Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-584/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxx 1963-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Nəsimi küçəsi, ev 40-da qeydiyyatda olmaqla Lənkər an şəhəri, 18-ci məhəllədə yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 1(106)-702/2021 nömrəli qərarından məhkum Şahid5 Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(099)-213/2021 nömrəli hökmü ilə (hakimlər: C.C.Nəbiyev (sədrlik edən), M.V.Məmmədov və İ.Q.Abdullayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMin 234.4.2 və 234.4.3 maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzaları qismən toplamaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı müddət təyin edilmiş cəza müddətinə hesablanmaqla, Məhkum üzərində qəti olaraq 6 (altı) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzаçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin 02 aprel 2020-ci il tarixdən hesablanmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri həll edilmişdir. Birinci instansiya məhkəm əsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərarı ilə, (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), E.İ.Əliyev və S.İ.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd polietilen kəsiyi bükümü ndə, beş hissədən ibarət ayrı-ayrılıqda təmiz çəkiləri 7,813 qram, 1,904 qram, 1,620 qram, 0,692 qram, 0,375 qram ümumi təmiz çəkisi isə 12,404 qram narkotik vasitə olan tiryəki əldə edərək üzərində saxlamaqla daşımış, 13 fevral 2020-ci ildə saat 12:00 dəqiqədə Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Lənkəran şəhəri 18-ci məhəllədə saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki jaketin sağ yan cibindən bir ədəd sellofan bükümdə və bir ədəd hissədən ibarət, şalvarının sağ yan cibindən isə üç ədəd hissədən ibarət qeyd edilən çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən satış məqsədi ilə, qanunsuz olaraq, məlum olmayan vaxtda və m ənbədən külli miqdar hesab edilən ümumi təmiz çəkisi-205,115 qram, ayrıayrılıqda təmiz çəkiləri 191,393 qram, 8,799 qram və 4,923 qram olan 3 bükümdə narkotik vasitə tiryəki, təmiz çəkisi 1,489 qram bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan 4 ədəd narkotik vasitə metadon həblərini əldə edərək yaşadığı evə daşıyaraq saxlamış, həmin narkotik vasitələrdən təmiz çəkisi 4,923 qram bir ədəd kağız bükümdə narkotik vasitə tiryəki və təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan 4 ədəd narkotik vasitə metadon həblərinin satışını həyata keçirmək üçün ayıraraq üzərində saxlamaqla daşımış və barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən 02 aprel 2020-ci ildə, saat 21:20 dəqiqədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, 18-ci məhəllədə yerləşən yaşadığı evə baxış zamanı yataq otağında yerləşən paltar dolabından külli miqdar hesab edilən ümumi təmiz çəkisi-200,192 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 191,393 qram və 8,799 qram olan iki bükümdə narkotik vasitə tiryək, təmiz çəkisi 1,489 qram olan bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Cənub Bölgəsində Regional Şöbənin inzibati binasında üzərində şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən təmiz çəkisi 4,923 qram olan bir ədəd kağız bükümdə narkotik vasitə tiryək və təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan 4 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 4 ədəd zavod üsulu ilə istehsal edilmiş, “GLOCK 19”, “Zəfər K”, “Mətin”, “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browing”, “Colt Commander” və digər konstruksiyalı tapancalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bregmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapanca-pulemyotlarda, “LUGER P08” (PARABELLUM) konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 9x19 mm kalibrli, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronları, həmçinin 49 ədəd zavod üsulu ilə istehsal edilmiş, (TOZ-8, TOZ 8-M, TOZ-11, TOZ-16, TOZ-1 7, TOZ18, TOZ-21 və s.) tüfənglərdə, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (Walter MOD PP Cal 22) konstruksiyalı tapancalarda, (GSG-5, AR-7 və s.) karabinlərində və s. yivli silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, 5,6 mm kalibrli, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronları qanunsuz olaraq əldə edərək yaşadığı Lənkəran şəhəri, 18ci məhəllədə yerləşən evinə daşımaqla saxlamış və 02 aprel 2020-ci ildə saat 21:20 dəqiqədə Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının keçirtdikləri əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı evdən aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhku m ona istinad edilən cinayətlərdən (narkotik vasitələrin dövriyyəsi ilə bağlı) heç birini törətmədiyi halda, Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmişdir. Hüquqların müdafiə etdiyi şəxs tərəfindən törədilmiş əməl düzgün tövsif olunmamaqla, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Məhkum müdafiəçi Məhkum əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, bunun zəruri hesab edilmədiyi təqdirdə isə Şirvan Apellyasiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarını dəyişdirərək, məhkumun əməlin in CM-nin 234.2 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif etməklə, 234.1 və 228.1-ci maddələrinin sanksiyası həddində minimum cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normala rının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, sonuncun əməlində cinayət tərkibinin mövcud olmadığını halda Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu, onun əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 234.1 və 228.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində, eləcə də kassasiya şikayətinin məzmununa görə CPM-in 416.1.2, 416.1.3, və 416.1.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxım ından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, Məhkum ona istinad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi, yəni Məhkum təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik və psixotrop maddələrin əldə edib, daşıyaraq, saxlaması, habelə evində qanunsuz olaraq əldə etdiyi 54 ədəd zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronların saxlaması və həmin əməllərə görə Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 228.1-ci maddələri ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü (CM 228.1-ci maddəsi ilə təqsirliliyi mübahisələndirilmir) maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün məhkəmə istintaqında verdiyi qismən (yararlı döyüş sursatı hesab edilən patr onlar, narkotik və psixotrop maddələrin əldə edib evində saxlaması ilə bağlı) etirafedici ifadəsi, Şahid1, Şahid3 və Şahid4, Şahid7, Şahid8 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 13 fevral 2020-ci il və “baxış və götürmə aparılması haqqında” 02 aprel 2020-ci il tarixli protokollarla, maddi sübutlarla, məhkəmə ekspertizalarının rəylərilə, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin Məhkum barəsində verilmiş apellyasiya şikayətləri üzrə gəldiyi nəticə apellyasiya şikayətlərində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymə tləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 228.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum törətdiyi cinayət əməllərini qismən etiraf etməsi, himayəsində heç bir yerdə işləməyən arvadının və qızının olması, narkomaniya xəstəliyindən əziyyət çəkməsi və “hər iki ağciyərin xroniki səpələnmiş vərəmi” VMB (-) diaqnozu ilə ağır xəstə olması kimi onun cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hal kim Məhkum əməlində cinayətlərin residivinin olması, cinayətlərin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum ayr-ayrı cinayətl ərə görə və cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəzalar təyin edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.1.6, 416.1.15 və 416.1.21-ci maddələrində və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 29 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 1(106)-702/2021 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-584/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-584/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver