Məhkəmə qərarları › İş №1(102)-585/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-585/2023

19.04.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-585/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-cü il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin (hakim Vüsal Cəbrayılov) 16 iyun 2022-ci il tarixli, 1(073)-108/2022 nömrəli hökmü ilə, xx xxxxxx 1967-ci il tarixdə Cəlilabad rayonunun Ocaqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, "xxxx" ASC-nin Cəlilabad Elektrik Şəbəkəsində kənd 1 sahəsi üzrə usta işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Ocaqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 314.2-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: 5 (beş) il müddətinə azadlığın Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə səhlənkarlıq edərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri ilə bağladığı 30 aprel 2015-ci il tarixli əmək müqaviləsi üzrə həmin Cə miyyətin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik Şəbəkəsinin Cəlilabad şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyərkən, yerinə yetirdiyi təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına əsasən vəzifəli şəxs olmaqla "xxxx" ASC-nin “Regional Enerji Təchizatı və Satışı İdarəsinin Rayon Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə Sahəsinin ustası”nın vəzifə təlimatının 18-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2019-cu il tarixli 520 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar qaydası”nın 1.2.3.11, 1.2.3.12 və 1.2.3.13-cü bəndlərinə əsasən xidməti ərazisində elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını təmin etməli, qurğulara keçirilən texniki baxış zamanı izoly atorlarda sınıqlar, yanıqlar, çatlar, çirklənmələr, emalında zədələnmələr, oxlu izolyatorları oxa və ya qarmağa səhv taxmalar, mühafizə buynuzlarında zədələnmələr olmamasını, asma izolyator zəncirlərinin oxdan yolverilməz meyillənməsi olmamasını, qaykalar və ya şplintlərin yerində olmasını, dayaqlarda və yerdə torpaqlayıcı naqillərdə zədələnmə və ya qərəlmalar, trosun ildırımdan mühafizəsi və ya dayağın gövdəsi ilə bolt birləşmələri kontaktlarında pozulmalar, korroziya ilə torpaqlayıcı qurğuların elementlərində dağılmalar olmamasını yoxlamalı, hava xətlərində və cərəyan naqillərində profilaktiki yoxlamaları və tədbirləri elektrik avadanlıqlarının sınağı üzrə normalarla (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun) nəzərdə tutulmuş həcm və müddətlərdə yerinə yetirm əli, HX və cərəyan naqillərinə baxış zamanı və profilaktik yoxlama və tədbirlər prosesində aşkarlanan nasazlıq istismar sənədlərində (jurnalda və ya qüsurlar siyahısında) qeyd etməli və onların xarakterindən asılı olaraq istehlakçının elektrik təsərrüfatına görə məsul şəxsinin tapşırığı ilə qısa müddətdə aradan qaldırılmalı olduğu halda 07 fevral 2022-ci il tarixdə saat 09 radələrində iş bölgüsü zamanı 28 nömrəli “Naryad-buraxılış” adlı sənədə əsasən 10/35/10 kV-luq Cəlilabad yarımstansiyasından çıxan 9 saylı 10 kV-luq Ocaqlı hava xəttinin Ocaqlı kəndi ərazisində yerləşən yararsız dayaqların dəyişdirilməsindən ibarət təmir-bərpa işlərinin aparılması ilə əlaqədar özü, iş icraçısı Cəlilabad Elektrik Şəbəkəsinin hava və kabel üzrə elektrik montyoru Şahid6 Adışiri oğlu və briqada üzvləri X12, Cəlilabad Elektrik Şəbəkəsinin yarımstansiya üzrə montyoru X7 və X9 naryad üzvləri təyin olunub, yerinə yetirməli olduqları həmin işlə bağlı şəbəkənin aparıcı mühəndisi Şahid7 cari təlimat aldıqdan sonra işçi heyəti ilə birlikdə Cəlilabad rayonu Ocaqlı kəndinə gedərək saat 10 radələrində 9 saylı 10 kV-luq Ocaqlı hava xəttinin Ocaqlı kəndi ərazisində yerləşən bir neçə yararsız dayağını dəyişdikdən sonra xidməti ərazisinə daxil olan Cəlilabad rayon Ocaqlı kənd 1 nömrəli tam orta məktəbin həyətində olan ayırıcının texniki cəhətdən nasaz vəziyyətdə olan dayağını yeniləmək üçün orada yeni beton dirək basdırmış, lakin ayırıcının texniki cəhətdən nasaz vəziyyətdə olduğunu bilməsinə baxmayaraq məktəbin həyətində dirək basdırarkən işinə vicdansız və laqeyd münasibət göstərməklə, təlimatla üzərinə d üşən xidməti vəzifələrini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyərək, vəzifə təlimatının 18-ci bəndinin və “Elektrik və istilik qurğularının texniki istismar qaydası”nın 1.2.3.11, 1.2.3.12 və 1.2.3.13-cü bəndlərinin tələblərini pozmaqla, müvafiq baxış keçirmədiyi üçün Cəlilabad rayon Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin ərazisində yerləşən və həmin məktəbə gedən elektrik enerjisini tənzimləyən ******* inventar nömrəli 100 kVA-lıq transformatorun ayırıcısının üzərində olan B fazasının izolyatorunda və həmin ayırıcının torpaqlama xəttində qüsurları aşkar etməmiş, nəticədə Cəlilabad rayon Ocaqlı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi Zərərçəkmiş şəxs 08 fevral 2022-ci il tarixdə saat 13 radələrində məktəbin həyətində oynayarkən orada yerləşən, elektrik dirəy ində olan “B” fazasının bağlandığı izolyatorun yerindən çıxaraq ayırıcının yuxarı hissəsində olan və sonluğu torpağa basdırılmamış torpaqlama xətti üçün nəzərdə tutulmuş metal hissənin üzərinə düşməsi nəticəsində gərginlik yaranmış torpaqlama xəttinə toxunması səbəbindən yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik başın sağ təpə nahiyəsinin 1-2-ci dərəcəli, hər iki bazu nahiyəsində, sol əlin ovuc səthində və sol əl barmaqlarında, sol mil-bilək oynağı nahiyəsində və sağ ayağın 1-ci barmağında 3-4-cü dərəcəli elektrik yanığı yaralarından ibarət xəsarətlər alıb, yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəbindən hadisə yerində ölmüş, Məhkum qeyd olunan hərəkətləri ilə öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə səhlənkarlıq edərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 1(106)-726/2022 nömrəli 22 sentyabr 2022-ci il tarixli qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Zeynalov Yaşar Şəmsəddin oğlu isə kassas iya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum cəza təyin edilərkən cinayət qanununun normalarına, Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə uyğun olmamasına baxmayaraq, məhkəmə az ağır cinayətlər kateqori yasına aid olan əməllərə görə ona təyin edilmiş 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də hökmü dəyişdirmədən saxlamışdır. Sonuncu instansiya məhkəməsi bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Belə ki, məhkəmələr Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs Məhkum əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Hər iki instansiya məhkəmələri CM-in 59.2-ci maddəsinə əsasən, Məhkum əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını əsassız cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqda haqlı olmamışdır. Məhkəmə Məhkum cəza təyin edərkən yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halı nəzərə alsa da, belə bir nəticəyə gəlməyinin motivlərini qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Beləliklə də, hər iki instansiya məhkəmələri Məhkum əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ailəsinin yeganə qaza nc gətirəni olmasını, iş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını onun təqsirli bilindiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəza növünü müəyyən edərkən nəzərə almış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı dəyişdirmədən saxlamaqla cəzanın məqsədlərinə nail olmaq olar. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz qərarı ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Məhkum yüng üllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Həmçinin hər iki instansiya məhkəmələri, Məhkum yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmək niyyəti ilə onun cəzasına guya təsir edən “yüngülləşdirici halları” yekun qərarlarında sadalayaraq nəzərə almış, lakin zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini heç nəzərə almamışdır. Bununla da ədalətsizliyə yol vermişdir. Birinci instansiya məhkəməsi Məhkum yüngül cəza təyin edərkən, apellyasiya instansiya məhkəməsi də həmin cəzanı dəyişdirmədən saxlayarkən, onun tərəfindən törədilən CM-in 314.2-ci maddəsində nəzərdə tutula n cinayətin nəticəsində azyaşlı uşağın vəfat etməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməməsini, bu halların öz-özlüyündə onun törədiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla, onun şəxsiyyətini xarakterizə etməsini, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun Məhkum təqsirli bilindiyi CM-in 314.2ci maddəsi ilə məhz layiqli yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi əsassız və cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrinə zidd olaraq yüngül cəza təyin etmişdir. Belə ki, vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini y erinə yetirməməsi və lazımi qaydada yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan əməllərini törətmiş Məhkum islah edilməsi, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunması üçün daha ciddi cəza təyin etməsi barədə yekun qərar qəbul edilməsinə işarə olmasına baxmayaraq, hər iki instansiya məhkəmələri guya ədalət və qanun qarşısında bərabərlik prinsiplərinə əsaslanaraq əsassız, ədalətsiz və qanunsuz qərar qəbul etmişlər. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bu iş üzrə ədalətli, əsaslı və qanuni deyil, təqsirləndirilən şəxsin mövqeyinə uyğun yekun qərar qəbul edilməsinə üstünlük verərək, yüngüllüyünə görə Məhkum təyin edilmiş cəzaya münasibət də açıqaydın ədalətsiz qərar qəbul etmişdir. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təyin edilmiş cəzanı dəyişdirmədən saxlamaqla, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, Məhkum şəxsiyyətini, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamaqla, bu zaman cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələr i nəzərə almamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq etməmiş, nəticədə də Məhkum münasibətdə yüngül cəza təyin olunmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi Zeynalov Yaşar Şəmsəddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər birinci instansiya məhkəməsinin hökmü, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarı həm qanunsuz, həm də əsassızdır. Məhkum birinci instansiya məhkəməsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib peşmançılıq çəkdiyini bildirsə də, apellyasiya baxışında özünü təqsirli bilməyib barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkum cinayət nəticəsində dəymiş ziyanı ödəməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmamış, hətta onunla barışmağa təşəbbüs belə göstərməmişdir. Bundan başqa, məhkum məhkəmə iclasında mülki iddianı qəbul etmədiyini, onun əsassız olduğunu, həmin iddia təmin olunarsa belə, onu ödəməyə imkanı olmadığından ödəməyəcəyini bildirmişdir. Bu faktlar Məhkum azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini istisna edir və ona təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini zəruri edir. Birinci instansiya məhkəmə baxışında məktəb rəhbərliyi və sinif rəhbəri barəsində Azərbaycan Respublikası CPM-in 318.2, 204.2 və 208.0.5-ci maddələrinin tələblərinə müvafiq olaraq qərar qəbul edib tədbir görülməsi üçün rayon prokurorluğuna göndərilməsi barədə vəsatət vermiş, lakin həmin vəsatətə baxılmasının nəticəsi barədə haz ırkı vaxta qədər məhkəmə tərəfindən bizə heç bir məlumat verilməmişdir. Apellyasiya şikayətində bunları qeyd edilsə də bu barədə heç bir qərar qəbul olunmamışdır. Sadəcə Cəlilabad rayon prokuroruna adi bir məktub göndərməklə kifayətlənmişdir. Məhkəmə hökmündə ziddiyyətin aradan qaldırılması bağlı heç bir dəyərləndirmə aparılmamışdır. Apellyasiya baxışı da eyni qaydada aparılmışdır. Mülki iddianın qismən təmin edilməsi ilə ümumiyyətlə razı deyiləm. Məhkəmələr iddia tələbinin 5000 manat maddi ziyana görə hissəsini təmin etməməkdə yanlış nəticəyə gəlmişdir. Çünki, Azərbaycan Respublikası MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Yəni ölüm hadisəsi hər bir aildədə baş verə bilər və heç kim bundan sığortalan mayıb. Hamıya məlum olduğu kimi dəfn, hüzr məclisinin yola verilməsi və qəbirüstü abidənin düzəldilməsi müəyyən xərc bahasına başa gəlir. Bu baxımdan həmin xərclərə görə hər hansı bir sübutun məhkəməyə təqdim edilməsi zərurəti aradan qalxır. Çünki, hamıya bəlli olan faktlar-mövcudluğu insanların əksəriyyətinə, o cümlədən hakimlərə də bəlli olan faktlardır. Uşağımın ölüm faktı və ölümə görə hüzr məclisinin keçirilməsinə və baş daşının qoyulmasına xərc çəkməyin hamıya bəllidir və hamı da yaxını vəfat edəndə həmin xərcləri çəkir. Mənəvi ziyana görə tələbin 7000 manat qismən təmin edilməsi hissəsində məhkəmələr düzgün nəticəyə gəlməmişdir. Məhkəmələr uşağımın ölümü nəticəsində hansı qanuna, hansı normativ hüquqi akta əsasən mənə 7000 manat mənəvi ziyan dəyməsini müəyyən etmişdir. Ancaq məhkəmə unutmuşdur ki, uşağımın ölməsi nəticəsində mənə 7000 manat yox, milyonlarla manat ziyan dəymişdir. Həmin hadisənin mənim tərəfimdən unudulması heç bir vaxt mümkün deyildir. Uşağın ölümü ilə bağlı qəlbimdəki boşluğu əslində heç nə ilə doldurmaq olmaz. Həmin boşluğun mənəvi ziyana görə 195.000 manat pulla belə aradan qaldırmaq mümkün deyildir. Buna görə də hesab edir ki, mülki iddia tam təmin olunmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti qismən təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Dövlət ittihamçısının kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin başlıca dəlili Məhkum məhkəmələr tərəfindən təyin edilmiş cəza növünün və müddətinin öz yüngüllüyünə görə ədalətsiz olmasıdır. Cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirə n halların düzgün nəzərə alınmamış və nəticədə məhkuma yüngül cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla bağlı mə hkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyi qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata k eçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ə dalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsind ə mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cinayət-hüquq normalarının mənasına görə təqsirkara təyin edilmiş cəzanın ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur, yəni CM-in 58ci maddəsinin nəzərdə tutduğu müəyyən hallara həddindən artıq önəm verilməsi, digər halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmamış uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmamış, ifadəsində cinayətlə əlaqədar sonuncuya vurulmuş maddi ziyan ödəyə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində n əzərə alınmasında sərbəstdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Lakin, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması ilə əlaqədar heç bir əsaslandırma aparılmamış, məhkumun əməlindən səmimi peşman olması isə onun apellyasiya məhkəməsində özünün təqsirli hesab etməməsi və ona bəraət verilməsi barədə xahişi ilə uzlaşmır. Bundan başqa, məhkəmə kollegiyası törədilən cinayətin xarakteri nəzərə alaraq hesab edir ki, məhkumun zərərçəkmiş şəxslə barışığının olmaması və barışığa cəhd belə etməməsinə baxmayaraq ona təqsirli bilindiyi maddədə müəyyən edilmiş ən yüngül cəza növünün tətbiq edilməsi həm sosial ədalətlə, həm Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı ədalətli hesab edib hökmü dəyişdirmədən saxlayarkən cinayət qanunvericiliyinin yuxarıda qeyd edilmiş normaların tələblərinə formal yanaşmış və məhkuma cəza təyin edilməsi ilə əlaqədar mövqeyi kifayət qədər əsaslandırmamışdır. Kassasiya şikayətinin mül ki iddianın əsassız olaraq qismən təmin edilməsi barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri nəticəyə gəlmişlər ki, mülki iddia mənəvi ziyanla bağlı olan hissədə qismən – 7000 manat məbləğində təmin edilməli, iddianın maddi ziyanla bağlı olan hissəsi isə həmin zərərin mövcüdluğu və miqdarını təsdiq edən müvafiq sübutların təqdim edilməməsi səbəbindən təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il №7 qərarının 10-cü bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası məhkəmələrin mənəvi ziyanın qismən təmin edilməsi barədə qərarını qanun tələblərinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il №7 qər arında verilmiş izahlara və işin hallarına uyğun olduğundan əsaslı və qanuni hesab edir. Lakin məhkəmələrin zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiasının maddi zərərə aid olan hissəsi ilə əlaqədar mövqeyini əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi cinayət işi üzrə icraat zamanı zərərçəkmiş şəxsin dəfninə 5000 manatın xərcləməsi və həmin məbləğin təqsirləndirilən şəxsdən tutulması barədə iddia versə də, həmin məbləğdə pulun xərcləməsini təsdiq edən sübutları məhkəmə təqdim etməmişdir. Buna əsasən məhkəmələr nəticəyə gəlmişlər ki, mülki iddianın maddi ziyanla bağlı olan hissəsi təmin edilməməlidir. Cinayət işi üzrə toplanmış sübutlarla həqiqətən zərərçəkmiş şəxsin hüquqi varisinin zərərçəkmişin dəfni ilə əlaqədar çəkilmi ş xərcləri müəyyən edilməmiş, iddiaçı tərəfindən də bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Lakin cinayət işinin materiallarında görünür ki, cinayət nəticəsində zərərçəkmiş şəxsin ölümü baş vermişdir. Belə olan halda yaxın qohumları tərəfindən zərərçəkmiş şəxsin dəfn edilməsi və bununla əlaqədar (dəfn və yas mərasimlərinin keçirilməsi, məzarın baş daşının hazırlanması və qoyulması və sair) müəyyən məbləğlərdə pulun xərclənməsi qaçılmaz olur. Bununla yanaşı qanun tələblərinə görə xərclərin konkret məbləği sübutlar əsasında müəyyən edilməlidir. Lakin mülki iddiaçı çəkilmiş xərclərlə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-in 180.1-ci maddəsinə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki id dia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Göründüyü kimi hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən onun zərərçəkmiş şəxsin dəfinə çəkdiyi xərclərin miqdarını müəyyən etmək mümkün olmamışdır. Məhkəmələr tərəfindən bu səbəbə görə mülki iddianın maddi zərərə aid hissədə təmin edilməməsi zərərçəkmiş şəxsin hüquqi varisinin bu barədə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququndan məhrum e dir. Azərbaycan Respublikası CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması. Məhkəmə kollegiyasının fikrincə hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin hüquqlarını və sosial ədaləti təmin etmək məqsədi ilə onun tərəfindən cinayət işi üzrə verilmiş mülki iddianın maddi zərərə aid olan hissəsinin Azərbaycan Respublikası CPM-in 354.1.3-cü maddəsinə əsasən baxılmamış saxlaması qanun tələblərinə uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin et məsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, dövlət ittihamçısının kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan protest və şikayət təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqında 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iş həmin məhkəməyə yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar