Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-585/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X8, Məhkum1 müdafiəçisi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 23 mart 1992-ci ildə Zəngilan rayonunun ******** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zəngilan rayonunun *********** kə ndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, ****************************************-də yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1 və 178.2.4-cü maddələri ilə, 30 avqust 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Məhkum2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum2 və Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə (hakim V.Y.Ruvinov) Məhkum1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM- nin 79.1-ci maddəsi tətbiq edilməklə hökmün icrası himayəsində azyaşlı, 20.07.2017-ci il təvəllüdlü X3 14 yaşa çatanadək, yəni 20.07.2031-ci il tarixədək təxirə salınmışdır. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs və məhkumlar tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Sumqa yıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), N.R.Mövsümov və F.G.Zeynallı) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum1 barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, özgə əmlakını ələ keçirmə məqsədi ilə arvadı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qaynanası X2 22.06.2006-cı il tarixli, ********* nömrəli çıxarışla məxsus olan, Sumqayıt şəhəri, ***************************** ünvanında, 5-ci mərtəbədə yerləşən ******* saylı mənzilini satıb, satışdan əldə olunacaq pulu öz şəxsi ehtiyacları üçün istifadə etmək qərarına gələrək, qaynanası Naftalan şəhərində yerləşən müalicə müəssisəsində müalicə olunarkən, Sumqayıt şəhərində binaların birindən birinci mərtəbədə yerləşən mənzil alacaqları barədə yalan məlumat verməklə, sonuncunu inandırıb mənzilinin satışına razılığını aldıqdan sonra 19 avqust 2016-cı il tarixdə həmin mənzili X1 depozit hesaba keçirilmiş 47.556 (qırx yeddi min beş yüz əlli altı) manat məbləğdə pulu Muğan bankın Sumqayıt şəhər, 4 saylı notariat kontorunda yerləşən filialından götürərək, həmin pulu ehtiyacları üçün istifadə etmiş, ünvan 3 ünvanında yerləşən X9 məxsus, kirayə tutduqları 51 saylı mənzili müalicədən qayıdan qaynanasına ona məxsus olan mənzilin satışından əldə olunmuş pulun üstünə əlavə pul qoyub aldıqları kimi təqdim edərək, etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş X2 xeyli miqdarda, 47.556 (qırx yeddi min beş yüz əl li altı) manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsi Məhkum2 barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, özgənin əmlakını ələ keçirmə məqsədi ilə əri Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, anası X2 22.06.2006-cı il tarixli, ********* nömrəli çıxarışla məxsus olan, Sumqayıt şəhəri,******************** ünvanında, 5-ci mərtəbədə yerləşən ****** saylı mənzilini satıb, satışdan əldə olunacaq pulu öz şəxsi ehtiyacları üçün istifadə etmək qərarına gələrək, anası Naftalan şəhərində yerləşən müalicə müəssisəsində müalicə olunarkən, Sumqayıt şəhərində binaların birindən birinci mərtəbədə yerləşən mənzil alacaqları barədə yalan məlumat verməklə sonuncunu inandırıb mənzilinin satışına razılığını aldıqdan sonra, 19 avqust 2016-cı il tarixdə hə min mənzili X1 depozit hesaba keçirilmiş 47.556 (qırx yeddi min beş yüz əlli altı) manat məbləğdə pulu Muğan bankın Sumqayıt şəhər, 4 saylı notariat kontorunda yerləşən filialından götürərək Məhkum1 verib həmin pulu ehtiyacları üçün istifadə etmiş, ünvan 3 ünvanında yerləşən X9 məxsus, kirayə tutduqları ******** saylı mənzili müalicədən qayıdan anasına ona məxsus olan mənzilin satışından əldə olunmuş pulun üstünə əlavə pul qoyub aldıqları kimi təqdim edərək, etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş X2 xeyli miqdarda, 47.556 (qırx yeddi min beş yüz əlli altı) manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi, Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Məhkum2 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərində Sumqayıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum1 və Məhkum2 barəsində bəraət hökmü çıxarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum2 qeyd edir ki, o, heç bir cinayət törətməmiş, heç kimi aldatmamış və heç kimin etibarından sui-istifadə etməmişdir. Anasının etibarnaməsi, atasının razılığı ilə mənzili satıb əldə etdiyi pulu biznesə qoyub batırmışdır. Heç vaxt dələduzluq niyyəti olmamışdır. Müdafiəçi kassasiya şikayətində qeyd edir ki, Məhkum1 zərərçəkmiş şəxs Minayyə Qurbanovaya qarşı dələduzluq cinayəti törətməsi iş materialları ilə öz təsdiqini tapmır. Müdafiəçi hesab edir ki, müdafiə etdiyi şəxs mənzilin satılmasında həyat yoldaşına kömək etmişdir. Ona görə də hər hansı bir cinayətin törədilməsindən söhbət gedə bilməz. Zərərçəkmiş şəxs mənzilin satılması üçün verdiyi etibarnamənin etibarsızlığını mübahisələndirə, təqsirləndirilən şəxslərə qarşı pul tələbi ilə bağlı məhkəmədə mülki iddia qaldıra bilər. Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, təqsirləndirilən şəxslərin əməlləri daha ağır cinayətlə tövsif edilməldir. Belə ki, ziyanın məbləği 50000 manatdan yuxarı olduğu halda, istintaq orqanı həmin əməli səhv olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif etmiş və ona faktiki olaraq vurulmuş ziyanın məbləğini azaldaraq, guya kommunal xərclər üçün ödənmiş 2500 manatı ümumi məbləğdən çıxaraq, məbləği 50.000 manatdan aşağı etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Məhkum2 və özü tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Müdafiəçi, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu ma ddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən m üəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, məhkumlar Məhkum1 və Məhkum2 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum1 müdafiəçisi və Məhkum2 özü tərəfindən ayrı ayrılıqda verilm iş kassasiya şikayətlərində onların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələri mübahisə edilir və barələrində bəraət hökmü çıxarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hü ququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 və Məhkum2 verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətlən dirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum1 və Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 qeyd edilmiş cinayət əm əllərinin törədilməsində özlərini təqsirli bilməsələr də, onların etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətmələri zərərçəkmiş şəxs X6, şahidlər X10, X7 və X5 ifadələri və üzləşdirmə protokolları, habelə toplanmış digər sübutlarla məhkumların təqsiri tam sübuta yetirilmişdir. Göründüyü kimi, Məhkum2 və Məhkum1 məqsədi Minayya Qurbanovanın etibarını qazanaraq onun tərəfindən qızı Məhkum2 evin satılmasına razılıq verən notarial qaydada təsdiq edilmiş etibarnamə verilməsinə nail olaraq ünvan 4 ünvanında yerləşən va zərərçəkmiş şəxsə məxsus olan evi satıb sonuncu üçün daha aşağı mərtəbədə olan mənzil alacağına inandırıb, zərərçəkmişi aldadaraq ona məxsus evin satılmasına nail olmuş, Minayya Qurbanovanı onun üçün kirayə götürdüyü ün van 5 ünvanında yerləşən 51 saylı mənzili aldığına inandırıb onu aldadaraq zərərçəkmişə məxsus evin satışından əldə etdiyi 47.556 manat pulu mənimsəyərək öz şəxsi ehtiyaclarına xərcləmişlər. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquq larını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaq cadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hü ququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Belə ki, Məhkum1 və Məhkum2 cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Məhkum1 və Məhkum2 əməlləri düzgün olmayaraq CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir, əslində i sə onların əməli CM-nin 178.3.2-ci maddəsinə tövsif edilməli idi. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olu b, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X12rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəl diyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən isə Məhkum1 və Məh kum2 qarşı CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsi barədə ittiham irəli sürülmüş və onların CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə dair ittiham irəli sürülməmişdir. CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respu blikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr Məhkum1 və Məhkum2 qarşı irəli sürülməyən ittihama baxa bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumların əməllərinin CM-in 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edərkən düzgün nəticəyə gəlmişlər. Məhkəmə kоllеgiyаsı Məhkum1 və Məhkum2 cəzа təyin еdilməsi ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məh kumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini nəzərə almış və onlara təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd ol unur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində göstərildiyi kimi hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud dey ildir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlərin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin ed ilməsin. Məhkumlar Məhkum1 və Məhkum2 barəsində Sumqayıt Apellyasiya məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-585/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-585/2019
08.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver