Məhkəmə qərarları › İş №1(102)-584/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-584/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-584/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-645/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət ed ərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM-nin”) 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə X2 məsuliyyətə cəlb edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 1(012)-779/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə qeyd edilən şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir.

3. Bu qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi Abdurəhmanlı Umud Xudaverdi oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini xahiş etmiş dir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-645/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-779/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsində hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır.

5. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

6. Kassasiya şikayətində müdafiəçi çoxsaylı maddi və prosessual cinayət-hüquqi normalara, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edərək, xüsusi ittihamçının şikayətində X3 ittiham etdiyi ifadələri təsdiq edən heç bir konkret sübut təqdim etmədiyini, Facebook sosial şəbəkəsindən çıxarışlarda olan ifadələrin həqiqətən də xüsusi ittiham qaydasında şikayət vermək üçün əsas olduğunu sübut edəcək heç bir sənəd təqdim etmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-645/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir.

7. Xüsusi ittihamçı X1 nümayəndəsi Abdurəhmanlı Umud Xudaverdi oğlu kassasiya şikayətinə dair yazılı etirazını məhkəməyə təqdim edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-645/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

8. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM” və ya “CPM”) 419-cu maddəsi müəyyən edir.

9. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu in stansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

10. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasib ətini bildirir.

11. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

12. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində təsbit olunmuş əsaslardan hər hansı birinə istinad etmədən, xüsusi itti ham qaydasında şikayətin icraata qəbul edilməsinə dair məsələləri tənzimləyən cinayət-prosessual normaların tətbiqi üzrə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini mübahisələndirib, qəbul edilmiş qərarın ləğv edilməli olduğunu iddia etmişdir.

13. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-645/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

14. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu nun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

15. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

16. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (o cümlədən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası m əhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

17. Məhkəmə kollegiyası kassasiya şikayətində nəzərdən keçirərək qeyd edir ki, kassasiya müraciətinin müəllifi apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətində istinad e dilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırma və cavablandırma verilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə baxılan işin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

19. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiy ası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

20. Beləliklə, məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-645/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyini qanuni və əsaslı yanaşma kimi qəbul edərək, həmin qərarın ləğv edilməsinə əsas verə biləcək – Cinayət-Prosessual Məcəlləsinin 416.1-cı maddəsində sadalanan əsaslardan hər hansı birini müəyyən etmir və bu səbəbdən X2 müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızının kassasiya şikayətini əsassız müraciət kimi qiymətləndirir.

21. Odur ki, məhkəmə kollegiyası təsvir edi lənlərə görə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-645/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-645/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar