Məhkəmə qərarları › İş №1(102)-585/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-585/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-585/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-cu il tarixli qərarından Məhkum müdafiəçisi Eyubova Çimnaz Hüseyn qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim T.X.Nəsrullayeva, hakimlər R.A.Allahverdiyeva və N.A.Kərimovdan ibarət tərkibdə) xx xxxxxx 1985-ci il tarixdə Özbəkistan Respublikası Kaşkadar vilayətinin Mübarək şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76, yataqxana 5-də qeydiyyatda olmaqla, Xaçmaz şəhəri, Sevil Qazıyeva küçəsi, ev 17-də yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim N.R.Mövsümov, hakimlər H.Ə.Nəbiyev və E.M.Əhmədovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-cu il tarixli qərarından Məhkum müdafiəçisi X1 kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tari xli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxx 2017-ci il tarixdə, saat 22:30 radələrində ünvan 1 ünvanında yerləşən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin inzibati ərazisində X2 icarə müqaviləsi əsasında işlətdiyi fəhlə çayxanasında qaynı X3, tanışı X4 və arvadı X5 uzaq qohumu olan Xaçmaz şəhər sakini X6 ilə bir masa ətrafında əyləşib yeyib-içən zaman sərxoş vəziyyətdə onun ünvanına əxlaqsız və təhqiramiz söyüşləri söydüyünə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı o, X6nın qəsdən sağlamlığına ağır zərər vurmaq məqsədilə masanın üzərində olan «Banketnaya» yarlıqlı, daxilində təqribən 200 qram maye olan 0,7 litrlik araq şüşəsini sağ əlinə götürərək 110-130 sm məsafədən həmin şüşə ilə bir dəfə X6nın baş nahiyəsindən vuraraq ona başı n yumşaq toxumalarının iç səthində sol təpə-gicgah nahiyələrinə uyğun yerdə yumşaq toxuma və əzələ toxuması arasında qansızma ilə müşayiət olunan, sol təpə sümüyünün sınığı nəticəsində baş-beyin toxumasına, onun qişa və mədəciklərinə qansızmadan ibarət X6nın həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra sonuncu evinə gedərək özünə məxsus qəssab bıçağını götürüb yenidən çayxanaya qayıdaraq onu öldürəcəyi ilə hədələdikdə X3 və X4 X6nı sakitləşdirib evlərinə yola saldıqdan sonra xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixə keçən gecə saat 00:15-də evinə gələrək əvvəl uşaqlarının yataq otağına keçib onlara tamaşa edəndən sonra televizor olan otağa keçərək siqaretini, açarları, mobil telefonunu, dəftərçəsini masanın üzərinə qoyub, paltarlarını soyunaraq yerinə uzanıb arvadı X7 ilə təxminən 30 dəqiqə söhbət edərkən səhər birini öldürüb 19 il yatacağını ona deyib sonra isə yatmış, bir az keçmiş X6 qışqıraraq arvadını yanına çağırmış, sonuncu otağın işığını yandırıb ərinə yaxınlaşarkən əri ona baxsa da tanımamış, ərinin üzərindən yorğanı çəkərkən sonuncunun döşəyini islatdığını görmüş, bir neçə dəfə qaytarandan sonra danışa bilməmiş, getdikcə halı pisləşmiş, əllərini döşəməyə çırparaq nəsə deməyə çalışsa da, sözlərindən heç nə başa düşülməmiş, sonradan qıcolma halını keçirmiş, yenə qaytarmağa başlamış, saat 01:40 və saat 06 radələrində «103» təcili tibbi yardım xidmətinə edilmiş zənglər əsasında gəlmiş həkim briqadası X6nın alkoqol sərxoşluğu halında olduğunu bildirmişlər, daha sonra X6nın vəziyyəti getdikcə ağırlaşdı ğı üçün üçüncü dəfə çağırılmış təcili tibbi yardım briqadası onu saat 09 radələrində Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına apararaq «kəskin beyin qan dövranı pozğunluğu, beyin ödemi, koma vəziyyəti» diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirmiş, Məhkum X6nın həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi əməlləri xx xxxx 2017-ci il tarixdə, saat 08:35-də xəstəxanada ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi X1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmaqlaşəxsin törətdiyi cinayət əməlinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 129.1-ci maddəsinin tərkibini yaratdığından ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə əməl etməmiş və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi iş üzrə toplanmış sübutlarla təkzib olunmasına baxmayaraq, sübutların qiymətləndirilməsinə dair prosessual normaların tələbi pozulmuşdur. Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ibtidai istintaq və hər iki məhkəmə istintaqı zamanı eyni məzmunlu ifadə verərək göstərmişdir ki, hadisə baş verən zaman mərhum şəxsin təhqiramiz söyüşləri nəticəsində ani olaraq, yəni, qəflətən keçirdiyi güclü ruhi həyəcan nəticəsində mərhumu şüşə butulka ilə vurmuş, lakin onu öldürmək mə qsədi olmamışdır. Müdafiə tərəfi hesab edir ki, X6nın sərxoş olması, nalayiq söyüşləri və hərəkətləri cinayətin baş verməsinə və Məhkum affekt vəziyyətdə cinayət törətməsinə səbəb olmuşdur. Məhkum ifadəsində qeyd etmişdir ki, butulkanı mərhumun başına vurduğunu belə xatırlamır, etdiyi hərəkəti həmin an tam dərk edə bilməmiş, o, zərərçəkmişin ölümünə səbəb olan əməli etiraf etsə də, öldürmək məqsədi olmamışdır. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsindən 129-cu maddəsinə tövsif edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-cu il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəmə sində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi Eyubova Çimnaz Hüseyn qızı tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilir, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxla yaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barə də nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərb aycan Respublikası CM-nin 126.3-cü maddəsinin dispozisiyası qəsdən sağlamlığa ağır zərər vurma, yəni, insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmaqla ehtiyatsızlıqdan onun ölümünə səbəb olma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab ed ir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkə mə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində hadisənin mərhumun qanunazidd hərəkətlərinin nəticəsində, Məhkum qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində cinayət əməlini törətdiyi, ona gör ə də, onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsindən həmin Məcəllənin 129-cu maddəsinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 129.1-ci maddəsi zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma kimi müəyyən edilmişdir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum ilə mərhum zərərçəkmiş şəxs X4 arasında sonuncunun təhqiramiz ifadələr işlətməsi s əbəbi ilə yaranmış şəxsi münasibətlər zəminindəki münaqişə zamanı Məhkum X6nın sağlamlığına ağır xəsarət yetirməsi nəticəsində sonuncunun ehtiyatsızlıqdan ölümünə səbəb olması əsaslı, mötəbər və mümkün sübutların məcmusu ilə təsdiq olunmuşdur. Kassasiya şikayətinin dəlillərində göstərilənlərin əksinə olaraq, iş materiallarında zərərçəkmiş şəxsin mütəmadi olaraq qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şəraitin mövcud olması və bu şərait nəticəsində məhkumun qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətinə düşməsi ilə bağlı heç bir sübut aşkar edilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cinayət törətdiyi zaman zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olub-o lmamasına müəyyən etmək məqsədi ilə hazırki cinayət işi üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. Məhkəmə-psixoloji ekspertizasının xx xxx 2018-ci il tarixli 814 №-li rəyi ilə müəyyən olunmuşdur ki, Məhkum cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Zərərçəkmiş şəxs X6nın davam edən hərəkətləri Məhkum psixi-emosional sferasında hirslilik və qəzəblilik yaratmışdır. Beləliklə, Məhkum cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmaması müəyyən edilmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası müdafiə tərəfinin şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edərək, şikayətdə qeyd olunanları məhkumun özünümüdafiə xarakterli ifadələri kimi qiymətləndirirərək Məhkum əməlinin məhkəmələr tərəfindən tamamilə düzgün tövsif edildiyi, onun əməlin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsindən həmin Məcəlləinin 129.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir əsasın olmadığı qənaətinə gəlir. Apellyasiya məhkəməsinin qərarında sübutlar, o cümlədən təqsirləndirilənin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, şahidlərin müxtəlif məzmunda verdikləri məlumatlar, məhkəmə-tibbi ekspertizasının rəyi və s. materiallar təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübh ə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə olaraq cinayət əməli törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı uşağının olması və əməlindən peşi man olması), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-c i il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-cu il tarixli qərarı Məhkum müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar