şikayətində xəstə olması səbəbindən apellyasiya şikayəti vermə müddətini ötürdüyünü qeyd etsə də, bu müddətin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğundur. Məhkəmə kollegiyası da onunla razılaşır və Məhkum 01 ildən çox müddət ərzində apellyasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən hal apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə əsas vermir. Göründüyü kimi, Məhkum apellyasiya şikayət i vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən də birinci və apellyasiya instansiya məhkəmələri hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti təmin etməyərək düzgün nəticəyə gəlmişlər. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qər
Məhkəmə qərarları › İş №1(102)-584/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-584/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver